Azərbaycanda
multikulturalizm
Multikulturalizm - eyni bir ölkədə yaşayan müxtəlif
xalqların nümayəndələrinin mədəniyyət
hüquqlarını tanıyan humanist dünya
görüşü və ona uyğun olan siyasətdir.
O,
ayrıca götürülmüş ölkədə və
bütövlükdə dünyada müxtəlif millətlərə
və məzhəblərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması, inkişafı və
harmonizasiyasına, azsaylı xalqların dövlətlərin
milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Humanist və demokratik nəzəriyyə, yaxud
ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür
ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq
münasibətlər mədəniyyəti, insanlar arasında
qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün deyil.
Bir çox minilliklərlə ölçülən təkamül
nəticəsində ruhi mədəniyyət bəşəriyyətin
sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin
universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin
formalaşması səviyyəsinə və tempinə,
istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə,
siyasətə və idarəçiliyə, sülh və beynəlxalq
münasibətlər mədəniyyətinə böyük təsir
göstərir. Mədəni mübadilə və
qarşılıqlı zənginləşmə, xalqların
sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin
tarixi qanunauyğunluqlarını bilmə və
yaradıcı şəkildə istifadə etmə
qloballaşma şəraitində Azərbaycanın davamlı,
rəqabət qabiliyyətli və təhlükəsiz
inkişafı üçün mühüm nəzəri və
praktik əhəmiyyət kəsb edir. Multikulturalizm
mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri
alətidir. Digər mədəniyyətlərin
mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini
öyrənmədən onlara qarşı tolerant münasibət,
onların nümayəndələrinə hörmət
mümkün deyil, qarşılıqlı anlaşma, mədəniyyətlərin
və sivilizasiyaların dialoqonu qurmaq mümkün deyil.
Avropa və bəzi qərb dövlətləri
multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb
kulturoloji vəzifə olması ilə əlaqədar ondan
imtina etmişlər. Bəzi xalqların nümayəndələri
bu və ya digər dövlətlərin milli mədəniyyətinə
nə assimilyasiya, nə inteqrasiya olmağı arzu etmirlər.
Bu vəzifənin həlli üçün
bütün dünyada “Homo sapiens” tipli insandan “Homo culturalies”
tipli insana keçid beynəlxalq proqramının bütün
dünyada işlənib hazırlanması və tətbiq edilməsi
zəruridir. Olsun ki, Azərbaycan
multikulturalizm ənənəvi siyasətinin çox
yaxşı modelidir.
Müasir multimədəni cəmiyyətlər kulturoloji
strategiyalara əsaslanan düşünülmüş
multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun
sübutlarından biri Azərbaycan Respublikasının
inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə
müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif
xalqların nümayəndəlləri harmonik inkişaf edirlər.
Multikulturalizmdən imtina etmək yaxşı heç
nə vəd etmir, çünki bu, təəssüf ki,
bütün dünyada getdikcə artan
anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və
qarşıdurmaya, milli və dini münaqişələrə
aparıb çıxaran yoldur.
Qeyd edək ki, Azərbaycanın humanitar sahədə
keçirdiyi beynəlxalq tədbirlər həmin toplantıların
iştirakçıları tərəfindən yüksək
dəyərləndirilir. Respublikamızın gündəlik həyatı
sülh, sabitlik və qarşılıqlı anlaşma ilə
yaşanan ölkələrdən biri olması belə mötəbər
tədbirlərin keçirilməsi üçün
böyük zəmin yaradıb, çünki bir sıra
ölkələrdə müşahidə edilən millətlərarası
və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan
öz sabitliyini qoruyub saxlayır. Bu gün
Azərbaycan tolerantlığı ilə dünyaya nümunədir.
UNESCO tərəfindən qəbul edilən
“Tolerantlıq prinsipləri bəyannaməsi”ndə qeyd edilir
ki, tolerantlıq dünya mədəniyyətinin zəngin
müxtəlifliyinə, özünüifadə formalarına
və insan fərdiliyinin təzahür üsullarına
hörmət edilməsini, onların qəbul olunmasını
və düzgün anlaşılmasını ifadə edir.
Ona bilik, açıqlıq, ünsiyyət və
fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır.
O, təkcə mənəvi borc deyil, həm də siyasi və
hüquqi tələbatdır. Tolerantlıq
sülhün əldə olunmasına, müharibənin
sülh mədəniyyəti ilə əvəzlənməsinə
kömək edən məziyyətdir, güzəşt,
yumşaqlıq və ya görməməzlik deyildir,
insanın universal hüquqlarının, əsas
azadlıqlarının tanınması əsasında
formalaşan fəal münasibətdir. Tolerantlıq
insan hüquqlarının, plüralizmin, demokratiya və
hüquq qaydalarının təsdiq edilməsinə köməketmə
öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin
mütləqləşdirilməsindən imtina
olunmasını ifadə edən, insan hüquqlarına dair
beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş
normaları təsdiq edən anlayışdır.
Müstəqil Azərbaycanda etnik azlıqların
hüquqlarının müdafiəsi ölkənin siyasi
sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Azərbaycanın
milli siyasəti bütün etnik qruplar, o cümlədən,
milli azlıqlar üçün şəraitin təmin edilməsi
və yaradılmasıdır. Respublikada
multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi,
ümumbəşəri, humanist dəyərlərə
söykənən davamlı və ardıcıl siyasi kursudur.
Multikulturalizm bir ideya və termin kimi ilk dəfə
Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin
əxlaq kateqoriyasına çevrilib. Bakıda
“Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və
media” mövzusunda keçirilən konfransda qeyd olunmuşdur
ki, müasir dünya ictimaiyyətinin ən mütərəqqi
dəyərlərindən biri hesab olunan dini tolerantlıq
mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış
normasına çevrilib. Ölkəmiz
bütün dinlərin, mədəniyyətlərin, fərqli
baxışların bir ailə kimi yaşadığı
tolerantlıq məkanıdır. Bu gün
dünyada çoxmədəniyyətli ölkə imici
qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir.
Tarixən tolerant ölkə olan Azərbaycanda
müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər
və digər dinlərə etiqad edən insanlar da
yaşayırlar. Ölkəmizdə
yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək
üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı
dünya ölkələri üçün tolerantlıq
örnəyinə çevirib. Qürurverici
haldır ki, bir sıra dövlətlər bizim təcrübəmizdən
yararlanmağa çalışırlar. İndi
dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan
nümunəsi öyrənilir. Yeri gəlmişkən,
2013-cü ildə 70-dən çox ölkədən 800-ə
yaxın tanınmış elm, mədəniyyət xadiminin,
Nobel mükafatı laureatlarının
toplaşdığı III Bakı Beynəlxalq Humanitar
Forumunda qeyd olunmuşdur ki, bu sahədə məsələlərin
müzakirəsi üçün Bakıda mütəmadi
olaraq unikal tribuna, platforma imkanı yaradılır və
multikulturalizm nümunəsi olan Azərbaycan
ziyalılarının mülahizələri də
böyük marağa səbəb olub. Ümumiyyətlə,
ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq
tədbirlərdə dünyada milli və dini
tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin
təbliği, dini zəmində ekstremizmə və
ayrı-seçkiliyə qarşı birgə mübarizə
yollarının araşdırılması, fərqli dinlərin
və mədəniyyətlərin daşıyıcısı
olan insanlar arasında dialoq və qarşılıqlı
anlaşmanın bərqərar edilməsi və digər aktual
problemlər geniş müzakirə olunmuşdur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan
dövləti ölkədəki dini ibadət
azadlığından və multikulturalist mühitindən
sui-istifadə etməyə cəhd edən müxtəlif təriqətlərin,
missioner təşkilatların antimilli fəaliyyətinə
qarşı qəti və barışmaz mövqe
nümayiş etdirir.
Onu da qeyd
edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yardımı ilə həyata keçirilən
layihə çərçivəsində İsveçrənin
Silahlı Qüvvələrə Demokratik Nəzarət
üzrə Cenevrə Mərkəzi tərəfindən
hazırlanan “Azərbaycanda multikulturalizm və dünyəviliyin
ortaq dəyərləri” sərhlövhəli məqalə
İsveçrənin rusdilli “Íàøà Ãàçåòà” xəbər
saytında işıq üzü görüb
(http://www.nashagazeta.ch/news/politica/18755). Şuranın mətbuat
xidmətindən verilən məlumata görə, məqalədə
Mərkəzin beynəlxalq əlaqələr üzrə
direktor müavini Daniel Varner və layihə koordinatoru xanım
Lidia Amberqin 14-17 dekabr 2014-cü il tarixlərində
Bakıya etdikləri səfər və keçirdikləri
görüşlər haqqında təəsüratları əksini
tapıb.
Məqalədə Şura haqqında ümumi məlumat verilib və qurumun Azərbaycanda QHT sektorunun inkişafında mühüm rol oynadığı qeyd olunub. Təşkilat nümayəndələri öncə Cənubi Qafqazda ən qabaqcıl təhsil ocaqlarından olan ADA Universtetini ziyarət edərək tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra Şura əməkdaşlarının yardımı ilə D.Varner və xanım L.Amberq Bakıda yerləşən müxtəlif dini qurumları ziyarət ediblər. Katolik kilsəsinin keşişi Vladimir Fekita 2002-ci ildə mərhum Roma papası II Pavelin Azərbaycana baş tutan səfəri haqqında məlumat verib. V.Fekita qeyd edib ki, o, Katolik kilsəsinin keşişi olaraq hər cür qayğı ilə əhatə olunub və müsəlman, yəhudi icmalarındakı həmkarları ilə daim görüşür və gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparır.
D.Varner və L.Amberq məqalədə 2003-cü ildən fəaliyyət göstərən aşkinaz yəhudilərin sinaqoqunda onların Bakı icmasının rəhbəri Qennadi Zelmanoviçlə keçirdikləri görüş haqqında da fikirlərini bildiriblər. Q.Zelmanoviç ölkəmizdə tolerantlıq və dinlərarası münasibətlərin yüksək səviyyədə olmasını xüsusi qeyd edib.
Məqalədə ölkəmizdə ümumilikdə 30 minə yaxın yəhudinin yaşadığı barədə məlumat verilir və hər iki qonağın səfər zamanı 2011-ci ildən fəaliyyət göstərən dağ yəhudilərinin sinaqoqunda olduğu qeyd olunub.
D.Varner və L.Amberq Təzəpir məscidinin axundu Hacı Fayiz Nağızadə ilə görüş haqqında da təəssüratlarını bildirərək ondan ölkə müsəlmanlarına dair statistik məlumatlar aldıqlarını qeyd ediblər.
Azərbaycanda Bakı İslam Universitetinin fəaliyyət göstərdiyini bildirən Hacı Fayiz ölkəmizdə dinin dövlətdən ayrı olduğunu, müsəlmanlar və digər konfessiyaların nümayəndələri arasında yaxın münasibətlərin mövcudluğunu vurğulayıb.
D.Varner səfəri zamanı bir daha Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirib və məqaləni- “Lakin bundan da vacib odur ki, dünyada baş verənlərə baxmayaraq, ölkədə multikulturalizm və dünyəvilik kimi dəyərlərə böyük önəm verilir”- fikri ilə bitirib.
Cavid
Xalq Cəbhəsi.-
2016.- 14 yanvar.- S.13