ABŞ və Rusiya
arasında artan gərginlik fonunda Qarabağ
münaqişəsinin həlli problemi
Elşən Həsənov: Erməniləri yalnız müharibə yolu ilə susdura bilərik
Mirsamir Məmmədov: Vaşinqton
yalnız bəyanatlar
verməklə kifayətlənir
Sahil İsgəndərov: Bu ölkələr üçün
Dağlıq Qarabağ
problemi arxa planda qalıb
ATƏT-in
Minsk Qrupunun amerikalı
həmsədri Riçard
Hoqland prezidentlərin
növbəti görüşü
zamanı tərəflərin
həmrəylik nümayiş
etdirəcəyini, hətta
tam nizamlanma əldə
olunmasa da, müəyyən addımların
atıldığını elan edəcəklərinə
ümid etdiyini bildirib. Maraqlıdır ki, ABŞ-Rusiya
münasibətləri də
qaydasında deyil.
Moskvaya qarşı tətbiq edilən sanksiyalar vəziyyəti daha çox gərginləşdirib.
Birləşmiş Ştatlar və
Rusiyanın Qarabağ
münaqişəsinin həllində
vasitəçilik missiyasını
həyata keçirdiyini
nəzərə alsaq,
dünyanın hegemon ölkələri arasında
yaşanan gərginlik
Azərbaycanın bir nömrəli probleminin həllinə təsirsiz ötüşməyə bilməz.
Onu da bildirək ki, hər il olduğu kimi sentyabr ayında
BMT Baş Assambleyasının
açılış sessiyası
olacaq. Bu sessiyaya
adətən bir qrup ölkənin prezienti və xarici işlər nazirləri qatılır.
Azərbaycan və Ermənistan
prezidentləri də müxtəlif vaxtlarda BMT sessiyalarında iştirak ediblər. Hazırda belə xəbərlər
yayılır ki, sentyabr sessiyasında Azərbaycan və Ermənistan prezidentləri
Nyu-Yorkda görüşüb
Dağlıq Qarabağ
münaqişəsinin həlliylə
bağlı fikir mübadiləsi apara bilərlər. Bu xəbərlərin böyük
qismini erməni saytları yayır. ATƏT-in Minsk Qrupu vasitəçiləri də
prezidentlərin Nyu Yorkda görüşə
biləcəklərini istisna
etmirlər.
İndiki vəziyyətdə prezidentlərin
bir aydan sonra Nyu-Yorkda görüşəcəyi real deyil. Dağlıq Qarabağ danışıqlarında
heç bir irəriləyiş yoxdur.
Prezidentlərin son görüşü də digərləri kimi nəticəsiz qaldı. Bu arada,
atəşkəs intensiv
pozulur, hər iki tərəfdən itkilər var. Üstəlik
Ermənistan ordusu Dağlıq Qarabağdan kənar Azərbaycan ərazilərini atəşə
tutur.
Görüş xatirinə görüş
Ermənistan hakimiyyətinə
lazımdır ki,
status-kvonun ömrünü
mümkün qədər
uzatsın, ona görə də prezidentlər görüşəcək
dezinformasiyaları daha
çox İrəvanın
nəzarət etdiyi saytlarda yayılır.
Ekspert Elşən
Həsənovun fikrincə,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı prezidentlərin bu vaxtadək keçirdikləri
bütün görüşlər
nəticəsiz qalıb. Buna da səbəb Ermənistanın
işğaıçılıq siyasətindən əl çəkməməsi və
Rusiyaya arxalanmasıdır:
İşğalçı dövlət yalnız Kremlə arxalanır. Ona görə də onun göstəriçi ilə hərəkət edir. Minsk qrupunun
digər iki həmsədr ölkəsi
ABŞ və Fransa da bu məsələdə
Rusiyadan çəkinir.
Zatən
hər iki ölkə ermənipərəst
mövqedən çıxış
edir. Bu gün
Rusiya və ABŞ qarşıdurması müşahidə
olunur. Amma bu qarşıdurmanın
Dağlıq Qarabağ
münaqişəsinin həllinə
təsir edəcəyinə
inanmıram. Rusiya Cənubi
Qafqaz və postsovet məkanında nəzarəti əlində
saxlayır. ABŞ bura müdaxilə edə bilmir. Fikir verin, Minsk qrupunun həmsədrləri bölgədə
oldular, amma ermənilər hər gün atəşkəsi pozdular, mülki əhalini öldürdülər,
işğal olunan torpaqlarımızda yanğınlar
törətdilər. Həmsədrlər gedib ancaq bəyanat
verdilər. Xarici
işlər nazirləri
görüşdülər, Sarkisyan Qarabağa səfərlər edib sərsəm bəyanatlar verdi... Bütün bunlar
onu deməyə əsas verir ki, ermənilər işğalçılıq siyasətlərini
davam etdirirlər.
Onları yalnız müharibə
yolu ilə susdura bilərik. Danışıqların heç bir
effekti olmayacaq.
Ekspert Mirsamir Məmmədovun fikrincə isə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində
nə qədər aktivlik göstərsə də Rusiya qarşısında acizdir:
Qarabağ münaqişəsinin
həlli açarının
rəsmi Moskvanın əlində olduğunu yaxşı anlayan Vaşinqton son günlər
Rusiya ilə münasibətinin kəskinləşməsindən
belə bir açıqlamalar verməkdədir.
Münaqişə yalnız Moskvanın
razılığı ilə
həll oluna bilər. Rusiya isə bu münaqqişənin Azərbaycanın
xeyrinə həll olunmasında maraqlı deyil. ABŞ yaxşı anlayır və qəbul edir ki, Cənubi
Qafqazda baş verən siyasi proseslərə Moskva müdaxilə edir. Ona görə də Vaşinqton yalnız bəyanatlar verməklə
kifayətlənir.
Siyasi ekspert Sahil İsgəndərov
hesab edir ki, məsələyə
ABŞ və Rusiya arasında artan gərginlik fonunda yanaşmaq lazımdır:
Son zamanlar Ağ Evin yeni administrasiyasının
bəzi təmsilçiləri
tərəfindən Dağlıq
Qarabağ münaqişəsinin
Vaşinqton üçün
artıq elə də prioritet məsələ olmadığı
barədə verilən
bəyanatlar təsadüfi
deyil. Sözün həqiqi mənasında,
son bir neçə ildə aydın görünməkdədir ki,
Obama administrasiyası
dövründə Rusiya
ilə ABŞ arasında
qarşıdurma daha çoxt post-sovet məkanında, xüsusilə
də Cənubi Qafqazda aparılıb.
Lakin indi bu qabarma
bir qədər geri çəkilməyə
başlayıb. Bunun nə
dərəcədə müsbət
və mənfi tərəfləri olması
barədə fikir söyləmək çətindir.
Siyasi ekspert vurğulayıb ki, yaşanan son gərginlik fonunda ABŞ və Rusiya təkcə Dağlıq Qarabağ münaqişəsini yox, Suriya kimi həlli vacib məsələni də ikinci plana atıblar: Görünən budur ki, Suriya məsələsi bu dövlətlər arasında ikinci plana keçirilib. Ona görə də Dağlıq Qarabağ məsələsinə bu konteksdən yanaşmaq lazımdır. Hər iki dövlət dəfələrlə bəyan ediblər ki, münaqişə ətrafında hərbi eskalasiyanın yenidən baş verməsi onların marağında deyil. Bu, Rusiya üçün hazırkı məqamda ən perspektivsiz variantdır. Ola bilər ki, ABŞ-da hərbi əməliyyatların tərəfdarları maraqlıdırlar ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar yenidən qızışsın və bununla da Rusiya üçün cənubda başağrısı yartsınlar. Sözsüz ki, münaqişə ətrafında hərbi əməliyyatların qızışması ilk növbədə Rusiya üçün başağrısıdır. Ona görə ilk növbədə buna imkan verməməyə çalışır.
S.İsgəndərov hesab edir ki, Rusiya fürsətdən istifadə edərək münaqişənin həllinə öz töhfəsini verə bilər: Rusya ABŞ-ın ən azından geri çəkilmə siyasətindən istifadə edərək münaqişənin həllinə bu və ya digər şəkildə əncam çəkə bilər. Əgər Şimali Koreya, Ukrayna kimi məsələlər geridə olub, Rusiyanın həm enerjisini, həm də əsəblərini özünə cəlb etməsə, rəsmi Moskva yaranmış vəziyyətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hansısa bir irəliləyişin olmasına cəhd göstərə bilər. Amma, ABŞ-ın müxtəlif ölkələrdə Rusiyanın maraqlarına zidd olan hərəkətləri, siyasəti rəsmi Moskvanın diqqətini buradan yayındırır. Yəni, bu məqamda Dağlıq Qarabağla ciddi məşğul olmağa vaxtı çatmır.
Siyasi ekspert qeyd edib ki, ABŞ və Rusiya üçün Dağlıq Qarabağ məsələsi gündəmdədir, ancaq ilk sıralarda deyil: Buna səbəb iki dövlət arasındakı qarşıdurmadır. Məhz digər məsələlər səbəbindən bu ölkələr üçün Dağlıq Qarabağ problemi arxa planda qalıb. Ancaq, bu, o demək deyil ki, məsələ birdəfəlik arxa plana atılıb. Çünki, böyük dövlətlərin geosiyasi qarşıdurmasında müşahidə etdiyimiz gözlənilməz addımlar bu məsələni iki dövlətin qarşıdurma müstəvisində ön plana çıxara bilər. Bu hal istisna deyil. Burada bir-birinin nüfuzuna zərbə endirmək üçün gözlənilməzlik faktoru kimi bu məsələdən istifadə edə bilərlər.
ABŞ və Rusiya digər müstəvilərdə qarşıdurmada həddidə olduqlarından Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ön planda deyil. Bu isə mövcud status-kvonun qorunub saxlanılması deməkdir. Bu ola bilsin ki, bizə əlverişli deyil. Çünki, biz istəyərdik ki, münaqişə həllini tezliklə tapsın. Digər tərəfdən bu, manevr imkanları baxımından vaxt deməkdir. Azərbaycan diplomatiyası yaranmış vəziyyətdən istifadə edərək çox güclü şəkildə işləməlidir. Yəni, bu iki dövlətin başının qarşıdurmaya qarışmasından istifadə edərək diplomatik uğurlarımızı artırmalıdır.
Eyni zamanda
çox əlverişli bir
məqam yaranıb. Hər zaman iki inəyin südünü
əmməyə vərdiş edən Ermənistan
vaxtaşırı Rusiyaya qarşı
addımlar atır. Bu isə Rusiyanı
qıcıqlandırır. Hesab edirəm ki, Azərbaycan bu məqamlardan
yararlanmalıdır. Ola bilsin ki, bu çox yaxşı məqamdır
ki, Rusiya ilə
ABŞ bir növ
Dağlıq Qarabağ münaqişəsi
ətrafında kəskin qarşıdurmaya hazır deyil. Çünki, bu iki dövlət istənilən
problemin həllində biri
digərinin nüfuzuna zərbə vurmaq üçün qəribə
addımlar ata bilər. Yəni, Azərbaycanın
xeyrinə olmayan addımlar ata bilərlər. Ona görə də
Dağlıq Qarabağ münaqişəsinin
ikinci plana
keçirilməsi bu dövlətlərin
siyasətində özünü təsdiq
edərsə, Azərbaycan bu zaman kəsiyindən diplomatik
müstəvidə istifadə etməldir, -deyə S.İsgəndərov
vurğulayıb.
Xalq cəbhəsi 2017.- 16 avqust.-S.8.