Fazil Güneyin
“Qara qan”
trilogiyasının təqdimatı olub
Dekabrın 5-də Azərbaycan Yazıçılar
Birliyində yazıçı,
publisist, Əməkdar
Jurnalist Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs
edən üçcildlik
“Qara qan” tarixi romanının təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid ədibin yaradıcılıq
yolundan söhbət açıb.
Bildirib ki, Fazil Güney
boya-başa çatdığı
Cəbrayıl rayonunda
təxminən iki il qəzetdə
çalışaraq, təcrübəli
jurnalistlərin rəğbətini
qazanıb. Hələ o zaman onun oçerkləri, kiçik
hekayələri mətbuatda
dərc olunub, radioda səsləndirilib.
Fazil Güney Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsində
təhsil aldığı
vaxtlardan bədii yaradıcılığa başlayıb.
Sonralar Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi
çalışan Fazil
Güney milli-mənəvi
dəyərlərimizin, ədəbiyyatımızın
təbliği istiqamətində
mühüm işlər
görüb. O, 1975-1976-cı illərdə “İnşaatçı”
qəzetində, 1976-1991-ci ildə
isə “Kirpi” jurnalında çalışıb.
“Kirpi”də dərc
olunan pamfletləri “Ulduz sövdəsi” kitabında toplanıb.
Diqqətə çatdırılıb ki,
XX əsrin sonlarında
Azərbaycan ictimai-siyasi
mühitində baş
verən hadisələr,
müstəqillik ab-havası
Fazil Güneyin yaradıcılıq istiqamətini
daha çox jurnalistikaya yönəldib. 1991-ci ilin
əvvəlində yaradılan
“Assa-İradə” Azərbaycan
Beynəlxalq Xəbər
Agentliyinin, 1997-ci ildən
çıxmağa başlamış
ingiliscə “AzerNews” qəzetinin təsisçisi
və baş redaktoru, “Azeri Observer” jurnalının
direktoru olan Fazil Güney Qarabağ həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmaq üçün
mühüm işlər
görüb.
Vurğulanıb ki, Fazil Güneyin Qarabağ münaqişəsindən bəhs
edən, müasir Azərbaycan reallıqlarını
əks etdirən üçcildlik “Qara qan” tarixi romanı,
ədəbiyyat tariximizdə
öz layiqli yerini tutmağa iddialı ən dəyərli ədəbi
yaradıcılıq nümunəsidir.
Tanınmış şair Çingiz Əlioğlu yazıçının
yaradıcılığından və Vətən qarşısında xidmətlərindən
danışıb. Qeyd edilib
ki, əsərdə yazıçı bütün
döyüş səhnələrini
yüksək səviyyədə
qələmə alıb.
İnsan
taleyindən bəhs edən bu romanda,
eyni zamanda, müxtəlif millətlərin
simasını, sürətini
görmək mümkündür.
Bütövlükdə bu kitab Azərbaycan publisistikasının
dəyərli əsərdir.
Beynəlxalq Avrasiya Mətbuat
Fondunun prezidenti Umud Mirzəyev, yazıçı Elçin
Hüseynbəyli, Əməkdar
Jurnalist Məzahir Süleymanlı, professor Yahya
Əliyev və digərləri roman haqqında
fikirlərini bölüşüb,
müəllifin yaradıcılığından
söz açıblar.
Diqqətə çatdırılıb ki, Fazil Güney,
həm də bir alim kimi
öz sözünü
deyib. Onun “Müasir Suriya
romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın
emansipasiyası” monoqrafiyası
nəşr edilib, mütəxəssislər tərəfindən
bəyənilib və
bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.
“Qara qan” romanının Azərbaycan
tarixində özünəməxsus
yer tutacağına əminliyini bildirən natiqlər yazıçıya
yaradıcılıq uğurları
arzulayıblar.
Sonda Fazil
Güney tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2017.- 6
dekabr.- S.16.