Azərbaycanda türkiyəli turistlərin sayının artırılması müzakirə edilib

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin informasiya ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında turizm sahəsində təcrübə mübadiləsi qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub.

 Nazir Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə olaraq keçirilən Bakı Şopinq Festivalında Türkiyə nümayəndə heyətinin iştirakından məmnun olduğunu bildirərək, Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edildiyini xüsusi vurğulayıb.

İstanbul Şopinq Festivalının direktoru Hicran Özbük Bakı Ticarət Festivalı istiqamətində görülən işləri yüksək qiymətləndirib ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib.

 

Xalq cəbhəsi.-2017.- 12 aprel.- S.12.