Ərşad Əzimzadənin tükənməz həyat sevgisi

 

O, Hippokratın fikrini xatırladır: "Bizi öldürən qocalıq deyil, pis vərdişlərdir"

 

Hələ 2002-ci ilin payızında Ərşad Əzimzadə ilə görüşərkən sağlıq qaydasını artıq bilirdim. Ancaq özüylə həmsöhbət olmaq çox maraqlı oldu. İndi 83 yaşındadır. Başına çox çətinliklər gəlib. Ərşad Əzimzadə 1935-ci ildə (1934) Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər “Azərbaycan gəncləri”, "Molodyoj Azerbaydjana", "Bakinski raboçi" və “Azərbaycan”qəzetlərinin müxbiri olub. 30 il (1965-1995) 8 ağır xəstəlikdən əzab çəkib, 40 yaşında iş qabliyyətini tamam itirib, I qrup əlil kimi, pensiyaya çıxıb. Ümümdünya Natural Gigiyena hərəkatı korifeylərinin (Herbert Şelton, Katsudzo Nişi, Pol Breqq, Norman Uoker, Laynus Polinq, Abram Zalmanov, Uilyam Beyts və b.) əsərlərini oxuyub, özünü təbii üsullarla müalicə edib, sağlamlığını qaytarıb. Bir neçə bədii və elmi-publisistik əsərin müəllifidir. Hazırda sağlamlıq problemləri ilə bağlı yeni əsərlər üzərində çalışır. O, düşünür ki, Azərbaycanda yetişən meyvələrin və tərəvəzin dadı heç bir ölkədə yoxdur. Çünki torpağımız münbit, günəşimiz gur işıqlı, suyumuz və havamız şəfalıdır: "Təəssüf ki, bizdə xəstələr və həyatdan gedənlər çox olur. Səbəb də budur ki, meyvələri, tərəvəzi və göyərtini ya az yeyirik, ya da ancaq mürəbbələr, tutmalar şəkilində, yaxud da bişirib yeyirik. Bu halda şəfa mənbəyi olan bitkinin tərkibində heç bir faydalı element qalmır, əksinə, faydalı elementlər zəhərə çevrilir, xeyir əvəzinə zərər ver. Həm pulunuz gedir, həm də canınız. Bütün bitkilər yalnız çiy halda və düzgün qəbul olunanda fayda verir.

Düzgün qəbul qaydaları belədir: öncə meyvə şirəsi içmək, yaxud meyvənin özünü yemək lazımdır, 30-40 dəqiqədən sonra isə tərəvəzi. Meyvəni heç bir qida növü ilə qarışdırmaq olmaz. Tərəvəzi və göyərtini isə meyvədən başqa bütün qidalarla qarışdırmaq olar və belə daha faydalıdır". Bəs hansı bitkilərə üstünlük vermək lazımdır? Vitaminlərlə zəngin olan meyvələrin həm özü faydalıdır, həm də yarpağı. Limon, qreypfrut, portoqal, feyxua, kivi, ananas, alma, heyva, nar, şaftalı, ərik, alça, zoğal, moruq, qarağat, itburnu, qaragilə, albalı, gavalı, alça və s. çiy şəkildə çox faydalıdır. Eyni sözləri kök, çuğundur, turp, xiyar, pamidor, kələm, kahı, ispanax, kərəviz, cəfəri, sarımsaq, soğan, şüyüd, vəzəri, kəvər, kartof, badımcan, şirin bibər haqqında da demək olar: "Bazarda seçim edərkən yerli meyvələrə üstünlük verin, nəzərə alın ki, onlar daha zəngin və faydalıdır. Bir də meyvə və tərəvəzin zahiri gözəlliyi sizi aldatmasın, zahiri görkəmi gözəl olan meyvələrin tərkibində kimyəvi dərmanlar çox olur".

O, bildirir ki, günəş işığı, hava, su, meyvə və tərəvəz insanın enerji mənbəidir. Mikroelementlərlə zəngin olan çiy su güclü enerji mənbəi kimi çıxış etməklə yanaşı, həm də əvəzolunmaz təmizləyici qüvvədir. Onu "orqanizmin poçtalyonu" adlandırmaq düzgün olar: su bədənə enerji, bədəndən isə işlənmiş materialı çölə daşıyır. Xəstəliklərin çoxalması və böyük fəsadlar verməsi, vaxtından qabaq qocalmaq, dərinin, saçın, dişlərin pis vəziyyətə düşməsi, demək olar, bütün xəstəliklər onunla bağlıdır ki, insanlar çiy suyu ya tamam içmir, ya da normadan çox az miqdarda içir, üstəlik qida qəbulu qaydalarını da pozur. Kifayət qədər çiy su içməyən və yaxud su içmək qaydalarını pozan insan mütləq və mütləq xəstə olmalıdır. Başqa cür mümkün deyil.

Bu qaydalar nədən ibarətdir? Əvvəla, norma haqda. Hər bir insan öz çəkisinə və əmək fəaliyyətinə uyğun su içməlidir. Yəni hər kiloqram çəki üçün 30 qram çiy su içmək gərəklidir. İş görərkən çox tərləyən adamlar bu normadan artıq içməlidir. İkincisi, suyu yeməkdən 15 dəqiqə qabaq, yeməkdən 2-3 saat sonra, ilıq şəkildə və qurtum-qurtum içmək lazımdır. Yeməklə yanaşı və yeməkdən dərhal sonra su, çay, alkoqolsuz içkilər içmək ağır fəsadlar verir. Çiy suyu ancaq meyvə və tərəvəz şirəsi ilə əvəz etmək olar.

Üçüncüsü, təzə bulaq suyu yoxdursa, suyu mikroblardan və ağır metalllardan təmizlədikdən sonra içmək lazımdır. Bunun da ən etibarlı yolu - suyu dondurub buza döndərdikdən sonra əridib içmək lazımdır. Bunun üçün suyu saxsı qaba və ya polietilen butulkaya doldurmaq və buzxanada 1-2 sutka saxlamaq lazımdır. Dördüncüsü, çiy suyu qabda 12 saatdan artıq saxladıqda onun strukturu dəyişir və faydasını itirir. Təmizlənmiş suyu yaxşı olar ki, saxsı, keramik və ya şüşə qabda, gün düşən yerdə saxlayasınız. Beşincisi, uşağı dünyaya gələndən onu çiy suya alışdıran ana - övladına çox dəyərli vərdiş bəxş etmiş olur".

Bəs qripdən təbii yolla necə qorunmaq olar? Günəş işığı azaldıqca və havalar soyuduqca - xəstəlik törədən viruslar fəallaşır, orqanizmin immun sistemi isə zəyifləyir. Beləliklə də, xəstəliklər tez-tez qapıları döyür. Ən çox da "qonaq" gələn qrip olur. Elə adamlar tanıyırıq ki, heç vaxt onları qrip tutmur. Niyə? Ə.Əzimzadə bunun səsəbini belə açır: "Mikrobların və bakteriyaların sevimli məskəni şlak (zir-zibil) basmış bədəndir. Yoğun bağırsağını zibilli saxlayan hər kəs virus daşıyıcıları üçün gözəl yem bazası yaradır, onlar sürətlə inkişaf edir və çoxalırlar. Bu yandan da bizi qoruyan xeyirxah hüceyrələr həmin zibildən zəhərlənir və kütləvi şəkildə qırılır. Yəni, düşmən qüvvə güclənir, dost qüvvə isə zəyifləyir. Müdafiə xəttə (cəbhə) qalır əsgərsiz, düşmən (mikroblar) asanlıqla sərhədi keçib qana soxula bilir. Belə qan hər bir xəstəlik üçün gözəl zəmin yaradır. Müdafiə xəttini gücləndirmək üçün - bədəndə sağlam və zəngin qan yaratmaq lazımdır. Bunun da yeganə düzgün yolu - kifayət qədər çiy su içmək, müntəzəm olaraq meyvə və tərəvəz yemək (şirələrini içmək daha yaxşıdır), bədən tərbiyəsi ilə məşqul olmaqdır.

İki qrup mikrob mövcuddur. Onlardan birini turşular (limon, qreypfrut, portoqal, kivi, feyxoa, heyva, alma, alça və S vitamini ilə zəngin olan digər bitki mənşəli qidalar), o birini isə sarımsaq qırır. Hər gün 2-3 limon, 4-6 diş çiy sarımsaq yeyən (ya, xörəkdə, ya da tərəvəz salatında), itburni dəmləməsi içən, 2-3 qaşıq alma sirkəsi qəbul edən və açıq havada piyada gəzən hər kəs özünü mikrob və bakteriyalardan mühafizə etmiş olar. Salata kifayət qədər göy soğan, kərəviz, ispanax, cəfəri, kahı, şüyüd qatsanız, gündə 200 - 400 qr. kök şirəsi içsəniz - immun sistemini daha da gücləndirmiş olarsınız".

Artıq çəki - hər növ xəstəlik törətməyə qadir olan zəmindir, ondan xəbər verir ki, insan qidalanma qaydalarını pozur, oturaq həyat tərzi keçirir, sərf elədiyi energidən qat-qat artıq enerji (qida) qəbul edir. Artıq çəkidən xilas olmaq istəyən hər kəs, birinci növbədə, qidalanma qaydalarını bilməli və onlara əməl etməlidir. Hər şeydən öncə, gündə 2-3 litr çiy su (və yaxud meyvə və tərəvəz şirəsi) içmək lazımdır. Bununla yanaşı süfrədə bişmiş, duza və ya şəkərə qoyulmuş qidaların çəkisini azaldıb, çiy meyvənin və çiy tərəvəzin həcmini artırmaq lazımdır. Eyni zamanda, uzlaşmayan qidaları eyni vaxtda qəbul etmək kimi çox zərərli bir vərdişdən imtina edib, belə bir qaydaya riayət etmək vacibdir: öncə çiy suyu ilıq şəkildə qurtum-qurtum içmək, 15 dəqiqədən sonra 1 növ meyvə yemək, 30 dəqiqədən sonra 1 qab tərəvəz salatı ilə 1 növ qida yemək. Köklük yaradan əsas qidalar bunlardır: çörək və bütün un məmulatları, ət - yağ, şokolad və bütün şirniyyat növləri. Hər bir insan kifayət qədər faydalı hərəkət etməlidir. Bura fiziki iş, gəzinti, bədən tərbiyəsi daxildir. Oturaq həyat sürən adam gün ərzində 8-10 kilometr məsafəni iti addımlarla qət etməli və yaxud çox üzməlidir. Zehni iş görən adamlar tərkibində zülal olan qidaları (ət -yağ, süd, pendir, yumurta, paxlalı bitkilər) az qəbul etməli, üstünlüyü meyvə-tərəvəzə verməlidir.

O, xərçəngdən xilas olmağın yolunu isə belə görür: "Dünyanı vahimə içində saxlayan, insanlara "əsrin bəlası" kimi təqdim olunan xərçəngin adi xəstəlikdir. Müasir tibb elmi, şəkərli diabet, poliartrit, astma, stenokordiya, hipertoniya, qlaukoma və yüzlərlə digər xəstəliklər kimi, bu xəstəliyi də sağalda, insanların sağlamlığını qaytara, orqanizmin tamlığını bərpa edə bilmir. Yapon alimi Nişi hələ XX əsrin əvvəlində bütün dünyaya sübut etdi ki, sağalmayan xəstəlik yoxdur. Onun yaratdığı sağlamlıq sistemi minlərlə insana, o cümlədən, bizim həmvətənlərimizə şəfa verib və verir. Mən özüm də onun köməyi ilə 8 "sağalmayan" xəstəlikdən xilas olmuşam. Nişinin təlimi müalicə metodu deyil, sağlam həyat tərzi proqramıdır. Hər kəs ondan bəhrələnə, xərçəng kimi düşmənə qalib gələr.

Şəkərli diabetə gəldikdə, Ə.Əzimzadənin fikrincə, bu xəstəliyi də sağaltmaq mümkündür: "Mənim sonuncu, 8-ci xəstəliyim şəkərli diabet idi və o, başqa xəstəliklərdən tez sağaldı. "Diabetiklər" və həkimlər müalicə vaxtı çox vacib bir məsələni nəzərdən qaçırırlar. Məlumdur ki, insan üçün güclü enerji mənbəi olan şəkər və alkoqol orqanizmin özü tərəfindən "istehsal" olunur. Onlarsız biz hərəkət edə və iş görə bilməzdik. Lakin onların bədəndə balansı pozulanda fəsad baş verir: qanda alkoqolun həcmi artanda ürək-damar xəstəliyi, şəkərin səviyyəsi artanda isə şəkərli diabet baş verir. Həkimlər pozulmuş balansı bərpa etmək əvəzinə, süni insulinin (dərmanın) köməyi ilə şəkəri azaltmağa çalışırlar. Bu halda təhlükəli bir proses baş verir. Orqanizm bədənə yeridilən süni insulinin həcmi qədər az insulin hazırlayır, süni insulinə olan tələbat artır. Dərmanın dozasını qaldırmaq zərurəti yaranır. Doza qalxdıqca - bədənin insulin hazırlamaq qabiliyyəti zəyifləyir, bədən get-gedə tənbəlləşir. Bir müddətdən sonra qanın tərkibi o dərəcə pisləşir ki, kiçik bir zədədən qanqrena yaranır, bədənin müəyyən hissəsini kəsib atmaq lazım gəli, amma bu da güclənən qanqrenanın qabağını ala bilmir, mişarlama tədbiri faciə ilə bitir.

Faciə baş verməyə də bilərdi. Bunun üçün gərək həkim biləydi ki, qanda şəkərlə alkoqolun balansını tənzimləyən ən güclü qüvvə çiy su ilə meyvə-tərəvəz şirələridir. Çiy su yeganə vasitədir ki, artıq şəkəri alkoqola, artıq alkoqolu isə şəkərə çevirir, bununla da həm ürək-damar xəstəliklərinin, həm də şəkərli diabetin qarşısını alır. Qandakı artıq şəkəri dərmanla azaltmaq tədbiri - xəstəni narkomana çevirmək və mümkün qədər çox preparat satmaq və çox pul qazanmaq oyunundan başqa bir şey deyil. Diabet xəstəliyindən yaxa qurtarmaq istəyən hər kəs çoxlu çiy su içməli, süfrədə meyvə və tərəvəzin payını artırmalı, tərkibində şəkər olan bütün qidalardan imtina etməlidir. Bir də açıq havada çox olmalı və çox hərəkət etmək lazımdır. Bütün bunlar isə insandan ağıl və iradə tələb edir".

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 6 dekabr.- S.13.