Sabir Sarvanın
60 illik yubileyi qeyd olunub
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) “Natəvan” klubunda
qurumun Sumqayıt bölməsinin rəhbəri
Sabir Sarvanın 60 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirin aparıcısı, tanınmış
şair və nasir Əjdər Ol yubilyarın həyat və yaradıcılığından söhbət açıb.
Ölkəmizdə qələm
adamlarına göstərilən
diqqət və qayğıdan danışan
Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid son illər, yaşlı və gənc yazıçılara təqaüdlərin,
eləcə də yaradıcı insanlara müxtəlif mükafatların
verilməsini bunun bariz nümunəsi olduğunu vurğulayıb.
AYB-in Sumqayıt bölməsində görülən
işlərdən söz
açan natiq Sabir Sarvanı həm də bacarıqlı bir təşkilatçı kimi
xarakterizə edib.
Tədbirdə filologiya
elmləri doktoru Vaqif Yusifli, “Xalq qəzeti”nin şöbə müdiri İlqar Həsənov, şairin qələm dostları - İlham Abbasov, Ofelya Hacıyeva, Oqtay Rza və başqaları
Sabir Sarvanın yaradıcılığı haqda
düşüncələrini bölüşüb, onun
poeziyasının səciyyəvi
cəhətlərindən danışıblar.
Müasir poeziyamızda onun
özünəməxsus yeri
olduğunu bildiriblər.
Çıxış edənlər Sabir Sarvanın insani keyfiyyətlərini də
yüksək qiymətləndiriblər.
Tədbirdə bədii
qiraət ustası, Əməkdar Artist Ağalar
Bayramovun ifasında şairin “Özümü
sözə çevirdim”,
“Dərdimi oxusun ney”, “Yaşaya
bilmirəm daha” və digər şeirləri səsləndirilib.
Sonda şair tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib, yeni şeirlərini oxuyub.
Xalq cəbhəsi.- 2017.- 1 fevral.- S.16.