O taya, bu taya vurğunam,
ellər…
Güney Azərbaycan poeziyasında və ümumiyyətlə,
poeziyamızda sağlam, aydın mənəvi fikri istiqamətini
qoruyub saxlamaq, yeni keyfiyyətlərlə zənginləşdirmək
Məxməlin şeirlərinin də ən səciyyəvi məziyyətlərindəndir. Məxməl
İşığın yaradıcılığı öz nəfəs
genişliyi, əhatə dairəsi, gücü və
mübarizə eşqi ilə “qadın poeziyası” deyilən
şərti anlayışı dağıdır, eyni zamanda ədəbi
həyata qədəm basandan bəri həm də nəcib,
ülvi qadın qəlbinin işığını, hərarətini,
kövrəkliyini və əlvanlığını qoruyub
saxlayır:
Bülbüləm
qalmışam bu dar qəfəsdə,
Susub nəğmələrim, yoxdur həvəs də.
Qulağa
çatmayır daha bir səs də,
Təklikdən gəlmişəm zara,
bülbülüm.
Xəzanlar
vurubdur gözəl bağımı,
Sındırıb kökündən gül
budağımı.
Çən,
duman bürüyüb güllü dağımı,
Bu qədər yalvarma, xarı bülbülüm.
Hicran xəstəsiyəm,
yorğunam, ellər,
Xəzanlar görmüşəm, solğunam, ellər.
O taya, bu
taya vurğunam, ellər,
Ürəyi qəmlərdən yara bülbülüm.
Gözələ
söyləyin, geyməsin qara,
Aç qara zülfünü gözəlim, dara.
Karıxıb
yanaşma bu çay kənara,
Boğulub
bu çayda “Sarı” bülbülüm...
Çağdaş Güney Azərbaycan poeziyasında
siyasi-publisistik üslubla yanaşı, analitik-psixoloji
üslubun müxtəlif çalarlarına və şəkillərinə
müraciət olunur və bundan poeziyanın mənəvi-etik
məzmunu daha da dolğunlaşır. Bu mənada şeirimiz İbrahim
Zahidin, Piruz Dilənçinin, Məlihə Əzizpurun, Miyana
xanımın, Lalə Cavanşirin, Rizvanə xanımın,
Nigar Xivainin, Türkan Nəsimin, Qulamrza Səbri Təbrizinin və
başqa şairlərin yaradıcılığının
timsalında mühüm yeniliklər mənimsənilib.
Piruz Dilənçi lirikası əsas daxililik,
düşüncə intonasiyası, həyatın şairanə
təzahürlərinin həssaslıqla duyumu bu şeirlərin
də məziyyətlərindəndir. Şairi
ayrılıqda anın və dəqiqənin, faktın təfərrüatı
maraqlandırmır. O, həmişə yalnız isti bir
fikrin nüfuz edə bildiyi gizli, daxili, həqiqi mahiyyətin kəşfi,
icadı üçün axtarışa çıxır, ən
adi, real həyati süjetə və fakta da simvolik məna verə
bilir. Şairin şeirlərinə ümumilikdə xas olan cəhətlərdən
biri də odur ki, şair təsvir etdiyi hadisələri daxilən
yaşayır, onu öz “mən”inin bir parçasına
çevirir, Təbrizdən yazanda Təbrizə, Arazdan yazanda
Araza çevrilir. Piruz Dilənçinin poeziyasında da eyni xəttlər,
eyni çalarlar mövcuddur:
Böyük
bir diyaram, böyük torpağam,
Vahid bir millətəm, vahid bayrağam.
Özbəyəm,
qırğızam, türkəm,qazaxam,
Qardaş
vay, soydaş vay, elim-obam vay!
Vətəndən
Vətənə gedən yolum vay!
Güney Azərbaycanda poeziyanın mövqeyi,
müasirliyi, taleyi fəlsəfi və estetik fikri həmişə
düşünülüb. XXI əsrin ilk
onilliyində baş verən hadisələrin, eyni zamanda
texniki tərəqqinin demək olar ki, işıq surətilə
inkişaf etməsi dövründə poeziya və təbiət,
əxlaqda və mənəviyyatda oynadığı müstəsna
rol Güney Azərbaycan poeziyasında öz yerini tapıb.
Müasir informativ və intellektual inkişafda
texniki tərəqqinin etdiklərini Şimali Azərbaycanda
poeziya mənəviyyat və əxlaq sahəsində edir.
Bütünlükdə Azərbaycan
poeziyasının, o cümlədən, son on ildə ədəbi
mərhələnin başlanğıcı, bünövrəsi
kimi səciyyələndirən keyfiyyətlər özünəməxsus
cizgilərlə, ştrixlərlə təzahür edib. Bu başlanğıc ədəbi hərəkatın
sonrakı inkişaf meyli haqqında da artıq müəyyənləşmiş
fikir yürütməyə imkan verir. Bu müddət ərzində
yazılmış şeirlərin oxunuşundan, təhlilindən
hasil olan güclü təəssürat budur ki,
inkişafın hazırki mərhələsində Güney Azərbaycan
şeirində yenə də hər şeydən əvvəl
lirik başlanğıc, dünyanı şəxsi həyəcanlarla
təqdim etmək xüsusiyyəti aparıcıdır: lirika
bu poeziyanın janr-üslub hərəkətinin əsas istiqamətidir.
Bir çox şairlərin poeziyası
böyük coşğunluqdan və ehtiraslardan hərəkətə
gəlir, sözün zamanla səslənməsini təmin
edir, sözün mənəvi kontekstini zənginləşdirir.
Onları daim düşündürən
mövzu, mətləb və problemlər bunu bir daha təsdiq
edir.
Güney Azərbaycan şairlərinin şeirlərindən
ibarət kitabların elə təkcə adları ilə
tanışlıq kifayətdir ki, poeziyamızın mənzərəsini
daha geniş ehtiva edən ən səciyyəvi əlaməti
müəyyənləşdirib ayıra bilək. Bu “haray”,
çağırış anlayışı ilə
bağlıdır. “Parçalanmış millətin
harayı”, “Səssiz haray” və bir çox başqa
kitabların mərkəzində Vətən həsrətiylə,
vüsal arzusuyla, ayrılıq naləsiylə birlikdə
xalqımızın mənəvi aləminin, düşüncə
və əməl dünyasının bədii boyalarla təsviri,
geniş, epik planda görüntülənməsi Güney Azərbaycanda
nəzm prosesini daha aydın səciyyələndirməyə
başlayır və məlum olur ki, burda şairlər nəinki
müstəqil, fərdi ədəbi nəsil kimi möhkəmləniblər,
artıq öz sıralarında olduqca maraqlı, orijinal poetik
fərdiyyətlər də ayırıb irəli sürə
biliblər.
Dünyamız və epoxamız bu şeirdə
insanın məhz insan kimi taleyinə, fərdiyyətinə və
mahiyyətinə daha həssas münasibətdə
görünür. Bu poeziya dünyamıza daha açıq gözlə
baxan və hadisələrə daha obyektiv qiymət verə bilən
“insan” konsepsiyasının işığında nəzər
salır, mənəviyyat və əxlaq ideallarını məhz
bu təlimin sınağında yoxlayır və təshih
edir. Dünyanın taleyi üçün məsuliyyət
bu şeirdə ayrılıqda hər kəsin “şəxsi
işi” kimi fərdiləşmə, “sən yanmasan, mən
yanmasam...” səviyyəsində əyaniləşə bilir.
Zamanın həyəcan və
qayğılarına fərdi münasibət, müasirliyin əxlaqi
ziddiyyətlərindən doğan fərdi narahatlıq get-gedə
güclənir. Bu poeziyanın əhvali-ruhiyyəsi
daha mürəkkəb olmağa başlayır, onda daxili
psixolojizm və dramatizm artır. Özü də poetik
inkişafın ümumi istiqamətini göstərən xətdə
ən müxtəlif, ən mürəkkəb “əyrilər”
bir-birini əvəz edir və poeziyanın “nəsil dəyişimi”
“gur şeirdən sakit şeirə” sxemi ilə ifadə olunur.
“Vətən” – “Azərbaycan” deyəndə
keçmişimiz, zəngin tariximiz, rəngarəng sənət
dünyamız və bu dünyanı zinətləndirən,
nadir incilər yaradan şəxsiyyətlər haqqında
yaddaşımızın illər boyu hifz edib
saxladığı fikirlər çözələnir
beynimizdə.
Söz
mülkünün şahı Nizami, təsəvvüf
şairi Nəsimi, şifahi şeirlər yazmaqla yanaşı
ana dilimizi dövlət dili, ədəbiyyat dili elan edən Xətayi,
ana dilimizə xor baxanlara türkdilli şeir inciləri ilə
cavab verən dünyanın bütün xəzinələrindən
daha ağır gələn, artıq beş yüz ildən
artıq bir müddətdə qəlbimizin fəth edən dahi
Füzuli və onların xələfləri... Həmişə
olduğu kimi eşidirik, duyuruq onların min bir əzabla, məşəqqətlə
yaşayıb yaratdıqları şeirlərindəki ahı,
naləni, fəryadı, ürəklərində
yaşatdıqları arzunu, muradı, bir ömür də
yaşadıqları amalı, məqsədi...
İllərlə ağızdan-ağza keçən, nəhayət,
yazıya köçürülən, dünənimizi əks
etdirən “Divan ədəbiyyatı” adlanan nadir söz inciləri
bu gün bizim üçün yazılı abidədir. Babalarımız
dünəni bizə bu cür çatdırıblar. Güney Azərbaycan poeziyasında və ümumiyyətlə,
poeziyamızda sağlam, aydın mənəvi fikri istiqamətini
qoruyub saxlamaq, yeni keyfiyyətlərlə zənginləşdirmək
Məxməlin şeirlərinin də ən səciyyəvi məziyyətlərindəndir.
Məxməl İşığın
yaradıcılığı öz nəfəs genişliyi, əhatə
dairəsi, gücü və mübarizə eşqi ilə
“qadın poeziyası” deyilən şərti
anlayışı dağıdır, eyni zamanda ədəbi həyata
qədəm basandan bəri həm də nəcib, ülvi
qadın qəlbinin işığını, hərarətini,
kövrəkliyini və əlvanlığını qoruyub
saxlayır:
Çağdaş Cənubi Azərbaycan poeziyasında
siyasi-publisistik üslubla yanaşı, analitik-psixoloji
üslubun müxtəlif çalarlarına və şəkillərinə
müraciət olunur və bundan poeziyanın mənəvi-etik
məzmunu daha da dolğunlaşır. Bu mənada şeirimiz İbrahim
Zahidin, Piruz Dilənçinin, Məlihə Əzizpurun, Miyana
xanımın, Lalə Cavanşirin, Rizvanə xanımın,
Nigar Xivainin, Türkan Nəsimin, Qulamrza Səbri Təbrizinin və
başqa şairlərin yaradıcılığının
timsalında mühüm yeniliklər mənimsənilib. Piruz Dilənçi lirikası əsas daxililik,
düşüncə intonasiyası, həyatın şairanə
təzahürlərinin həssaslıqla duyumu bu şeirlərin
də məziyyətlərindəndir. Şairin
ayrılıqda anın və dəqiqənin, faktın təfərrüatı
maraqlandırmır. O, həmişə yalnız isti bir
fikrin nüfuz edə bildiyi gizli, daxili,həqiqi
mahiyyətin kəşfi, icadı üçün
axtarışa çıxır, ən adi, real həyatı
süjetə və fakta da simvolik məna verə bilir.
Şairin şeirlərinə ümumilikdə xas olan cəhətlərdən
biri də odur ki, şair təsvir etdiyi hadisələri daxilən
yaşayır, onu öz “mən”inin bir parçasına
çevirir, Təbrizdən yazanda Təbrizə, Arazdan yazanda
Araza çevrilir. Piruz Dilənçinin
poeziyasında da eyni xəttlər, eyni çalarla
mövcuddur.
Böyük
bir diyaram, böyük torpağam,
Vahid bir millətəm, vahid bayrağam.
Özbəyəm,
qırğızam, türkəm,qazaxam,
Qardaş
vay, soydaş vay, elim-obam vay!
Vətəndən
Vətənə gedən yolum vay!
Güney Azərbaycanda poeziyanın mövqeyi,
müasirliyi, taleyi fəlsəfi və estetik fikri həmişə
düşünülüb. XXI əsrin ilk onilliyində
baş verən hadisələrin, eyni zamanda texniki tərəqqinin
demək olar ki, işıq surətilə inkişaf etməsi
dövründə poeziya və təbiət, əxlaqda və
mənəviyyatda oynadığı müstəsna rol
Güney Azərbaycan poeziyasında öz yerini tapıb.
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2016.- 15 yanvar.-
S.14