“Azərbaycan Uşaq Ədəbiyyatı
Antologiyası”
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən azyaşlı və məktəbli oxucuların mütaliəsini artırmaq, ölkəmizdəki dövlət kitabxana fondlarının uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsini təmin etmək məqsədilə “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi nəşr olunub. Nazirlikdən bildirilib ki, kitabın birinci cildi bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən (laylalar, oxşamalar, sanamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr, rəvayətlər, qaravəllilər, nağıllar) seçilərək tərtib edilib. Toplu bədii materialların xronoloji ardıcıllığı gözlənilməklə hazırlanıb.
Kitabın Azərbaycan klassik və müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri
toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki müasir
günümüzdə az istifadə olunan və ya istifadə olunmayan söz və ifadələrin
izahları verilib.
Yazıçı-şair Qəşəm İsabəylinin tərtibçisi
və redaktoru olduğu
antologiya “Renessans-A” nəşriyyat
evində yüksək poliqrafik keyfiyyətlə
çap edilib. “Azərbaycan
Uşaq Ədəbiyyatı
Antologiyası” ikicildliyi Mədəniyyət
və Turizm Nazirliyinin
tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Xalq cəbhəsi.-
2017.- 9 fevral.- S.16.