Yeni milli film təqdim olunub

 

Nizami Kino MərkəzindəƏr quyusuadlı filmin təqdimatı keçirilib. Filmi yazıçı Səidə Haqverdiyeva müəllifi olduğuQara qızın qara bəxtihekayəsinin motivləri əsasında ekranlaşdırıb.

Təqdimat mərasimində bədii filmin quruluşçu rejissoru ssenari müəllifi Səidə Haqverdiyeva çıxış edərək ekran əsərinin çəkilişlərinin 5 gün ərzində aparıldığını söyləyib. Qeyd edib ki, xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə Bakıda həyata keçirilib.

Daha sonra film nümayiş olunub.

Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

90-cı illərin həyat tərzi münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Filmdə 6 qızı olan sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın bütün bunların fonundaevdəqalmışdamğası alan qızların dramını sarkazmla ekrana köçürülüb. Tamaşaçı filmdə həm yaxın keçmişə səyahət edib, həm özünün aktuallığını qoruyan qızların ərə getməmək məsələsini fərqli baxış bucaqlarından gülərək düşünərək izləyib.

Komik hadisələrlə zəngin filmdə rolları Əməkdar Artist Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov Gülnarə Abdullayeva ifa ediblər.

 

Xalq cəbhəsi.- 2017.- 17  fevral.- S. 16.