Avarlar etnik kimliklərini günümüzədək
qoruyub saxlayıblar
I yazı
Avarlar Azərbaycanda əsasən Balakən və Zaqatala
rayonlarında yaşayırlar. Eləcə də
avarlar (Qafqaz avarları) RF-nin Dağıstan Respublikasında,
habelə Rusiyanın Çeçenistan, Kalmıkiya və
başqa yerlərində yaşayırlar.
Araşdırmaçıların fikrincə, yazılı mənbələrin
araşdırılması ilə yanaşı “avar” etnoniminin
türk dilləri ilə izah olunması da bizə bu gün
Şimali Qafqazda, eləcə də Azərbaycanın
şimal-qərbində yaşayan avarların qədim türk
tayfalarının, avarların varisləri olduğunu söyləməyə
əsas verir. “Avar” - “çılğın”,
“döyüşkən” və s. kimi izah edilir. Tarixin
bütün mərhələlərində döyüşkən
xalq kimi tanınan avarların tez-tez müharibələrə
cəlb edilməsi də bu xüsusiyyətlərilə
bağlılığının, onlara verilən etnik adda da
öz ifadəsini tapdığı vurğulanır.
Avarların etnik özünü adlandırması isə
“maurlal” və ya “maurlan” şəklindədir. XIX əsrə aid ədəbiyyatlarda
da avarların özlərini “baualal”, “maarulal”, “marulan”
adlandırması barədə məlumatlar var. Avarların
etnik özünü adlandırmasının mənası dəqiq
məlum olmasa da, tədqiqatçıların qənaətinə
görə, bu, “çiy ət yeyənlər” və ya
“dağlarda gəzən, dağ adamı” kimi izah edilir.
Maraqlıdır ki, avar dilində bats adlanan “qurd” kəlməsi
qədim türk dillərində də “börü”, “buri” kimi
ifadə edilir. Beləliklə, “baqaulal”
sözünə aid edilən xüsiyyətlərin məhz
qurda aid olduğu nəzərə alınsa, bu kəlmənin
baqa-börü və ulal-ulan-oğlan (hazırda Türkiyənin
dialektlərində oğlan sozü “ulan” şəklində
ifadə edilməkdədir) söz birləşməsinin
fonetik dəyişikliyə uğramış forması olub,
“qurd oğlan” anlamına gəldiyini ehtimal etmək olar.
İndiki avarların əsli tarixən Dağlstan ərazisində
yaşayan silvlər və andaklar tayfasının olduğu
bildirilir. Bəzi ədəbiyyatlarda avarların kaspilərdən
törədiyi qeyd olunub. Mənbələrə
əsasən avarlar qədim dövrdə indiki kimi
dağlıq ərazidə deyil, düzənlik ərazilərdə
yaşayırdılar. Avarların məskunlaşdığı
ərazilər Sarir adlanırdı. Sarir
dövləti VI əsrdən XII əsrə qədər
mövcud olub və əhalisi xristianlıq dininə sitayiş
edib. XII əsrdən etibarən avar
dövlətini əhatə edən müsəlman feodal dövlətlərinin
ona qarşı birləşərək iqtisadi blokada tətbiq
etməsi və mütəmadi hücumlar etməsi nəticəsində
Sarir dövləti tədricən zəiflədi və əhalisi
müsəlmanlaşdırıldı. Saririn
müsəlman olan qonşu Dərbənd və
Şirvanşahlar dövlətləri ilə münasibətləri
gərgin idi və tez-tez hərbi qarşıdurmalar baş
verirdi.
Azərbaycanda avarlar əsasən Balakən rayonunun
Qabaqçöl qəsəbəsində, Mahamalar, Mazımqara
kəndlərində, Zaqatala rayonunun Uzuntala, Ziliban, Mazıx,
Car, Axaxdərə kəndlərində yaşayırlar. Avarların
yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi
rayonuna daxildir.
Başqa məlumatlarda isə avarların V əsrdə Mərkəzi
Asiyada meydana çıxmış iri tayfa ittifaqı
olduğu, ittifaq tərkibində aparıcı rolu türkdilli
tayfaların oynadığı bildirilir. VI əsrin
ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin
qərb sahilləri boyu çöllərə
yayıldılar. Avarların ilk elçiləri
558-ci ildə Bizans imperiyasına – imperator Yustinianın
yanına gəlib, hərbi ittifaq bağlamağı təklif
edib və məskunlaşmaq üçün onlara yer verilməsini
xahiş ediblər. Bizans avarlardan
özünə düşmən olan türkdilli bulqar və
sabir tayfalarına, habelə slavyanlara - antlara qarşı
mübarizədə istifadə edib.
Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə
Pannoniyanı tutublar. Burada bir neçə yürüşdən
və yeni tayfaların birləşdirilməsindən sonra sərkərdə
Bayanın başçılığı ilə Avar
xaqanlığının əsası qoyulub. Pannoniyada
möhkəmləndirilmiş konsentrik çevrəli
"xrinq"lər qala sistemi yaradılmışdı Avarla
Pannoniyadan slavyanlara, franklara, lanqobardlara, gürcülərə
və digər tayfalara, habelə onlara xərac verməyə
başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar
edirdilər. Lakin daxili çəkismələr
və fəth edilmiş tayfaların üsyanları
avarların hərbi qüdrətinin tənəzzülünə
və xaqanlığın dağılmasına səbəb oldu.
VII əsrin ortalarında avarlar Qara dənizin şimal ətrafından
sıxışdırılıb çıxarıldı,
türkdilli bulqarlar tərəfindən 680-ci ildə
yaradılmış Bulqar çarlığı isə
onları cənubdan sıxışdırmağa
başladı.
Avarlar 790-cı ildə Böyük Karlın frank ordusu tərəfindən
məğlub edildilər, 796-cı ildə isə əsas
"xrinq"lər süqut etdi. Sonralar avarlar
Qara dənizin qərb sahilləri və Dunayboyu ərazilərin
yerli əhalisi ilə tamamilə
qaynayıb-qarışdılar.
Məhəbbət Paşayeva tədqiqatlarında Azərbaycanın
Şəki-Zaqatala bölgəsində yaşayan avarların
etnik tarixi problemi araşdırır, Azərbaycan
tarixşünaslığında bu problemin
araşdırılması ilə bağlı mövcud istiqamətlər
təhlil edilir. Mövcud yazılı mənbələlər və
etnoqrafik materiallar əsasında Qafqazda, o cümlədən
Azərbaycanın Şəki-Zaqatala bölgəsində
yaşayan müasir avarların qədim türk avarların
varisi olduğu qənaətinə gəlinir: “Bu gün Azərbaycanda
türkdilli azərbaycanlılarla yanaşı, özlərini
onlar qədər azərbaycanlı sayan avarlar, saxurlar,
ingiloylar, talışlar, udilər, xınalıqlar, qrızlar,
haputlar, buduqlar kimi bir çox azsaylı xalqlar və etnik
qruplar da yaşamaqdadır. Dünyanın etnik xəritəsində
yalnız Azərbaycan ərazisində qeydə alınan bu
nadir etnoslar öz etnik kimliklərini günümüzədək
qoruyub saxlayıblar. Tarixin müəyyən
dövrlərindən Azərbaycanı özlərinə məskən
seçmiş avarlar, saxurlar, ingiloylar, udilər,
talışlar, xınalıqlılar kimi etnik qruplar əsrlər
boyu Azərbaycan türkləri ilə bərabər
yaşayaraq zaman keçdikcə bir-birilə qaynayıb
qarışıblar. Ancaq bu etnosların hər
biri Azərbaycan türkləri ilə ümumi, vahid mənəvi
dəyərlərə sahib olmaqla yanaşı öz etnik
spesifikliyini də müəyyən dərəcədə
qoruyub saxlayaraq bütövlükdə Azərbaycan mənəvi
mədəniyyətinə özünəməxsus rəng
qatmışlar. Azərbaycanın Lənkəran-Astara,
Quba-Xaçmaz, Şəki-Zaqatala kimi bölgələri
talışlar, tatlar, ləzgilər, xı- nalıqlar,
hapıtlar, buduqlar, avarlar, saxurlar, ingiloylar, udilər kimi etnik
qrupların əsrlər boyu Azərbaycan türkləri ilə
birgə yaşadıqları tarixi-etnoqrafik bölgələr
olduğu üçün hər zaman etnoqrafların diqqət
mərkəzində olub. Xüsusilə də
Şəki-Zaqatala bölgəsi polietnikliyi ilə seçilən
bölgədir”.
Hazırda
avarlar Azərbaycanın Şəki-Zaqatala bölgəsində
yaşayırlar: “Azərbaycanda məskun olan azsaylı xalqlar
içərisində say etibarilə nisbətən
böyük olan etnoslardan biri avarlardır. Nadir
etnoqrafik xəzinələrdən sayılan Şəki-Zaqatala
ərazisində əhalinin böyük əksəriyyətini
təşkil edən Azərbaycan türkləri ilə
yanaşı avarlar, həmçinin saxur, rutul, udi, ingiloy kimi
etnik qruplar da məskunlaşıblar.
Avarlar əsasən
Zaqatala, Balakən rayonlarının Tala, Abalı, Yuxarı
Çardaqlar, Aşağı Çardaqlar, Nuxbada,
Qırqılı oba, Yolayrıc, Solban, Meşə Şambul,
Cincartala, Oytala, Paşanoba, Beretbinə, Çiçibinə,
Məzimçay, Qoçəhməd, Çədərovtala,
Kilsəburun, Kebelolba, Axaxdərə, Zilbal, Mazıx, Qobızdərə,
Maqov, Uzuntala, Danaçı, Hotavar, Abaçı, Katex,
Qabaqçöl, Mahamalar, Binə, Sarıbulaq, Car, Yuxarı
Tala, Dardoqqaz, Göyəmtala kimi kəndlərində
yaşayırlar. Bu ərazidə yaşayan
avarlar Qafqaz dillərinin Dağıstan qrupuna daxil olan avar
dilinin Zaqatala şivəsində danışırlar.
Avarların bir hissəsi də Dağıstanın cənubunda,
əsasən Axvax, Botlix, Qerqebil, Qunib, Qumbetov, Kazbek, Sumadit,
Suntin, Xunzax, Suxul, Çarodi, Tilyarat rayonlarında
yaşayırlar. 1886-cı il siyahıyaalmasına görə
Azərbaycanda avarların sayı təqribən 40225, 1897- ci
ildə 35 min, 1926-cı ildə 19.1 min nəfər olub. Lakin
XIX əsr rus mənbələrində avarlar, saxurlar, rutullar
siyahıyaalma sənədlərində ümumi olaraq “Car Balakən
ləzgiləri” adlandırıldıqları
üçün bu məlumatda avarların sayı dəqiq
deyil. 1959-cu ildə 17.3, 1970-ci ildə 30.7 min, 1979-cu ildə 36
min, 1989-cu ildə isə 44.1 min olub.
XIX əsr rus mənbələrində bütün Dağıstan xalqlarının, eyni zamanda avar və saxurların “Car ləzgiləri” və ya “ləzgi” adlandıılması Rusiya imperiyasının milli-müstəmləkə siyasəti ilə bağı idi. XIX əsrdən etibarən Qafqazı işğal edən Rusiya imperiyası bu ərazidə “Parçala, hökm sür!” milli-müstəmləkə siyasətini həyata keçirərək əsrlərlə mehriban qonşuluq münasibətləri əsasında yaşayan qardaş xalqlar arasına ədavət toxumu səpməyə çalışırdı. Azərbaycan türkləri ilə bərabər avar, ingiloy, udi, saxur, rutul kimi müxtəlif azsaylı xalqların da yaşadığı Azərbaycanın Şəki-Zaqatala bölgəsində Rusiya imperiyası daha məkrli dini-milli siyasət aparırdı. Ona görə ki, Azərbaycanın şimal-qərbində yerləşən bu ərazi Rusiya üçün xüsusi hərbi strateji əhəmiyyət daşıyırdı. Bu müstəmləkə siyasətinə xidmət edən imperiya tarixçiləri də Azərbaycanın qədim türk yurdu olmasını hər vasitə ilə unutdurmağa çalışırdılar. Bu məqsədlə Azərbaycan türklərini rus tarixçiləri “tatar”, “muğal”, “padar”, “tərəkəmə” kimi müxtəlif adlara bölərək onların bu ərazilərə “gəlmə” və az sayda olduğunu sübut etməyə çalışırdılar. Şəki-Zaqatala bölgəsində məskun olan avar, saxur, rutul kimi etnosların da adlarının tədricən yaddaşlardan silinməsi məqsədilə XIX əsr rus mənbələrində bu xalqlar “Car-Balakən ləzgiləri” adı altında ümumiləşdirilirdi. Beləliklə də bu etnosların etnik mənşəyini unutdurmağa çalışırdılar”.
Araşdırmaçının fikrincə, Azərbaycan tarixşünaslığında avarların etnik tarixinin araşdırılması işində müxtəlif istiqamətli tədqiqatlar mövcuddur: “Bu problemlə bağlı bir sıra tədqiqatlarda Qafqaz avarları ilə türk avarların bir-birindən tamamilə fərqli etnos olduğu konsepsiyası movcuddur. Bu konsepsiyaya görə, Qafqaz avarları qədim mənbələrdə lbin, silv adları ilə məlum olan və qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının Lpina vilayətində məskun olmuş etnosların varisləridir, Dağıstan avarları ilə türk avarlar fərqli etnoslardır. Lakin bir çox tədqiqatçılar Qafqazda yaşayan avarların məhz türk avarların varisləri olmasını və Qafqaza tez-tez yürüşlər edən zaman onların bir hissəsinin Dağıstan ərazisində ləzgilər arasında qalaraq zaman keçdikcə öz dilini və etnik mənsibiyyətini itirə biləcəyini də ehtimal edirlər. Məsələn, XX əsrin əvvəllərində Azərbaycan etnoqraflarından Baharlı avarların tez-tez Qafqaza yürüşlər edərək bu ərazidə qafqazdilli etnoslar arasında onların bir hissəsinin həmişəlik məskunlaşaraq tədricən öz dillərini itirən türk tayfası olduğunu yazırdı”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 22 yanvar.- S.13