Qara Bağ Faciəsi

 

Litvada Azərbaycanla bağlı bir neçə kitabın təqdimatı olub

 

Cari ilin yanvar ayının sonunda Vilnüs şəhər Zabitlər Evində Azərbaycanın Cənubi Qafqazın tarixini təhlil edən kitabların təqdimat mərasimi keçirilib.

Mərasimdə qonaqların diqqətinə tarixçi alim Alqimantas Liekisin “XX əsrdə Qafqazda xalqların köçü”, jurnalist Qintaras VisotskasınQara Bağ Faciəsi Leonas YurşanınSiyasətçilərin qərarlarının xalqların talelərinə təsiriadlı kitabı litva dilində təqdim olunub. Tarixçi alim Alqimantas Liekisin “XX əsrdə Qafqazda xalqların köçüadlı kitabı eyni zamanda rus dilində təqdim olunub.

Tarixçi alim Alqimantas Liekisin kitabı litva dilində 2016-cı ilin aprel ayında, rus dilində 2016-cı ilin dekabr ayının sonunda, jurnalist Qintaras Visotskasın kitabı 2016-cı ilin sentyabr ayında, Leonas Yurşanın kitabı isə 2017-ci ilin yanvar ayında işıq üzü görüb.

Kitablarda ermənilərin Azərbaycan ərazilərinə bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə İran ərazilərindən köçürüldüyü əks edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olub.

Təqdimatda tarixçi alim Alqimantas Liekis jurnalist Qintaras Visotskas mərasim iştirakçılarına Cənubi Qafqaz regionuna maraqlarının səbəblərini izah ediblər Avropada Azərbaycan haqqında qərəzli məlumatlar yayıldığını diqqətə çatdırıblar.

Zabitlər evində baş tutan tədbirdə müəlliflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin nəyə görə Litva tərəfindən diqqətlə öyrənilməli Dağlıq Qarabağın gələcəyi üçün litvalıları narahat etməli olduğuna dəlilər gətiriblər. Onlar, Dağlıq Qarabağın itirilməsini bir vaxtlar Litva, Latviya Estoniyanın itirdikləri ərazilərə bəzədiblər eyni yolla Ukrayna, Gürcüstan, Moldovanın ərazilərinin işğal edildiyini vurğulayıblar.

Tədbirdə Cənubi Qafqazın keçmişinə dair elementar faktların bir çox litvalıların bilmədiyi təəssüf hissi ilə qeyd edilib: hələ XX əsrin əvvəllərində Yerevan (İrəvan) sakinləri arasında azərbaycanlıların çoxluq təşkil etdiyi; Çar Rusiyası özünə sadiqbeşinci kalon” formalaşdırmaq məqsədilə Azərbaycan ərazisində süni şəkildə erməniləri köçürdüyü; 1918-ci ildə ermənilər bolşeviklərlə birlikdə Azərbaycanın müstəqilliyinə qarşı mübarizə apardıqları; 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrində erməni millətçilərinin əllərin olduğunu; bu gün rəsmi Yerevan tərəfindən Dağlıq Qarabağın işğalını - ən böyük səhv hesab edən ermənilərin təqib edildiyi.

Daha sonra Alqimantas Liekis keçən ilin payızında keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumundakı iştirakı, Azərbaycanın regionlarına səfərli ilə bağlı təəssüratlarını bölüşüb. Tarixçi qloballaşmanın çağırışlarına baxmayaraq, milli kimliyin saxlanılması və inkişafı ilə Azərbaycanın ciddi məşğul olmasının onda böyük təəssürat yaratdığını bildirib. O, uzun məsafənin və dini fərqliliyin olmasına baxmayaraq Litva ilə Azərbaycan arasında tarixi oxşarlığın olduğunu qeyd edib.

Jurnalist Visatskas isə uzun illərdi ki, Azərbaycan tarixi ilə məşğul olduğunu bildirib və Bakı, Gəncə, Naxçıvan, Xocavənd, Tərtər, Qubaya səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Kitabların təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdimatla bağlı məlumatlar yerli KİV-lərdə işıqlandırılıb.

 

Xalq cəbhəsi.- 2017.- 3 fevral.- S. 16.