“Türkmənçay
– 1828: Tarixi xronika”
2-ci yazı
Gülüstan traktatı
aşağıdakı cümlələrlə
başa çatdırdı:
“Müqavilə min səkkiz
yüz on üçüncü
il oktyabr ayının on ikinci günü, İran hesablaması ilə min iki yüz iyirmi
səkkizinci il Şəvval ayının
iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə
çayı yaxınlığındakı
Gülüstan kəndində
Rus ordugahında balanmışdır”. Seperat aktda
Gülüstan müqaviləsinə
yenidən baxılması
haqqında İranın
Rusiya imperatoruna xahişlə müraciət
etmək hüququ təsdiq olunurdu.
...Rusiya çarı I Aleksandr Gülüstan müqaviləsi
imzalanan zaman Napoleon Bonaparta qarşı müharibə cəbhəsində
idi. Antifransız koalisiyası oktyabrın
13-19-da Leypsiq altında
Napoleona qarşı vuruşurdu. Aleksandr Pavloviç
(Blaqoslovennıy – Uğurlu);
I Aleksandr (1777-1825) – 1801-ci ildə
Rusiya taxtına çıxmışdı. Belə bir fikir var
ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak
etmişdi. Məhz I Aleksandrın
dövründə Azərbaycan
torpaqlarının ilhaq
edilməsi başlamışdı.
Rusiya bu dövrdə İsveçlə (1808-1809), İran
(1804-1813), Osmanlı (1806-1812) dövlətləri ilə
müharibə aparmışdı.
Napoleon Fransası ilə
1812-ci il Vətən müharibəsi,
rus qoşunlarının
Avropa səfəri,
1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul
olmuşdu. Bu atasının qətli ilə izah edilir.
1825-ci ilin noyabrında
Taqanroqda ölmüşdü.
1826-cı ilin martın 13-də Petropavlovsk soborunda
dəfn edilmişdi.
I Aleksandrın həmin vaxt ölmədiyi, tərki-diyarlığı
barədə mülahizələr
mövcuddur. Bu onun
ölümündən 11 il sonra Sibirdə Fyodor Kuzmiç
adlı bir zahidin peyda olması
ilə əsaslandırılır.
1813-cü il 21 oktyabr,
Leypsiq
I Aleksandr – A.N.Qolitsinə: - Qadir allah bizə
dördgünlük döyüşdə
bədnam Napoleon üzərində
parlaq qələbə
verdi.
...27 general, 300-dək top və 37 min əsgər tutuldu və biz artıq Frankfurt Mayndan iki keçidlikdəyik. Siz mənim qəlbimdə nələr
baş verdiyini yəqin ki, anlayırsınız!.. [Валлотон А. Александр I.M., 1991, c. 224]
Rusiya Xarici işlər Nazirliyinin Gülüstan müqaviləsi
haqqında hazırladığı
manifest I Aleksandra çatdıqda, döyüş əməliyyatları
Fransanın ərazisinə
keçmişdi, çar
ruh yüksəkliyi dövründə idi.
1813-cü il dekabr. İsveçrə. Fribur. I Aleksandrın rus qoşunlarına müracitənaməsindən:
- Düşmən
Bizim Çarlığımızın
özəyinə daxil
olaraq bizə çoxlu ziyan vurdu, lakin bunun
üçün dəhşətli
işgəncəyə düçar
oldu – Allahın insaniyyətsizlik və vəhşilik xoşuna getməz. – Onların işlərini unudaraq: onlara qisas və
ədavətli deyil, dostpərvər və barışıq üçün
uzanmış əl ilə yanaşaq. Rusiyalının şöhrəti, əleyhinə qalxmış
düşməni diz çökdürmək və
onun əlindən silahını aldıqda ona və onun
dinc qardaşlarına
xeyirxahlıq etməkdir.
[Валлотон
А. Александр I, c. 224-225] .
Bir tərəfdən Avropada sülhpərvərlik çağırışını
imzalayan çar I Aleksandr, o biri tərəfdə Azərbaycanı
bölən müqavilə
haqqında Manifestə
qol qoyurdu.
Gülüstan sülhü
haqqında manifest: müəmmalı
tarixçə
Çar I Aleksandr
Friburda Gülüstan
sülhü haqqında
manifest layihəsini aldı
və ... imza atdı. Zahirən burada hər
şey öz qaydasında idi. Məsələ manifest təkrar
Peterburqda qaytarıldıqda
aydın oldu. Rumyantsev manifesti nəzərdən
keçirərkən müqaviləyə
görə Rusiyaya keçmiş Qarabağ və Gəncə xanlıqlarının adının
buraxıldığını gördü.
Rumyantsev Nikolay Petroviç (1754-1826), 1807-1814-cü illərdə Rusiyanın xarici işlər naziri, 1810-1812-ci illərdə
Dövlət Şurasının
sədri olmuşdu.
Xarici İşlər Nazirliyi Rusiyaya ilhaq edilən torpaqların adının manifestə düzgün köçürülməsini “unutmuş”, hökmdar isə hansı torpaqların onun dövlətinə qatıldığını bilmirdi?! Əyalət bürokratiyası üçün belə bağışlanmaz olan bu hal Rusiya XİN-lə çar səviyyəsində baş verirsə, buna adi yanlışlıq kimi baxmaq olarmı? Bu faktın düzgün izahını vermək çətindir. Görünür, buna görə də Rusiyanın xarici siyasətinə dair sanballı bir sənədlər toplusunda [Внешняя политика России XIX начале XX века. Документы Российского Министерства Иностранных дел. М., 1970, первая сер., Т. VII – K.Ş.] ona münasibət bildirilmir. Lakin onun üzərindən sükutla da keçmək olmaz.
Hadisələrin sonrakı gedişi də nəzərə alınsa, Rusiya yeni zəbt edilən torpaqların hüquqi yol ilə təsbit edilməsinə ehtiyatla yanaşırdı. ...Rusiya ilə İran arasında sülh haqqındakı manifestin ilk variantında Qarabağ və Gəncə xanlıqlarının adı olmadığından hələlik bəyan edilmədi.
Kansler düzəlişdən sonra - 1814-cü il yanvarın 16-da onu yenidən çara göndərdi. Manifestin yeni variantı yalnız 1818-ci il iyulun 28-də elan olundu, müqavilə isə avqustun 19-da mətbuatda işıq üzü gördü. Bu, müəyyən diplomatik nəticələr üçün əsas verdi. Separat akt bağlamış İran tərəfi sülh haqqında manifestin bəyanı və onun nəşrinin ləngiməsilə müqavilənin ləğvi arasında əlaqə görür və bu sahədə fəal iş aparırdı...
***
İngilis və İran diplomatiyası Separat aktın verdiyi səlahiyyətdən istifadə olunmasını çox da ləngitmədi. Şah 1813-cü ilin noyabrında Mirzə Əbdülhəsən xana Gülüstan müqaviləsi üzrə müəyyən edilmiş sərhədlərin dəyişşdirilməsinə nail olmaq məqsədilə I Aleksandra müraciət etmək üçün Peterburqa yola düşməyi tapşırdı.
Elçilik 1814-cü il iyulun 21-də Tiflisə gəldi, sentyabrın 15-də müqavilənin ratifikasiya mübadiləsindən sonra Peterburqa yola düşdü... Mirzə Əbdülhəsən xan hələ yolda olarkən Ouzli Peterburqda Seperat akt üzrə missiyasını yerinə yetirməklə idi. O, avqustun 28-də I Aleksandrla və Nesselrode ilə görüşdü.
Nesselrode Karl Vasilyeviç (1780-1862) – 1816-1856-cı illərdə Rusiyanın xarici işlər naziri olmuşdu. 1845-ci ildən kansler idi. 1816-cı ildən İranla münasibətlər onun rəhbərliyi altında həyata keçirilirdi. Türkmənçay müqaviləsini Peterburqa gətirən A.S.Qriboyedov onun qəbulunda olmuşdu. [Тынянов Ю. Смерть Вазир-Мухтара. М., 1988]. 1853-1856-cı illərdə Krım müharibəsində Rusiyanın diplomatik cəhətdən təcrid edilməsində mühüm rol oynamış, 40 ildən sonra vəzifəsindən uzaqlaşdırılmışdı. Çarla görüşdə ümumi şəkildə İrana güzəştin nədən ibarət olduğunu müəyyənləşdirdi, bununla Qarabağ və Lənkəran xanlıqlarını nəzərdə tutduğunu bildirdi.
1815-ci il 10 aprel
– 1816-cı il 22 may. Peterburq
...1815-ci il aprelin 10-da Mirzə Əbülhəsən
xan da Peterburqa
yetişdi. Onun gəlişilə İran və ingilis diplomatlarının
səyləri birləşdi.
Bu zaman dünyanın
siyasi mərkəzi Parisə köçmüşdü.
Napoleonun
100 günlük hakimiyyəti
(1815, 20 mart-22 iyun) başa
çatmaqda idi.
Müttəfiqlər Avropanın siyasi
xəritəsini yenidən
biçmək ərəfəsində
idilər.
İngiltərənin Rusiyadakı səfiri Ualpol yaranmış vəziyyəti münasib hesab edərək Mirzə Əbülhəsən
xanla birlikdə onun adından Fransada olan I Aleksandra məktub yazaraq İran elçisinin Parisə gəlməsinə
razılıq verməsi
və torpaq güzəşt edilməsi
haqqında xahiş etdi. Çar 15 avqust reskripti
ilə xahişi qəbul etmədiyini bildirsə də, bu, İran-ingilis diplomatiyasının fəaliyyətini
zəiflətmədi.
I Aleksandr
Rusiyaya döndükdən
bir həftə sonra, dekabrın 19-da Mirzə Əbülhəsən
xan çara xahişlə müraciət
etdi. 1815-ci ilin yanvarında isə Xarici İşlər Nazirliyinə nota verildi.
Notada 1801-ci il
sərhədlərinə qayıdılmasından
bəhs olunurdu.
Avropada mövqeyini kifayət qədər möhkəmlədən
Rusiya İran və İngiltərəyə
cavab verməyin vaxtı çatdığını
qərara aldı. Rusiya XİN-in notasında qaldıran məsələyə yalnız
Rusiyanın Tehran elçiliyi
zamanı cavab veriləcəyi bildirilirdi.
İngilis səfirinə və
İngiltərə hökumətinə
Rusiya-İran danışıqlarına
müdaxilə etməmək
tövsiyə olunurdu.
Mirzə Əbülhəsən xan
bununla missiyanın başa çatdığını
görüb, mayın
22-də geriyə döndü. İngilislərin isə rusların tövsiyəsinə o qədər
də ehtiyacı yox idi.
***
I Aleksandr
Yermolovu 1816-cı ildə
Qafqazdakı rus qoşunlarının baş
komandanı təyin etdi.
Yermolov Aleksey Petroviç 1777-ci ildə
anadan olub. 1812-ci il Vətən müharibəsinin qəhrəmanlarından
biri kimi tanınıb. Qafqazdakı rus qoşunlarının
baş komandanı olub. Burada Sərdar Yermolov
adı ilə məhşurlaşmışdı. Qafqazın müsəlman xalqlarının,
xüsusilə Azərbaycanın
qəddar düşməninə
çevrilmişdi. Şəki (1819), Şəmşədil və
Qazax sultanlıqları
(1819), Şirvan (1820), Qarabağ
(1822) və Lənkəran
(1826) xanlıqları ləğv
edilmişdi.
Diplomatik fəaliyyətdə də
kobudluğu və özbaşınalığı ilə fərqlənirdi. O, əvvəlcə
Rusiya elçiliyinin rəhbəri kimi İranla münasibətləri
kəskinləşdirmiş, 1826-1828-ci illər rus-İran müharibəsinin günahkarlarından
olub.
Bütün bunlardan başqa Yermolov dekabristlərin ideallarına xəyanət
etmiş, Qafqaz ordusunun çara andiçmə mərasimini
keçirmiş, sonadək
sədaqətli monarxist
olmuşdu. A.S.Puşkin onun Qafqazdakı fəaliyyətini belə vəsf etmişdi:
Смирист, Кавказ, идет Ермолов
И, испуганный трудами
Бури боевой,
Их ведет, грозя очами,
Генерал седой.
Yermolov 1861-ci ildə 84 yaşında ölmüşdü. Rusiya-İran münasibətlərini qaydaya salmaq üçün nümayəndə seçilməsi məsələsi ortaya çıxdıqda çar bunu həll etməyi yeni baş komandana həvalə etdi. O isə bu vəzifəyə özünü məsləhət bildi. I Aleksandrın fərmanı ilə Yermolov eyni zamanda Rusiyanın İranda fövqəladə və səlahiyyətli naziri təyin olundu. Yermolovun elçiliyinin fəaliyyət istiqamətlərini müəyyən edən təlimat xarici işlər, maliyyə və digər nazirliklər tərəfindən hazırlanmışdı.
1816-cı il 29 iyul.
Peterburq
I Aleksandrın Yermolova təlimatından: - Mənim diqqətimi Sizə çatdırmaqda məqsədim, keçmiş müharibədə Sizin göstərdiyiniz qulluq, Sizin əl xüsusiyyətinizi bilməyindəndir ki, mən Sizi İran şahının sarayına fövqəladə səfir təyin etmişəm. İran sarayının hazırkı zamanda məqsədi bizə keçən torpaqların qaytarılmasıdır. Əgər bizə keçən torpaqlardan Lənkəran xanlığı, Qarabağ və Gəncə xanlıqlarını geri qaytarsaq, İran sarayının arzusu yerinə yetərdi. Özümüzün İran dövlətinə qarşı hər hansı bir qəsdimizin olmadığını sübut etmək üçün, mən qərara alıram, olmazmı ki, İran dövlətindən bizə keçən torpaqlardan hər hansı bir hisəsini, bizə zərər verməyəcəksə, həmin dövlətə qaytaraq; mən öz tərəfimdən qərara alıram ki, Lənkəran xanlığı və Qarabağ xanlıqlarından bizə də torpaq düşsün; bu şərtlə ki, İran dövlətində də bizə həmin fikirdə olsunlar.
Mənim tələblərim bundan ibarət olacaq: birincisi, ticarətdə xeyrimiz; ...əgər Zənzəldə və Astrabadda da ticarət məntəqələrinə icazə alsaq, onda bu Həştərxanla ticarətdə böyük xeyir verər; İran dövləti ilə birgə qərara gəlmək lazımdır ki, o, hər şeydə öz neytrallığını nümayiş etdirsin, Rusiya da öz növbəsində İran dövlətinin öz qonşuları ilə apardığı müharibələrdə neytral olacaq.
Kərim Şükürov
Tarix üzrə elmlər doktoru, professor
Xalq cəbhəsi.-
20175.-27 aprel.- S.14.