Ermənilərin 1918-ci ilin mart-aprel aylarında Şamaxıda törətdikləri cinayətlər

 

2-ci yazı

 

1918-ci ildə ermənilərin soydaşlarımıza qarşı vəhşilikləri sırasında Şamaxıda törətdikləri cinayətlərlə bağlı bilgi verən tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov bildirir ki, həmin qətnamədə Fövqəladə Təhqiqat Komissiyasına (Bakı Soveti tərəfindən yaradılan bolşevik komissiyası nəzərdə tutulur - A.V.) təklif olunmuşdu ki, baş vermiş hadisələri yoxlasın müqəssirlər aşkara çıxarılsın. Bolşevik Kojemyakonun rəhbərlik etdiyi fövqəladə təhqiqat komissiyasının araşdırmasından sonra Lalayev həbsə alınır: “Lakin Şaumyanın göstərişindən sonra o, həbsdən azad olunur. 3-4 gündən sonra isə FHK ləğv edilir. Ayrı-ayrı partiya sovet dövlət xadimlərinin, eləcə 1917-1918-ci illərin siyasi proseslərində iştirak etmiş şəxslərin xatirələrində Bakı Sovetinin erməni silahlı dəstələri tərəfindən Bakıda Azərbaycanın başqa bölgələrində türk-müsəlmanlara qarşı törətdikləri kütləvi qətliamlar bir daha öz təsdiqini tapıb. Yuxarıda göstərilən xatirələrdə, eyni zamanda Lalayanın Şamaxıda törətdiyi cinayət əməllərindən bəhs olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sorğusuna uyğun olaraq, Bakıdakı müttəfiqlərin ingilis qoşunları tərəfindən Lalayan yenidən həbs olunmuşdu. 1919-cu il noyabrın sonunda Lalayan Gəncə həbsxanasında ölüb. Bolşevik BoçarovŞamaxı faciəsiadlı xatirəsində Şamaxıda Lalayanın daşnak quldur dəstəsinin törətdikləri dəhşətli qırğınlar qarətlərdən bəhs edib. Onun xatirəsində əhalinin qətlə yetirilməsi, onların əmlakının qarət olunması, evlərin meyitlərin yandırılması qeyd olunmuşdu. Boçarov xatirəsində yazırdı ki, bizim təcrübəsizliyimizdən istifadə edərək Lalayev öz ətrafına soyğunçu, quldur dəstəsi yığmış, yaşayış məntəqələrinə basqın etmiş, yerli əhalini qorxutmuş (7 mindən çox insanın qətlə yetirilməsiqorxutmaqimiş - V.A.), onların mal-qaralarını əllərindən almış, qadınları təhqir etmişdilər. Lalayev yolda Muğanlı kəndindən olan bir qadını iki qızı ilə birgə güllələmişdi. Bolşevik Hacıyev öz xatirəsindəŞaumyanın Caparidzenin tapşırığı ilə Şamaxıda sovet hakimiyyətini təşkil etmək üçün Məşədi bəylə (Hacıyev Məşədi Əzizbəyovu bu cür cağırırdı- V.A.) Şamaxıya getmələrindən, burada daşnaklar tərəfindən onları öldürməyə cəhd göstərmələrindən, Aram MirzəbekyanınMəşədi bəy köhnə bolşevikdirdeməsi erməniləri sakitləşdirmədiyindən, “Türkdür, deməli, öldürməliyikdemələrindən, lakin Aram Mirzəbekyan tərəfindən xilas olmalarından bəhs etmişdi. Hacıyev yazırdı ki, Mədrəsəyə gələndə burada insanlara əzab verildiyinin, qadınların zorlandıqlarının, ermənilərin hamısının sərxoş olmalarının dəhşətli özbaşınalıqlar törədiklərinin şahidi olduq. Daha sonra Hacıyevbir aydan sonra Şamaxıdan Bakıya qayıdan Məşədi bəy vəziyyətlə bağlı Baksovetə məruzə etdiyini, xüsusi səlahiyyətlər verilmiş Sərdarovla Stalinqrada getmələrini, Stalinqradda Stalinlə görüşdüyünü, Şaumyanın məktubunu ona verməsiniqeyd edir. Məktubda yazılırdı ki, Şaumyan mart hadisələrinin çox uğursuz olduğundan Bakıda uzun müddət qala bilməyəcəyini bildirirdi. Stalin isəSiz düzgün yanaşmadınız, bir milli qrupu digərinə qarşı qoydunuzdemişdi. Beləliklə, çoxsaylı arxiv sənədləri elmi-tədqiqat əsərləri sübut edir ki, erməniləri silahlandıran, onları dinc türk-müsəlman əhalisinin üzərinə göndərən Şaumyan olmuşdu. Məhz bunun nəticəsi olaraq 1918-ci ilin martında Şaumyanın tapşırıqlarını həyata keçirən erməni silahlı dəstələri Şamaxıda səkkiz mindən çox türk-müsəlmanı qətlə yetirmiş, onlara məxsus əmlaklar qarət olunmuş ictimai binalar yandırılmışdı”.

Tanınmış araşdırmaçı Ataxan Paşayevin tədqiqatında vurğulanır ki, ermənilərin 1918-ci ilin mart aprel aylarında Şamaxı şəhəri Şamaxı qəzasının azərbaycanlı kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanılır: “Bu sənədlər arasında 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi diqqəti cəlb edir. "Şamaxı şəhəri Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar digər sənədlər ermənilərin Şamaxı şəhəri Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir".

Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə şərh olunurdu. Məruzədə deyilirdi ki, Şamaxı şəhəri 2 hissədən ibarətdir: yuxarı ya erməni hissəsi, aşağı ya müsəlman hissəsi. Birincidə əsasən ermənilər malakanlar, müəyyən qədər müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərdə həm kəndlərdə olan müsəlmanlar ermənilər malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışdılar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər kəndlərində ermənilərə qarşı çıxış ediləndə Şamaxı şəhəri Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişlər. Bura baxmayaraq, ermənilər müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir 1905-ci ildə "incidilmiş" ermənilərin hayfını çıxmaq üçün əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər qışqırırmışlar: "Biz bu günü 12 ildir gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək edə bilməyəcək. Köməyə siz özünüzün müqəddəs Həzrət Abbasınızı çağırın". Həkim Sazanov 1918-ci il martın 19-u gecəsi Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab alır: "Müsəlmanlara heç bir rəhm etmək yoxdur. Onların hamısı məhv edilməlidir". Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkəti hələ I Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verib. Ermənilər azərbaycanlılara qarşı özlərini çox təkəbbürlü aparır, onların millidini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası oradan getdikdə gizli surətdə silah anbarını ələ keçirərək bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişdilər. Onlar ermənilərdən və malakanlardan ibarət hərbi qarnizon təşkil edib, ora müsəlmanları buraxmamışdılar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silahsursat gətirib sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan əsgərlər gətirirdilər. Onların hərəsi özü ilə bəzən 3 tüfəng gətirmişdi. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürlər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Müsəlmanlar bütün qüvvələrini sərf edirdilər ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Altdan-altdan sürətlə silahlanan ermənilər üzdə özlərini belə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı Mədrəsə erməni kəndində gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri sürətlə toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdan Şamaxıya böyük miqdarda hərbi sursat, toppulemyotlarla silahlanmış 3 minədək Bakıdakı bolşevik hakimiyyəti adından erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman (Azərbaycan türkləri-red.) və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozlu-Çayda (Xilmilli) olur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və bildirirlər ki, başlıca məqsəd Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edib atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Ancaq axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaqqayda-qanunu pozmayacaqlar”.

Ancaq ermənilər vədələrinə çox az sonra xilaf çıxırlar: “1918-ci il martın 18-də Şamaxının azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Görürlər ki, şəhər güney tərəfdən ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi toppulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Yanğınlar bütün bölgəyə yayılır və o biri günün səhərinə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Ermənilər insanları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyidlərdən qalaqlar yaranır. Qaniçən ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirlər”.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 4 aprel.- S.13.