Qaradağlı faciəsindən
25 il ötdü
Esmira Orucova: “Məqsəd
Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla
Xankəndi arasındakı əlaqəni kəsmək idi”
Qarabağ müharibəsi zamanı Azərbaycan bir sıra dəhşətli hadisələrin şahidi olub. Biz ədsasən Xocalı soyqırımının üzərində dayansaq da, 1992-ci il fevralın 17-də erməni təcavüzkarlarının törətdiyi Qaradağlı faciəsi öz dəhşəti ilə Xocalı qətliamından heç də geridə qalmır. 1992-ci il fevralın 17-də ermənilər Xocavənd rayonunun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər.
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirdi ki, Qaradağlı faciəsi dəhşətli bir mənzərədir və Qarabağ müharibəsi zamanı yaşanan ən ağır qətliamlardan biridir. O bildirdi ki, təşkilat olaraq hər il bu faciənin ildönümünü qeyd edirlər. Onun sözlərinə örə, 2 oktyabr 1991-ci ildə Xocavənd rayonu erməni işğalçıları tərəfindən işğal olunsa da, heç bir silah-sursatı olmayan Qaradağlı kəndinin sakinləri 17 fevral 1992-ci ilə kimi müasir hərbi texnika ilə təhciz olunmuş düşmənə qarşı müqavimət göstərərək doğma kəndlərini qəhrəmanlıqla müdafiə ediblər: “1992-ci il fevral ayının 15-də erməni hərbi quldur birləşmələri, ermənilər yaşayan kəndlərin sakinləri, muzdlu döyüşçülər, Xankəndində yerləşən 366-cı motoatıcı alayın hərbçiləri 5 istiqamətdən kəndə hücuma keçiblər. Onların məqsədi yeganə gediş-gəliş yolu olan Qaradağlı kəndini zəbt etmək və azərbaycanlılarla Xankəndi arasındakı əlaqəni kəsmək idi. Qəhrəman Qaradağlı sakinləri azərbaycanlı qanına susamış, müasir tipli texnika ilə təchiz olunmuş erməni təcavüzkarlarının və onların havadarlarının hücumlarına 2 gün sinə gəriblər. Ağdama, Bakıya kömək üçün müraciət etsələr də, o vaxtki hakimiyyətin səriştəsizliyindən ölümlə üzbəüz duran qaradağlıların səsinə səs verən olmayıb. Fevral ayının 17-də səhər tezdən kənd sakinlərinin sursatı tamamilə tükəndiyi üçün ermənilər istədiklərinə nail olub, Qaradağlı kəndini işğal ediblər. İşğal günü kənddə 118 nəfər olub. Onların hər biri əsir və girov gtötürülüb”.
E.Orucova dedi ki, əsir və girov götürülmüş şəxslərdən 66 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 52 nəfər isə qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dəhşətli işgəncələrə və qeyri-insani rəftara məruz qaldıqdan sonra azad ediliblər: “...
Qaradağlıda 43 ailə öz başçısını itirib, 140 uşaq yetim qalıb. 78 nəfər dinc sakin qətlə yetirilib, bu da kənd sakinlərinin hər 10 nəfərindən biri deməkdir. Onlardan 10-u qadın, 8-i isə asyaşlı olub. 6 nəfər isə itkin düşüb.
Qaradağlı faciəsi zamanı 9 nəfər – Axundov Hafiz Elmaz oğlu, Əliyev Vətən Əmirxan oğlu, Əliyev Zakir Kərəm oğlu, Əmrahov Nəsir Nurəddin oğlu, Vəliyev Füzuli Cavad oğlu, Hüseynov Əbülfət Mehman oğlu, Dadaşov Mikayıl İslam oğlu, Kərimov Firdovsi Azay oğlu, Mustafayev Malik İslam oğlu şahid ifadələrinə əsasən əsir götürülüb. Qarşı tərəf faktları inkar etdiyi üçün onları bu günə kimi qaytarmaq mümkün olmayıb”.
Təşkilat sədri əlavə
etdi ki, hər il olduğu kimi bu il
də Qaradağlı soyqırımının 25-ci ildönümü ilə əlaqədar beynəlxalq
təşkilatlara müraciət ünvanlayıb. O vurğuladı ki, “Həsrət
Yolu” Əsir və Girovlara
Kömək İctimai Birliyi
bununla bağlı müraciət qəbul
edib müraciəti Qaradağlı
soyqırımı zamanı əsir və girov
götürülmüş şəxslərin
qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi
məqsədi ilə regional sülh və təhlükəsizliyi ciddi
təhdid altına qoyan
işğalçı Ermənistana təsir göstərmək
üçün BMT-nin
Təhlükəsizlik Şurasına, BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarlığına, Avropa
Komissiyasına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatına, ATƏT-in Minsk
qrupunun həmsədri olan
ölkələrin başçılarına, Beynəlxalq
Qızıl Xaç Komitəsinə
göndərib.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov isə qeyd edib ki, 1992-ci il fevralın 17-də erməni millətçiləri keçmış sovet ordusunun 366-cı motoatıcı alayının köməyi, Ermənistanın silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırım törədiblər. Ancaq Qradağlının qara günləri hələ bir qədər əvvəl başlamışdı: “1990-cı il noyabrın 24-də 3 nəfər Qaradağlı kənd sakini Xocavənd-Xankəndi yolunun 6 kilometrliyində ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq baş verən hadisələr böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi.
1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, 1 nəfər öldürüldü, 4 nəfər yaralandı, sonradan onlardan 2-si aldığı yaralardan dünyasını dəyişdi. Daha sonra ermənilər martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər.
1991-ci il iyunun 27-28-də Xocavənd rayonunda ermənilərin “Qarabağ” terror təşkilatının üzvləri Qaradağlı kəndinə hücum edərək Vərəndəli fermasında 6 nəfər kənd sakinini (3 nəfər qadın olmaqla) diri-diri yandırmışdılar. Bunun ardınca isə, sentyabrın 8-də ermənilər Qaradağlı kəndində 3 nəfər kənd sakininin üzərinə dizel yanacağı tökərək yandırıb, 2 nəfərin isə başını kəsiblər. Elə həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobusun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 8 nəfər həlak oldu, 42 nəfər yaralandı. Ümumilikdə, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.
1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Bu qanlı hadisələr Xankəndində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı və 81-ci alayının iştirakı ilə həyata keçirilmişdi. Fevralın 13-17-də erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülüb. Kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnib, eyni zamanda öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar”.
Onun sözlərinə görə, əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürüldü və hamının gözü qarşısında güllələndi: “İki nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif dövrlərdə şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil. Xankəndi və Əsgəranda 2 aydan artıq saxlanılan 54 nəfərdən 18-i əsirlikdən qayıtdıqdan sonra ermənilərin verdikləri ağır işgəncə və əzabların nəticəsi olaraq vəfat etdi. Əsrlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin zorla çıxardılması, ac-susuz saxlanılması, işgəncə verilərək öldürülməsi insanlığa qarşı törədilmiş ən ağır cinayət hadisəsi idi.
Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb... Öldürülənlərdən 21 nəfəri ahıl və qocalardır...
Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə apardı. Qeyri-bərabər döyüşlərdə biri qadın olmaqla 14 nəfər həlak oldu. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü. İşğal nəticəsində Qaradağlıda 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və çoxlu sayda digər sosial obyektlər dağıdılıb.
Qeyd etmək vacibdir ki, Xocavənd rayonunun ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri məhz Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qarabağlı kəndi Xankəndi yolunun üstündə yerləşirdi. 1988-1992-ci illərdə erməni silahlı dəstələri bu yoldan keçməyə cürət etməyərək digər erməni kəndlərindən keçib getməli olurdular. Vətəni kömək olmadan müdafiə edən qaradağlılar doğma yudun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.
Qaradağlıda və Yuxarı Qarabağın digər yaşayış məntəqələrində erməni vandallarının törətdikləri soyqırım və dağıntılar xalqımızın qan yaddaşına əbədi yazılaraq hər bir azərbaycanlı tərəfindən heç vaxt unudulmamalı, haqq mübarizəmizdə bizdə vətənpərvərlik ruhunu daim yüksəltməyə və vətən yolunda qeyri-bərabər döuüşlərdə şəhid olaları hər zaman qəhrəman kimi xatırlamağa səsləyir”.
Əli
Xalq cəbhəsi.-
2017.- 18 fevral.- S.9.