Sosial siniflərin xüsusi ədəbiyyatı
ola bilməz
2-ci yazı
İnqilabın ilk illərində fəaliyyət
göstərən Proletkultçuların əsas işləri
"fəhlə sinfinə dönmədən kollektiv iradə
və düşüncə təbiğ etmək, proletariata
vahid, öz konsepsiyalarına uyğun təhsil vermək” idi. Proletkulçuların
əsas məqsədi fəhlə-kəndli sinfini lazımi
istiqamətə yönəltmək, ona müstəqil, mənəvi
mədəniyyət öyrətmək idi. Proletkultçuların I Konfransı 1917-cı ilin
sentyabrında Rusiyanın Maarif komissarı A.V.Lunaçarski tərəfindən
çağırıldı. Bu konfransda
biavasitə proletariatın özünün iştirakı ilə
proletar mədəniyyətinin formalaşdırılması əsas
vəzifə kimi qarşıya qoyuldu. Diqqətə
çatdırıldı və xüsusi olaraq
vurğulandı ki, buna proletariatın bütün qüvvələrini
səfərbər etmək, bədii
yaradıcılığa, ədəbiy-yata və incəsənətə
meyl edən proletariatın, zəhmətkeş kütlənin
yaradıcı fəaliy-yətini daha da inkişaf etdirmək
yolu ilə nail olunmalıdır.
Proletkultçuların ən fəal xadimləri A.Lunaçarski,
A.Boqdanov, F.Kalinin, V.Polyanski, S.Krivitsov, V.Pletnyov, P.Kerjentsev,
N.Maşirov-Samobıtnik, N.Lukin, V.İqnatov və b. idilər. Proletkultçular
fəal şəkildə elm və incəsənət, ədəbiyyat,
musiqi, rəssamlıq, teatr, fəhlə klubları məsələləri
ilə məşğul olurdu-lar. Lakin
Proletkult təşkilatlarının və
proletkultçuların ən çox maraqlandıqları və
məşğul olduqları məsələ isə ədəbiyyat
və ədəbi yaradıcılıq məsələləri
idi. Proletkultçu¬ların ən fəal xadimlərində
olan A.Boqdanovun qənaətinə görə, proletkultçular
tərəfindən yaradılmış universitetlərdə,
iş studiyalarında tezliklə proletar mədə¬niyyətinin
və elminin əsas ideya prinsipləri öz təcəssümünü
tapmalıdır.
Proletkultçular
o dövrün 20-yə yaxın bir sıra məşhur mətbu
nəşrlərində - “Proletarskaya kultura” (Moskva),
“Qraduşee” (Petroqrad), “Qorn”, (Moskva) “Qud¬ki” (Moskva), “Zaraevo
zavodov” (Samara) və s. kimi qəzet və jurnallarda özlərinin
ideologiyasını təbliğ edirdilər. Proletkult
təşkilatları və onun üzvləri həmşinin
çoxsaylı məcmuələrdə, toplularda proletar
şeir və nəsr nümu¬nələri nəşr
etdirirdilər. Proletkult təşkilatlarının
Rusiyanın əyalət şəhərlərinin bir
çoxunda da öz təşkilatları var idi. Belə ki, 1919-cu ilin yayında Rusiyanın təxmi¬nən
100 əyalət şəhərində öz təşkilatları
var idi. Proletkult təş¬kilatlarının
sayı isə 1920-ci ilin statistik məlumatına ğörə,
ölkədə 80000-ə, üzv¬lərinin sayı isə
400 minə çatırdı. Proletkultçular
həmdə fəhlələrin çox böyük əksəriyyətini
öz tərəflərinə çəkə bilmişdi.
Rusiyanın Xalq Maarif Kom¬mis¬sarlığı nəzdində
Proletar özfəa¬liy¬yəti adlı ictimai-könüllü
bir təşkilat da yaradılmışdı. Kütləvi
xarakter alan Pro¬letkultçulq hərəkatı
Rusiyada proletar inqilabının tam qələbəsi kimi
başa düşülür və qəbul edilirdi. Keçmişin mədəni dəyərlərini (o
cümlədən, xalq ədəbiyyatı, folkloru-T.O.) ələ
keçirmək, onu mə¬nim¬səmək, bu mənəvi dəyərləri
öz ideologi¬ya¬larına uyğunlaşdırmaq, ona
yara¬dıcı şəkildə yanaşmaq Proletkult təşkilatlarının
ən əsas və başlıca vəzifə¬lərindən
hesab edilirdi. Ancaq Proletkult təşkilatlarının
quruluşunda və bir sıra iş fəaliy¬yətində
çox böyük səhvlərə yol verilirdi ki, sonradan
bunları düzəlt¬mək çətin olurdu. Bu isə, öz növbəsində, cəmiyyətdə
ciddi mənəvi qüsurlara gətirib
çıxa¬rırdı.
Proletkultçuların əsas siyasi səhvləri ondan
ibarət idi ki, onlar proletariatın belə mədəni hərəkatına
yeni, fəhlə hərakatının xüsusi bir forması
kimi baxırdılar. Onlar proletkultçuluq hərəkatını
guya hər hansı bir xırda burjua təsirlərindən
uzaq, professional səviyyəli siyasi-mədəni bir hərəkət
hesab edirdilər. Prolet¬kult¬çular mədəni
quruculuq işlərini digər dünya proletariatının
mövcud olan prak¬tikasından ayırır, bunu özlərinin
yeni proletar ideologiyası kimi təqdim edirdilər. Buna görə də proletkultçular sosialist mədəni
quruculuq işlərində nəin¬ki kəndli¬ləri,
ziyalıları, həm də fəhlə sinfinin bəzi geri
qalmış təbəqələrini qəbul etmir,
onları, onların dünyagörüşünü inkar
edirdilər. Prolet¬kult¬çular mədəni
irsə (folk¬lo¬ra, ədəbiyyata, mədəniyyətə -
T.O.) münasibətdə aydın və dəqiq şəkildə
məsə¬ləni belə qoyurdular ki, münasibət tənqidi,
ona ye¬nidən baxılması, onun assimilyasiya edilməsi şəklində
olmalıdır.
Başqa sözlə, Proletkultçular keçmiş mədəni
irsi öz yaratdıqları proletkult mədəniyyətinə
uyğunlaşdırmaq istəyir və geniş kütlələri
də təbliğat yolu ilə buna
çağırırdılar. Buna görə də
bir çox şairlər, yazıçılar və elm, mədəniyyət,
teatr xadimləri proletkultçuların təsiri altına
düşdülər. Ancaq
proletkultçular kənd¬lilə¬ri, ziyalıları, həm də
fəhlə sinfinin bəzi geri qalmış təbəqələrini
qəbul etmədiklərindən, bu sahədə vahid,
davamlı bir cəbhə yarada bilmədilər. Elə bu səbəb¬lərdən də Proletkult təşkilatları
sıralarında bəzi prinsipal, fundamental ideoloji məsələlərdə
tam, mütəşəkkil birlik hiss olunmurdu.
Proletkultçuların P.V.Pletnev tərəfindən
yazılmış son bəyannamə V.İ.Le¬nin tərəfindən
kəskin tənqid edildi. Bunların nəti¬cəsində Proletkult
təşkilatlarının fəaliy¬yə¬ti getdikcə zəifləməyə
başladı. Ru¬si¬yada mədəni inqilabın daha da dərinləşməsi
fonunda Proletkultçuluq tədricən ya¬radıcı fəaliyyətin
yeni formalarının və ayrı-ayrı yaradıcı təşkilatların
yaradıl¬masına mane ola bilmədi. Elə bu da 1920-ci illərin ortalarına doğru
proletar ya¬zı¬¬çı¬larının, rəssamların,
musiqiçilərin, teatr xadimlərinin, eləcə də digər
mədə¬niy¬yət işçilərinin ayrı, müstəqil
təşkilatlarının, birliklərinin yaradıl¬ması
ilə nəti¬cələndi. Proletkultçuluq
Rusiyanın bir çox şair və
yazıçılarının, o cümlədən M.
Gerasimov, V.D.Aleksandrov, V.T.Kirilov, S.A. Obradoviç, A.
Maşirova-Sa¬mobıt¬-nik, N.Q.Poletaeva, V.V.Kazina və b.
yaradıcılığında daha qabarıq şəkil¬də
hiss edilirdi. Belə şair və
yazıçılarının yaradıcılığı
inqilabi-romantik pafos, pa¬tetika, simvol və inqilabi populizmlə
dolu idi. Sonralar onlardan bəziləri - V.D.
Aleksandrov, V.V.Kazina, S.A.Obradoviç, N.Q.Poletaeva Proletkultçuluqdan
uzaqlaşdılar, və “Kuznitsa” adlı qrup yaratdılar.
1920-ci ilin avqustunda – Kominternin II qurultayında Proletkult təşkilat-ları
tərəfindən beynəlxalq büro yaradıldı. Bu qurultayda
proletkultçular "bütün ölkələrin
proletarlarlı qardaşdırlar" manifesti ilə
çıxış etdilər. Proletkult təşkilatlarının
çıxış etdiyi bu manifestdə qarşıya belə
bir vəzifə qoyulurdu: “Pro¬le¬tar mədəniyyəti prinsiplərinin
yayılması, Proletkult təşkilatlarının
bütün dün¬ya¬da yaradılması və Proletkultun
Ümumdünya Konqresinə hazırlıq”. Lakin
Prolet¬kultçuluq geniş yayıla bilmədi və tədricən
parçalanmağa başladı.
Proletkult təşkilatları 1920-ci illərin əvvələrində
Böyük Britaniyada, Almaniyada və başqa ölkələrdə
də yaranmağa başladı.Lakin bu ölkələrdə
yara-nan Proletkult təşkilatları da özünü
doğrultmadı və dağıldı. Proletkultçuların
fəaliy¬yəti ciddi ziddiyyətlərlə müşaiyyət
edilirdi. Proletkultçuluğun nəzəriyyəçiləri
mil¬¬li-mənəvi dəyərlərə, qədim adət-ənənələrə
yad olan estetik prinsipləri təbliğ edirdilər. Onların bu prinsipləri A.Boqdanovun "Proletar mədəniyyəti"
jurna¬lın¬da dərc olunmuş əsərlərində
öz əksini tapırdı. Onun fikrinə görə,
inqilaba¬qə¬dərki illərdə ancaq proletariatın
özü tərəfindən yaradılan "təmiz"
proletar mədəniyyəti anlayışı, praktiki olaraq
yeni yaranan ”proletar mədəniy¬yəti” ilə keçmiş
mədə¬niy¬yət arasında ziddiyyətlərə gətirib
çıxarmışdı. Proleta¬riatın mədəni
quruculuq sahəsində gördüyü proletkultçuluq
işləri isə kəndlilər və ziyalıların
sanki mədəni inkişafda təcrid olunmasına gətirib
çıxarır-dı. Lakin A.Boqdanovun
prolet¬kultçu¬luq məsələlərinə
baxışları prolet¬kult-çuların digər məşhur
rəhbərləridən olan P.İ. Lebedev-Polyanski,
P.Kerjentsev, V.F. Pletnev, F.İKalinin, P.K. Bessalko tərə¬fin¬dən
qəbul edilmirdi. Proletkultçu¬ların fəaliyyəti
ciddi ziddiyyətlərlə müşa¬yi¬ət edilirdi. Proletkultçuluğun nəzəriy¬yəçiləri
folklo¬ra, ədəbiyyata, mədəniyyət və incəsənətə
yad olan estetik prin¬sipləri təbliğ edir¬dilər.
A.Boqdanovun ardınca V.F.Plåtnåv proletkulçuluq haqqında ziddiyyətli və zərərli
fikirlər irəli sürürdü. V.F.Plåtnåv təsdiq edirdi ki, fəhlə sinfinin
psixologiyasını "yalnız rəssam-proletar bilər."
O, proletar həyat və məişətini fetişləşdirir
və onu ibtidai mədəniyyətin başlanğıcı
hesab edirdi. V.F.Plåtnåvin bu subyektiv
görüşləri "İdeoloji cəbhədə"
məqaləsində “Pravda” qəzetinin 1922-ci il
217-ci sayında dərc olunandan sonra birmənalı
qaşılanmadı. V.İ.Le-nin V.F.Plåtnåvə qarşı çıxaraq onun bu nəzəri
görüşlərini kəskin tənqid etdi və onun
simasında proletkulçuluğun səhv xətt
tutduğundan bəhs etdi. V.İ.Leninin bu
fikirləri proletkulçuların "proletar mədəniyyəti
quruculuğu vəzifəsi yalnız proletariatın özü
tərəfindən həll edilə bilər"
iddialarına, eləcə də zəhmətkeşlərin əleyhinə
olan iddialara qarşı yönəldilmişdi.
Proletkultçuların separatizm və muxtariyyətə
doğru meyllənməsi cəmiy-yətdə sosialist
quruculuğu prinsipləri ilə ziddiyyət təşkil
edirdi. Proletkult təşki-lat¬larının dövlət və
partiyadan asılı olmaması, muxtariat formasında olması
məsələsi isə mətbuatda ciddi diskussiya predmetinə
çevrilmişdi. 1920-ci ilin 8
oktyabrında proletkultçuların qurultayı ilə əlaqədar
olaraq Proletkult təşkilat-ları¬nın dövlət və
partiyadan asılı olmaması, muxtariat formasında olması
məsələsi yenidən gündəmə gəldi. Buna görə də V.İ.Lenin "Proletar mədəniyyəti"
haq¬qında qətnamə layihəsi hazırladı. RK(b)P Siyasi Bürosunun təklifi ilə Konqres və
RK (b)P proletkultçuların qurultayı haqqında qanun layihəsi
qəbul etdi. Qətnamə layihəsinə əsasən
Proletkult təşkilatları Təhsil
Komissarlığına tabe olan bir şöbəyə
çevrildi. Prolet-kult təşkilatları
artıq bundan sonra birbaşa Təhsil Komissarlığına
tabe olmalı, onun rəhbərliyi ilə hərəkət etməli,
Təhsil Komis¬sarlığının göstərişlərinə
sözsüz əməl etməli idi. 1920-ci
illərdə Proletkultçular, əsasən, teatr və klub
işləri ilə məşğul idilər. Proletkultçuların bu sahədə ən gözəçarpan,
fenomenal işlərindən biri I Fəhlə teatrını
yaratmaları oldu. I Fəhlə
teatrında bir çox məşhur kino, teatr və məqə¬niyyət
xadimləri, xüsusilə S.M.Eyzensteyn, V.S.Smışlyaev,
İ.A.Pıryev, M.M. Straux, E.P.Qarin, Y.S.Qlizer və b. fəaliyyət
göstərirdilər. 1925-ci ildə
Proletkult təşkilatları Həmkarlar
İttifaqlarının tərkibinə daxil oldular və 1932-ci
ildə öz fəaliyyətlərini dayandırdılar.
Tahir Orucov
filologiya üzrə
fəlsəfə doktoru, dosent
Xalq cəbhəsi 2017.- 15
avqust.-S.14.