Möhsün Nağısoylunun yeni kitabı Türkiyədə çapdan çıxıb

 

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun yeni kitabı çapdan çıxıb. “Şirazionun Gülşən-i Raz Tərcüməsi” adlı kitab Türkiyənin Ankara şəhərində “Manas” nəşiyyatında işıq üzü görüb.

Şirazi XV əsr Azərbaycan – Türk ədəbiyyatının az tanınmış söz ustalarından biridir. Şairin günümüzə qədər çatmış , təsəvvüf mövzusunda yazdığı türkcə şeirlərinin sayı çox deyildir. Lakin Şiraziyə böyük şöhrət qazandıran əsəri “Gülşəni-Raz “ tərcüməsidir.

Şirazinin XIV əsrin böyük Azərbaycan təsəvvüf şairi Şeyx Mahmud Şəbüstərinin eyniadlı kitabından 1426-cı ildə sərbəst tərcümə yolu ilə türk dilinə çevrilmiş  “Gülşəni – Raz”ı  əsəri təsəvvüf haqqında qələmə alınmış dəyərli mənbədir.

 

Xalq cəbhəsi.- 2017.-4 fevral.- S.13.