İyirminci ildə Qarabağ döyüşləri

 

(Sənədli povest)

 

Qızğın döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil oldular

 

1-ci yazı

 

 

Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən dırnağacan silahlandırdı. Qısa bir müddətdə (martın 22-dən aprelin 3-nə kimi) xəyanətkar daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı. İlyarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun üçüncü yürüşü də zəfərlə başa çatdı.

İyirminci ildə Qarabağ döyüşləri” sənədli povestində tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əli ağa Şıxlinskinin, general-mayor Həbib bəy Səlimovun, Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovpolkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz xidmətləri yeni arxiv sənədləri əsasında möhtərəm oxuculara təqdim olunur.

 

***

 

1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək “Əsgəran keçidini tutdular. Bu səbəbdən də Əsgəran cəbhəsinə mirliva Həbib bəy Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeri¬dildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü xatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilata malik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qal¬mışdı. Əhalidən bir çoxu duyduğu həyəcandan ağla¬yırdı.

O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi.

Polkovnik İsrafil bəy İsrafilbəyov,

(25.01.1893 – iyul, 1945),

Milli Azərbaycan hərəkatı” kitabından

 

 

Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əsgəran cəbhəsinə gəlmişdi. Ön cəbhədə ölüm-dirim savaşında vuruşan əsgərləri təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan gündən üç böyük qələbəsi olmuşdu.

1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirmək üçün azərbaycanlıları qovur və kəndləri yandırırdılar. Üstəlik də elan eləmişdilər ki, Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad bəy Şıxlinskinin komandanlığı ilə Zəngəzura əsgəri qüvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş son sığınacağı olan Dığ kəndini də ələ keçirdilər. Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı.

İkinci qələbə həmin ilin iyul ayında olmuşdu. Muğanda və Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni qüvvələri ordumuzun gücü ilə darmadağın edilmişdi.

Bu gün nazir Səməd bəy Mehmandarovun təbrikə gəldiyi üçüncü qələbə idi. 1920-ci il martın 22-də Novruz bay¬ramı gecəsi ermənilər qiyam edib Əsgəran keçidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başçılıq edirdi.

Azərbaycan Cümhuriyyətinin müdafiə nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə Əsgəran cəbhəsinə qüvvə ayrıldı. Martın 23-də Azərbaycan ordusunun əsas hissəsi – iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O cümlədən üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü.

Qızğın döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur əsgər zabitləri ana torpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil ol¬dular.

Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı. Əslində altmış dörd yaşlı hərbiyyə nazirini həyəcana gətirən Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu dönə-dönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyindəafərinsözünü təkrar etdi. Səməd bəy istər general, istərsə nazir olanda da özünü həmişə sıravi əsgər, döyüşçü sanırdı. Neçə-neçə müharibənin iştirakçısı kimi o yaxşı bilirdi ki, komandanın əsgərləri döyüş meydanında təbrik etməsi deməkdir. Ona görə müavini Əli ağa Şıxlinskiyə:

Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, – dedi. – Mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə gedirəm. Ancaq Əli ağa, bu raportda Həbib bəyingünümüzün qəhrəmanı” – deyə təriflədiyi Nəbibəyovu nədənsə xatırlaya bilmirəm.

Azacıq eyhamla gülümsünən Əli ağa Şıxlinski:

Yadınızdadırmı, – dedi, – keçən ilin iyun ayında Siz bir neçə gün Yevlaxda olanda yenə nazir əvəzi məni təyin etmişdiniz. Onda birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyov raport yazıb hərbi xidmətdən azad olunmasını xahiş etmişdi. O, raportunda belə bir cümlə işlətmişdi: “Səhhətim şərait mənə respublika hökumətinə xidmət etməyə imkan vermir”. Mən məhz bu cümlədən qəzəblənib Azərbaycan zabiti¬nin ləyaqətini, şərəf şanını yüksək tutmadığına görə yanıma çağırıb onu danladım, xidmətdən azad etməklə həbs edilməsi barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb onun qanının arasına girdiniz.

Səməd bəy Mehmandarov pensnesini silə-silə gülümsündü.

, yadıma düşdü. Əzizim, indi bildim: ağır təbiətli, uca boy…

Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl bir az da yaşı ötmüş zabit-kapitan Vahid bəy Nəbibəyovdur. Həbib bəyingünümüzün qəhrəmanıdediyi isə onun kiçik qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy Dünya müharibəsində yaxşı döyüş yolu keçib. Buyurun. Xidmət dəftərçəsini istəmisiniz, gətirmişəm. Tanış ola bilərsiniz.

Verin baxım.

Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun çox da böyük olmayan, cəmi səkkiz səhifəlik şəxsi xidmət dəftərçəsinin ilk səhifəsini açıb dayandı.

Əliağa, – dedi, – unutmamış onu da deyim ki, kapitan Vahid bəy mənim yanıma gəldi, belə raport yazmaqda səhv etdiyini boynuna aldı. Hiss elədim ki, uzun müddət milis dəstəsində xidmət etdiyinə görə hərbi nizamnaməni o qədər dərindən bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi olmayıb. Ona inandım. Mən şəxsən sənin, general Şıxlinskinin nüfuzunun qorunmasına ehtiramla yanaşmaq şərtilə kapitan Nəbibəyovun raportunun üstünəMən ona verdiyim cəzanı bağışlayıram” – cümləsini dərkənar qoydum. Məsuliyyəti öz üzərimə götürüb onu orduya yenidən qaytardım. Deyirsən podpolkovnik Bəhram bəy onun kiçik qardaşıdır, lap yaxşı.

Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram bəy od parçasıdır. Nəbibəyovlardan bizim orduda dörd qardaş olmalıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyn bəy... yox, beş nəfərdir, bir Məmməd bəy.

Nazir:

Əli ağa, yaxşı da yadında qalıb, əhsən sənə yaddaşına, dostum.

Bilirsən, 1918-ci ilin noyabr-dekabr aylarında Tiflisdə Müsəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim. Onda qərargahım Veriyski körpüsünün yanındakı “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox maraq¬lı, dünyagörüşlü ataları var. Oğlanları ilə Qasım bəy özü gəlmişdi. Türkmənistanda general Kuropatkinin qərargahında Şərq dilləri üzrə tərcüməçi olub. İndi istefadadır. Mirzə Fətəli Axundovla dostluğundan danışırdı.

Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini 1904-cü ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib.Nazir dayanıb pens¬nesinin üstündən müavininə baxdı, fəxrlə: – Oho, yaxşı... bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıqGörürsən, Əli ağa, Konstantin məktəbinin artilleristlərini?..

Səməd bəy, əsgər komandirinə, zabit generalına oxşamalıdır. Komandir döyüşkəndirsə, əsgəri ona oxşayar, zabit zəifdirsə, əsgəri əfəldir. Zərbi məsələ dönmüş bu müdrik kəlamlar sizə məxsusdur. Amma xalqımızda belə bir məsəl var: alma kökündən gen düşməz. Mən inanıram ki, podpolkovnik Bəhram bəy sizin layiqli davamçınızdır.

Demək istəyirsən ki, Bəhram bəy xidmətdə mənə oxşayıb? – deyən nazirin sevincdən gözləri parıldadı.

Əli ağa Şıxlinski ciddi general zəhmilə:

Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun Hövsan Nobel çənləri ətrafındakı bolşevik-daşnaklara qarşı apardığı döyüşlərin şahidi olmuşam. Bəhram bəy çox qoçaq bilikli zabitdir. Onunla fəxr etməyə dəyər. Dəli Qazar kimi generalı mühasirəyə salıb məhv etməsinə şəxsən mən şəkk-şübhə etmirəm. Belə qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri akademiyadır.

Mən bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya? Rusi¬yaya yollar bağlı, özümüzdə isə yox, ölkəmiz müharibə vəziyyətində... – deyən nazir yenidən Bəhram bəyin sənədlərinə göz gəzdirdikcə baxışları canlanır, üzündə sevinc görünürdü: – Qafqaz Əlahiddə Ordusundakı iyirminci artilleriya briqadasında podporuçik, 1909-cu il, sentyabrın yeddisində poruçik, 1912-ci ildə üçüncü batareyanın komandiri. Sonra Əlahiddə Qafqaz ordusunda artilleriya rəisinin müavini vəzifəsində çalışıb. Müharibəni axıra qədər Qafqaz cəbhəsində keçirib.

Təltiflərini axtarırsınız? O biri səhifənin arxasındadır, – deyə Əli ağa Şıxlinski şəhadət barmağını irəli uzadıb göstərdi.

– Aha, budur, – deyə Mehmandarovun iti nəzərləri kağızın üzərində gəzindi. – “Müqəddəs Stanislavordeninin üçüncü dərəcəsi Müqəddəs Anna” ordeni. Amma sonuncunun dərəcəsi göstərilməyib. Eybi yoxdur, hər şey aydındır. Siz doğru buyurursunuz, Əli ağa. Belə peşəkar zabitlərimiz çoxdur. Onlar akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birə-beş artardı. fayda, hələlik buna imkan yoxdur.

 

P.S. Polkovnik Bəhram bəy Qasım bəy oğlu Nəbibəyovun 1916-cı ilə qədərHərbi-xidmət siyahısı”nın surətini 1999-cu ildə Rusiya Dövlət Hərbi Tarix Arxivindən nəvəsi Bəhram Aslan oğlu Sultanov gətirtdi. Bu xidmət üçün ona təşəkkürümüzü bildiririk – Ş.N.

 

 

Şəmistan Nəzirli

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2017.- 8 avqust.- S.15.