“Azərbaycan muğamı
miniatürlərdə”
AMEA Mərkəzi
Elmi Kitabxanasında
(MEK) “Bir kitabın izi ilə. Azərbaycan muğamı
miniatürlərdə” başlığı
altında təqdimat mərasimi keçirilib.
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun mətbuat xidmətindən verilən
məlumata görə,
tədbiri açan
MEK-in beynəlxalq və
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Mübariz Göyüşlü
belə təqdimatların
artıq ənənə
halı aldığını
və elmi ictimaiyyətin böyük
marağına səbəb
olduğunu bildirib.
Mübariz Göyüşlü
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun əməkdaşı,
qocaman rəssam Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” adlı
kitabının milli musiqimizin dünyaya tanıdılmasında əhəmiyyətli
rol oynaya biləcəyini vurğulayıb.
MEK-in Kitabxana-Xidmət
şöbəsinin müdiri
Aygün Səfərova
“Azərbaycan muğamı
miniatürlərdə” kitabını
elektron lövhədə
təqdim edib.
Kitabın müəllifi, tanınmış
rəssam Fəxrəddin
Əli kitabın ərsəyə gəlməsindən,
muğamın keçdiyi
uzun tarixi yoldan danışıb. O, Azərbaycan
muğamlarının islam mədəniyyətinin
məhsulu olması fikrini təkzib edərək, onların kökünün daha dərinlərə - Babil-şumer
mədəniyyətinə gedib
çıxdığını vurğulayıb.
Rəssam kitabın çapına
AMEA rəhbərliyinin, xüsusilə
akademiyanın prezidenti,
akademik Akif Əlizadənin xüsusi qayğı ilə yanaşdığını diqqətə
çatdırıb.
Fəxrəddin Əli Şəhriyar, Xaqani, Əliağa Vahidlə bağlı kitablarını da MEK-ə
hədiyyə edəcəyini
qeyd edib. O, hazırda
Nizami Gəncəvi haqqında kitab üzərində işlədiyini
və artıq əsərin xeyli hissəsini tamamladığını
bildirib.
Türkiyənin Qars Universitetinin professoru, kitabın məsul redaktoru Rafiq İmrani çıxışında kitabı
çap etməkdə
məqsədin muğamı
sadə və görünən formada insanlara çatdırmaq olduğunu qeyd edib.
Rafiq İmrani hazırda “Türk dünyası aşıq sənəti ensiklopediyası”
və iki cildlik “Muğam ensiklopediyası” üzərində
çalışdığını, onları bitirdikdən sonra MEK-ə hədiyyə
edəcəyini deyib.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru
Leyla İmanova MEK-də
Azərbaycanın təbliğinə xidmət edən
çoxsaylı işlər görüldüyünü
qeyd edib. MEK-in Milli Rəqəmsal Yaddaş
(MRY) bazası haqqında məlumat verən direktor
deyib ki, məqsəd
Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin
inkişafına verdiyi töhfələr
barədə Azərbaycanda və ölkəmizin
hüdudlarından kənarda mövcud olan bütün məlumatları
toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq,
elektron kataloqa salmaq, arxivləşdirmək, yerli
və dünya oxucusunun,
tədqiqatçılarının istifadəsinə verməkdir.
Xalq cəbhəsi.- 2017.- 11 fevral.- S.16.