KİV-lərdə millətlərarası
məsələlərlə bağlı məlumatlandırma
və maarifləndirmə
I yazı
Bu yazıda KİV-in millətlərarası məsələlərlə
bağlı məlumatlandırma, maarifləndirmə, problemlərin
həlli yolları ilə bağlı danışılır. Araşdırmaçı
İlham Mazanlı bildirir ki, kütləvi informasiya vasitələri
kütləvi şüuru formalaşdırır, milli və
beynəlxalq münasibətlərdə (o cümlədən,
digər məsələlərdə) toplanılmış
praktik təcrübənin dərk edilməsi, cəmiyyətin
demokratikləşməsi, hüquqi dövlətin əsaslarının
yaradılması prosesində iştirak edilməsi, eyni zamanda
elmi biliklərin, elmi informasiyanın, yeni nəzəri
axtarışların, millətlərarası və dövlətlərarası
münasibətlərdə siyasi islahatların
aparılması məqsədi ilə əsaslı metodoloji
yanaşmaların tətbiqi vasitəsilə yeni təfəkkürün
formalaşmasına təsir göstərir: “Ümumiyyətlə,
istimai həyatın bütün sahələrində əhəmiyyətli
nailiyyətlərin əldə olunması KİV-in cəmiyyətdəki
problemlər barədə tam, obyektiv və səriştəli
məlumat verməsindən, geniş auditoriyaya səmərəli
təsir forma və metodları axtarmasından, həqiqəti əks
etdirməsindən olduqca asılıdır.
Müasir şəraitdə yeni elektron, xüsusilə də
rəqəm və nano informasiya texnologiyalarının
imkanları, onların daha keyfiyyətli jurnalist məhsullarının
yaradılması prosesində istifadə olunması istənilən
cəmiyyətin inkişaf istiqamətlərinin və həyatın
özünün xarakterinin müəyyən olunmasına ciddi
təsir göstərir. Məhz belə bir şəraitdə cəmiyyətlə
kütləvi informsiya vasitələri arasındakı
qarşılıqlı münasibət, KİV-in cəmiyyətdən,
hakimiyyətdən və yaxud demokratik status imicinə nail olmaq
istəyən dövlətdən nə dərəcədə
asılılığı və ya azadlığı məsələləri
daha mühüm əhəmiyyət kəsb edir. Kütləvi informasiya vasitələri cəmiyyətin
həyatına və bütün fəaliyyət sahələrinə,
o sümlədən, milli siyasətin hazırlanmasına və
həyata keçirilməsinə birbaşa nüfuz etmək
imkanına malikdir. Kütləvi informsiya vasitələri
cəmiyyətdə reproduktiv (siyasətin elektron KİV-lər
– radio, televiziya, internet, mobil telefon və s. istənilən
elektron informasiya daşıyan və yayan vasitə ilə əks
olunması) və produktiv (yaradısı) funksiyaları yerinə
yetirir və bununla da cəmiyyətin milli və beynəlxalq həyat
məsələlərini də özündə ehtiva edən
siyasi həyatında mühüm rol oynayır, həm də
buna uyğun olaraq cəmiyyətdə baş verən proseslərə
görə məsuliyyət daşıyırlar. KİV-in cəmiyyətin
siyasi həyatına nüfuzu bir proses kimi olduqca
çoxşaxəlidir. KİV cəmiyyətin
həyatında kütləvi kommunikasiyanın həm
bütöv, həm də bir tərkib hissəsi kimi müxtəlif
sosial-siyasi rol oynaya bilir, bəziləri isə tipik sosial-siyasi
situasiyaların sayından asılı olaraq, xüsusi ictimai əhəmiyyətə
malik olurlar. Kütləvi informasiya vasitələri cəmiyyətdə
təşkilatçı, səfərbəredici, birləşdirici,
təkmilləşdirici, maarifləndirici və s.
funksiyaları yerinə yetirir. KIV
bütövlükdə cəmiyyətin həyatına,
ayrı-ayrılıqda isə heç bir fərq qoymadan onun
bütün üzvlərinin sosial-siyasi, psixoloji və mənəvi
simasına bilavasitə böyük təsir göstərir.
Bu, ilk növbədə onunla izah olunur ki,
KİV-lə yayılan hər bir yeni informasiya özündə
siyasi məzmun, yönüm və dəyərləri
daşıyır, həmçinin uzun müddət
insanların şüurunda yaşayır. Böhran
dövrlərində, xüsusilə də millətlərarası
və dövlətlərarası münasibətlərin gərginləşməsi,
sosial narahatlıq şəraitində insanlar təlqinə və
təsirə xüsusilə tez məruz qalır, müxtəlif
yeni ideya və stimula əks-səda verir, “informasiya
hücumuna” daha tez təslim olurlar. Təcrübə
göstərir ki, milliyyətindən, dinindən, hər
hansı bir korporativ qrupa mənsub olmasından asılı
olmayaraq, insanlar KİV-in bəzi ideya və
çağırışları ətrafında daha tez cəmləşirlər.
KIV insanları birləşdirir, milli səviyyədə
vahid dəyər və rəmzlərin hazırlanmasını
və onlara inamın artmasını tezləşdirir,
ümumi “axına” yönəldir. Beynəlxalq
təsrübə, xüsusilə də XX əsrin
sonlarında postsovet və Şərqi Avropa regionunda baş
vermiş məlum hadisələr göstərib ki, bu prosesi
kütləvi informasiya vasitələri özləri
yaradır və özləri də onu qlobal səviyyəyə
qaldırırlar. Əgər KIV-in
müasir dövrdə rolunun getdikcə daha da
artdığını nəzərə alsaq, KİV-in
sözügedən sahədə fəaliyyətinin, xüsusilə
də onun millətlərarası və ya müxtəlif insan
birlikləri, ya da dövlətlərarası münasibətlərin
təkmilləşdirilməsi və stabilləşdirilməsi
faktoru kimi müəyyən edilməsinin və sistemləşdirilməsinin
aktuallığı və əhəmiyyəti heç bir
şübhə doğurmur”.
Araşdırmaçı
bildirir, XX əsrin sonlarında bu səpkidən olan konfliktlərin
sərgisində Dağlıq Qarabağ və onun ətrafında
baş vermiş, Azərbaysan və Ermənistan
arasındakı münasibətləri sonuna qədər gərginləşdirmiş
və tarıma çəkmiş, dünya istimaiyyətinin və
bir sıra güclü dövlətlərin (xüsusilə də
regionda geosiyasi marağı olan) diqqətini regiona səlb
etmiş, həmçinin bəzi postsovet ölkələrində
istənilən an özünəxas detonator rolunu oynaya biləsək
hadisələr (Rusiyanın Abxaziyanın və Sənubi
Osetiyanın müstəqilliyini tanıması, Ukrayna hadisələri
zamanı Krıma hərbi kontingent yeritməsi və
Krımı öz tərkibinə qatması bu ehtimalı daha
real edir) xüsusi yer tutur: “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bir tərəfdən
özündə millətlərarası və dövlətlərarası
münasibətlərin ümumi problemlərini cəmləşdirsə
də, digər tərəfdən bu münaqişə
özünəməxsus spesifik xüsusiyyətlərə
malikdir. Hər şeydən əvvəl qeyd
edilməlidir ki, həmişə cəmiyyətdə “inqilabi
yüksəliş və kardinal dəyişikliklər” baş
verdiyi dövrlərdə “Dağlıq Qarabağ haqqında məsələ”
qaldırılıb. Dağlıq
Qarabağ ətrafında yaradılmış situasiyanın
qeyri-adiliyi özünü problemin süni yaradılması və
qızışdırılmasında, millətçi və
separatçı qüvvələr tərəfindən əvvəlcədən
verilmiş parametrlərə uyğun olaraq gərginliyin
artırılmasında büruzə verirdi. Problemin gedişinin davamlı olaraq uzadılması
da bu münaqişənin xarakterik xüsusiyyətlərindəndir.
Zənnimizcə, bu baxımdan da KIV-in fəaliyyətlinin
araşdırılması qanunauyğun elmi maraq doğurur.
Yuxarıda deyilənlərdən obyektiv olaraq belə bir nəticəyə
gəlmək olur ki, fərqli sistemlərdə belə, millətlərarası
və dövlətlərarası münasibətlərin
KİV-də işıqlandırılması təcrübəsinin
öyrənilməsi hər zaman faydalıdır və bu,
aşağıda göstərilən obyektiv səbəblərlə
izah olunur:
- millətlərarası və dövlətlərarası
münasibətlərin KİV-də
işıqlandırılması sahəsində tarixi təsrübənin
öyrənilməsinin vacibliyi;
- millətlərarası və dövlətlərarası
münasibətlər probleminə, xüsusilə də
hüquqi, demokratik dövlətin əsaslarının
yaranmasına yeni yanaşmanın formalaşmasında kütləvi
informasiya vasitələrinin rolunun artması;
- postsovet regionunun bəzi dövlətləri və
kütləvi informasiya vasitələri arasında millətlərarası
münasibətlərin mürəkkəbləşməsi nəticəsində
yaranmış sosial-siyasi gərginliyin aradan
qaldırılması;
- milli regionlarda yaranmış münaqişə
şəraitində KIV-in fəaliyyətinin kompleks halda
araşdırılması;
- bu problematikanın yalnız tarixilik və ya
müasir dövrün hərtərəfli təhlili
baxımından deyil, eyni zamanda, kütləvi informasiya vasitələrinin
millətlərarası və dövlətlərarası
münasibətlərin təkmilləşdirilməsi amili kimi
fəaliyyətlərinin optimallaşdırılması
yollarının araşdırılması.
Ümumiyyətlə, indiyədək KİV-in fəaliyyətinin
araşdırılması məqsədi ilə müxtəlif
istiqamətlərdə çoxsaylı tədqiqat işləri
aparılıb. Lakin XX əsrin son onilliklərində
xeyli empirik material toplanılsa da, bu problem üzrə elmi
publikasiyalar sırf ümumi nəzəri xarakter
daşıyır və onların əksəriyyəti
kommunist ideologiyası çərçivəsində
hazırlanıb. Bu məqalələrdə
KİV-in fəaliyyət problemləri bir qayda olaraq, ümumi
siyasi prosesin tərkib hissəsi kimi deyil, onun illüstrativ hissəsi
kimi nəzərdən keçirilir. Aydındır ki, bu
sür yanaşmalar yaşarlı ola bilirlər.
Hətta müxtəlif növ elmi invektivlərin sübut
olunmasında kifayət qədər inandırısı
arqument rolunu oynaya bilsələr də, KİV-in fəaliyyətinin
“sistemdaxili” təhlili üçün o qədər də
yararlı ola bilmirlər. Bu problem Azərbaycan
elminin və jurnalistikasının da daxil olduğu sovet elminin
müxtəlif sahələrini - siyasi fəlsəfə,
politologiya, sosiologiya, o sümlədən KİV-in
sosiologiyası, filologiya və s. sahələri təmsil edən
alimlər tərəfindən nəzərdən
keçirilib. Ancaq təəssüflə qeyd
olunmalıdır ki, bu problem nə sovet, nə də Azərbaysan
jurnalistikasında son vaxtlaradək konseptual şəkildə
araşdırılmayıb. Yalnız
1980-1990-cı illərdə aparılmış bəzi tədqiqat
işlərində milli münasibətlər probleminin
SSRİ-nin reallıqları ilə sıx əlaqəli şəkildə
araşdırılması istiqamətində müəyyən
addımlar atılıb. Artıq bu
reallıqlar müəyyən dərəsədə
keçmişdə qalsa da və ya özünü başqa
bir formada büruzə versə də, bu problemin tədqiqində
yalnız o dövrün nəzəri və praktik elmi nəticələrinin
əldə rəhbər tutulması məqbul sayıla bilməz”.
Sovet cəmiyyətində
həyatın beynəlmiləlləşdirilməsinin
qanunauyğunluğu problemini araşdıran tədqiqatçılar
millətlərin və xalqların inkişafının və
yaxınlaşmalarının ideoloji təminatı sistemində
kütləvi informasiya vasitələrinin mühüm rol
oynadığını qeyd edirlər: “Bəzi tədqiqatçıların
əsərlərində kütləvi informasiya vasitələrinin
SSRİ-də yaşayan xalqların həyatında milli ilə
beynəlmiləlin dərinləşməsinə, millətlərarası
ünsiyyət proseslərinə birbaşa təsirinin müxtəlif
aspektləri, şəxsiyyətin hərtərəfli və
harmonik inkişafında KİV-in artan təsiri öz əksini
tapırdı. Bəzi tədqiqatçılar isə
xüsusi olaraq, kütləvi informasiya vasitələrinin milli
siyasət sahəsindəki fəaliyyətini, KİV-in beynəlmiləlçilik
funksiyasının formalaşması və təkmilləşdirilməsi
prosesini təhlil etmiş, insanların beynəlmiləlçilik
ruhunda tərbiyə olunmasında KİV-in rolu və fəaliyyəti
problemlərini araşdırıblar. Bir sıra
alimlər isə tədqiqat obyekti kimi sosialist xalq və millətlərinin
iqtisadi birliklərinin möhkəmləndirilməsi sahəsində
mətbuatın, televiziya və radionun fəaliyyəti məsələlərini
seçmişlər. Bəzi elmi işlər
isə xalqların mənəvi inkşafı və milli mədəniyyətlərin
qarşılıqlı zənginləşməsi, beynəlxalq
mədəniyyətin bərqərar olması prosesində
kütləvi informasiya vasitələrinin yeri və rolu
problemlərinə həsr olunub”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 17
sentyabr.- S.13.