KİV-lərdə
millətlərarası məsələlərlə
bağlı məlumatlandırma və maarifləndirmə
IV yazı
Araşdırmaçı
İlham Mazanlı bildirir ki, hazırda Azərbaycan öz milli
inkişafının yeni mərhələsini yaşayır:
“Milli-mənəvi dəyərlərin qorunması bu
dövrün ən ümdə vəzifələrindən biri
kimi qiymətləndirilir. Sahə mütəxəssislərinin
fikrinə görə, gələcəyini düşünən
xalq daim irəliyə baxmalı, insani, maddi və mənəvi
resursları səfərbər etməlidir. Millətin tarixi keçmişi onun gələcəyə
uğurla addımlaması üçün həm etibarlı
zəmin, həm də ibrət dərsidir. Xalqın inkişaf yolunda varisliklə novatorluq vəhdət
təşkil etməlidir. Bir sıra
ictimai-siyasi xadimlər və tədqiqatçılar yeni
dövr milli inkişaf siyasətinin davamlı şəkildə
həyata keçirilməsini milli dövlətçiliyin,
milli ruhun qorunmasının, inkişaf etdirilməsinin və
yeni nəsillərə çatdırılmasının
mühüm şərtlərindən biri kimi xarakterizə
edirlər.
Millətlərarası və dövlətlərarası
münasibətlərlə kütləvi informasiya vasitələri
arasında qarşılıqlı təsir problemləri
KİV əməkdaşlarından nəzəri bilik,
müvafiq məsələlərə aid fakt və məlumatları
toplamaq, elmi təhlil metodundan istifadə etmək, elmi ədəbiyyat
və mənbələrlə işləmək
bacarığı tələb edir. Milli inkişaf siyasətinin,
millətlərarası və dövlətlərarası
münasibətlərin kütləvi informasiya vasitələrində
işıqlandırılması jurnalistdən yüksək səriştəlilik
və sənətkarlıq keyfiyyətləri ilə
yanaşı, həm də böyük məsuliyyət tələb
edir. Beynəlxalq təcrübə göstərir ki,
kütləvi informasiya vasitələrinin millətlərarası
və dövlətlərarası münasibətlərə
ikili (xüsusilə də neqativ) təsiri müəyyən dərəcədə
bu problemlərin işıqlandırılması zamanı cəmiyyətdə
baş verən bütün proseslərdə, o cümlədən,
dövlətçilik və dövlət quruculuğu prosesində
hansısa xalqın (əsasən, çoxsaylı)
istisnalığının xüsusi vurğulanması ölkədə
yaşayan digər xalqlarda (əsasən, azsaylı)
assimilyasiya assosiasiyası yaradır. Əksər
hallarda azsaylı xalqlar bu amilə çox həssaslıqla
yanaşır və assimilyasıyanın məqsədli şəkildə
və zorla həyata keçirildiyini düşünürlər.
Məhz bu xüsusiyyəti nəzərə alaraq, media öz
fəaliyyətində bu mühüm sosial-psixoloji amili daim nəzərə
almalı, yerli etnosların minillər boyu dinc-yanaşı
yaşamalarını,etnik özəlliklərini, mədəniyyətlərini,
dilini və dinini, milli adət-ənənələrini
qoruyub-saxlamalarını və inkişaf etdirmələrini bu
ərazidə məskunlaşmış bütün
xalqların xoşbəxtliyi kimi səciyyələndirməlidir.
Təəssüf ki, qonşularımızın
hamısı haqqında bu fikri qətiyyətlə söyləyə
bilmirik. Hazırda Azərbaycanda yaşayan
etnik icmaların dilində 15-dən, təkcə rus dilində
isə 30-dan çox qəzet və jurnal nəşr olunur.
Televiziya kanallarında milli azlıqların
etnik-mədəni həyatı, etnoqrafiyası barədə
müntəzəm olaraq materiallar nümayiş etdirilir. Milli azlıqların sıx yaşadıqları
bölgədə yerli televiziya və radio kanalları fəaliyyət
göstərir. Azərbaycan Dövlət Radiosu ilə
mütəmadi olaraq rus, kürd, ləzgi, talış,
gürcü və s. dillərində 15-dək veriliş
yayımlanır.
İctimai
Televiziya ölkədə yaşayan bütün xalqların və
etnik qrupların, hətta bir və ya bir neçə kənddə
məskunlaşmış, sayları bir neçə mindən
artıq olmayan etnosların maddi mədəniyyət nümunələrini,
etnik və məişət özəlliklərini geniş
ictimaiyyətə çatdırır, etnik azlıq və
qrupların mədəni irsinin qorunub saxlanılması və
inkişaf etdirilməsi, xalqlar arasında
qarşılıqlı anlaşma və dostluq münasibətlərinin
möhkəmləndirilməsi məqsədilə “Azərbaycan
- doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti
festivalını keçirir. Müxtəlif bölgələrdən
- Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Lənkəran,
Astara, Masallı, Saatlı, İsmayıllı və Şabran
rayonlarından azsaylı xalqların bədii özfəaliyyət
kollektivləri festivala dəvət olunurlar. İctimai
Televiziya bu festivalı peyk vasitəsilə bütün
dünyaya yayır. Azərbaycanın zəngin
milli palitrasını, azsaylı xalqların adət-ənənələrini,
mətbəxini, folklorunu özündə əks etdirən
videomateriallar hazırlanır və müxtəlif dillərə
tərcümə edilərərək dünya ictimaiyyətinə
çatdırılır”.
Araşdırmaçı hesab edir, ancaq heç də həmişə
KİV-in imkanlarından pozitiv məqsədlər
üçün istifadə olunmur. Bu tendensiyalara bəzi postsovet ölkələrinin
və digər qonşu ölkələrin mətbuatında da
rast gəlinir: onlar KİV-in ictimai şüura nüfuzetmə
imkanlarından sui-istifadə edir, əhaliyə kollektiv etnik,
dini və s. hüququn insan hüquqlarından üstün əhəmiyyət
kəsb etdiyini təlqin etməyə
çalışırlar. Bu metoddan əsasən
başqa xalqları əsrlərlə müstəmləkədə
saxlayan rejimlər öz ömürlərini uzatmaq, ya da bu əsarətdən
qurtarmış xalqları KİV millətlərarası və
dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi
faktoru kimi bu və ya digər formada yenidən öz təsir
dairələrinə daxil etmək üçün istifadə
edirlər. Bu prosesdə kütləvi
informasiya vasitələrinin ikili rolu (tənzimləyici və
ya dağıdıcı) özünü daha qabarıq şəkildə
büruzə verir. Xüsusilə də elektron vizual
mediada yeni kommunikasiya texnologiyalarının “məqsədli” tətbiqi
sayəsində asanlıqla əldə olunan “25-ci kadr effekti”,
müşahidə olunan, ancaq qavranılmayan, yaxud da insan beyni
tərəfindən qəbul olunan, ancaq emal olunmayan informasiya
(işarə, səs, işıq formasında ola bilər) və
ya istənilən material geniş auditoriyanın şüuru və
hissləri ilə manipulyasiya etmək imkanlarını xeyli
artırır.
Jurnalistika ictimaiyyətində belə bir fikir də
mövcuddur ki, əhalisinin tərkibi çox sayda müxtəlif
millətlərdən ibarət olan ölkələrdə millətlərarası
və dövlətlərarası münasibət mədəniyyətini
formalaşdırmadan vətəndaş mədəniyyətinə
nail olmaq mümkün deyil. Bu fikrin tərəfdarları öz
mövqelərini beynəlmiləl dilin olmadığı kimi,
beynəlmiləl mədəniyyətin də olmaması
arqumenti ilə əsaslandırır və izah etməyə
çalışırlar ki, internet bizim həyatımıza nə
qədər yüksək sürətlə daxil olacaqsa, milli mədəniyyətin
qorunub saxlanılması üçün həm sayca çox
olan millətin, həm də milli azlıqların dilində mətbu
sözün əhəmiyyəti bir o qədər vacib xarakter
alacaq. Bu problem özünü xüsusilə
ötən əsrin 90-cı illərinin əvvəllərində
keçmiş SSRİ ərazisində millətlərarası
münaqişələrin və insanların bu hadisələrə
münasibətlərinin kəskinləşdiyi şəraitdə
özünü daha qabarıq şəkildə büruzə
verirdi.
Bəzi
respublikaların KİV-ləri isə hələ XX əsrin
70-80-ci illərindən başlayaraq, beynəlxalq dəyərlərə,
“vahid sovet xalqı” və s. bu kimi postulatlara məhəl
qoymadan açıq şəkildə bir millətin başqa
millətlərdən fərqliliyini –qədimlik və istedad
baxımından üstünlüyünu və müstəsnalığını
təbliğ edir, özünə “yerli xalq” imici
qazandırmağa, başqa xalqların bura “gəlmə”
olduqları ideyasını yaymağa, hətta millətlərin
bərabərliyi prinsipinə etinasızlıq göstərərək,
bu müddəaların milli qanunvericilikdə təsbit
olunmasını, öz xalqlarının məkrli
marağı naminə “əzabkeş xalq”, “tarixi ədalətin
bərpası”, “milli haqq” və s. kimi konsepsiyaları mütləqləşdirməyə
çalışırdılar. Bu da öz
növbəsində millətçiliyi, xalqlar və dövlətlər
arasında milli ədavəti daha da dərinləşdirirdi.
Bu problem artıq jurnalistika
araşdırıcılarını da narahat etməyə
başlamışdı, çünki bu sahədə mətbuatın
ikili rol oynamasını və KİV-in bu cür fəaliyyətinin
hansı nəticələrə gətirib
çıxaracağını onlar daha yaxşı
anlayırdılar.
Bir sıra mütəxəssislərin fərqli sistemlərdə
apardıqları araşdırmalar sayəsində gəldikləri
nəticələri və verdikləri proqnozları həyat və
praktika artıq dəfələrlə təsdiq edib. Media tədqiqatçılarının
millətlərarası və dövlətlərarası
münasibətlərin KİV-də adekvat şəkildə
işıqlandırılması, problemin səbəblərinin
obyektiv və əsaslandırılmış şəkildə
əhaliyə çatdırılması və hansı neqativ
nəticələrə gətirib
çıxaracağının əvvəlcədən müəyyən
edilməsi üçün emosiyalara, başqa xalqlara
qarşı ədavət hisslərinə yol verilməməsi,
publikasiyaların real həyata söykənməsinin təmin
olunması məqsədi ilə redaksiyaların strukturunda və
yaxud da millətlərarası problematikaya yönəlmiş
ayrıca səriştəli sosioloji xidmət
qruplarının yaradılmasının vacibliyi haqqında təkliflər
həyata keçirilir və onların fəaliyyəti
problemin həllində KİV-in təsirliliyinin artmasında
xüsusi rol oynayır”.
Araşdırmaçı
bir məqama diqqət çəkir: “Fikrimizi təsdiq etmək
üçün hələ 1991-ci ildə (SSRİ-nin
dağıldığı il – İ.M.)
keçirilmiş iri həcmli bir sosioloji tədqiqata müraciət
etmək istərdik. Tədqiqat 20 ildən
artıq əvvəl aparılsa da, onun aşkara
çıxardığı hallar hazırda
yaşadığımız günlərin gerçəkliklərini
demək olar ki, təfərrüatı ilə özündə
əks etdirir. Bu da millətlərarası
və dövlətlərarası münaqişələrin
yaranmasının və bəzən də onların həlli
üçün zorakılıqdan istifadənin səbəbinin
məhz KİV-lə milli məsələyə aid stereotip və
xürafatların, başqa xalqlara nifrətin insanların beyninə
yeridilməsi ilə bağlıdır. Sosioloji sorğu
Rusiyanın Stavropol, Şimali Osetiya, Kemerov, Orenburq və Pskov
vilayətlərində, Moskva şəhərində
keçirilmiş və təxminən 4 min nəfəri əhatə
edib.
Sosioloji sorğunun subyektləri arasında bizim
üçün daha çox maraq kəsb edən Stavropol vilayətidir. Əgər nəzərə
alsaq ki, bu vilayətdə yerli etnos sayılan ruslardan sonra
sayına görə azsaylılar ermənilər hesab olunurlar,
sorğunun nəticələrinin regionda baş verən proseslərin
qiymətləndirilməsində oynayacağı rolu müəyyən
etmək o qədər də çətin deyil. 2010-cu ilə olan məlumata görə, Stavropolun əhalisi
2 790 789 nəfər olub və onların 161 324 nəfərini,
təxminən 6 %-ni ermənilər təşkil edir. Azərbaycanlı
əhali 17800 nəfərdən ibarətdir ki, bu da 0,65 %-ə bərabərdir. Sorğu
vərəqinə daxil edilmiş iki suala verilən cavab bizim
diqqətimizi daha çox cəlb edir. “Elə
millətlər varmı ki, siz onlara qarşı ədavət
hissi keçirirsiniz?” sualına stavropolluların 33%-i müsbət
cavab verib. Rəyi soruşulan
paytaxtlıların da 20%-i sualı bu cür cavablandırıb.
Respondentlər başqa millətlərə kinli
münasibət bəsləmələrinin birinci səbəbi
kimi onlarla məişət səviyyəsində münasibət
saxlamalarını, istehsalatda birgə
çalışdıqlarını və bu əsasda da onlara
yaxşı bələd olduqlarını, ikinci səbəb
kimi isə millətlərarası münaqişələrin
günahkarları haqqında yaranmış təsəvvürləri
göstəriblər.
Uğur
Xalq cəbhəsi.- 2016.- 22
sentyabr.- S.13.