“Vüsal
körpüsü”
Avqustun 22-də Azərbaycan
Xalça Muzeyində
Cəbrayıl rayonunun
işğalının 24-cü ildönümünə həsr
olunmuş “Vüsal körpüsü” adlı
tədbir keçirilib. Azərbaycan
Xalça Muzeyi Şuşa filialının
təşkilatçılığı ilə gerçəkləşən
tədbirdə əvvəlcə
Vətən torpaqları
uğrunda canından keçən qəhrəman
oğul və qızlarımızın xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Xalça Muzeyinin
direktoru Şirin Məlikova bildirilib ki, tədbir Mədəniyyət və
Turizm Nazirliyinin “İşğal olunmuş
ərazilərin tarixi,
diyarşünaslıq muzeylərinin
eksponatlarından ibarət
müxtəlif sərgilərin
təşkili edilməsi
ilə bağlı” verdiyi müvafiq əmrə əsasən təşkil edilib. Tədbirin təşkil olunmasında
məqsəd Azərbaycanın
dilbər güşələrindən
olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan
ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.
Muzeyin direktoru
deyib ki, qədim tarixə malik eksponatların sərgilənməsi ilə
yanaşı, işğal
olunmuş ərazilərimizdə
dağıntılara məruz
qalmış tarixi abidələrin təbliği
mühüm əhəmiyyət
kəsb edir. Ş.Məlikova rəhbəri olduğu Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan
Milli Komitəsinin bu istiqamətdə gördüyü işlərdən
söz açaraq vurğulayıb ki, bu yöndə bir sıra layihələr
həyata keçirilib.
Qeyd edilib ki, İCOM-un müvafiq layihələri çərçivəsində
ölkəmizin işğal
olunmuş ərazilərində
yerləşən muzey
eksponatlarının siyahısı
hazırlanaraq elmi tədqiqatlar aparılıb,
onların tarixi, mənşəyi və digər məlumat daşıyıcıları tədqiq
edilib. Cəbrayıl Rayon İcra Hakimiyyətinin
başçısı Kamal
Həsənov çıxış
edərək rayon haqqında
iştirakçılara məlumat
verib. Vurğulanıb ki, Cəbrayıl
rayonu Azərbaycanın
tarixi abidələri,
eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. 23 avqust tarixi
hər bir cəbrayıllının həyatında
ən kədərli gün kimi xatırlanır.
Çünki rayon camaatı bu
tarixdən etibarən
öz doğma ata-baba yurdundan didərgin düşüb.
Rayonun işğal edildiyi vaxtlar Bakıda hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, könüllü
batalyonlar arasında hökm sürən gərginlik rayonun müdafiəsinə mənfi
təsir göstərirdi.
Nəticədə Cəbrayıl
təkləndi və erməni quldurları
1993-cü il avqustun 23-də 1050 kvadratkilometr
ərazisi olan rayonu işğal etdi. Ermənistanın hərbi təcavüzü
nəticəsində 52 min 600 nəfər cəbrayıllı
doğma yurd-yuvasından
didərgin düşərək
ölkənin 53 şəhər
və rayonunda məskunlaşdı. Hesablamalara görə
təkcə Cəbrayıl
rayonun işğalından
dövlətimizə dəyən
zərər 7 milyard
dollar civarındadır. Bildirilib ki, doğma yurdun müdafiəsi zamanı 375 cəbrayıllı
şəhid, 230 nəfər
isə əlil olub.
Tədbir
çərçivəsində qonaqlar Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin
eksponatlarından ibarət
sərgi ilə də tanış
olublar. Mərasim ədəbi-bədii
proqramla davam edib.
Xalq cəbhəsi 2017.- 23 avqust.-S.16.