İsa Cavadoğlu yaradıcılığında təlim-tərbiyə

 

İnsanlar müxtəlif xarakterli olduğu kimi maraq dairələri də rəngarəngdir. Maraqlar da müxtəlif saysız-hesabsızdır. Əksər insanlar vaxtında seçim edə bilmədiyindən, ya da şəraitdən asılı olaraq öz sevdiyi sənətlə məşğul ola bilmir. Sonra isə bu gec, çox zaman da mümkünsüz olur. Vaxtında sevdiyi sənəti seçə bilənlər isə o sahədə tanınır sayılıb seçilir.

İsa Cavadoğlu da sevdiyi sənəti vaxtında düzgün seçə bilmiş, ömrünün 62 ilini ona sərf edərək tanınanlar sırasında layiqli yer tutmağa nail olub. O, 86 yaşında da deyir: “Əgər məktəbi yenicə qurtarmış olsaydım, yenə müəllimlik sənətini seçərdim”.

Yaradıcılığını vərəqləyərək:

Orta məktəbdə ona dərs deyən sevimli müəllimlərinin ümumiləşdirilmiş obrazını sözlə rəssam kimi yaradaraqMüəllimimşeirini ona müraciətlə belə tamamlayır: (nümunələr "Ya qismət” kilabından-2014, 600 səh. götürülüb).

O vaxtdan bu vaxta zamanlar keçib,

Sən indi hardasan, ey böyük aləm?

Şagirdin sən seçən sənəti seçib,

Sənəti sənin tək sevdirə biləm...

                                     (səh. 184)

Belə ideal arzularla yaşayan şair-pedaqoq çox məsuliyyətli bir yükün altına girdiyini şərəflə, məsuliyyətlə hiss edərəkMənim işimşeirində yazır:

Hər sinfə girəndə qoşa ulduz tək,

Neçə göz zillənir üzümə mənim.

Baxışlar məsumdur, şüurlar kövrək,

İnamlar bağlıdır sözümə mənim.

 

Tək bircə kəlməni dolaşıq desəm.

Gör neçə ürəyə ləkəsi qonar?

Tək bircə anımı hədər keçirsəm.

Gör neçə ömürdə boşluq yaranar?

 

Hər gün kəlmə-kəlmə qurduğum özül,

Dağılar zamanın sınaqlarında.

Neçə cavan ömür, neçə gənc könül

Məhv olar həyatın ayaqlarında!

 

Bəli, müəlliməm, şərəfdir işim.

Günəş şüasıyam, sərin mehəm mən!

İnsanlar üçündür könül atəşim,

İnsan taleyinə cavabdehəm mən!

                                          (səh. 28)

İlin 9 ayını bu həvəslə, ruhla yaşayan şair-müəllim 3 ay məktəbin həyətini solğun, sönük görür, sentyabr ayının birini səbirsizliklə gözləyir.İlk zəng" şeirində bu sevincli, həyəcanlı hissləri təsvir tərənnüm edir:

Gəlin dəstə-dəstə atılın, düşün,

Həyat dalğalansın coşğun dəniz tək.

Çalınsın şeypuru elmə yürüşün,

Qaçın siniflərə səslənəndə zəng.

 

Gəlin, sinfə girim əlimdə jurnal,

Görüm ki, boyunuz qalxıb bir az da.

Xeyli açıq söhbət, xeyli kef-əhval.

Hazırdır kitab da, qələm, kağız da...

                                            (səh. 202)

 

Bu şərəfli işin öhdəsindən layiqincə gələ bilir. O, yaradıcılığının məhsuldar dövrünü yaşayır. Müəllimlər arasında müsbət mənada əsl rəqabət gedir. Hər kəs tədris etdiyi fənni sevdirməyə çalışır. İsa müəllim təkcə tədris etdiyi Azərbaycan dili Ədəbiyyatı yox, (o təkcə bununla kifayətlənmir) orta məktəbdə tədris olunan bütün fənlərin öyrənilməsinin vacibliyini təlqin edir.

Təhsil təkcə dərs saatı, sinif otağı ilə məhdudlaşmır. Sinifdən məktəbdən kənar işlər: dərnəklər, məşğələlər, müxtəlif fənlər, tədbirlər üzrə şagirdlərlə şagirdlərin, siniflərdə siniflərin, məktəblərlə məktəblərin yarışları, özfəaliyyət dərnəyinin hazırladığı tamaşalar, səhnəciklər, oxuyanlar, tanınmış şəxsiyyətlərlə, qəhrəmanlarla görüşlər, müxtəlif yerlərə, müəssisələrə ekskursiyalar... Bunlardan birinə nəzər yetirək: "Dünyaya zirvədən baxın”. 1977-ci ildə yuxarı sinif şagirdlərini Göygölə ekskursiyaya aparıblar. Yuxarıdakı adla 18 bəndlik şeirdə bu səyahət təsvir olunur:

 

Gəlin əzizlərim, arxamca gəlin,

Gəlin Hacıkənddən, Göygöldən

Bala qartallarım, qalxın, yüksəlin.

Bu dəfə Kəpəzi düşərgə seçək!

 

Ay ana yurdumun, gənc oğlu-qızı,

Bütün gözəlliklər burda görüşüb.

On bir iqlim var ki, onun doqquzu.

Odlar ölkəsinin payına düşüb.

                                     (səh. 186)

 

Vətəni Yer kürəsinin zirvəsi sayan şair-pedaqoq gənclərə nələri təlqin edir gözəlliklərindən tutmuş Vətənin, millətin adını ucaldan qəhrəmanlarına, dahilərinə qədər insanlar, pənbə buludların üstü ilə uçub Bakıya, Dərbəndə, Təbrizə getməyi, qartaldan qıy, qayadan qürur alıb cəsarətli, qürurlu olmağı, çətinliklərdən qorxmayıb yaşamaq uğrunda mübarizə aparmağı.

 

Yaşatmaq eşqi var ana dünyada,

Bir baxın aşağı, yaşıl vələslər.

Kök atıb yaşayır yalçın qayada

Onlar da insanı həyata səslər.

 

Kölgədə, bucaqda qalmamağı, hər işi vaxtında görməyi, elmli, fəhmli, hünərli olmağı, dünyaya zirvədən baxmağı:

Anamız Günəşin hər zərrəsinin

Əlindən yapışın, nur olub axın!

Vətən zirvəsidir Yer kürəsinin.

Dünyaya bu uca zirvədən baxın!

 

Vaxtında öyrənin, vaxtında duyun.

Eşidin səsini ürəyinizin!

Dünya bir kitabdır açın, oxuyun,

Gələcək sinizdir, əzizim, sizin...

                                        (səh. 187)

Müəllif iştirak etməsə , növbəti illərdə Göygölə ekskursiyaya gedənlər qəzetdə çap olunmuşDünyaya zirvədən baxınşeirini oxuya-oxuya gedirlər.

“30 ilşeiri 1984-cü ildə ali məktəbi bitirmiş tələbə yoldaşların görüşü münasibətilə onlara müraciətlə yazılmışdır. Həmin görüşdə yoldaşları İsanı alqışlamış təbrik etmişlər.

qədər ömür var yenə illərin

Zanman zirvəsindən aşaraq, dostlar!

Nağıl deyə-deyə gənc nəsillərin.

Nağıl dünyasında yaşarıq, dostlar!

                                           (səh. 196)

“Son zəng" şeiri məktəbi bilirən məzunların dilindən yazılmış hər ilin həmin tədbirində səslənməkdə davam edir:

Necə kövrəkdir son zəngin səsi.

Həzin kaman kimi incə tar kimi.

Son zəng nəğmə deyir - vida nəğməsi

Biz uçub gedirik durnalar kimi!

 

Açdın üzümüzə geniş aləmi

Sağ ol doğma məktəb, mehriban ocaq!

Sənə and içirik bir övlad kimi

Şan-şöhrət gətirək adına ancaq!

                                       (səh. 188)

Müəllim adışeirində bu adı şərəflə daşıyanlarla fəxr edir, öz adının da o cərgədə çəkilməsi ilə, ən çox onların sırasında onlara dərs deyən digər müəllimlərlə yanaşı özünün adının olmasından qürur hissi keçirir:

İndi adlı-sanlı şagirdlərim var

Köçüb ruhlarına həvəsim, odum.

Onlara dərs deyən həmkarlarımla

Yanaşı çəkilir manim adım.

 

Müəllim-sənətim, həm təxəllüsüm,

Onunla ömürlük yol gedən oldum.

Haqqım yox taledən inciyim, küsüm,

Öyrənə-öyrənə öyrədən oldum.

                                               (səh. 237)

“Vida” şeiri İlk zəng”də olduğu kimi uşaqlara müraciətlə yazılmışdır. Lakin bir fərqlə: orada sevinc hissləri coşub çağlayırsa, burada onun antonimi olan hislər göynəyir. Artıq o təqaüdə göndərilir, vidalaşır:

Sizə uğur olsun, əziz balalar

Mən burda dincimi alası oldum.

Karvandan üzüldü qəflə-qatırım.

Səhrada tək-tənha qalası oldum.

 

Hanı sinfə girib dil-dil ötdüyüm?!

Dünya işlərini təhlil etdiyim.

Nəsihət verdiyim, elm öyrətdiyim.

Ürəyi kövrəlib dolası oldum.

 

Ömrümü, günümü sizə bağladım.

Sizin eşqinizlə coşub çağladım.

Sizdən ayrılanda, vallah, ağladım,

Daha bir dəfəlik olası oldum.

 

Qaynar gözləriniz ulduz kimiydi.

Məsum nəfəsiniz yaz nafəsimiydi

Sizin nəfəsiniz nəfəsimiydi,

Köçəri quşların yuvası oldum...

                                            (səh 221)

Son zamanlar hamıyamüəllimdeyə müraciət edilməsi ilə İsa müəllim razılaşmır. Xüsusən camaatın gür yerində, toy məclislərində səs gücləndirici ilə hamıyamüəllimdeyə müraciət etdiklərindən o da tamadaya müraciət edir.

 

Əzizim tamada, bir azca yavaş,

Bir sözün məclisi hey salır çaş-baş

Hamıya müəllim deyirsən, qardaş,

Kiməsə təklifim gəlsə ağır,

Sən Allah, hər kəsi adilə çağır!

 

Dədə Qorqud kimi söz söylə, boy de!

Hər kəsə yaraşan münasib soy de!

Əmi de, dayı de, ağa de, bəy de!

Bu yazıq kəlməni eyləmə yağır,

Sən Allah, hər kəsi adilə çağır!

                                         (səh. 372)

 

Mövzumuz şair İsa Cavadoğlu yaradıcılığında təlim-tərbiyə məsələləri olduğundan müəllim İsa İsayevin geniş pedaqoji fəaliyyətindən, iyirmi ildən artıq bir müddətdə hər il təkmilləşmə kurslarından keçərək Tovuz rayon müəllimləri qarşısında oxuduğu, bəzilərini mətbuatda çap etdirdiyi mühazirələrdən, yaxından tanıdığı layiqli həmkarları haqqında, digər təlim-tərbiyə mövzularında yazdığı oçerk məqalələrdən, müəllim ailə məsələsinə həsr olunmuş dəyərliDöngəpoemasından söz açmadıq.

 

Mahmud Əyyub

 

Xalq cəbhəsi.- 2017.-28 aprel.- S.15.