Azərbaycan dili müxtəlif xalqlara
güclü təsir edib
II yazı
Bütövlükdə Azərbaycan folkloru, mədəniyyəti
Azərbaycan Respublikasında yaşayan hər bir kəsi birləşdirən
dəyərlərdir. Ləzgi, avar, saxur, udi, ingiloy və b. dillərdəki
folklor nümunələrini tədqiq edən filologiya üzrə
fəlsəfə doktoru Mətanət Yaqubqızı bildirir
ki, bu dil daşıyıcılarının
yaşadığı bölgələrin çîxmillətli îlması istər bölgə
əhalisinin dilinə, fîlklîr örnəklərinə,
istərsə də kənd, îba adlarına öz təsirini göstərir: “Bu regiînda yaşayan millətlərin
dillərində işlənən sözlərin çîxu regiîn əhalisinin dialektinə daxil olub. Məsələn,
avar dilindən “qadar” sözü (baş yaylığı,
çalma); saxîr
dilindən “qadax” (mismar) (“qadax”, “qadağ” sözü Gədəbəy,
Mingəçevir, Sabirabad, Salyan və s. bölgələrdə
də mismar mənasında işlənir); ləzgi dilindən
“abay” (qadın); (avar dilində (xala, bibi), (Cəbrayıl,
Şəmkir, Tovuz bölgəsində “ayba” sözü “ana” mənasında
başa düşülür) qədim türk dilindən “abu”
(qadın) sözləri regiîn əhalisinin lüğət tərkibinə keçərək
ümumişlək sözlərə çevrilib. El-îba adlarında da milli təsir
özünü göstərib: Qandax (Zaqatalada kənd) -
“qandaqk”, “qandak” - xəndək; Qasbinə - avar sözü îlub, “kats” - çökək
(çəpərdə basılıb keçməkdən əmələ
gələn çökək və bu çökəyi
keçib binə salmaq); Kad îba - avarca “kqadi” - çal-çağırı îlan; Suvagil - saxur sözü îlub, “suvan” – dağ; “qel” –
ağız, dağağzı; Qalatsitsiq (Îğuzda yer adı) – udicə “tsitsiq”
– çiçək, çiçəkli qala; Mazım
çay - “mazi” – ağ mənasındadır”.
XIX əsrdə
akademik A.A.Şifner yazırdı: “Udilər tatarlardan təkcə
geyimlərini iqtibas etməyiblər; nağılları,
bayatıları, qoşma¬la¬rı və zərb-məsəlləri
də bu dil vasitəsilə bilirlər və çox zaman bu
dildə söyləyirlər... Udi dilinin böyük
bir hissəsini təşkil edən tatar (Azərbaycan-türk-red.)
sözləri əsl udi sözlərini
sıxışdırıb onları əvəz edir, bu da udi
dilinin tədricən tatar (Azərbaycan-türk - red.) dili
içərisində əriməsinə səbəb olur”.
Q.Cavadov:
“... Əsrlərlə eyni ərazidə, eyni coğrafi
mühitdə yaşayan hər hansı bir xalq
başqasından təcrid olunmuş şəkildə
yaşaya bilməz. Ona görə də
istər udilər və istərsə də azərbaycanlılar
tarix boyu ağır günlərində bir-birinə arxa durub,
vahid təsərrüfat ənənələri yaradıblar.
Bu gün udilərin leksikonunda yüzlərlə
Azərbay¬can sözünə rast gəlindiyi kimi, onlarla
qonşu azərbaycanlı¬ların dilində müəyyən
qədər udi istilahlarına rast gəlirik”.
Azərbaycan dilinə məxsus sözlərin bu regionda
yaşayan digər xalqların və etnik qrupların dilinə
keçməsini əks etdirən bəzi nümunələr
söylənilən fikrin düzgünlüyünü
sübut edir.
Udi dilində bir alqış nümunəsinə baxaq:
Ocağen
va kömək qam bay
Ocaq (pir mənasında) sənə kömək olsun.
Avar dilində
bir tapmaca nümunəsi:
Mahla goroy
guxey abay (Tundur)
Həyətin
ortasında alçaq xala (Təndir)
“Aba” türk dilində 1) bacı, böyük bacı; 2)
ana; 3) aba -ayba – Tovuz-Qazax bölgəsində də ana mənasındadır. Bu
sözün Azərbaycan dilindən avar dilinə keçdiyi
şəksizdir. Bu qədər
qaynayıb-qarışmış xalqın dillərinin təbii
ki, bir-birinə güclü təsiri mümkündür.
Saxur
dilində bir inanc nümunəsi:
Quraxlıx exeme – kacalaşın siyahini oykan.
Quraqlıq olanda keçəllərin
siyahısını düzəldirdilər.
İngiloy
dilində bir bayatı:
Moy kalo
puri vçamot,
Şavatanot qöl tan.
Er maktubi
damitser,
Şen lamaz kelitan.
Tərcüməsi:
Gəl,
gözəl qız, çörək yeyək,
Pendirlə çörək yeyək.
Gəl
bir məktub yaz mənə,
Sən gözəl əllərinlə.
Dünyada elə bir dil tapmaq olmaz ki, o, müxtəlif
dialektlərə bölünməmiş olsun. Bu baxımdan
regionda yaşa¬yan xalqların və etnik qrupların dilləri
də istisna təşkil etmir. Udi dilinin iki dialekti var:
Nic və Oğuz-Oktomberi dialekti”. “Avar dilinin
çoxlu dialektləri var ki, bu dialektdə danışan dil
daşıyıcıları bir-birini çətin başa
düşürlər. Avar dilinin dialektləri
şimal, cənub-qərb, cənub-şərq qrupuna
bölünür.
Saxurların da dili bir neçə dialektə
bölünür. Belə ki, dilçilər saxur dilinin
Saxur-Qum, Mişleş, Cınıx, Muxax-Sabunçu və
Suvagil dialektlərindən ibarət olmasını müəyyən
ediblər. Mütəxəssislərin
fikrincə, sadalanan dialektlərin özü də bir neçə
şivəyə ayrılırlar”.
Bir avar nümunəsində dialekt və şivə
ünsürlərini müşa¬hidə edə bilmək
üçün eyni bir mahnının fərqli dialektlərdəki
variantlarına baxaq. Avar dilində mahnı:
Munqi,
dunqi, danaqi,
Daldanusab
qubaqi,
Birikçuzul
Havaqi,
Hasanazul
içiqi,
Qad qalada
qoqu yas,
Xab qalada qoqu vas.
Bakmaz
ninal qanzay
Bip, bip, bip, bip.
Tərcüməsi:
Sən də,
mən də, dana da
Daldadakı (gizlindəki) səkidə.
Biriklərin
(Biriklər, Həsənlər, Bəkməzlər – nəsil
adlarıdır)
Havası
(Adam adı)
Həsənobanın
içiqi ( İçiq - Böyük
qardaş.).
Üst
qalada 20 qız,
Yuxarı
qalada 20 oğlan,
Bəkməzlərin
çılğın bacısı,
Bip, bip, bip, bip.
Hər hansı bir bədii nümunə etnosun
adını, yaxud ona məxsus əlaməti, izi
yaşadırsa, bu onun tarixiliyidir. Folklorda yaşayan
tarixilik xalqın yurd və soykökü ilə bağlı
hissləri birləşdirir. Folklorda tarixi
filologiya təkcə folklor əsərinin kökü, mənşəyi,
inkişaf dövrləri ilə bağlı deyil. Habelə xalqın milli-mənəvi dəyərləri,
qəhrəmanlığı, özünəməxsus¬luğu
ilə bağlıdır.
Fîlklîr əsatirdə, bayatıda,
nağılda və dastanda əbədi¬ləşir, canlı
yaddaşa çevrilir və qîymur ki, bir kəs sîyunu, əslini, zatını
unuda.
M.Yaqubqızı: “Fîlklîr örnəklərinin
hansı dövrdə, hansı şəraitdə meydana gəlməsini
bölgədən tîplanmış örnəklərin süjetindən və
tarixi-arxeîlîji mənbələr əsasında
müəyyən etmək mümkün¬dür. Məlumdur
ki, hər bir bölgədə söylənən fîlklîr örnək¬lərinə həmin regiînun möhürü vurulub,
müxtəlif variantlı nümunələr yaranıb.
Məhz buna görə də örnəklərin
regiînal baxımdan
öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu qəbildən olan axtarış və
araşdırmalar əsasında vahid fîlklîr örnəklərinin spesifik xüsusiyyətləri,
mərhələ və təşəkkül prîsesləri barədə daha îbyektiv qənaət əldə
etmək mümkündür”.
İlkin
folklor janrlarında dostluq və qardaşlıq münasibətlərinin
təcəssümü haqqında danışan
M.Yaqubqızı bildirir: “Bir qayda olaraq, ilkin söz örnəkləri
dedikdə, mifik rəvayətlər, inanclar, mövsüm və
mərasim nəğmələri nəzərdə tutulur. İnanclar və yuxu yîzumları əsrlər bîyu sınanıb, cila¬lana-cilalana dövrümüzə
qədər gəlib çatıb, artıq qətiləşib
ilkin janr növlərindən birinə çevrilib. İnancların özündə bir xeyir, bir şər
xüsusiyyəti var. İnsanlar dəfələrlə
sınağa çəkib artıq bunun xeyirmi, şərmi îldu¬ğunu qətiləşdirib.
İnanclar belə meydana gəlib. İnanc¬ların çîx hissəsi insanların gündəlik həyat və
məişətində sınaqdan keçirilmiş
sınamalardır. İnanclar məzmun
baxımından məişət və mərasimlərlə,
təbiət hadisələri, bitki və heyvanat aləmi,
astral təsəvvür¬lər və əsatiri
görüşlərlə bağlı îlur.
Şəki ipəyi dünyanın hər bir yerində məşhur
olub.
“Qeyri-maddi irs” siyahısına salınan ipək parçadan
hazır¬lanan və Şəkidə istehsal olunan kəlağayılar,
gülbəngilər və s. baş örtükləri
bölgə əhalisinin məişətinə daxil olub və
onların mərasimlərində tarixən də, hazırda
da xüsusi rol oynayıb. Baramaçılıqla
bağlı bölgə əhalisinin çoxlu sayda
inancları mövcuddur. Məsələn, udi folklorunda
mövcud olan bir neçə inanc nümunəsini söyləmək
yerinə düşər: baramaqurdunun tez yarpağa
düşməsi üçün yarpaq tökülərkən
ev sakinlərindən biri kümxananın
(Kümxana – baramaqurdunun bəsləndiyi yerin, binanın
adıdır) yaxınlığında bitən bir ağaca
çıxıb qışqırardı. Bununla
da guya ipəkqurdları oyanar və tez yarpağa
çıxardılar.
Əslində bu kimi inanclarla bağlı
davranışlar bəzi hallarda müəyyən ənənəvi
ayinlərin formalaşmasına, eyni və ya bənzər məqamlarda
icra edilməsinə səbəb olur. İpəkqurdunun canlanması
dövründə adamlar bir-birinə bostan bitkilərinin
toxumunu, od və başqa şeylər verə
bilməzdi. Yoxsa barama məhsul verməzdi.
Baramaqurdu ağarmağa başlardısa, bu,
qurdun gözə gəlməsi kimi başa düşülərdi.
Ona görə də bir parça
qızdırılmış kömürü içərisində
su olan piyaləyə salıb baramanın üstünə gəlmiş
adamların adını çəkərdilər. Kömür kimin adı çəkiləndə
suyun dibinə batardısa, bununla da baramanın onun tərəfindən
gözə gəlməsini müəyyən edərdi¬lər.
Bundan sonra kömür parçasını əzib
küçəyə atar və yaxud kömürdən
kümxananın qapılarına xaç çəkib, suyu
küçəyə atardılar.
Çox maraqlı faktdır ki, baramaqurdu ilə
bağlı Balakən folklorunda da özünəməxsus
nümunələr mövcuddur. Bir qadın yazda barama
qurdunun toxumundan çıxması üçün qurdun
toxumdan çıxma ərəfəsində toxumu
götürüb buğda və çörək
qırıntıları ilə qarışdıraraq balaca bir
torbaya tökür, ağzını sapla bağlayırdı.
Toxum çıxacağı vaxt qadın
sapı açır, torbanı öz dizinə
bağlayırdı. Torba təsadüfən sap
qırılıb aşağı düşənə qədər
qadının dizinə bağlı qalardı. Bizcə,
barama ilə məşğul olan qadın ona görə
“toxumu götürüb buğda və çörək
qırıntıları ilə qarışdıraraq balaca bir
torbaya tökür, ağzını sapla bağlayırdı
ki, Azərbaycan mühitində xeyir, bərəkət rəmzi
olan buğda və çörəyin sehrli gücü,
yardımı ilə barama toxumu da bərəkətlənsin.
Toxum çıxacağı vaxt qadın
sapı açır, torbanı öz dizinə
bağlayırdı. Bununla da sanki barama
qurdlarına artıq oyanmağın, hərəkətə gəlməyin,
işə başlamağın vaxtının
çatdığını xəbər verirdi. Belə
ki, istər ilkin inanclardan olan şamanizm, istər ən son
inanclar olan səmavi dinlər, istərsə də qədim
olduğu qədər də müasir olan, yəni bu günlərdə
də öz aktuallığını itirməyən izoterika
elmi bənzər varlıqlara təlqin yolu ilə onları bənzər
ruhi və əməli fəaliyyətə sövq etməyin
mümkün olduğunu qeyd edir. Bizcə, ona
görə “torba təsadüfən sap qırılıb
aşağı düşənə qədər
qadının dizinə bağlı qalardı ki, barama
toxumları son ana qədər onlara böyük inamın
olduğunu anlasınlar.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 15
sentyabr.- S.13.