Ankarada “Azərbaycan gecəsi”
Ankaranın Etimesqut rayon bələdiyyəsinin
təşkil etdiyi
14-cü Beynəlxalq Anadolu
Günləri, Mədəniyyət
və Sənət Festivalı çərçivəsində
Azərbaycan Respublikasının
Türkiyədəki səfirliyinin
dəstəyi ilə
“Azərbaycan gecəsi”
təşkil olunub. Gecədə
səfirliyimizin əməkdaşları,
elm, mədəniyyət və
incəsənət xadimləri,
diaspor nümayəndələrimiz,
Ankara ictimaiyyətinin təmsilçiləri,
o cümlədən azərbaycanlı
tələbələr iştirak
ediblər. Festivalın keçirildiyi
böyük meydanda səfirliyin təşəbbüsü
ilə “Azərbaycan evi” yaradılıb. Burada ölkəmizin mədəniyyəti,
incəsənəti və
tarixi ilə bağlı əyani təbliğat vasitələri
nümayiş etdirilib.
Festival iştirakçılarına "İrs-Miras" jurnalı,
türk dilində nəşr olunmuş
"İlham Əliyev"
və "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə də Azərbaycan milli mətbəxinə aid nümunələr
qonaqlara paylanıb.
Tədbirdə iştirak etmək məqsədilə Ankaranın
Etimesqut bələdiyyəsi
ilə qardaşlaşmış
Azərbaycanın Şirvan
şəhərindən gəlmiş
musiqi və rəqs ansamblının çıxışı festival iştirakçılarına xoş
anlar yaşadıb. Azərbaycandan gəlmiş musiqiçinin
ifa etdikləri “Çırpınırdı Qara
dəniz” mahnısı
festivala toplaşmış
minlərlə insanın
hərarətli alqışları
ilə qarşılanıb.
Azərbaycana xas bir-birindən
gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin
təbliğinə mühüm
töhfələr verib.
Gecədə Azərbaycan səfirliyinin
müşaviri Ramil Qurbanov və Şirvan şəhər bələdiyyəsinin sədri
Kürdoğlu Muradov çıxış ediblər. Bildirilib ki,
ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkənin münasibətlərinin hərtərəfli
inkişafında özünü
göstərir. Daha sonra
gecədə 1453-cü ildə
İstanbulun fəth edilməsinə həsr olunan moda və
bir-birindən maraqlı
tarixi səhnələr
nümayiş etdirilib.
Festival türkiyəli müğənni Mustafa Sandalın
konserti ilə başa çatıb.
Xalq cəbhəsi 2017.-
22 avqust.-S.16.