Polad Bülbüloğlunun
əsas məqsədi...
UNESCO-da siyasi mübarizəni
minimuma endirməkdir
“Azərbaycan hökumətinin
UNESCO-nun baş katibi vəzifəsinə namizədliyimi
irəli sürməsi
mənim üçün
həm gözlənilməz
oldu, həm də qarşıma ölkəmizin humanitar əməkdaşlıq sahəsində
müsbət təcrübəsinin
qlobal səviyyədə
yayılması öhdəliyini
qoydu”.
Bu sözləri Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
“Rossiyskaya Qazeta”-ya müsahibəsində deyib. O bildirib ki, bu gün
UNESCO dünya ictimaiyyəti
kimi öz məqsədlərinə gedən
yolda müəyyən
çətinliklərlə üzləşir: “Maliyyə
resurslarında ciddi çatışmazlıq var. UNESCO-nun fəaliyyətinin optimallaşdırılması
üçün çox
düşünülmüş, planlı şəkildə
iş aparmaq lazımdır”.
Səfir qeyd edib ki, Azərbaycanda
tarixi abidələrin
qorunması işinə
böyük önəm
verilir və ölkənin 2 abidəsi
UNESCO-nun siyahısına daxil
edilib: “Biz qeyri-maddi mədəni irs siyahısının formalaşmasında
da aktiv rol oynayırıq. Əgər ulu babalarımızdan bizə qalmış mirası qorumaq sahəsində baş verən prosesləri analiz etsək, Azərbaycanda iqtisadi inkişafın mədəniyyətin
qorunması və inkişafındakı təsirini
görə bilərik.
Düşünürəm ki, bu faydalı təcrübə
qlobal miqyasda da tələb oluna bilər”.
Prioritetlərə gəlincə,
P. Bülbüloğlu bildirib
ki, əsas məqsədi UNESCO-da siyasi mübarizəni minimuma endirməkdir: “Qarşıdurmalar üçün
kifayət qədər
formatlar var. UNESCO-nun məqsədi
humanitar sahədə fəaliyyət göstərməklə
sülhə nail olmaq,
təşkilatın indiki
böhranlı şəraitə
uyğunlaşdırılmasıdır. Mən bu istiqamətdə fəaliyyət göstərməyə
hazıram. Ümid edirəm
ki, bütün tərəfdaşlarımızla birlikdə bu yolun sonunda qürur
duyacağımız bir
şey olacaq”.
Qeyd edək ki, UNESCO-nun yeni baş katibi
bu ilin oktyabrında
seçiləcək. Polad Bülbüloğlu
ilə yanaşı, bu vəzifəyə
daha 9 nəfərin namizədliyi irəli sürülüb.
Xalq cəbhəsi.-
2017.- 5 aprel.- S.6.