Şumer-Türk bağlılığı
Tariyel Azərtürk (Tariyel Vəli Nüvədili) - Tariyel Vəli oğlu Əliyev 1942-də Zəngəzur mahalının Nüvədi kəndində anadan olub. Özü bu haqda belə deyir: “Adına ilk dəfə 4000 il bundan qabaq antik şairəmiz Bida Həmmədaninin mixi yazılı türkdilli poemasında rast gəlinən Araz adını daşıyan çayın sahilində yerləşirdi Nüvədi kəndim. Əsir aldıqları (avqust, 1991) kəndin adını indi Nrnazdor (Narlı dərə) kimi dəyişiblər ermənilər. Bunu ona görə yazıram ki, sonrakı nəsillər onun harada olduğunu dəqiq bilsinlər. İki vadi arasında yerləşən Nüvədi əslində Nuhun adını daşıyıb və Nuh vadi olub, sonradan azacıq dialekt və zaman təsirindən sonrakı deyilş ovqatına düşüb. Nuh gəmisinin Babildən Naxçıvanın Gəmiqayasına doğru hərəkəti Nüvədidə də öz izlərini qoymuşdu. İncildə və Quranda Adam oğlu Kainin sürgün olunduğu Edem bağlarının şərqindəki cəhənnəməbənzər Nadi adlı yer bəlkə də Nüvədi olub. Əgər İngiltərə alimi David Rolun (David Rohl) Edem bağlarının Təbrizdə olduğu ideyasından hərəkət etsək, dediklərimizdə həqiqət var. Nadi-Nüvədi elə Təbrizin yaxınlığında, ondan şərqdə yerləşir. Və həm də Nadi cəhənnəm kimi isti və ilanla dolu dərə olasaydı da, yazılana görə, çoxlu dadlı meyvələrlə də zəngin imiş. Bütün bu yaxşı, pis keyfiyyətlər Nüvədiyə xas idi. Sonralar, xüsusilə Sovet sisteminin yerli əhalini zorən toparladıb kollektiv işə öyrətikdən sonra gərgin əmək və qabarlı əllər sayəsində Nüvədi doğrudan da İncilin dediyi cəhənnəmdən cənnətə çevrilmişdi”.
1957-ci ildə Nüvədi 7 illik məktəbini əla qiymətlərlə bitirən Tariyel Azərürk, orta məktəb təhsilini (1958-60) qonşu Aldərə kəndində davam etdirir. 1960-da orta məktəbi əla qiymətlərlə başa vuran Azərtürk, 1961-də Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə daxil oldu. 1967-68-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda latın dilindən dərs deməklə yanaşı, 1 nömrəli Bakı Tibb texnikumunda latın dili və farmakologiya müəllimi kimi fəaliyyət göstərir. 1968-ci ilin yanvarında fiziologiya sektorunda biokimya üzrə əyani asriranturaya daxil olur. 1970-71-ci illərdə Ukrayna EA Molekulyar Biologiya və Genetika Elm-Tədqiqat İnstitutuna elmi ezamiyyətə göndərilir. 1974-də biokimya ixtisası üzrə dissertasiya müdafiə edərək biologiya elmlər namizədi alimlik dərəcəsini alır.
Bundan sonrakı
11 illik elmi fəaliyyəti A.Qarayev ad. Fiziologia Elmi-Tədqiqat İnstitutu
ilə bağlı olur. Əvvəlcə kiçik, sonra
baş elmi işçi və qrur rəhbəri kimi çalışır.
1975-də özünün işləyib hazırladığı
elmi konsepsiya ilə institutda “Bədxassəli şişlərin
biokimyası” adlı elmi qrup yaradır.
Bununla respublikada ilk dəfə istiqamətli sintez olunmuş şiş əleyhinə kimyəvi maddələrin sintezinə
yol açılır.
Bu sahədə Boston (Massaçusets ştatı,
ABŞ) Marin Laboratoriyasının rəhbəri, məşhur
biokimyaçı alim,
Nobel mükafatı laureatı
Sent-Diyördi ilə sıx yazışma əlaqələri yarada bilir. Tio və selensemikarbazon
tipli istiqamətli sintez yolu ilə
alınacaq maddələr
barədəki fikirlərini
bəyənən Sent-Diördi,
onu məktubla öz laboratoriyasına dəvət edir. Lakin Sovet idarə sistemindəki bürokratizm
bu uzunmüddətli ezamiyyətə mane olur.
Bununla belə, bu sahədə o, Litva EA-nın məşhur Üzvi Sintez, Rusiya EA Sibir şöbəsi nəzdindəki İrkutsk
Üzvi Sintez institutları ilə birgə fəaliyyətə
başlayır.
1990-cı illərdə o Amerikaya köç etmək qərarına gəlir. ABŞ-da əvvəlcə biokimyaçı
kimi elmi laboratoriyalarda, Sietl Vaşinqton Universitetinin biokimya laboratoriyasında çalışır. 1994-1995-ci illərdə Merilen Univeristetinin ştatlı işçısı kimi
Vaşinqton Universitetində
Azerbaiyani-English Divctionary
(dr. Danwoody Press, 1995,
366 p.) kitabının söz
fondunun hazırlanmasında
yaxından iştrak edir. Sonrakı illər Amerika
əczaçılıq sistemində
(1996-2006) çalışır. Edmonds məktəblərində
müəllim kimi
(2007-20011) fəaliyyət göstərir.
Yeni qitədə
əmək fəaliyyəti
ilə yanaşı, ona heç vaxt rahatlıq verməyən xalqının
və dilinin tarixi axtarışı yollarında Şumer-Türk
bağlılığını dərindən tədqiq etmək qərarını
verir. Hələ aspirant olduğu illərdən
türkologiyaya duyduğu
məhəbbət onu
bu sahəyə cəlb edir. Oxuduğu saysız-hesabsız
ədəbiyyat Türkologiyada
özünü sərbəst
hiss etməsinə imkan
verir. Ona görə də
nəyin bahasına olursa-olsun, onların təbliği ilə məşğul olmaq fikrinə düşür.
Burada o, Azərbaycandan və digər türkdilli ölkə alimlərindən
daxil olan elmi-tədqiqat materiallarını
çap edir. 2000-ci ildən bu
jurnal yeni adla - Babylon-Azerbaiyan adı ilə nəşrini davam etdirməyə başlayır.
Bu adın seçilməsində
məqsəd, hər şeydən öncə dünya ictimai fikrinə ilk baxışda
zaman və məkan məfhumları ilə bir-birinə uyuşmayan iki tarixi mövhumun eyni olması fikrini aşılamaq, ikincisi, o zamana kimi mixi yazılardan
edilmiş yeni tərcümələrin nəşri
idi. 2007-ci ildən yurnal öz fəaliyyətini dayandırib. O, deyir:
“Şumer mətnlərinə
həsr edilmiş əsərlərin uzun illər boyu tədqiqi, analiz və sintezi sayəsində işləyib
hazırladığımız Semantik və fonetik modelləşdirmə
metodu ilə yanaşma o zamana qədər heç kəsə bəlli olmayan yeni perspektivlər
açır. Bu metodun vasitəsilə edilən tərcümələrin
hamısı sübut
edirdi ki, ağızlarda gəzən
– “Şumerlər türkdür”
ideyası tamamilə doğrudur. Yəni mətnlərdən edilən tərcümələrin
hamısı türkcə
səslənir və əsası isə əvvəlki müəllifin
çıxartdığı heç bir məna veməyən nəticələrdən həyatiliyi
və gerçəkliyi
əks etdirməsi ilə fərqlənir”.
Bu metod ona imkan verir ki,
“Şumer dili - Türk dilidir” deyib, bunu səslərin,
sözlərin, hecaların
oxşarlığında axtaranlardan
fərqli olaraq birbaşa mətnlərin dərinliyinə nüfuz etməklə yeni məzmun və təzə yanaşma üsulu ortaya qoysun. Əsasən isə
allahlara, ölkələrə,
məbədlərə və
şəxslərə həsr
edilmiş mətnlər
T.Azərtürkün yanaşmasında
həyatiləşir, müasir
nəsillərlə riyaziyyat,
astronomiya, vulkanologiya,
kimya, minerologiya, baytarlıq, iqtisadiyyat, tarixi inşaat, fəlsəfə və digər elm sahələrində
Türk dilində danışır.
Mixi yazılı
mətnlərdən etdiyi
yeni tərcümələr
əsasında Tariyel Azərtürk özünün
təsis etdiyi jurnalda 30-dan çox iri həcmli məqalə ilə çıxış edib. Sietldə öz
kompaniyasında iri həcmli ilk "Əcdad"
kitabını (472 s.) nəşr
edir. Burada o, onlarla qədim
mətnlərin türkcə
oxunduğunu sübuta
yetirməyə cəhd
göstərir. Sayının
az olmasına
baxmayaraq, kitab rəğbətlə qarşılanaraq,
Azərbaycan ictimai fikrində böyük rezonans yaradır. Tez-tez onunla tanış olan müəllim və ali məktəb
öyrənciləri kitabdan
məktəb və universitetlərdə dərs
vəsaiti kimi, dissettasiyalarında elmi məxəz olaraq istifadə etdiklərini bildirirlər.
Bir neçə
ildir ki, Tariyel Azərtürk "Əcdad"ın yeni variantını rus və ingilis dillərində yazmaqla məşğuldur. Son on ildə
yazılı mətnlərdən
edilən yeni tərcümələr onu
mixi yazı sisteminin həqiqi yaradıcısının aşkar
edilməsi, tarixdə
hansı dilə xidmət etməsi faktlarının mütləq
türkə məxsusluğu
qərarı, daha
fundamental əsərlər yazmağa ruhlandırıb.
İndi ikicildli – (hər biri 425 s.) rusca və ingiliscə “Genezis of Turk and Turkish Language” kitabı
çapa hazırdır.
Hazırda pensiyaçıdır. Özü demişkən, ömrünü
xalqının itirmiş
olduğu yazılı,
kəhkəşanlı tarixini
bərpa etməklə
məşğuldur.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 19 yanvar.-
S.14.