Ustadla görüş

 

Gədəbəy Aşıq MəktəbindəUstadla görüşsilsiləsindən növbəti tədbir tanınmış el sənətkarı Aşıq Sədaqət Gədəbəyliyə (Rəsulov) həsr olunub.

Mədəniyyət Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ustad aşıq xatirələrini dilə gətirib, sənətin sirlərini öyrəndiyi azman sənətkarlardan söz açıb. O, Azərbaycan aşıq sənətinə göstərilən dövlət dəstəyindən danışıb, bu sənətin indən belə çox-çox yüksəklərə qalxacağını, bu istiqamətdə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü söyləyib.

Tədbirdə çıxış edənlər bildirib ki, ötən əsrin 70-90-cı illərində Azərbaycanda, eləcə keçmiş İttifaq tərkibindəki bir sıra müttəfiq respublikalarda təşkil edilmiş konsertlərdə, yaradıcılıq müsabiqələrində fəal iştirak edən aşığın bir neçə diski, valı da hazırlanıb.

Görüşdə Aşıq Sədaqət Gədəbəyli unudulmaqda olan el havacatlarını, vaxtilə səsləndirdiyi o dövrdə populyar olmuş aşıq havalarını ifa edib, sənətin incəlikləri haqqında gənclərə tövsiyələrini verib.

 

Xalq cəbhəsi.- 2017.-9 fevral.- S.16.