Hapıtlar: tarixi, mədəniyyəti,
dili
Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrindən
hapıtlar haqqında müəyyən təsəvvürlər
var. Hapıtların yaşadığı İsmayıllı
rayonu etnik zənginliyi ilə diqqəti çəkir. Ümumiyyətlə, bu
rayonda Azərbaycan türkləri ilə yanaşı başqa
xalqların və etnik qrurların da nümayəndələri
yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər,
lahıclar, qədim albanların nəslindən olan
hapıtlar.
Hapıtların
kəndinin yaranma tarixi ilə bağlı belə bir etimoloyji
fikir var: Molla İsaq və Hacı Hətəm
qardaşları bir vaxt Quba rayonundan köçüb
İsmayıllıya gəlib, burada yurd salıb və
maldarlıqla məşğul olublar. Azərbaycanda
Sovet hakimiyyəti qurulduqdan sonra onlar bu yerlərdə məskunlaşıblar.
Məhz Mollaisaqlı və Hacıhətəmli
kəndlərinin adı da həmin qardaşların adı ilə
bağlıdır. Bu yazıda
harıtlarla bağlı təsəvvürü genişləndirməyə
çalışacağıq. Araşdırmaçı,
yazıçı-publisist Xeyrulla Ağayev əslən
İsmayıllı rayonunun Hacəhətəmli kəndindəndir.
O, bildirir ki, Azərbaycan tarixinin böyük bir dövrünü
əhatə edən Qafqaz Albaniyasını təşkil edən
əhalinin, etnosun bu günə gəlib çatan
adlarından biri də hapıtlardır: "Tarixdən məlumdur
ki, Albaniyada 26 tayfa yaşayıb. Tarixi tədqiqatlarda
görə, hapıtlar herlərlə bağlıdır.
Alban tarixi kifayət qədər, obyektiv
araşdırılmadığından bu gün
hapıtların haradasa başqa prizmadan təqdimi
müşahidə olunur".
X.Ağayev
Kürün şimal sahilində -Ağdaşın, Qəbələnin,
Oğuzun, Zərdabın, Şəkinin müəyyən kəndlərində
vaxtilə hapıt dilində danışanların olduğunu
bildirir: "İndi tək-tük danışanlar bu dili
xatırlayırlar. Ancaq hapıtların kompakt
halda yaşadıqları yerlərdə
İsmayıllının və Qubanın bir neçə kəndlərində
bu dil daha yaxşı yaşadılır.
İsmayıllının Hacıhətəmli və
Mollaisaqlı kəndlərində aparılan arxeoloyi
qazıntılar zamanı 2-3 min il
yaşı olan qəbirlər aşkar edilib. Bu
faktlar əsasında müəyyən qənaətlərə
gəlmək olar. Sözügedən məsələ
barəsində arxeoloq-tarixçilərimiz qənaətlərini
söyləyiblər". Arxeoloq Fazil
Osmanov bu iki kənd, habelə Həftəran vadisi boyunca
aparılan arxeoloyi qazıntılarla bağlı qənaətlərini
ortaya qoyub. Sonradan Qafar Cəbiyev bu
mövzunu tədqiq edib, Qiyasəddin Qeybullayev arxeoloyi
araşdırmalarla bağlı fikirlərini bildirib. X.Ağayev bu fikirdədir ki, hapıtlar xarakter,
psixologiya, məişət baxımından türk ruhuna
çox yaxındırlar. Bu, özünü vətənrərvərlik,
mübarizlik məsələsində daha çox göstərir:
"Xalq hərəkatı, Qarabağ savaşı zamanı
bu kəndlər fədakarlıqları ilə seçiliblər.
Bu gün hapıtları türkə
yaxınlaşdıran ilk növbədə xarakterdir. Camaatın inanclarında göy
tanrıçılıq inamı indi də
yaşamaqdadır. Dil sarıdan da müəyyən
uyğunluqlar, oxşar sözlər nəzərə
çarpmaqdadır. Məsələn,
Türkiyə türklərində sənədə
"kahat" deyirlər, bizdə də bu (eynən (sənəd)
anlamındadır. Bizdə Allaha “qoq” deyirlər.
“Qoq” - "yüksəklik", "göy"
mənasındadır. Yüksəkliyə
də "qoq ki qağa" deyirik, yəni "Allahın
yüksəkliyi".
Qafqaz
Albaniyası ilə bağlı araşdırmaların istənilən
nəticəyə gəlmək imkanı vermədiyini qeyd edən
Xeyrulla Ağayev bildirir ki, bu gün dünyada Qafqaz
Albaniyasını hətta ermənilərlə bağlamaq cəhdləri
də var. Ancaq bu iddiaların heç birinin əsası
yoxdur: "Həmişə bizim kəndlərin əhalisində
türklüyə, Türkiyəyə güclü meyl olub. Bizim camaat həmişə deyir ki, türklər bizi
xilas etməyə gəlmişdilər. Bu
gün İsmayıllıdaTürkiyə türklərinin Azərbaycanı
1918-ci ildə xilas etməsinə həsr olunmuş abidə
mövcuddur. Kəndimiz Hacıhətəmli
1918-ci ildə ermənilər tərəfindən
qırıla, tamamilə məhv edilə bilərdi. Molla Qurbanın Dadaş adlı bir erməni nökəri
olub. Bu, mal-qara otarırmış.
Ermənidən çıxmayan iş,
türkün verdiyi çörək görünür, ürəyini
yumşaldıb, camaata xəbər verib ki, ermənilər gecəynən
kəndi basacaq, sizi də məhv edəcəklər. Kəndin camaatı tərədən-dırnağa
kimi silahlanmış erməninin qabağında nə edə
bilərdi? Məcbur olublar, Göyçay
istiqamətində kəndi tərk ediblər. Ermənilər kəndə hücum edir,
olan-olmazı soyub ararır, apara bilmədiklərini də
yandırırlar. Ermənilər bizim kənddən
1918-ci ilin iyulunda qovulub. Qafqaz İslam
Ordusunun əsgərləri bu ərazilərdə gedən
döyüşlərdə əsl qəhrəmanlıq
göstəriblər. Bir türk zabiti, iki əsgər
qəhrəmancasına həlak olub. Kəndin
mollası Həmid Ağayev həmin türk qəhrəmanların
qəbirlərini o çətin zamanlarda qoruyub, saxlayıb.
Baxmayaraq ki, ətrafda ermənilər
yaşayırdı. Ruslar o qəbirlərə
insanların diqqəti azalsın deyə, xeyli kənardan yol
çəkmişdilər. Hətta qəbir
daşını da oğurlayıblar. 1967-ci
ildə Süleyman Dəmirəl Türkiyənin baş naziri
kimi SSRİ-yə gələrkən iki dövlət
arasında - Kosıginlə Dəmirəl arasında
anlaşma olur ki, Azərbaycandakı türk qəbirlərinə
toxunulmasın. Dəmirəlin adından kəndimizdəki
qəbirləri qoruyan həmin şəxsə viza da verilib.
Molla milis işləyən oğullarına
görə Türkiyəyə getməkdən vaz keçib
ki, barəsində başqa cür fikirləşərlər".
Hapıtların
Azərbaycan mədəniyyyətindən bəhrələndiyini
deyən Xeyrulla Ağayev varlığını Azərbaycan-türk
mədəniyyətində tapdığını deyir:
"Xarakter sarıdan türk mədəniyyəti ilə
qaynayıb-qarışmışıq. Dilimizdə
"iməclik" sözü var. Bir vaxtlar indiki
Sankt-Peterburqda bir akademikin Albaniyaya aid çıxmış
kitabda oxudum ki, "iməclik" sözü alban dilində
"pulsuz kömək" deməkdir. Kür
çayının adı alban dilində "çay" deməkdir.
Bizdə indi də görməzsən ki, kimsə kiməsə
pulla iş görsün. Kimsə ev tikəndə
deyirlər ki, filankəs iməci (yəni iməcliyə)
çağırır. Bizlərdə indi də
alver psixologiyası o qədər inkişaf etməyib. Türk ruhundakı halallıq bizdə də
yaşayır".
Hapıt
dilinin yazılı xüsusiyyətinin olmamasına gəlincə,
Xeyrulla Ağayev deyir: "Dünyada 3 min dil var, onun cəmi
200-nün yazılı xüsusiyyəti var. Vaxtilə 52 hərfdən
ibarət alban əlifbası olub. Təəssüf
ki, hələ də alban əlifbasını oxuya bilən
mütəxəssis yoxdur. Mingəçevirdə
su elektrik stansiyası tikilərkən ilk dəfə
bütün hərflərin olduğu mətn üzə
çıxdı. Kəndimizdə məktəb tikilərkən
belə bir abidə tarılıb, Mingəçevirdə
tapılan abidədən 700-800 il qədimdir.
Bu gün gürcülərin və ermənilərin
istifadə etdikləri qrafik işarələrin çoxu alban
əlifbasından götürülüb".
X.Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı
bütün ritualların keçirildiyini, oda müqəddəs
münasibətin yaşadığını bildirir: "Oda,
suya münasibət türk ruhunda necədirsə, bizdə də
elədir. Camaat and içəndə qoq deyər,
yəni günəşə and içirəm".
Bu gün
hapıtlar dillərini öz aralarında məişət səviyyəsində
qoruyub yaşadırlar: "Mənim yanımda danışan
hapıtın Mollaisaqlı və ya Hacıhətəmlidən
olduğunu ayıra bilirəm. Bizim dildə ədəbiyyat
yaradılmayıb. Harıtların
ayrıca folklor ansamblı var. Elmi-ədəbi dildə
danışanda istər-istəməz Azərbaycan türkcəsinə
müraciət etməli oluruq".
X.Ağayev
bu gün də hapıtlara xas folkloru toplamaqla məşğuldur:
"Lətifələri, başqa yanrlardakı folklor
materiallarını toplamışıq, bunların müəyyən
hissəsini çap etmişik. Bu işi yenə
də davam etdirəcəyik".
Hapıt
dilində qadın, kişi cinsləri,
üstəgəl canlı, cansız cinslər də var.
X.Ağayevin dediyinə görə, hapıt dili fransız alimi
tərəfindən araşdırılıb: "5-6 il həmin
fransız alimi gəlib harıtların dilini
araşdırıb, burada bir neçə ay qalıb, sonra da
doktorluq dissertasiyası müdafiə edib".
Bu
şeir harıtların yaşadığı Hacıhətəmliyə
həsr olunub:
Bu el
Hacıhətəmli,
Zamanın
sınağında,
Xoş
üzlü, xoş qədəmli,
Hapıtlar
oylağında,
Oğlu
şəhid analar
Dilimin əlifbası
Yol gözlər qəmli-qəmli.
Cavanşir yarağında.
Aran
üçün dağdı, dağ üçün aran,
Havası
təravət qoxar mehindən,
Vətən
torpağını qanla suvaran
Kəndim qürur duyur şəhidlərindən.
Bu kənddə
dilimin heykəli durur,
Bir üzü güləndə bir üzü qəmli.
Yazısız-pozusuz
bir dil qoruyur,
Açıq bir muzeydi Hacıhətəmli.
İndi də
harıt lüğətindən bir neçə sözü təqdim
edirik:
Alqənuvun
- düşürsən
Azar - xəstə
Ağacuvun
- gətirdin
Aralıcaar
- uzaqdan
Axri -
axrı
Asxunu -
süzür
Axuric -
yatmaq
Axur qirxəri
- yuxum gəlir
Askoravın
- düşürsən
Asqaravın
- düşərsən
Asquduvun -
düşdün
Asqıdıvın
- düşdün
Ayağqəbı
- ayağqabı
Abcın
- otur
Azqanadabızın
- oturmuram
Azqanadarzın
- oturmuram
Bəlkən
- at
Bağəy
- gedək
Belic -
böyük
Brəc -
ir
Bəy -
ata
Bız -
dodaq
Bəğriyər
- qorxmaq
Bılmə
- nəlbəki
Bəse -
bəsti
Bustan -
bostan
Bıdırkən
- böyürtkan
Belic -
böyük
Bəci -
keçi
Basmışər
- bas
Car -
tük
Cəlibi
- sözlər
Cuqnu -
yaşıl
Cənqəri
- göy
Cic -
gül
Cəl -
söz
Cınna
səb - 11
Cınna
qob - 12
Cınna
şub - 13
Cınna
yuqub - 14
Cınna
xub - 15
Cınna
rıxıb - 16
Cınna
yıyıb - 17
Cınna
vıcıb - 18
Cınna
mıyıb - 19
Çikarayi - nə qədərdir?
Çoru
- gedir
Çibəreb
- gedirlər
Çuqud - nəqədər?
Çuğoru
- gedir
Çoradabı
- getmir
Çibərib
- gedirlər
Çeri
- gedir
Dəy -
ana
Darnak - dərnək
Dulad ac -
dul arvad
Debıx
- qaç
Dahar -
daş
Dil -
barmağ
Duqqa - dərvaza
Duqqayı
suva - qarının ağzı
Ey - hə
Əbırd
- qoz
Əzqın
- otur
Əyəy
- qoyun
Ər -
elə
Əmcıb
- onlar
Ədiqul
- Üst
Əc -
arvad
Əyar -
gözəl
Əy -
qoy
Əzqın
- otur
Əmi - əmi
Əynə
- güzgü
Əy bay
- ay ana
Əyəl
- uşaq
Funduq -
fındıq
İbır
- qulaq
İcin -
sifət
İruc -
qırmızı
İcə
əmi - onun əmisi
İrən
- oyana
İcə
su - onun ağzı
İxəc
- eşitmək
İxrizin
- eşidirəm
İxrədazın
- eşitmirəm
İcə
rub - onun iynəsi
İçic
- başqası
Kar -
iş
Kum - kənd
Kur -
çay
Karriç
- kərric
Kıs -
toyuq
Kurkoro - gəzir
Kurkəri
- gəzir
Kurkorədəbı
- gəzmir
Kurkorədər
- gəzmir
Kar - 20
Kana sab -
21
Kana qob -
22
Kana
şub - 23
Kana yuqub
- 24
Kana xub -
25
Kana
rıxıb - 26
Kana
yıyıb - 27
Kana
mıyıb - 28
Kana
vıcıb - 29
Qədır
- qazan
Qil -
ayağ
Qəli -
boğaz
Qəyin
- al
Qubzur -
dur
Qətə
- sabah
Qəyin
- götür
Qaməynu
- götürmə
Qənə
- çubuğ
Qob - 2
Qədə
- oglan
Qul -
buğda
Qusud -
qoca
Qətxice
- çıxıb
Qəyvun
- öləsən
Qədıl
- dəyan
Qəbdıl
- dəyan
Qabdıl
kədəy - dəyan görüm
Qım -
torrağ
Qel - duz
Qıl -
baş
Qit - gey
Qənikul
- alt
Quq - göy(ərzaq)
Qəy -
soyuq
Qənikəc
- aşağıda
Qənik
- aşağı
Qriş -
palçıq
Qərə
- yağ
Quzur - dur
Qomuş
- camış
Qəzəlqəni
- kök
Qəşqun
- saqqız
Qodi - it
Uğur
Xalq Cəbhəsi.- 2016.- 20 yanvar.-
S.13.