Sosial siniflərin
xüsusi ədəbiyyatı ola bilməz
1-ci yazı
ÕÕ əsrin
əvvəllərində dünyada baş vermiş bir
çox böyük tariõi hadisələr: 1914-1918-ci
illəri əhatə edən Birinci Dünya müharibəsi,
1917-ci ildə Rusiya imperiyasında baş verən Fevral Burjua
inqilabı, eləcə də həmin ildə Böyük
Oktyabr Sosialist İnqilabı - Oktyabr çevrilişi nəticəsində
dünyanın ictimai-iqti-sadi və siyasi
sistemində aşkara çıõmış parçalanmalar çoõ böyük təlatümlər
ya¬rat¬mışdı. Bu təlatümlərin
böyük bir hissəsi Rusiya tariõi ilə sıõ
bağlı olan ictimai-siyasi hadisələr olmuşdu.
Birinci dünya müharibəsinin davam etməsi,
Rusiyanın müharibədəki hər¬bi uğursuzluqları
imperiya ərazisində, õüsusən mərkəzi şəhərlərdə ərzaq
çatış¬ma-mazlığına və əhali
arasında narazılıqlara gətirib çıõarmışdı. Ölkədə
kütləvi etiraz aksiyaları siyasi gərginliyin
artmasını sürətləndirmişdi. Õüsusən bolşe-vik¬lərin
müharibə əleyhinə əks təbliğatı, fəhlələri
etiraz aksiyalarına çağırmaları, insan¬ları
siniflərə bölərək, onlar arasında düşmənçiliyi
təbliğ etmələri vəziyyəti daha da gərginləşdirmişdi.
Bütün bunların nəticəsində, 1917-ci il
fevralın 27-də Rusi¬ya imperiyanın paytaõtı Petroqradda baş
vermiş burjua inqilabı 300 ildən artıq Rusiyada
hökmranlıq etmiş Romanovlar sülaləsinin sonuncu
nümayəndəsi olan II Nikolay hakimiyyətinin devirilməsinə
gətirib çıxardı.
Bu böyük hadisədən sonra imperiya ərazisində
qarmaqarışıqlıqlar baş vermiş və bunlar da
sonradan Rusiya imperiyasının dağılmasına səbəb
olmuşdu. Fevral Burjua inqilabından sonra, 1917-ci ilin mart
ayının 1-də Rusiya Dövlət Dumasının aõşam iclasında knyaz
Q.Y.Lvovun başçılığı ilə yeni hökumət
qurulmuşdu. Rusiyada müvəqqəti
hökumətin yaranması ilə imperiya ərazisində
baş verə biləcək hər hansı
özbaşınalığın qarşısının
alınmasına şərait yaratmış oldu.
1917-ci il iyulun 26-da Rusiyada-Petroqradda bolşeviklər
partiyasının VI qurultayı öz işinə
başladı. VI qurultay V.İ.Leninin hakimiyyəti
silahlı üsyan yolu ilə ələ almaq xəttini qəbul
etdi. Çünki bolşeviklər Rusiyada
iyul hadisələrindən sonra yaranmış siyasi vəziyyəti
təhlil edərək, onun ümummilli böhrana keçəcəyi
qənaətinə gəlmişdilər. 1917-ci il oktyabrın 25-də Petroqradda bolşeviklərin
silahlı üsyanı nəticəsində Müvəqqəti
hökumət devrildi. 1917-ci il oktyabrın
25-də (yeni təqvimlə noyabrın 7-də) Rusiyada
Böyük Oktyabr Sosialist İnqilabı baş verdi və
bolşeviklər hakimiyyət başına gəldilər. Bu inqilabı sonralar əksər tarix¬çilər və
politoloqlar Oktyabr inqilabı yox, “Oktyabr çevrilişi”
adlandırdılar. Çün¬ki 1917-ci il
Oktyabr inqilabı baş verəndə Rusiya artıq I Dünya
müha¬ribəsinə qoşulmuşdu və o,
özünün bütün hərbi gücünü və
iqtisadi poten¬sialını müharibəyə yönəltmişdi.
İnqilab (Çevriliş) isə o zaman baş
vermişdi ki, Petroqradın və Mos¬kvanın əsas strateji
obyektlərini qoruyan hərbi hissələrin çox
böyük əksə¬riyyəti cəbhəyə göndərilmişdi.
İnqilabın rəhbəri olan V.İ.Lenin
(Ulyanov) çox böyük hiyləgərliklə İnqilab
(Çevriliş) vaxtını - yəni 1917-ci ilin
oktyabrın 25-dən 26-na keçən gecəni düzgün
seçə bilmişdi.
V.İ.Leninin
bu inqilab haqqında dediyi çox məşhur kəlam da bunu
sübut edirdi: "Dünən tez idi, sabah çox gec olacaq. Bu gün hakimiyyəti ələ almaq
lazımdır". Leninin fikrinə
görə, "25 oktyabr gecə saat 12-də IV Dövlət
Du-masının Daimi Komitəsinin fəaliyyəti başa
çatırdı. 1912-cü ilin 15 noyabrında III
Dövlət Duması dağıldıqdan sonra yaradılan və
Rusiyanın son qanuni hakimiyyəti olan IV Dövlət Duması
ölkədə son qanuni seçilmiş hakimiyyət
orqanı idi. Ölkədə heç bir digər
orqan qanuni gücə malik deyildi.
V.İ.Leninin qənaətinə görə 24 oktyabrda hərəkətə
keçmək çox tez olacaqdı. Digər tərəfdən,
26 oktyabrda II Sovetlər qurultayının təşkili
zamanı, hərəkətə keçmək
üçün də çox gec olacaq, sürətli və
qətiyyətli hərəkət etmək çətin
olacaqdı. Ona görə də
oktyabrın 25-də gecə hərəkətə keçilməsini
Lenin qətiyyətlə təkid edirdi. Buna görə də
V.İ.Lenin Mərkəzi Komitənin üzvlərinə 24
oktyabr tarixli məktubunu yazdı.Bu məktubda Lenin
yazırdı: "Mən bu sətirləri 24-ü axşam
yazıram. Vəziyyət tamamilə
böhranlıdır. İndi həqiqətən üsyanda
ləngimək ölümə bərabərdir…
Burjuaziyanın, kornilovçuların, ayrı-ayrı
yuxarı orqanların davranışları da göstərir
ki, gözləmək olmaz! Nəyin bahasına
olursa olsun, inqilabı başlamaq lazımdır. Gözləmək
olmaz!! Yoxsa hər şeyi itir¬mək olar!!
...Hər
hansı bir şəkildə, Kerenskinin və onun
komandasının əlində 25 oktyabra kimi hakimiyyəti
saxlamaq olmaz. Məsələni hökmən bu
gün axşam və ya gecə həll etmək
lazımdır. Tarix inqilabçıların bu gün
qalib gələ biləcəkləri halda (və yəqin ki,
bu gün qələbə qazanılacaq!) ləngiməsini və
sabah bir çox şeyləri, hətta hər
şeyi itirmək riskini inqilabçılara
bağışlamayacaq... Hökumət
laxlayır. Necə olursa- olsun, bunu sona çatdırmaq
lazımdır! Üsyanda ləngimək ölümə bərabərdir…”
Oktyabr İnqilabı (Çevriliş) elə
V.İ.Leninin düşündüyü vaxt da həyata
keçirildi.
Onu da qeyd etmək lazımdır ki, Oktyabr
İnqilabının ilk 10 ilində bu hadisənin qəhrəmanlarının
özlərinin əksəriyyəti də elə bu
inqilabı bəzi mənfi çalarlarına baxmayaraq “Oktyabr
Çevrilişi” adlandırdılar.
Oktyabr
çevrilişindən sonra Rusiyada proletkultçuluğun
yara¬dılması
“Oktyabr çevrilişi”ndən sonra yeni yaranan Sovet
totalitar rejimi öz haki¬miy-yətlərini möhkəmlətmək
cəhdini həyata keçirmək üçün və
özləri istəyən səviy-yədə hakimiyyətlərini
reallaşdırmaqdan ötrü, təbii ki, müəyyən
tədbirlər həyata keçirməyə başladı. Bu tədbirlərdən biri
Böyük Oktyabr Sosialist İnqi¬la¬bından az
sonra Rusiyada 1920-ci illərdə proletar ədəbiyyatı
(proletkult¬çu¬luq) kon-sepsiyasının yaradılması
oldu. “Proletkult” sözü isə 1917-1932-ci illərdə
Rusiya Xalq Maarif Komissarlığı nəzdində fəaliyyət
göstərən proletar mədəni-kütləvi, maarif və
ədəbi bədii təşkilatının
qısaldılmış adından götürülüb.
Proletkult¬çuluq - XX əsrin 20-ci illərində
ədəbiyyat və incəsənət sahəsində
meydana çıxan, əslində obyektiv şəkildə
folklora, ədəbiyyata, eləcə də incəsə-nətə
zidd olan ideoloji bir təmayül idi. O dövrdəki
“voronskiçilik”, “perever-zevçilik” və s. bu kimi təmayüllərlə
yanaşı, proletkult¬çuluq da sovet ədəbiy¬yatı-nın
nəzəri-təşkilat məsələlərində
kobud səhvlərə yol verir, ədəbiyyat, folklor, mədəniyyət,
eləcə də incəsənətə dair bir sıra nəzəri-praktik
məsələləri əsaslı şəkildə,
kökündən təhrif edirdilər. Proletkultçuların
ən ciddi nöqsanı folkloru, xalq ədəbiyyatını,
o cüm¬lədən klassik ədəbi irsi layiqincə qiymətləndirə
bilmə-mələri, hətta bir çox hallarda onu inkar etmələri,
yaradıcılığa inqilabdan əvvəl
başlamış yaşlı şair və
yazıçılara etimadsızlıq göstərib,
onları özlərindən uzaqlaş¬dırmaları idi.
Təxminən
on beş ilə yaxın ədəbiyyat,
folklor, eləcə də mədəniyyət və incəsənətə
mövcud olan Proletkultçuluq çox ciddi nöqsanlara gətirib
çıxartdı. O dövrdə vəziyyəti dəyişdirmək,
yeni şəraitdə ədəbiyyatı daha intensiv
inkişaf etdirmək, bu işdə təcrübəli
şair və yazıçılardan lazımınca istifadə
etmək məqsədilə partiyanın Mərkəzi Komitəsi
“Ədəbi-bədii təşkilatların yenidən
qurul¬ması haqqında” 1932-ci il 23 aprel
tarixli qərarını qəbul etdi. Bu qərar
sovet ədəbiyyatının inkişafında yeni mərhələ
olub, bir çox şair və yazıçıları bu sahədə
buraxılan səhvlərin aradan qaldırılmasına səfərbər
etdi.
Yeni yaranan “Proletar ədəbiyyatı”
anlayışı əslində inqilabçı
maarifçiliyin bir şəkli idi. Belə ki,
maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə
üçün, marksist¬lər, bolşeviklər isə
sosial-ideoloji tərbiyə üçün istifadə edirdilər.
Rusiya¬da bol¬şevik inqilabından sonra sovet
hakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın
adı kimi yaranan “proletkultçuluq” 20-ci illərdə proletar
ədəbiyyatının əsas kon-sepsiyası kimi meydana
çıxdı. Bu konsepsiyaya görə,
hakimiyyəti ələ almış fəhlə-kəndli
sinfi yeni bir mədəniyyət və yeni bir ədəbiyyat
yaratmalıdır. Burada ən qəribə
hal, ən əsas tələb isə yeni yaranacaq ədəbiyyat
kadrlarının, mədəniyyət nümayəndələ¬rinin
mütləq inqilabçı fəhlələr arasından
çıxacağı ümidi idi. Bu nəzəriyyəyə
əsaslanaraq varlı siniflərdən olan qələm adamları-yazıçılar,
şairlər “sinfi düşmən” elan edildi və
onların əsərləri isə zərərli,
irticaçı hesab edildi. Bolşeviklərin
ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən
ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar
əsasında aparılırdı. Bu qərarlar
klassik ənənəyə əsaslanan ədəbiy¬yata, o
cümlə¬dən folklora bir növ yuxarıdan
aşağı baxdığı halda, proletkultçular tərəfindən
ehkam kimi qəbul olunur və olduğu kimi tətbiq olunurdu.
Nəticədə proletar ədəbiyyatı burjua
maarifçiliyi ilə dini maarifçilik arasın¬da olan bir
hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən
şüurlu, qabaq¬cıl fəhlə sinfini tərbiyə etməli
idi və bu burjua maarifçilərinin idrak qanun¬ları ilə
yaşayan insan nəzəriyyəsinə uyğun idi.
İkinci tərəfdən, proletar ədəbiy¬yatı proletar
dünyagörüşünü, marksizmi yayan və tərbiyə
edən bir vasitə sayılırdı və bu da onu dini
maarifçiliyə, din təbliğinə
yaxınlaşdırırdı. Ancaq bu vəziyyət uzun
sürmədi və tezliklə bolşevik ideoloqlarının
özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı
ola bilməz. Çünki
bu, “ədəbiyyat” və “mədəniyyət”
anlayışının təbiətinə tamamilə ziddir.
Proletar ədəbiyyatı kon¬sepsiyası
bilavasitə Oktyabr inqilabının rəhbəri V.İ.Lenin
tərəfindən hazırlan¬mışdı və
sözün hərfi mənasında ədəbiyyatın
proletariatın inqilabını və hakimiy¬yətini, daxili
siyasətini himayə etməsini nəzərdə tuturdu.
Sonradan bu konsepsiya “Sosialist realizmi” termini kimi – SSRİ-də
bolşevik inqilabından sonra sovet hakimiyyətinin rəsmi
himayə etdiyi yeni tipli bir ədəbiyyatın adı kimi rəsmiləşdirildi.
Tahir Orucov
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Xalq cəbhəsi 2017.- 12-14 avqust.-S.13.