“Azərbaycan yurdum
mənim”
“Gəncliyin səsi” festivalı
çərçivəsində Gənc
Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya
Akademiyasının təqdimatında “Azərbaycan yurdum mənim”
rəqs-tamaşa nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, rəqs-tamaşa 16 rəqsdən ibarət olaraq, Azərbaycanda yaşayan bir çox azsaylı xalqların rəqslərini, o cümlədən “Qobustan”, “Sarı gəlin”, “Cəngi”, “Qazağı”, “Uzundərə”, “Qaytağı” və digər rəqsləri özündə cəmləşdirib.
Tamaşanın müəllim-xoreoqrafları Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kamilə Əliyeva, Xalq Artisti Yusif Qasımov, Əməkdar artistlər Səbinə Qasımova və Sənan Hüseynlidir. Rəqs-tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tam orta, orta ixtisas, bakalavr və magistratura pillələrinin tələbələri iştirak edib.
Qeyd edək
ki, “Gəncliyin səsi” festivalı Mədəniyyət
və Turizm Nazirliyi və
Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin (ASAN
xidmət) birgə təşkilatçılığı ilə
reallaşıb.
Xalq cəbhəsi.-
2017.- 2 fevral.- S.16.