II Respublika
festivalı başlanıb
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının (BMA) böyük
zalında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris
repertuarında” II Respublika
festivalının açılış
mərasimi keçirilib.
Layihənin ideya müəllifi və rəhbəri
professor Tərlan Seyidovdur. SSRİ və
Azərbaycanın Xalq
Artisti, professor Fərhad Bədəlbəylinin
sədrlik etdiyi münsiflər heyətinə
respublikamızın görkəmli
incəsənət xadimləri
daxildir.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib
ki, BMA-nın məktəb-studiyasının bazasında
– eksperimental laboratoriyasında
keçirilən budəfəki
festivalın xüsusiyyəti
ondan ibarətdir ki, bütün iştirakçılar 8-12 dəqiqə
ərzində Azərbaycan
bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərinin işləmələrini
hər əsərin ifasından əvvəl onun lad strukturunu nümayiş etdirməklə,
yəni milli ladların səs sıralarını və
kandensiyalarını ifa
etməklə təqdim
etməlidirlər.
Bütün bunlar mühüm məqsəd - yetişməkdə
olan musiqiçilər
nəslinin ifa etdikləri əsəri, başlıcası isə
onun lad strukturunu dərindən başa düşməsi, öz mənbələrini – milli
musiqini, xalq mahnılarını və
rəqsləri bilməsi
üçün təşkil
edilib.
Festival dörd nominasiya – “Fortepiano”, “Simli
alətlər”, “Nəfəs
alətləri” və
“Vokal” üzrə keçirilir. Festivalda iştirak etmək
üçün Bakının
və respublikanın
19 regionundan 110-dan çox
ərizə verilib.
Festival bir
həftə davam edəcək. Aprelin 17-də laureatların yekun konserti və diplomların təqdimi olacaq.
Xalq cəbhəsi.- 2017.-12 aprel.- S.16.