Uşaq musiqi və incəsənət məktəblərinə metodiki dəstək davam edir

 

Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin planına uyğun olaraq müəssisənin əməkdaşları uşaq musiqi incəsənət məktəblərinə elmi-metodiki kömək göstərmək məqsədilə Ağdaş Göyçay rayonlarına ezam olunublar.

Nazirlikdən bildirilib ki, bölgələrdə ardıcıl keçirilən tədbirlərdə həmin rayonların uşaq musiqi incəsənət məktəblərinin müəllim şagird heyəti iştirak edib. Geniş fikir mübadiləsi ilə keçən tədbirlərdə məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Metodiki kömək çərçivəsində məktəblərin rəhbərlərinə Elmi-Metodiki Mərkəz tərəfindən keçirilən tədbirlər, görülən qarşıda duran işlər barədə məlumat verilməklə yanaşı, həm yeni tədris proqramları metodiki vəsaitlər təqdim olunub.

Həmçinin mərkəzin planına uyğun olaraq Göyçay rayonunda yerləşən mədəniyyət müəssisələrində İKT potensialının istifadəsi ilə bağlı səyyar seminarlar da təşkil olunub.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin sektor müdiri Toğrul Hidayətzadə mədəniyyət müəssisələrində internetdən İnternet Explorer” proqramından istifadə qaydaları haqqında ümumi məlumat verib.

Seminar çərçivəsində iştirakçıların İKT təbliğat sahəsində sualları cavablandırılıb, bu sahəyə aid bəzi tövsiyə tapşırıqlar verilib.

Mədəniyyətin təbliğindəFacebooksosial şəbəkəsinin rolu təhlükəsiz istifadə qaydaları”, həmçininMədəniyyət müəssisələrində İKT-nin tətbiqi üzrə ilkin bilikləradlı metodiki vəsaitlər iştirakçılara təqdim olunub.

 

Xalq cəbhəsi.- 2017.- 17 fevral.- S.16.