Lütfi Zadə - Xəyalla həqiqət arasındakı səddi aradan qaldıran şəxsiyyət

 

Dünya şöhrətli alim, Azərbaycanın fəxri olan Lütfi Zadənin dünya elminə verdiyi töhfələr haqqında istərdim ki, bir daha ictimaiyyətə məlumat verim. Bəşər tarixinin ənqaynar”, daim qloballaşan dövrü olan XXI əsrdə ən ağlasığmaz fantaziyadan mütləq gerçəkliyə aparan yol inanılmaz sürətlə qısalmaqdadır. Müasir dövrdə məişət həyatımızın praktiki hal almasında, asanlaşmasında dünya elminə 6 mühüm nəzəriyyə qazandırmış dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin misilsiz xidmətləri vardır. Obrazlı şəkildə desəm, onun bütün elmi fəaliyyətixəyalhesab etdiklərimizin əslindəgerçəkləşməsi mümkün olan reallıqolduğuna, hüdudsuz insan təxəyyülünün məhsulu olan həmingörüntülərin vaxtsacismləşəbiləcəyinə sübutdur.

Süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə silinməz bir möhür vurmuş Lütfi Zadə şərəfli, faydalı nümunəvi bir ömür sürməkdədir. Hazırda onun nəzəriyyələri dünyanın hər bir guşəsində elm istehsalatda geniş şəkildə tətbiq olunmaqdadır. Onun qeyri-səlis məntiq nəzəriyyəsi beynəlxalq elm aləmindəinqilabkimi qiymətləndirilir. Dünyanın aparıcı şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Nissan" digər nüfuzlu qurumları qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan qurğular istehsal etməkdədirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafata – "Honda" mükafatına layiq görülmüşdür. Qeyd edim ki, 2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanmışdı. “Alter” adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənmişdi. Beləliklə, Lütfi Zadənin töhfələri elmi-fantastik əsərləritəxəyyülü əyani sürətdə təcəssümə çevirməyə qadirdir.

Xatırladım ki, Zadə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeniqeyri-səlis çoxluqifadəsini qazandırmış yeni elmi məktəbin yaradıcısı kimi elm aləmində mühüm bir səhifə açmışdır.

Hər bir azərbaycanlı üçün sevindirici haldır ki, məhz bizimlə eyni soykökdən olan bir şəxsiyyətin adının çəkilməsi bu gün dünyanın hər yerində, sonsuz sayda insanın simasında ehtiram heyranlıq ifadəsi doğurmağa qadirdir. Əlbəttə, Lütfi Zadə hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

Lütfi Zadə zəngin zəkası ilə yanaşı, səmimi təvazökar xarakterilə özünə daim rəğbət qazanmışdır. O, ünsiyyətcilliyi, insanlara ayrı-ayrı fərdlərə xüsusi diqqətlə yanaşması ilə tanınır. Maraqlıdır ki, o, çıxış etdiyi saysız-hesabsız konfranslar zamanı dünya şöhrətli alimlərə elmin yeni istiqamətləri barəsində bütün təfərrüatı ilə məlumat verməyi özünə borc bilir digər alimlər saatlarla Lütfi Zadəyə qulaq asır, ondan öyrənir, özlərinə dərs götürürlər.

Demək olar ki dünyanın bütün kontinentlərində, ABŞ-da, Yaponiyada, İtaliyada, Almaniyada s. Lütfi Zadənin elmi nəzəriyyəsinə həsr olunmuş beynəlxalq konfranslar keçirilmişdir. Fəxrlə deyə bilərəm ki, həmin konfranslarda tədbirlərdə Lütfi Zadənin həmyerlilərinə - azərbaycanlılara daim xüsusi diqqət ehtiramla yanaşılmışdır. Bu da Azərbaycanda Lütfi Zadə məktəblərinin yaranmasına, onun ardıcıllarının yetişməsinə şərait yaratmışdır.

Elm, təhsil yüksək texnologiyalar sahəsində nəsillərin əvəzlənməsi, toplanmış təcrübənin istedadlı gənc alimlərə ötürülməsi yolu ilə daha da təkmilləşdirilməsi cəmiyyətə qazandırılması ölkəmizin daim inkişafa yönəlmiş siyasətinin tələblərinə tam uyğundur. Ona görə hesab edirəm ki, adını bütün planetdə elm aləmində bir əfsanəyə çevirmiş Lütfi Zadə elminin yaradıcılığının ölkəmizin elm adamları, düşünən beyinləri tərəfindən davam etdirilməsi Azərbaycanın maraqlarına cavab verir, onun ictimai-iqtisadi inkişafı lazımi müdafiə qabiliyyətinin təminatı üçün hətta zəruridir.

Lütfi Zadə ömrünün böyük hissəsini Amerika Birləşmiş Ştatlarında keçirmişdir. O, Kaliforniya Berkli Universitetinin professorudur bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılmışdır. Qeyd edim ki, dünyada sağ ikən adına institut təsis edilmiş cəmi bir neçə şəxsiyyət vardır ki, Lütfi Zadə onlardan biridir. O, həmçinin Avrasiya Akademiyasının da qurucularından biridir. Bununla yanaşı, ABŞ-da faəliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının da fəxri sədridir.

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarına üzvdür. O, saysız-hesabsız nüfuzlu mükafatlara layiq görülmüş, medallarla təltif edilmiş, onlarla xarici dövlət ictimai təşkilatların fəxri doktoru adını almışdır. Hazırda Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən biri hesab olunur.

Bu gün məhz Lütfi Zadə yaradıcılığından, elmindən tədqiqatlarından Respublika səviyyəsində bəhrələnməyimizin nəticəsində ölkədə bu nəzəriyyəyə əsaslanan elmi işlər aparılır, dissertasiya işləri müdafiə olunur Azərbaycan əsilli bu görkəmli elm adamının nəzəriyyəsi kəşfləri üzərində araşdırmalar aparılır. Artıq Azərbaycan alimləri Zadənin elminə öz töhfələrini verməkdədir. Onların işləri artıq ölkə ilə məhdudlaşmır dünya elminə inteqrasiya etməkdədir. Dünyanın tanınmış alimləri ilə birlikdə elmi araşdırmalar aparılır birgə məqalələr vasitəsilə elmin yeni istiqamətləri təqdim olunur. Bu isə olduqca vacib amildir. Çünki Azərbaycan alimləri dünyaya səs salacaq gələcək elmi kəşflərin astanasında, bütün dünya alimlərinin səylərinin vahid bir vəhdətə çevrildiyi bir şəraitdə genişmiqyaslı uğurlar vəd edən bu silsilə işlərin arasında yer alırlar.

Xatırladım ki, Lütfi Zadə elmi nəzəriyyəsinin praktiki nəticələri dünya iqtisadiyyatının inkişafına təsir edən amillərdən biridir. Bu səbəbdən Lütfi Zadənidünya iqtisadiyyatının gedişatını yönləndirmiş alimadlandırsam, yanılmaram.

Azərbaycan adını bəşər elminin tarixinə həkk edən bu görkəmli şəxsiyyətə ölkəmiz hər zaman dəstək olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2011-ci il tarixli sərəncamına əsasən, müasir dövrün elmi-texniki zirvəsini fəth etmiş Lütfi Zadə 90 illik yubileyi münasibətilə elm texnologiyaların inkişafına verdiyi töhfələrə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərə "Dostluq" ordeni ilə təltif edilmişdir.

Hər gün, hər bir dəqiqə yeni-yeni nəzəriyyələrin sübuta yetirilmək uğrundamübarizə apardığıdünyanın aramsız amansız” elm “meydan”ında Lütfi Zadə Azərbaycanın adını ucaldan şəxsiyyətlərdən biri kimi tarixə adını qızıl hərflərlə yazmışdır. Elm vasitəsiləmümkünsüzü mümkün edənalim bir əsrə yaxın müddətdir ki, şərəflə elm dünyasına xidmət etməkdədir. Lakin onun ixtiraları tədqiqatları hələ çox yüzilləri aşaraq sonsuza kimi yaşamağa iddialıdır.

 

Elçin Zeynalov

texnika elmləri doktoru

 

Xalq cəbhəsi  2017.- 16 avqust.-S.5.