Dilimizin tarixi xalqımızın tarixi kimi
minilliklərlə ölçülür
3-cü yazı
Göründüyü
kimi, qarğaların çıxardığı səs
qarıldamağa bənzədiyi üçün toyuqların,qazların çıxardığı səsdən
fərqlidir (“qaq”, “qaqqıldamaq”). “Qarğa” sözünü
“qarr”, “qarıldamaq”, “qaz” sözünü isə “qa”, “qaq”,
“qarıldamaq”la birbaşa əlaqəli olması, ondan törəməsi
ehtimal oluna bilər. Nümunə kimi göstərilən
tapmacalarda qanadların çıxardığı səs fərqlidir:
“qanadları şaqqıldadı”, “qanadları taqq elədi”.
“Taqq” səstəqlidi
sözünə müvafiq olaraq, “
şaqqıldamaq” felinin də “şaqq” variantı var:
Qara toyuq
qaqq elədi,
Qanadları şaqq elədi (Pambıq).
Qara toyuq
qaqqıldar,
Qanadları
şaqqıldar,
Uçsa
ildırım çaxar,
Dumanı dağa qalxar (Tüfəng).
Qara toyuq
qaqqıldadı,
Qanadları şaqqıldadı (Paravoz).
Eyni
ehtimalla “qurbağa” sözünün də “qur-qur”, “quruldamaq”
feli ilə əlaqəsi hiss olunur:
Başında
papaq,
Əlində
cida,
Qur-qur
quruldayar,
Nə əsgər
deyil,
Nə qurbağa (Sulu qəlyan).
Tapmacalarda
müəyyən zərbə, toxunma, tökülmə,
dağılma proseslərinin nəticəsində yaranan səslərin
təqlidi ilə yaranan sözlər də geniş
müşahidə olunur:
Alçacıq
quyu,
Dambıldar suyu (Damcı).
Dam
dambıldar,
Su
gombuldar (şappıldar),
Heyva
çalar,
Nar oynuyar (Göy gurultusu, dolu).
İşım-işım
işıldar,
Yarpaq kimi xışıldar (Qar).
Nə əli
var, nə ayağı,
Dağıdar
dəli sayağı
Şıqqaşırıq açar qapı (Yel).
Taqqır-tuqqur
ləzgilər,
Bizə qonaq gəldilər.
Qoyun
keçi yunundan,
Evə palaz sərdilər (Keçə).
Bu tapmacada “taqqur-tuqqur” at ayağın səsinin təqlididir. Çox
güman ki, qonaqların atla gəlişinə işarədir.
Bağlarda
tappıldar,
Meşədə şaqqıldar (Balta).
Tapmacalarda
suyun səsi müxtəlif cür imitasiya olunur:
“pıqqıldamaq”, “şırıldamaq”, “gombuldamaq”,
“sappıldamaq” və s.
Dam dambıldar,
Su
gombuldar (şappıldar),
Heyva
çalar,
Nar oynuyar (Göy gurultusu, dolu).
Balaca
quyu,
Pıqqıldar suyu (Samovar).
Şappur-şuppur
çay keçdim,
Şapırına batmadım.
Qırmızdan
don geydim,
Nişanəsin tapmadım (Yuxu).
Daş
xırıldar,
Su
şırıldar,
Taxta
çalar,
Dən oynaşar (Dəyirman).
Dağda
tappıldar,
Suda
şappıldar,
Obada fərman,
Kənddə
Süleyman (Balta, balıq,at, xoruz).
Çox güman ki, burada suyun axma şəraiti, vəziyyəti,
intensivliyi mühüm rol oynayır. Müxtəlif
situasiyalarda axan suyun çıxardığı səs
müxtəlif olur.
Adətən, “vız-vız”, “vızıltı”
milçəklərə, ağcaqanadlara xas səstəqlidi
leksik vahid hesab olunur. Tapmacalarda bəzən quş uçuşu da
“vızıltı” ilə əlaqələndirilir:
Vızhavızla
uçan quşum,
Çiçək
üstə qaçan quşum,
Öz-özünə
xəlbir toxur,
İçərisi
şərbət qoxur (Arı pətəyi və bal).
Tapmacalarda müxtəlif səsləri ifadə edən səstəqlidi
sözlər də geniş müşahidə olunur. Səstəqlidi sözlər
bəzən qafiyə məqsədi ilə də işlənir:
Qağdan
gəlir danqıra,
Quyruğu
zildən qara,
Yerişi
tapur-tupur,
Dırnağı səksən para (Nəvə).
Bir belə
bəsti,
Dəstəsi
yastı
Balış
lanqıcı,
Ağzı fış-fışı (Bulud)”.
Səstəlqini nəzəriyyəsi dilimizdəki bəzi
zoologizmlərin mənşəyini düzgün izah etsə də,
ümumilikdə dilin mənşəyini bu nəzəriyyə
əsasında izah etmək doğru deyil, məntiqdən
uzaqdır.
Dilin yaranması haqqında mövcud olan çoxsaylı
nəzəriyyələrdən biri də "refleksiv" nəzəriyyədir
ki, bu nəzəriyyənin tərəfdarları dilin təşəkkülünün
insanın keçirdiyi hisslərlə bağlı olduğunu
irəli sürürlər. Doğrudan da bu gün
demək olar ki, bütün dillərdə "a",
"e", "ah", "of", "ox", "ay" və
s. kimi emosional-səsli ifadə vahidləri işlənməkdədir.
İlk baxışdan belə hesab etmək olar
ki, bu vahidlərdən heç biri heç bir zaman heç
bir dildə müəyyən semantik yükə malik müstəqil
leksik vahid kimi çıxış etməyib. Odur ki, sözügedən hissəcikləri
şifahi nitqin ilk kərpiccikləri kimi qəbul etmək
doğru görünməməkdədir. Bir
də ki, həmin hissəciklər yalnız və yalnız
hissi informasiyanın daşıyıcısı kimi
çıxış edir və fikri informasiyanı ifadə
etmir. Bu üzdən də kommunikativ
funksiya daşısalar da, heç bir ekspressiv və akkumlyativ
rola malik deyillər. Elə bu səbəbdən
də belə hesab etmək olar ki, "refleksiv" nəzəriyyənin
heç bir elmi əsası yoxdur. Lakin belə
düşünmək yanlış olardı.
Bu gün
təəccüb hissini bildirərkən qeyri-ixtiyari ifadə
etdiyimiz "a:" komponenti vaxtilə türk dilində
müstəqil leksik vahid kimi işlənib və hazırda
dilimizə ərəbcədən keçmiş "təəccüb"
kəlməsinin daşıdığı semantik yükü
daşıyıb: "Ol meni a: qıldı" ("O məni
təəccübləndirdi". M.
Kaşğarlı "Divan"ı, 32-6). Digər bir emosional – səsli ifadə vahidinin (ox-ay)
də bir Azərbaycan nağılında (Oxayın
nağılı) müəyyən semantik yüklü leksik
vahid kimi çıxış etdiyini görməkdəyik.
Bu faktlar sözügedən nəzəriyyə¬nin
faktoloji əsasa malik olduğunu göstərməklə,
türk dilinin də ən qədim laylarını üzə
çıxartmağa kömək etməkdə, dilimizin ən
qədim leksik vahidləri yaşatmaq qüdrətində
olduğunu sübut etməkdədir. Eyni
zamanda dilimizin nostratik dil ünsürlərini daha yaxşı
qorumuş olduğunu ehtimal etmək üçün əsas
verməkdədir. Bir qədər sonra haqqında
söhbət açacağımız çoxsaylı faktlar
bu ehtimalın həqiqət olduğunu büstbütün
sübut edəcək.
Görkəmli
dilçi Vundt belə hesab edirdi ki, dil ilk öncə iki
istiqamətdə – jest dili (əllərin və mimikanın hərəkəti)
və səsli dil (dil və dodaqların hərəkəti)
istiqamətlərində inkişaf etmiş, ibtidai insanlar səslərlə
hissləri, jestlərlə isə haqqında söhbət açılan
əşyaları bildirməyə
çalışırdılar. Vundt ilkin jestləri
üç yerə bölüb:
1.
İşarəvi jestlər (məsələn, bu və ya digər
əşyaya barmaqla işarə etmək);
2. Təsviri
jestlər (məsələn, əllə dairəvi hərəkət);
3. Simvolik
jestlər (məsələn, barmağın dodaqlara söykənilməsi).
Bu nəzəriyyəyə görə, dilin təkamülü
prosesində səsli dil tədricən təkmilləşmiş,
jestlərin dili isə əvvəlki əhəmiyyətini itirərək
yardımçı rol oynamağa başlayıb. Şübhəsiz
ki, bu fikirlərdə məntiq var. Lakin həmin fikri
aşağıdakı kimi ifadə etmək daha doğru
olardı; ilkin çağda jestlər əşyaların
vizual, səslər isə qeyri-vizual xarakterini
açıqlamağa xidmət edib və bu zaman daha çox
işarəvi informasiya ötürülüb. Aydın məsələdir
ki, qeyri-vizual informasiya abstrakt xarakter
daşıdığı üçün bu dövrdə səslərlə
konkret fikirlərdən daha çox hisslər ifadə olunub,
müxtəlif hissləri, yəni abstrakt anlayışları
bir-birindən fərqləndirmək üçün səslərin
müxtəlif yüksəklik və uzunluq tembrlərindən
istifadə etmək lazım olub. Bunu isə samit
səslərlə gerçəkləşdirmək çox
çətin məsələdir və əslində heç
mümkün də deyil. Odur ki, məntiq
ilk öncə sait səslərin yarandığını
deyir.
Sait səslərin (vokalların) samit səslərdən
daha əvvəl yaranmış olduğu dilçilik elminin
aksiom kimi qəbul etdiyi fikirdir və dilçilər
arasında belə bir fikir də hakimdir ki, ilk öncə bir və
ya bir neçə sait olub, sonradan danışıq
aparatının təkamülü ilə bu saitlərdən
digər vokallar da törəyib və tədricən samitlər
ortaya çıxıb.
Deməli, Paleolit dövrü insanı bir və ya bir
neçə səslə onu əhatə edən yüzlərlə
əşyanı ifadə etməyə
çalışmış və bu zaman həmin əşyaları
bir-birindən fərqləndirmək üçün səsin
yüksəklik və uzunluğunu tez-tez dəyişməli
olub və bu günkündən çox-çox zəngin olan
jestikulyativ arsenaldan istifadə edib.
Fikrimizcə,
nostratik dilin ilk kərpici rolunu ifadə etmiş ilkin səs
"o" səsi olmuş və ulu əcdadlarımız məhz
bu səslə onları əhatə edən bütün əşyaları
bildirməyə çalışıb, hər şeyə
"o" deyərək, onlara işarə ediblər.
Maraqlıdır ki, bugünkü Azərbaycan türkcəsində
işarə və şəxs əvəzliyi kimi
çıxış edən "o" səsi hər bir
şeyi ifadə edə bilir.
Əlbəttə,
belə bir uyğunluq təsadüf də ola
bilər. Lakin bir sıra faktlar mövcuddur ki, bu
halın təsadüf olduğunu tamamilə istisna edir. Məsələ
burasındadır ki, "o" işarə əvəzliyinin
türk dilinin digər ləhcə və şivələrində
"a" və "u" variantları da var. Həmin
varintlardan biri, yəni "u" variantı hind-Avropa dil ailəsinə
daxil olan fars dilində, digəri, yəni "a"
variantı isə yapon dilində də işlənməkdədir.
Təkcə bu fakt sözügedən məsələyə
ciddi yanaşmağı zəruri və labüd edir.
Yuxarıda
deyilənlərdən belə çıxır ki, ən qədim
söz "o" olub və bu sözün müxtəlif
fonetik variantlarda təkcə müasir türk dilinin müxtəlif
ləhcə və şivələrində deyil, hətta
başqa-başqa dil ailələrinin ayrı-ayrı dil
qruplarına daxil olan qollarında da varlığı nostratik
dil nəzəriyyəsi haqqında dərindən
düşünmək üçün əməlli-başlı
əsas verir.
Qeyd etmək
lazımdr ki, “o” şəxs əvəzliyi və “o” işarə
əvəzliyi həmişə mübahisə doğuran fikir
ayrılığına səbəb olan sözlərdir. Bu sözləri şəxs və ya işarə olduğu
haqqında bəzən mübahisələr doğur. «Î»
sözünün şəxsdən daha çox işarəyə
yaxın olduğunu qeyd edən Z.Şahbazovanın fikrincə,
“î” əvəzliyi I və
II şəxsin təkini və cəmini bildirən əvəzliklərdən
fərqli morfoloji və sintaktik xüsusiyyətə malikdir.
Bu söz həm canlı, həm cansız əşyanı
ifadə edə bilir. Həm də danışıq
aktında iştirak edəni, həm iştirak etməyəni
göstərir: “Burada şəxs anlayışından daha
çox işarə anlayışı irəli keçir. Cəmlənməsinin morfoloji yolla getməsı də
onu substantivləşməyə meylli işarəyə yaxınlaşdırır.
Lakin dilçilik ədəbiyyatlarında III
şəxsi göstərmək üçün “î” əvəzliyi işləkdir.
Görünür, əvəzliyin bütün
növlərində işarəvilik bildirmək xüsusiyyəti
burada da qabarıqdır. Bu
qabarıqlıq III şəxsin danışıq ak¬tında
iştirak etməsindən asılı olaraq daha
güclüdür. Buna görə də
semantikasında işarəviliyi şəxs anlamından daha
çox olan bu sözü şəxs bildirmək xüsusiyyətində
nəzərə al¬maq lazımdır. Bu səbəbdən
biz III şəxsi bildirən î sözünü şəxs əvəzliyinin
içərisində veririk. Lakin işarəvilik
xüsusiyyətinin qabarıqlığını qeyd etməyi
lazım bilirik. Î şəxs və işarə əvəzliyi kimi
omonimdir deyənlərin fikrinə qatılırıq”.
Alim yazır ki, “o” şəxs əvəzliyi işarə
əvəzliyindən tamamilə ayrılmayıb və şəxs
əvəzliyi içərisində tam
diferensiyallaşmayıb. Üçüncü şəxsin təkini
bildirən “î” şəxs
əvəziiyi ilə î
işarə əvəzliyi omonimlik təşkil edir. Bu əvəzliklər semantik cəhətdən
bir-birindən fərqlənir. “Δ şəxs anlayışı
bildirdikdə şəxs əvəzliyi, əşyaya işarə
etdikdə isə işarə əvəzliyi kimi
çıxış edir.
“Δ şəxs
əvəzliyi substantiv, î işarə əvəzliyi isə atributiv xarakterə
malikdir. Bu əvəzliklə bəzən
danışıqda iştirak edən, bəzən isə
iştirak etməyən şəxs göstərilə bilər.
Bəzən danışan şəxs
üçüncü şəxsi göstərmək
üçün müxtəlif işarələrdən
istifadə edə bilər. Bu isə
üçüncü şəxs əvəzliyinin işarə
əvəzliyindən törədiyini qeyd edən müəlliflərə
müəyyən dərəcədə haqq qazandırır.
Bəzi hallarda eyni cümlə daxilində
üçüncü şəxsi bildirən söz də, həmin
adı əvəz edən î
şəxs əvəzliyi də işlədilir. Məsələn:
Üçüncü şəxsin təkini bildirən əvəzlik
hallanarkən birinci və ikinci şəxs əvəzliyindən
fərqlənir. Adlıq haldan sonra gələn
hallarda əvəzliklə hal şəkilçisinin arasmda «n»
samiti işlənir.
Beləliklə,
artıq qeyd etdiyimiz kimi, nostratik dilin ilk kərpici rolunu ifadə
etmiş ilkin səs "o" səsi olub və ulu əcdadlarımız
məhz bu səslə onları əhatə edən
bütün əşyaları bildirməyə
çalışıb, hər şeyə "o" deyərək,
onlara işarə ediblər.
Bəxtiyar Tuncay
Xalq cəbhəsi 2017.- 10 avqust.- S.14.