Ana dili xalqın ruhu - mənəvi dünyasıdır

 

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə çoxşaxəli fəaliyyəti ilə nəinki respublikamızda, hətta ölkəmizin hüdudlarından kənarda da tanınır. B.Vahabzadə sanki dilimizi qorumaq üçün dünyaya gəlmişdi. Onun 12 cildlik külliyatının tərtibçisi redaktoru R.Qafarlı yazır ki, «bir yas mərasimində ziyalılardan biri danışırdı ki, Sovet hökumətini düzgün olmayan milli siyasət yıxdı. Mən Bakı Dövlət Universitetində çalışırdım. Təhsil ocaqlarında tədrisin ancaq rus dilində aparılması haqqında yuxarıdan tapşırıq alınmışdı. Bu ağrılı məsələyə görə hamı susanda Bəxtiyar Vahabzadə heç nəyin fərqinə varmadan özünü qabağa verdi, xalqımızın dilinə qarşı edilən qəsdin qarşısını aldı...»

Görkəmli dilçimiz professor N.Cəfərov «Bəxtiyar Vahabzadə» monoqrafiyasının «Ana dilimvarlıq möhürüm» adlı fəslində yazır ki, «B.Vahabzadəni millət xadimi kimi həmişə narahat edən ən vacib məsələlərdən biri, bəlkə birincisi ana dilinə münasibət olub; onun çoxcəhətli fəaliyyətinin təkcə bu qeyd edilən tərəfi, əslində kifayət idi ki, adı Azərbaycan tarixində əbədi olaraq qalsın».

Keçən əsrin ikinci yarısında digər həmkarlarına nisbətən Bəxtiyar Vahabzadəni daha çox düşündürən, narahat edən, narazı salan məsələ Azərbaycan dilinin saflığının qorunub saxlanması idi. Şairin yaşadığı Sovetlər dönəmində müttəfiq respublikaların dillərinə münasibət eyni deyildi. Sovetlər İttifaqının rəhbərləri hər kəsin duya bilmədiyi elə incə siyasət yürütməklə türk xalqlarının, xüsusilə azərbaycanlıların dillərini sıradan çıxarmağa çalışırdılar. Əsas sahələrdə rus dilinə üstünlük verilirdi. İranda isə Azərbaycan dilinin vəziyyəti çox acınacaqlı dözülməz idi. Orada Azərbaycan dilində təhsilin olmaması kitab çapına qadağa qoyulması şairə möhkəm toxunurdu. Öz daxili yanğısını «Gülüstan» poemasında ifadə edərək:

Ağalar bilmədi birdir bu torpaq;

Təbriz , Bakı daAzərbaycandır,

Bir elin ruhunu, dilini ancaq

Kağızlar üstündə bölmək asandır

 

- deyən şairi susdurmaq, sözünə yasaq qoymaq mümkün olmadı. Hətta bu poemaya görə onu 1962-ci ildə «millətçi» damğası ilə çalışdığı indiki Bakı Dövlət Universitetindəki işindən azad etdilər, yalnız 2 ildən sonra yerinə qaytarıldı. Bütün bunlar onun iradəsini qıra bilmədi o əqidəsindən dönmədi. O, «Ana dili» şeirində dilimizdə danışmağı özünə ar bilənlərə «Vətən çörəyi sizlərə qənim olsun», - deyir:

Ey öz doğma dilində danışmağı ar bilən

Bunu iftixar bilən

Modalı ədəbazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Qoy bunlar mənim olsun,

Ancaq vətən çörəyi,

Bir ana ürəyi

Sizlərə qənim olsun.

 

Cənubi Azərbaycanda xalqın milli ruhunu qırmaq, xalqımızın milli varlığını danan, xalqımızı farsdan dönmə hesab edən, dilimizi yad kökə bağlamaq istəyən milliyətcə azərbaycanlı alim Yəhya Zəkaya «Cavab» adlı şeirində öldürücü cavab verir.

Ey sözündən əmin, özündən razı,

Yalanı söylədin kimin adından?

Ananın laylası, atanın sazı,

Babanın ocağı çıxdı yadından?

Ana dilinin sıxışdırılması haqqında o zaman hər hansı söz danışmaq, açıq yazmaq qadağan olunsa da, sözlə Sovet imperiyasına vurduğu zərbəyə görə hər zaman nəzarət altında olan B.Vahabzadə repressiyalardan qorxmadan doğma vətənində vətənsizləşdirilən insanların gözünü açmaq, qara qüvvələrin qədim bir xalqın dilini, tarixini mədəniyyətini məhv etməyinə imkan verməmək üçün bu mövzuda «Latın dili» şeirini yazıb. O, bədii suallarla insanlarımızı düşündürməyə məcbur etdi: sözləri bir çox elmlərdə terminləşsə , vətəni, milləti olmayan latın dilinə ölü demək olarmı? Məkrli siyasətlə başqa dillə əvəzlənən xalqın dili diridirmi?

Şair «Alimlərin çiçəklərin, böcəklərin, küləklərin, fələklərin adlarını belə bütün dünya tərəfindən ölü dil sayılan latın dilində yazmasıyla» əslində şeirini tamamlamalıydı. Lakin o, özgə dildə «Mən azadam, mən xoşbəxtəm», - deyən bir natiqi meydana ataraq onu günahlandırmaqla əsl niyyətinə nail olur:

 

Söylə natiq,

İndi nəyə inanaq biz –

Qulağamı,

Ya gözəmi?

Əmələmi,

Ya sözəmi?

«Mən azadam, müstəqiləm» sözlərini

Öz dilində deməyə

İxtiyarın yoxsa əgər,

De, kim sənə azad deyər?..

Cavab almaq məqsədi güdməyən, lakin insanı dərindən düşündürmək qabiliyyətinə malik olan şeirdəki bədii suallar əslində böyük kürsülərdə rus dilində çıxış etmək üçün əldən gedən yüksək vəzifəli məmurlarımıza ünvanlanmışdı. Şair guya hansısa başqa ölkənin əhalisinin halına acıdığını təəccübləndiyini vurğulamaqla əslində xalqımızın dilimizin acı taleyi üçün narahat olduğunu diqqətə çatdırır.

 

Sən dərdə bax,

Vətən var,

Millət var.

Ancaq onun dili yoxdur.

Elə bil ki,

Güzgü kimi, hamar, şəffaf röyalın var,

dili yoxdur...

 

Şair o zaman ölkəmizdə dilimizə qarşı yürüdülən hiyləgər siyasətə qarşı incəliyinə kimi düşünülmüş fikirlərini qoyur bütün varlığı ilə inanır ki, Azərbaycan dilinin müttəfiq respublikaların içərisində olan digər türk dillərinin düşdüyü pis vəziyyətə işarə etdiyini arif oxucuları asanlıqla başa düşərlər.

İndi söylə,

Hansı dilə ölü deyək:

Vətən varkən,

Millət varkən,

Kiçik, yoxsul komalarda

dustaq olan bir diləmi?

Yoxsa, uzun əsrlərdən

keçib gələn,

Xalqı ölən,

Özü qalan bir diləmi?

 

1968-ci ilin yanvarında qələmə aldığı «Mənim anam» şeirində isə şair qəsdən ana ana dili anlayışlarını eyniləşdirir. Savadsız anasını öz əsərlərinin əsl müəllifi hesab edir:

 

Yox, mən heçəm,

Mən yalanam,

Kitab-kitab sözlərimin

Müəllifi - mənim anam!..

 

Şair dil məsələsində heç kəsə güzəştə getmir. Çünki dil insan «ürəyinin açarıdır». O açarı başqasınayada, özgəyə verəndə ondan gözləmək olar? Dilinə xor baxan vətəninə xor baxar. Ana südünü əməndə eşitdiyin laylanı qulaqlarında sırğa etməyənlər üçün heç müqəddəs ola bilməz. Şair yeri gələndə heç ustad Şəhriyarı da bağışlamır, günahını acı da olsa, üzünə deyir:

 

Məni bağışlasın Şəhriyarım da,

Otuz il özgəyə «bəradər» dedi.

Öz doğma yurdunda, öz diyarında

Doğma anasına o, «madər» dedi.

Elə ki, yumruğu yerə dirəndi,

Dərhal yada düşdü doğmaca kəndi.

 

B.Vahabzadənin ana dili ilə bağlı fikirləri təkcə poeziyası ilə bitmir. Onun ana dilimizin saflığının qorunmasına dair publisistik məqalələri var: «Ana dilim – Ana köküm», «Tarix, Dil, Ənənə», «Ana dili», «Dil haqqında sorğu», «Bir daha Ana dili haqqında», «Su başdan bulanar», «Ana diliDövlət dili», «Qatıq qara ola bilməz», «Dil əlifba», «Dilimizin millətimizin adı», «Ana dili, yenə ana dili», «Məmurlar yenə öz övladlarını anadilli məktəblərdə oxutmurlar», «Dildə təbiilik gözəllik», «Dilimizədəbiyyatımız».

Ana dilimizin, Azərbaycançılığın qorunub saxlanmasında Bəxtiyar Vahabzadənin rolu danılmazdır. Onun əvəzsiz rolunu danmaq haqqı tapdamaq qədər böyük günahdır. Özünün «Ana dili» şeirində dediyi kimi:

 

Bu dilbizim ruhumuz, eşqimiz canımızdır,

Bu dilbir-birimizlə əhdi-peymanımızdır.

Bu diltanıtmış bizə dünyada hər şeyi.

Bu diləcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiztək

Qoruyub, nəsillərə biz hədiyyə verək

 

Aqil Cəfərov

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq cəbhəsi.- 2017.- 8 fevral.- S.14.