Bütöv Azərbaycan düşüncəli
roman
Nizami Muradoğlunun romanları başqalarından nə ilə fərqlənir? Bu suala cavab axtararkən mərhum Yaşar Qarayevin fikri yadıma düşdü:
“Romanı başqa nəsr formalarından ayıran xüsusiyyət kimi ən çox
“həcm” amilini qeyd edirlər. Ancaq həcmdən danışmaq
qaçılmazdırsa, onda
romanın öz həcmindən, ölçülərindən
deyil, romanda əhatə olunan həyat materiallarının,
problemin miqyasından və ölçülərindən
danışmaq daha doğru olar”.
N.Muradoğlunun “Baba ocağı” əsərində
“həyat materialları,
problemin miqyası” son
dərəcə genişdir. Roman siyasi-ictimai həqiqətləri
o qədər reallığı
ilə əks etdirir ki, hətta
bu əsəri dövrün canlı salnaməsi, tarixi sənədi hesab edə bilərik.
Romanda cərəyan edən hadisələr Əylis kəndinin tarixi həqiqətləri ilə
bağlı olsa da, əslində bütün Azərbaycan gerçəkliklərini özündə
əks etdirir.
Ocağın müqəddəsliyi
artıq bizə qan və gen yaddaşı ilə qərinələrdən bəri
aşılanıb. Qədim
hunlarda belə bir deyim vardı:
“Düşmən dövlət
xaqandan mal, pul, hətta kəniz istəyir... Xaqan bunların hamısını
peşkəş edir.
Ancaq qayasından bir parçanı istəyəndə
qılıncını sıyırıb
müharibə edir.
Çünki o qaya parçası
ata ocağının
əmanətidir, nəsillərə
əmanət olaraq verilib. Kiməsə bağışlamağa heç kəsin haqqı yoxdur. Bu tarixi həqiqət Türk Dünyasının
gen yaddaşında əsrlər
boyudur yaşayır və xalqın dilində “Torpaqdan pay olmaz” ifadəsi ilə sabitləşib. Ata ocağı – ataların
ruhunu daşıyan ocaqdır. O ocaq sönərsə, türkün
böyük hünəri
məhv olar, xalqları isə yaşadan onların milli ruhudur.
N.Muradoğlunun romanından
doğan həqiqətlər
bunlardır: torpağın,
ata ocağının
müqəddəsliyi, milli
ruhun möhtəşəmliyi,
Azərbaycan türkünün
müqəddəs dünyası,
tarixi düşmənlərin
çirkin niyyətlərinin
açılıb göstərilməsi
və s. Bu həqiqətləri
oxucusuna çatdırmaq
üçün müəllif
tarixi keçmişimizlə
bağlı hadisələri
axtarıb tapır, o dövrdə yaşamış
insanların taleyini izləyir. Düşmənlərin
çirkin xislətini
canlandırır, onların
məkrli niyyətlərini
poetik dillə romanda açır:
Vay olacax, qan olacax,
Bakı Hayıstan olacax.
Az kaldı,
Az kaldı.
Lap az
kaldı,
Can, ay can...
Eləcə də başqa bir poetik nümunədə:
Daşnak keçir,
yan görünür,
Hər tərəf
al qan görünür,
Hər kimin qarnı ağrıyır,
Orda Şaumyan görünür.
Bu kimi çirkin niyyətlər
üstündə köklənən
qarı düşmən
zaman-zaman müxtəlif
maskalarla məişətimizə
soxulub və “ata ocağımızı”
yıxmaq üçün
əlindən gələni
edib. “Baba ocağı” romanında hadisələr
dramatik inkişaf edir. Bir tərəfdən düşmənin
hiylələri, başqa
tərəfdən də
yerli camaatın fədakarlığı... Demək olar,
dünyanın heç
bir yerində belə taleyi yaşayan xalq yoxdur. Düşmən ocağının başında yuva salır, sənin könlünü alır,
fürsət düşən
kimi xəncəri arxadan kürəyinə saplayır. Romanda olan Akop, Stepan kimi erməni
surətləri dövrün
siyasi həqiqətlərini
əks etdirmək baxımından çox əhəmiyyətlidir. Onların düşüncəsi,
anti-türk əhval-ruhiyyələri,
aralarında yaşadıqları
xalqa pis gözlə baxmaları, məkrli niyyətləri əsil erməni xislətinin ifadəsidir.
Onların çirkin niyyətləri
qarşısında dayanan
Dadaş kimi azərbaycanlı obrazı,
onların yaşadığı
tale, Vətənə, elə,
obaya olan məhəbbəti, yüksək
sənətkarlıqla ifadə
olunub. İlk baxışdan hadisələrin
cərəyan etdiyi yer Əylis kəndidir. Ancaq sonrakı səhnələrdə
görürük ki, bu əsrarəngiz kəndin simasında bütün Azərbaycanın
taleyi bədii lövhələrlə ifadə
olunur.
Romanda Bütöv Azərbaycan düşüncəsi var,
Əylis isə o möhtəşəm varlığın
bir hissəsidir. Romanda olan
poetik nümunələrə
gəlincə, əsərdəki
şeir nümunələri
N.Muradoğlunun poetik düşüncəsində hansı
notların olmasını
ifadə edir. Elini, obasını dərin məhəbbətlə
sevən müəllif
“Baba ocağının” başına
gələn hadisələri,
tarixin keşməkeşli
dövrlərində azərbaycanlıların
yaşadığı müsibətləri
həyəcanla qələmə
alıb, onları bir daha yaddaşlarda
yaşatmağa cəhd
edib. Başqa şeir nümunəsində
müəllif çirkin
erməni xislətinin
poetik ifadəsini verib:
Zoru görcək erməni,
Atdı, qaçdı xərməni.
Bu satqınlıq
ki onda var,
Alçaqlıqdır nədəni.
Zülmə tabe olan erməni
türkün hünərini
görcək canına
qorxu düşür. Özü də
yaxşı bilir ki, xainliyin cəzası
çox ağır olur. Ona görə də
türkün adı belə gələndə əsməyə başlayır.
Ermənilərin bu xislətini romanda sənətkarlıqla əks
etdirən müəllif
həm də poetik nümunələrdə
deyilənləri əks
etdirib:
Xan dığanı
danladı,
Dığa işi anladı.
Eşşək kimi anqırdı,
Xoruz kimi banladı.
Tarix boyu ocağımızın
başında oturan “dığalar” milli adət-ənənələrimizə hörmətlə yanaşmaq
əvəzinə, onlara
həqarət edib, təxribatlar törədirlər. Buna görə də yerli əhali arasında özlərini hörmətdən salırlar.
Novruz bayramının təntənəli
keçməsinə mane olan
Anastas adlı erməni bayramda xan seçilmiş şəxs tərəfindən
təxribat törətdiyinə
görə cəzalandırılır.
Müəllif həmin səhnələri
poetik lövhələrlə
təsvir edir. Romanda verilən şifahi xalq ədəbiyyatı nümunələri
təsvir olunan hadisələrin pafosunu daha da canlandırır:
Küləyi əsən
dağlar,
Yolumu kəsən
dağlar,
Dərd əydi,
mən qocaldım,
Sən elə osan, dağlar!
Əsərin qəhrəmanı bu bayatını Əylis kəndinin ətrafında
olan Ələngəz
və Kəmki dağlarına üz tutaraq deyir. Keşməkeşli tarixi anlar yaşamış
Əylisin ürəyindən
qanlar axır, ancaq onun gözəlliyinə
rəng verən dağlar yenə də qəddini əymədən vüqarla
durublar. O dağlar
məğrur Əylis
camaatının əyilməz
vüqarının şahidləridir.
N.Muradoğlunun romanda işlətdiyi
poetik nümunələr
yerində, məqamında
seçilmiş nümunələrdir.
Həmin
poetik nümunələr
romanın süjet xəttindən doğan və təhkiyəyə qüvvət verən əsas amillərdəndir.
Xüsusilə bayatılardan
seçilmiş bu nümunələr ümumi
dinamikanı tamamlayır,
oxucuda dərin təsürat yaradır:
Analar yanar ağlar,
Dərdini sanar ağlar,
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Bu bayatı
romanın ümumi təhkiyəsindən doğan
bir qəlbin sızıltısıdır. Sanki müəllif anlayır ki, romandakı pafosu gücləndirmək
üçün belə
bayatıya ehtiyac var və həmin
bayatını böyük
ustalıqla yerli-yerində
işlədir. Müəllifin təsvirlərində xalq
adətləri, mərasimləri
də var. Həmin mərasimləri tam təfsilatı
ilə oxucusuna çatdırmaq üçün
mərasim iştirakçılarının
dedikləri şeirləri
olduğu kimi romanın süjet xəttinə daxil edir. Yazıçının təsvirlərində xalqımızın başına
gələn müsibətlər
vaxtilə haqq yolunda şəhid olanların müsibətləri
ilə paraleldir.
Sanki həyatın ümumi ahəngindən doğan ilahi hikmətlər aydın olur. Nasirin təsvir etdiyi
hadisələr qanlı-qadalı
illərə təsadüf
edir və məkrli düşmənlər
əllərində olan
bütün imkanlardan
istifadə etməklə
xalqımızın başına
müsibətlər gətirir.
Nizaminin qələmində milli birliyə, milli saflığa çağırış
var. O xalqı həmişə
siyasi cəhətdən
sayıq və fəal olsun. Çünki hələ də torpaqlar işğal altındadır, milli faciə davam edir. Mən kitabın təqdimatında
da dedim,
Nizami Muradoğlunu dilləndirən onun vətənpərvərliyidir. Nasirin dünyagörüşündə
doğulduğumuz, yaşadığımız
torpaq “Baba ocağı”dır,
müqəddəsdir. O müqəddəsliyi qoruyub
saxlaya bilsək, tarixdə var olacağıq. Əgər bunu bacarmasaq,
daim kölə olaraq qalacağıq.
Atalarımızdan miras
qalmış geniş
coğrafi əraziyə,
“baba ocağı”na hakim deyilik. Torpaqlarımızın böyük bir
qismində dığalar
at oynadıb “Böyük
Hayastan” qurmaq istəyindədir. O yerlərdə
“baba ocağımız”
sönüb... biz kiçilmişik...
babalarımızdan qalan
“ocaqlarımıza” sahib çıxa
bilməmişik... Muradoğlunu bu acı həqiqətlər
düşündürür. Muradoğlu milli ruhumuzun güclənməsini düşünən
yazıçımızdır. O Azərbaycanımızı möhtəşəm görmək
istəyir. Onun toxunduğu mövzular bu günümüzün faciəsindən və tarixi keçmişimizlə
bağlı acı həqiqətlərdən qaynaqlanır:
Əylisdə talan oldu,
Qarabağ yalan oldu,
Gedənlər qayıtmadı,
Qalanlar nalan oldu...
Muradoğlu həmin qalanların “naləsindən” yazır. Yazır
ki, dərdi unutmayaq, gələcəyimizi
bu gün quraq, sabaha alnı
açıq, üzü
ağ gedək.
Muradoğlu sözünü “silaha, mərmiyə” çevirən nasirlərimizdəndir.
Onu düşündürən bütün
mövzular ümumxalq
kədərindən qaynaqlanır.
“Baba ocağı” romanından
doğan ideyalar bunlardır: tarixi yaddaş, baba ocağına müqəddəs
münasibət, onun uğrunda şəhidliyə
hazır olmaq, bu torpaqları cənnətə çevirmək,
canımızla, qanımızla
qorumaq. Yalnız bundan sonra ona
Vətən demək haqqını qazanmaq!...
Sənan İbrahimov
Professor
Xalq cəbhəsi.-
2017.- 11 fevral.- S.14.