Dilimizin tarixi xalqımızın tarixi kimi
minilliklərlə ölçülür
Azərbaycan ərazisində
dünyada məlum olan ən qədim insan mədəniyyəti
izləri
2-ci
yazı
Planetimizdə maksimum buzlaşma Orta pleystosenin ikinci
yarısında baş verib. Bu vaxt buzlaqların
ümumi sahəsi indikindən üç dəfə çox
olub. Materik buzlaqları Şərqi Avropa düzənliyindən
cənuba 48 dərəcə 30 dəqiqə, ABŞ-da isə
37 dərəcə şimal enliklərindən gəlirdi. Avropada orta illik temperatur 6-8 selsi dərəcə
azalmışdı. Çoxillik
donuşluq çöküntülərinin inkişaf sahəsi
Fransanın cənubunadək artmışdı. Afrikanın ekvator his¬sə¬sindəki buzlaqlar Keniya və
Kilimancaro vulkanlarının yamaclarından aşağılara
enirdi.
Nəhəng buzlaşmanın bitki və heyvanat aləminə
böyük təsiri olub. O zaman Şərqi Avropada buzlaşma
sərhədindən cənubda ilk dəfə müşk
öküzü, şimal maralı, ağ
kəklik, ala siçan, tülkü, kərkədan və
mamont kimi soyuqsevən heyvanlar meydana gəlmişdi. Qafqaz, Alp,
Karpat və Piriney dağlarından heyvanlar dərələrə
enirdi. Krımda ağ kəklik, ağ
tülkü, ağ dovşan, şimal maralı, qütb
torağayı ortaya çıxmışdı. Bunların qalıqları Turan ərazisində (Qərbi
Avropadan Çinə qədər) qazıntılar zamanı
tapılıb.
Antropogen dövründə Yer qabığında
güclü tektonik hərəkətlər baş verirdi. Bu hərəkətlər
Avrasiyanın Alp qırışıqlığı
zonalarında, Sakit okean ətrafındakı cavan struktur
qırışıqlarında, Mərkəzi Asiyada və
Turanın Asiya hissəsindəki dağ sistemlərində
(Tyanşan, Altay, Sayan və s.) xüsusilə güclü
olub. Antropogen dövründə Alp
qırışıqlığı və yeni qırılma
zonalarında güclü vulkan püskürmələri olub.
Turan ərazisində antropogen dövrü
vulkanlarının əsas təzahür sahələri Qafqaz,
Tuva, Şərqi Sayan, Baykalyanı və Uzaq Şərq idi.
Alt
Pleystosendə Qara dənizin yerində Çauda, Orta
Pleystosenin əvvəllərində Qədim Evksin hövzəsi,
Üst Pleystosenin ortalarında Qara dəniz reqressiya edib, onun
sonlarında burada yeni Evksin hövzəsi, Holosendə isə
Qara dəniz hövzəsi əmələ gəlib. Antropogen dövründə Qara dəniz dəfələrlə
Manıç çökəkliyi vasitəsilə Xəzərlə
birləşmişdi. Xəzərin ətraf
düzənliklərlə bir neçə transqressiyası
olub. Bakı transqressiyası (Alt Pleystosen)
şimalda Elton gölünə çataraq, indiki Kür-Araz
düzənliyinin xeyli hissəsini və Türkmənistanın
cənub-qərbini əhatə etmişdi. Orta
Pleystosendə də Xəzər transqressiyası baş
vermişdi.
Azərbaycan ərazisində antropogen
çöküntüləri Samur və Astara çayları
arasındakı bütün Xəzəryanı sahədə,
Qobustanda, Kür-Araz düzənliyi və onu əhatə edən
sahələrdə, Bakı arxipelaqında geniş yer tutur. Bu çöküntülər
Türkan layları, Bakı Horizontu, Mingəçevir
layları (Alt Pleystosen), Xəzər Horizontu (Orta Pleystosen) və
yeni Xəzər Horizontuna (Holosen) bölünür. Rus alimlərindən
Q. Tolstov, A.Moskvitin, K.Markov və Azərbaycan alimi B.Vəkilovun
əsərlərindən belə məlum olur ki, Aralıq dənizi
hövzəsi, Şimali Afrika, Cənubi Avropa, Ön Asiya,
Qafqaz, eləcə də Azərbaycan ərazisinin geniş bir
hissəsi ilkin antropogenez zonasına daxil olub. Məlum
olduğu kimi, insanın əmələ gəlməsi, yəni
antropogenez antropogen dövrü ilə əlaqədardır və
bu baxımdan yuxarıda adı çəkilən ərazilər
insanların yer üzündəki ilk məskənləri
sayılır.
***
Fikir mübadiləsi və onların sonrakı nəsillərə
milli mədəniyyət və ədəbiyyat (şifahi və
yazılı) formasında ötürülməsində
baş¬lıca və əvəzolunmaz vasitə olan dil, idrak və
düşüncə ilə birbaşa bağlıdır. "İdrak"
və "düşüncə" terminləri çox
zaman sinonim mənalarda işlənir və bu terminlərlə
insanın ruhi aləmi, hal və fəaliyyəti bildirilir.
Bir sözlə, bu halda şüurdan söz
gedir.
Şüur obyektiv gerçəkliyin əksidir və insanın əsəb-beyin sistemi ilə bilavasitə bağlıdır. Yalnız şüurlu varlıqlar təfəkkürə sahib olurlar. Şüur, insanın psixi fəaliyyətinin cəmini (intellekt, hiss və iradə) özündə birləşdirməklə, insanın nəzəri və praktik fəaliyyətinin nəticəsidir. Fərdi şüurdan başqa ictimai şüur da mövcuddur ki, onu çox zaman "dünyagörüşü", "ideologiya", "etnik özünüdərk" və s. bu kimi terminlərlə də adlandırırlar.
Təfəkkür özünü 3 şəkildə: obrazlı, texniki və məntiqi formalarda göstərir və bu baxımdan təfəkkürün ifadəçisi olan dil eyni zamanda hər üç formanı ifadə etmək qüdrətində olan bir vasitədir. Heyvanlar üzərində aparılan müşahidələr onların heç birində ən primitiv şüur əlamətlərini belə üzə çıxara bilməyib. Heyvanlardan fərqli olaraq, ən qədim insanlar (arxeantroplar) şüura sahib olublar. Şüura sahib olduqları üçün də əmək alətləri hazırlaya biliblər. Onların bu bacarığı (deməli, həm də şüurlu olmaları) çoxsaylı arxeoloji qazıntılarla sübuta yetirilib. Madam ki, antropogen dövrü insanları təfəkkürə sahib idilər, dil və təfəkkür bir-biri ilə qırılmaz surətdə bağlıdır, deməli, yer üzündə peyda olan ilk insanlar həm şüura, həm də onun ifadə vasitəsi olan dilə sahib idilər.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ərazisi İtaliyanın ərazisi ilə birlikdə ilkin antropogen zonasına düşür və antropogenez zonasına aiddir. Odur ki, Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş qədim Daş dövrü mədəniyyətinin nümunələri əsasında fikrimizi əsaslandırmağa çalışaq.
Belə hesab edilir ki, Azərbaycan ərazisində ibtidai icma quruluşunun təşəkkülü Daş dövrünün (Paleolit) ən qədim mərhələlərindən başlayıb, uzun və mürəkkəb inkişaf yolu keçib və Üst Paleolitə keçid dövründə başa çatıb. Deməli, artıq Son Paleolit dövründə bu ərazidə ibtidai cəmiyyət var idi. İbtidai cəmiyyətin varlığı isə ünsiyyətsiz, başqa sözlə, onun ən başlıca vasitəsi olan dilsiz mümkün ola bilməzdi. Bu isə o deməkdir ki, Azərbaycan ərazisində ən azı Son Paleolit dövründə dil təşəkkül tapmışdı.
Azərbaycanda Azıx, Tağlar (Qarabağ), Zar (Kəlbəcər), Qazma (Haxçıvan), Daşsalahlı və Aveydağ (Qazax) kimi mağara düşərgələri və Qədirdərə, Çaxmaqlı, Kəkilli (Qazax) kimi açıq düşərgələrdə aparılan arxeoloji tədqiqatlarla qədim daş dövrü insanlarının təşəkkülü və inkişafı, ibtidai icmanın yaranması, ilkin əmək alətlərinin formalaşması, ibtidai məşğuliyyət sahələri və s. haqqında məlumat əldə olunub. Tədqiqatlar nəticəsində Azərbaycan ərazisində dünyada hələlik məlum olan ən qədim insan mədəniyyəti izlərindən biri öyrənilib. Bu, abidənin ilkin tapıldığı yerin adı ilə "Quruçay mədəniyyəti" adlanır. Həmin mədəniyyəti arxeoloqlar üç mərhələyə bölür:
1. Paleolitin Aşölə qədərki ilk təşəkkül dövrü;
2. Erkən və Orta Aşöl dövrü;
3. Son
Aşöl və Mustye dövrü.
1,5 milyon ildən artıq yaşı olduğu
düşünülən Quruçay mədəniyyəti
insanları əvvəl Quruçay hövzəsində
açıq düşərgədə yaşayıb, sonralar
iqlim şəraitinin dəyişməsi ilə bağlı
yaxınlıqdakı Azıx mağarasına
köçüblər. Belə hesab olunur ki, bu köç təqribən
1-1,2 milyon il bundan öncə baş verib. Quruçay mədəniyyətinin ilkin dövrünə
aid əmək alətləri adi çay daşından,
çox kobud şəkildə hazırlanıb. İnsanın ilkin vərdişlərinin məhsulu
olan bu alətlər qeyri-adi ölçüsü və
çəkisi ilə (4-5 kq) fərqlənirdi. Azıx mağarasının alt təbəqələrində
kobud daş alətlərlə yanaşı,
daşlaşmış heyvan sümükləri də
tapılıb. Bəzi sümüklər
itiağızlı alətlər ilə çapılıb
sındırılmışdı. Sümük
qalıqları Quruçay mədəniyyətinin ilk pilləsinin
heyvanat aləmi və o dövrün ovçuluq sənəti
barədə müəyyən təsəvvür yaradır.
Bu dövrdə ovçuluq çox bəsit olub, əsasən
xırda heyvanlar, iri heyvan balaları, eləcə də kirpi,
tısbağa və s. ilə sınırlı qalıb. Çox güman ki, insanlar artıq təbii oddan da
istifadə edə biliblər. İbtidai
ovçuluqla yanaşı, giləmeyvə yığmaq vərdişi
də təşəkkül tapıb.
Bütün
bunlar Quruçay mədəniyyəti adamlarının və
Azıxantropun (Azıx mağarası insanı) hələ ən
azı 1 milyon il bundan öncə ibtidai
şüura malik olduğunu sübut edir. Madam ki,
1 milyon il əvvəlki dövrdə şüurun
varlığı heç bir şübhə oyatmır, onun
ifadə vasitəsi olan dilin də o dövrdə mövcud
olduğu heç bir şübhə oyatmamalıdır.
Dilin yaranması haqqında müxtəlif fərziyyə
və nəzəriyyələr mövcuddur. Bunlardan bir
qismi dilin təşəkkülünü insan orqanizminin –
duyğu üzvlərinin, danışıq aparatı və
beynin bioloji təkamülü ilə bağlayırlar ki, belə
nəzəriyyələrə bioloji nəzəriyyə
deyilir. Həmin materialist nəzəriyyəyə
görə dil, guya meymunun insana "çevrildiyi"
dövrdə, yəni insani orqanların
formalaşdığı dövrdə ortaya
çıxıb. Sözügedən nəzəriyyənin
əsasında "meymun-əcdad"ın təkamülü
haqqında sübut olunmamış ideyalar durduğundan bu nəzəriyyədən
yan keçmək daha doğru olar.
Dilin yaranması və ilkin vəziyyəti barədə
maraqlı nəzəriyyələrdən biri səstəlqini
nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə,
dilin təşəkkülü eşitmə
orqanlarının təkamülü ilə bağlı olub və
guya dil heyvan səslərinin təlqin edilməsi ilə
yaranıb. Bir çox dillərdə, eləcə
də ana dilimizdə bəzi heyvan, quş və həşərat
adlarının gerçəkdən də həmin
heyvanların çıxardıqları səslərlə
bağlı olması faktı həmin nəzəriyyəni
maraqlı edir.
Məsələn,
dilimizdəki "qurbağa" termini qurbağanın
çıxartdığı səsin təlqini ilə
yaranıb:
QUR- QUR -QURBAĞA.
Eyni
sözləri qarğanın çıxartdığı səslərin
təlqini ilə yaranmış "qarğa" termini barədə
də söyləmək olar:
QAR-QAR
-QARĞA.
Ququ
quşunun adının da onun çıxartdığı səsdən
törədiyini söyləyə bilərik:
QU-QU -QUQU
QUŞU
Qazın
çıxartdığı səsdən də bu quşun
adı törəyib:
QA - QAZ
Anadolu türkcəsində cücəyə
"cipcip" deyilir və bu ad onların
çıxartdıqları səsin təlqini ilə
yaranıb. Bu
tip sözlər obyektiv aləmdə mövcud olan səsləri
təqlid etmək yolu ilə düzəlir. Həmin
səslər insanların çıxardıqları reflektor səsləri,
heyvan və quş səslərini, təbiət hadisələrinin
səslərini, cansız əşyaların səs¬lərini
təqlid edən sözlərdir. Onlar
xüsusi leksik- qrammatik kateqoriya kimi ayrıca nitq hissəsi
hesab olunur.
İ.
A.Əmirbəyov Azərbaycan və fransız dillərində
səstəqlidi sözləri müqayisəli tipoloji aspektdə
tədqiq edərək, səsin mənbəyini əsas
götürməklə səstəqlidi sözləri
aşağıdakı kimi qruplaşdırıb: 1) insanla
bağlı səstəqlidi sözlər; 2) quşlarla
bağlı səstəqlidi sözlər; 3) heyvanlarla
bağlı səstəqlidi sözlər; 4) həşəratla
bağlı səstəqlidi sözlər. F.B.Abdullayeva isə
ingilis və Azərbaycan dillərində səstəqlidi
sözlərin sturuktur semantik xüsusiyyətlərini
araşdırmaqla fərqli təsnif təklif edib: a) zərbələri
təqlid edən səstəqlidi sözlər; b) qeyri-zərbəni
bildirən tonlu səsləri təqlid edən sözlər;
c) təmiz küydən ibarət qeyri-zərbəni təqlid
edən sözlər; ç) vızıltını təqlid
edən səstəqlidi sözlər; d) dissonans, yəni
qeyri-ahəngdar səslər kimi qəbul olunan silsilə zərbələri
təqlid edən sözlər; e) qeyri-ani baş verən səslərlə
ani səslərin birləşməsindən ibarət mürəkkəb
səsləri təqlid edən sözlər; ə) təbiətdə
dissonans, yalançı zərbələr,qeyri-zərbələrdən
ibarət mürəkkəb səslərin təqlidi nəticəsində
yaranmış sözlər.
Maraqlıdır ki, Azərbaycan folklorunda, xüsusən
də tapmacalarda səstəqlidi sözlərdən geniş
istifadə olunub. Elnaz Əliyeva “Azərbaycan və ingilis dili
tapmacalarında səstəqlidi sözlər haqqında”
adlı məqaləsində yazır ki, Azərbaycan
tapmacalarında daha çox quşlarla bağlı
yaranmış səstəqlidi sözlər diqqəti cəlb
edir:
“Qara toyuq
qaqqıldar,
Qanadları şaqqıldar (Bulud, göy gurultusu).
Burada “qaqqıldamaq” toyuqların çıxartdığı səsin imitasiyasıdır, “şaqqıldamaq” artıq quşlara aid deyil, qanadın və ya hər hansı digər predmetin hərəkətdə olduğu vaxt çıxardığı səsin təqlididir.
Körpü altda saz gedər,
Qaqqıldayar, qaz gedər (Sel, su).
Sağsağan səkər,
Quyruğun bükər,
Qaz qaqqıldar,
Yumurta tökər (Dolu).
Qaq-qaq qalası var bunun,
Yumurtdamaz, qaqqıldamaz,
Uçar, balası var bunun (Kəpənək).
Əl-ələşə
qarğalar,
Dal ayaqda qarıldar (At ayağına vurulan buxov).
Qara toyuq
qaq elədi,
Qanadları taqq elədi (Qapı).
Bir
quşum var,
Züy-züyüdü,
Gecə
uçar,
Gündüz yatar (Yarasa).
Bəxtiyar Tuncay
Xalq Cəbhəsi.- 2017.- 9 avqust.-
S.15.