Şeir haqqında düşüncələr...
Sözə sığal çəkmək,
onu mənalandırmaq
olduqca çətindir. Bu yolda hər kəs uğur qazana bilmir. Yalnız vergisi olan şəxslər
müvəffəqiyyət əldə
edir. Əsrdə bir dəfə
yetişən belə
insanlar dünya ədəbiyyatı üçün
ölməz əsərlər
miras qoyur. Bəşəriyyət belə əsərlərlə
qaranlıqdan aydınlığa
çıxıb. Həmin insanlar
unudulmur. Unudulsa belə
sözləri əbədi
yaşayır. Tarix göstərir
ki, qəhrəman və mütəfəkkirlər
həmişə bizlədir.
Burada şairlər xüsusi ilə fərqlənir.
Şairliyin tarixi çox
qədimdir. Onların əsər
və şeirlərində
böyük tarix var. Əsrlərin dərdi, qəmi, kədəri, sevinci, qubarı onların şeirlərində
cəmlənib. Bu baxımdan əsrlər boyu poeziya insan
taleyi üçün
mühüm rol oynayıb.
Poeziyanın insan taleyi ilə
yanaşı, insan ömrünə də misilsiz faydası var. Şeir bizə düzgün yol göstərib, haqqı nahaqqdan ayırıb, ədaləti üzə çıxarıb, qəmimizi
azaldıb, yaşamı
öyrədib, tərbiyəmizi
zənginləşdirib, gözəlliyi
sevdirib və təbiət-insan arasında
qırılmaz tellər
yaradıb. Xoş günümüz və dərdimiz poeziyasız keçməyib.
Bir xalq olaraq poeziyanın
dərin ənənələrinə
malikik. “Şeirsiz həyat olmaz”, – desək bəlkəmdə yanılmarıq.
Şeir ilhamdı, yenilikdi, haqq carçısıdır.
Vaxtı
ilə ilk dərsimizi
şeirlə almışıq.
Şeir döyünən,
çırpınan ürəyin
həyacanını ağ kağıza köçürülməsidir. Şeir deyərkən göz önünə ilaham pərisi ilə yanaşı həyacanlı
ürək gəlir.
Şeir Göyün hökmünü
Yerə çatdırır.
Göylər istəyini şeirlə
dilə gətirir.
Ümumiyyətlə, elmin milliyyəti, dini və sərhədi
yoxdur. Elm ümmansız
dənizdir. Bu sözləri poeziya üçün də demək olar. Poeziya insan təfəkkürünün
nəzəri biliklərlə
cilalanaraq ağ
kağıza köçməsidir.
Şübhəsiz ki, şair vergili insandır. Günümüzdə çoxlu şair
işıqlı dünyaya
şeirlər bəxş
edir. Bu müsbət
hal olsada, bir tərəfdən də mənfi yükü ilə poeziyanı ağrılaşdırır.
Belə şeirlərdə adətən
poeziyada olan qayda-qanun qorunmur. Bəs, bu şeirlərə şeir demək olar? Əlbəttə, yox. Şeirdə söz, qafiyə, ritim, mənə olmalıdır. Bunlar qorunmayanda
şeir öz funksiyasını itirir.
Bir çox şair isə hal-hazırda nəzəri qanunlardan kənar şeir yazır. Həmin şeirlə şairlər
bir çox zaman mötəbər tədbirlərdə çıxış
edirlər. Buna yol vermək olmaz. İnsanları ən gözəl
şeirlərdən uzaqlaşdırmaq
yol verilməzdir.
Zəif şeirlər oxucunu adətən yorur və poeziya eşqini söndürür.
Çox
zaman məişət
dilini poeziyaya gətirməyə çalışırlar.
Bu yol verilməzdir.
Məişət dilindən poeziya
olmaz. Belə şeirlər doğulan
an ölürlər. Şübhəsiz ki, şeirin ana sütunlarını söz, qafiyə, ritim və məna
kəsb edir. Bunlarsız dünyaya gələn şeirlər şikəst
olur.
Şeir vahid bir nizamla
yazılır. Nizamsız şeir, şeir
deyil. Şeir o zaman daha çox oxunaqlı və sevilən olur ki, orada
bəddi və fəlsəfi fikirlər öz əksini tapır. Oxucu şeirlə tanış
olduqdan sonra oradan nəsə yeni bir fikir
öyrənə bilir.
Bu zaman şeir
sevilən olur və şairlər oxucu auditoriyası qazanır. Əks təqdirdə belə
şairlər ədəbiyyatda
uzunömürlü yaşaya
bilmirlər. Maraqlıdır ki, bəddi və fəlsəfi yük dedikdə nə nəzərdə tutulur? Öncə şeirin bədii
yükündən danışaq.
Bədii
yük dedikdə ədəbiyyatda bədii ifadə vasitələri nəzərdə tutulur.
Buraya epitet, təşbeh (bənzətmə),
metafora (istiarə), metonimiya, simvol (rəmz), kinayə, bədii sual, bədii təzad, təkrir, mübaliğə,
litota, inversiya və başqaları aiddir. Hər bir şair şeirlərində bunların
qorunmasına nəzarət
etməlidir. Bir çox
zaman şairlərin yaradıcılığında bunlara rast gəlmək
mümkünüdür. Buda şübhəsiz bədahətən şeir
deyən şairlərin
şeirlərində özünü
daha çox büruzə verir. Ancaq şeirin bu cür bədii yükü həmin şairlərin əsərlərində
nizamsızlıqla öz
əksini tapır.
Bu isə çox
zaman həmin şairlərin şeirin bədii yükü haqqında biliyinin kasad olmasından irəli gəlir. Çox az-az rast gəlinən
bədahətən şeir
deyən şairlərin
şeirlərində bədii
yükün müfəssəl
təsvirini görürük.
Bu həmin şairlərin
həm bədahətən
şeir deməsindən,
həm də şeirin bədii yükünü müfəssəl
bilməyindən irəli
gəlir.
Şeirin fəlsəfi yükü haqqında konkret bir nəzəri baxış yoxdur. Bu şairin yeni söz yaratma qabiliyyəti ilə daha çox bağlıdır. Və yaxud
şairin atalar sözü və məsəlləri öz şeirində yerində işlətmək bacarığı
ilə də ölçülə bilir.
Bu baxımdan fəlsəfi yükdə
şeirdə xüsusi
bir məqam kəsb edir. Çünki hər bir şeir oxucuya nəsə bir yeni bilik çatdırır.
Bu bilikləri şeirin ən çox bədii-fəlsəfi
yükü çatdırır.
Şairlərdə buna görə
şeirlərində bədii-fəlsəfi
yükün ağrılığına
fikir verməlidirlər.
Şeirdə məzmun xüsusi yer tutur. Məzmunu qorunan
şeirlər oxunaqlıdır.
Hər bir şair bu
məsələyə həssas
yanaşmalıdır. Şeirin məzmunu tədqiqatın
ilk cığırını təşkil edir. Poeziya incilərini təhlil edərkən daha çox məzmun baxımdan qruplaşdırılır.
Məzmunsuz şeiri təsəvvür
etmək olmaz. Şeir yazılarkən öncə
onun məzmunu təyin olunur. Şeirin məzmunu müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikiri ifadə edir. Oxucu daha çox
şeirin mahiyyətini
dərk edərkən
onun məzmununu nəzərdən keçirir.
Çünki məzmun şeirin
dərki nöqteyi-nəzərdən
oxucuya yardımçı
olur. Məzmunsuz yazılan şeirin
ömrü olmur.
Adətən belə şeirlər
doğularkən ölür.
Məzmun baxımdan yazılan
şeirlərdə, bir-birindən
fərqlənir. Biz bunu daha çox
şairin dərin biliyinin olub-olmamasında görürük. Hansı şairin
biliyi yüksəkdirsə,
onun şeirləridə
məzmun qorunur.
Çox
zaman biliyi qaneedici olmayan şairlərin şeirlərində
məzmun pozulur.
Xalq şairi və dahi şairlərin şeirlərində məzmun
qorunur. Ancaq el şairlərinin şeirlərində məzmunun
pozulmasına tez-tez rast gəlirik. Şübhəsiz ki, bu həmin şairlərin təhsil mühiti və mütaliəsinin zənginli ilə sıx bağlıdır.
Şeirin məzmun baxımdan
təhlili isə Ədəbiyyatın ayrıca
tədqiq olunası bir sahəsidir.
Şeirdə məzmun müəyyənləşəndən sonra onun formasının təyin olunması olduqca mühüm məsələdir. Əksər şairlər burada səhv seçim edir. Bu isə öz növbəsində yeni doğulan şeirin ölmə məhkum edilməsi ilə sonuclanır. Şeirin forması da məzmun kimi həssas mövzudur. Bunları bilən və əməl edən şairlərin şeirləri daha uzunömürlü olur. Formaya nisbətən məzmun ilkindir; müəllif əsəri yazmağa başlayarkən, ilk növbədə, hansı hadisə, fakt və fikirləri çatdıracağı barədə düşünür. Yalnız bundan sonra yazacağı əsərin formasını – janr, üslub və s.-ni müəyyən edir. Eyni məzmunlu, lakin müxtəlif formalı əsərlər ola bilər. Eləcə də eyni formalı, müxtəlif məzmunlu nümunələr də vardır. Göründüyü kimi məzmun və forma köklü sürətdə bir-birindən fərqlənir. Bunları eyniləşdirmək olmaz. Şeir ədəbiyyatın nəsr janrında yazılır. Buna gör də nəsrdə olan bütün qayda-qanunlar – qafiyə, misra, bölgü və s. ölüçüləri forma kimi qəbul edilir. Çox zaman isə şairlər dərin bədii-fəlsəfi yüklü şeirlərini yazarkən forma və janr məsələsində düzgün seçim edə bilmirlər. Belə ki, zəngin bədii-fəlsəfi yüklü ifadələri gəraylıda cəmləməyə çalışırlar. Bu addım bir çox zaman uğurlu olmur. Daha çox zəngin bədii-fəlsəfi yüklü ifadələr özünü 11, 12, 14 hecalı şeirlərdə müfəssəl əksi tapır. Bəzəndə bunun əksini görürük. 11, 12, 14 hecalı şeirlərdə əks olunan zəif bədii-fəlsəfi yüklü ifadələr özünü daha çox gəraylıda və yaxud 7 hecalı şeirlərdə əksini tapır. Şairlər bu baxımdan şeirin məzmun və forma cəhətlərinə diqqətlə yanaşmalıdırlar. İlhamla yazan şairlərdə bu meyarlara riayət etməlidir. Çünki şeirin yazılmasının öz nəzəri qaydaları var. Sərbəst şeirlər belə məzmun və forma meyarlarına uyğun olaraq yazılır. Yəni onunda nəzəri yönümləri mövcuddur.
Mahmud Əyyub
Xalq Cəbhəsi.- 2017.- 30 dekabr.-
S.13.