Qarabağ Azərbaycanın
əzəli torpağıdır
1-ci yazı
Ermənilər “Böyük Ermənistan” adıyla dünyaya cəfəng iddialarını sırımağa çalışırlar. Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı ermənilərin “özününküləşdirmə” siyasətinin isə heç bir əsası yoxdur. Qasım Hacıyev və Əyyub Əbdüləzimovun araşdırmasında vurğulanır ki, Azərbaycan Respublikasının Qarabağ regionunda mövcud olan Azıx mağarası ən qədim insan məskənlərindən biridir. Azıx mağarası (“Azıx” - qədim türk dillərində “ayı” deməkdir) -Azərbaycan Respublikası ərazisində ən iri karst mağarasıdır: “Mağara Füzuli şəhərindən 14 km şimal-qərbdə, Xocavəndə yaxın ərazidə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdədir. Azıx mağarası arxeoloji cəhətdən 1960-cı ildə öyrənilib. Mağara Paleolit (qədim daş) dövrünə aid nadir abidələrdən biridir. 1968-ci ildə Azıx mağarasında tapılmış Aşel dövründə yaşamış ibtidai insanın çənə sümüyünün bir hissəsi Azərbaycanm ən qədim insan məskənlərindən biri olduğunu sübut etməyə imkan verib.
Mağarada qalınlığı 10-14 metr olan
10 mədəni təbəqə yerləşir. Mağaradan 15
mindən çox daş məmulat aşkar edilib. Azərbaycan ərazisində
təqribən 2 milyon il bundan əvvəl
yaşayış olduğunu sübut edən Azıx
mağarası ən qədim insanlardan birinin -
azıxantropların məskəni olub.
Tağlar mağarası - paleolit dövrünə aid
arxeoloji abidədir. Abidə Azərbaycan Respublikasının
Xocavənd rayonu ərazisində Quruçayın sol sahilindədir.
Tağlar mağarası Mustye abidələri
içərisində çoxtəbəqəli nadir
düşərgələrdəndir. Tağlar
mağarası bir-birinə bağlı təbii salonlardan ibarətdir.
İbtidai insanlar bu salonda yaşayıblar.
Tağlar mağarasında altı mədəni
təbəqə aşkar edilib. Mədəni təbəqələrdən
beş minə yaxın daş məmulat və
altı mindən çox fauna qalığı
tapılıb”.
Şuşa
“mağarası” - Azərbaycan Respublikasının Şuşa - Pənahabad şəhəri
yaxınlığında Daş dövrünə aid abidədir.
Mağara Zanslı (Daşaltı) çayının dərəsində
dəniz səviyyəsindən 1400 m yüksəklikdədir:
“Cıdır düzü”nün altında yerləşir. Mağaranın uzunluğu 125 metr, eni 20 metr,
hündürlüyü 10 metrdir. Kəlbəcərin
qayaüstü təsvirləri - Azərbaycan
Respublikasının Kəlbəcər rayonunun Qaragöl və
Zalxa gölləri sahillərində,
Ayıçınqılı və Pəriçınqılı
dağlarında qayalara həkk edilmiş təsvirlərdir.
Şortəpə - Azərbaycan Respublikasının Bərdə
şəhərinin 5-6 km-də Şatırlı kəndi
yaxınlığında qədim şəhər yeridir. Kültəpə
- Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli
kəndi yaxınlığında çoxtəbəqəli qədim
yaşayış yeridir. Uzuntəpə - Füzuli şəhərinin
8-10 km şimal-şərqində Köndələnçayın
sağ sahilində ilk tunc dövrünə (e.ə. 3-cü
minillik) aid abidədir. Xantəpə - Füzuli
şəhərinin cənub-şərqində e.ə. 5-ci-2-ci
minilliklərə aid çoxtəbəqəli
yaşayış yeridir”.
Yedditəpə Füzuli şəhərindən 6 km
şimal-şərqdə, Mirzəcamallı kəndi
yaxınlığında tunc dövrünə aid arxeoloji abidədir. Qaraköpəktəpə -
Füzuli şəhərinin yaxınlığında Köndələnçayın
sağ sahilində çoxtəbəqəli qədim
yaşayış yeridir. Çardaqlı abidələri Beyləqan
rayonunun Aşağı Çəmənli kəndindən 1,5 km qərbdə qədim yaşayış
yeridir. Çalağantəpə Ağdam rayonu ərazisində
qədim yaşayış yeridir. Xocalı
qəbiristanlığı Xocalı şəhəri ərazisində
son tunc və ilk dəmir dövrünə (e.ə. 13-7-ci
yüzilliklər) aid arxeoloji abidə kompleksidir. Üzərliktəpə Ağdam şəhərində
orta tunc dövrünə (e.ə. 2-ci minilliyin birinci
yarısı və ortaları) aid arxeoloji abidədir və s.
Araşdırmaçılar
vurğulayırlar ki, Qarabağ regionu türk
etnoslarının qədim yaşayış məskənidir:
“Azərbaycanın Qarabağ regionu siyasi cəhətdən
1-3-cü yüzilliklərdə alban
arşaklılarının hakimiyyəti altında olub. Qarabağ regionunda ilkin tayfa ittifaqlarının
yaranması prosesi geniş bir dövrü əhatə edib.
Ərazi sıx məskunlaşıb. Burada tarixə məlum olan və məşhur ənənələr
yaratmış bir çox tayfalar yaşayıb. Bunların sırasında qədim türk
tayfaları - utilər, qarqarlar, sovdeylər və hurritlər
daha çox tanınıb.
Qarabağ regionunda yerli türk mənşəli oturaq əkinçi
əhali ilə bərabər köçəri türk
tayfaları da məskunlaşıb. Bizim eradan əvvəl
1-ci minillikdə onlar Kür və Araz hövzəsini
tutmuşdular. Qaynaqlarda adlan çəkilən
bu sak, massaget tayfaları Azərbaycan ərazisinə, həmçinin
Qarabağa e.ə.7-ci yüzillikdə gəlib, bu ərazilərdə
məskunlaşıb, tədricən yerli türk tayfalan ilə
qaynayıb qarışıblar. Azərbaycanın
digər əraziləri kimi Qarabağ regionu da qədim
dövrlərdən etibarən intensiv olaraq yazılı mənbələrdə
e.ə.4- cü yüzillikdə adı çəkilən Azərbaycan
Albaniyasının tərkibində olub.
Qarabağ ərazisində erkən antik dövrdə (e.ə.4-cü,
1-ci yüzillikdə) cəmiyyətin inkişafı, təsərrüfatın
və ticarətin yüksəlişi baş verib. Burada iri
yaşayış məskənləri və şəhərlər
yaranıb. Həmin dövrdə ictimai
münasibətlər xeyli inkişaf edib. Yunan-Roma
müəllifləri Azərbaycan Albaniyası ərazisində
məskunlaşan tayfalar haqqında maraqlı məlumatlar
veriblər. Strabon bildirir ki, Albaniyada 26
tayfa var idi.
E.ə. 2-ci yüzillikdə Albaniyanın tərkib hissəsi
olan Qarabağın köklü sakinləri Azərbaycan
türkləridir. Türklər Cənubi Qafqazın cənub-şərqi
əyalətlərinin, Kür və Araz çayları
arasındakı ərazilərin - Qarabağ regionunun yerli əhalisidir”.
Ön
Asiyada qədim tayfalar, tayfa birlikləri və dövlətlər
(e.ə. IV-II minilliklər): “Qarabağ ərazisinin əhalisinin
erkən orta əsrlərdə etnik komponentlərindən ən
böyüyü türk tayfaları idi. Bu dövrdə
assimilyasiya prosesi də baş vermişdir: 1) yerli tayfalar
arasında; 2) gəlmə tayfalar arasında; 3) gəlmələr
və yerli tayfalar arasında aparıcı türklər olub.
Qarabağ ərazisində yaşayan ən böyük
tayfalarından biri - utilər Azərbaycan Albaniyasının
böyük hissəsini tuturdular. Utilər haqqında
ilk məlumatı yunan tarixçisi Herodot verib. Qarabağ ərazisində qarqarlar və savdeylər
də geniş yayılmışdılar. Albaniyada
özündə 20-dən çox tayfanı birləşdirən
alban - türk yerli massivində ən böyük tayfalar
türklər idi”.
Qarabağ
regionu yazılı mənbələrdə: “Yazılı mənbələr
Qarabağ ərazisinin qədim vilayətlərinin - Uti, Arsak, Paytakaran
və Sisakanın yerləşdiyi tarixi-coğrafi ərazi və
əhalisinin mənşəyi barədə qısa da olsa məlumat
verir. Roma ensiklopediyaçısı Pliniy Sekund (b.e. 23-79) Albaniyanın bir çox hidronimlərindən,
o cümlədən Kür çayı və onun
qollarından bəhs edir. Yeni eranın II əsrində
yaşamış yunan coğrafiyaşünası Klavdi
Ptolemey Albaniyada 29 şəhərin və 5 çayın
adını çəkir.
Bərdə şəhəri yaxınlığında
yerləşən Kalankat kəndindən olan 7-ci yüzillikdə
yaşamış alban tarixçisi Musa Kalankatlı Qarabağ
ərazisi haqqında daha geniş, tarixi əhəmiyyətli və
maraqlı məlumatlar verir. Yunan, latın və
alban mənbələrində olduğu kimi, ərəb, fars və
türk dilli mənbələrdə də Qarabağ ərazisinin
təbii xüsusiyyətləri haqqında dəyərli məlumatlar
verilib. Həmin mənbələr əsasən
coğrafiyaşünasların və səyyahların əsərləridir.
Orta əsr mənbələrində - tarixçi,
coğrafiyaşünas, səyyah və şairlərin əsərlərində
də Qarabağ ərazisinin tarixinə dair məlumatlar
verilib. Fars
dilində yazılmış «Hüdud-əl-aləm» əsərində,
ərəb müəllifləri Məsudi, Əbu-Duləf, Əl-Fəqih,
İbn Rusta, İstəxri, İbn Hövqəl, Müqəddəsi,
İbn-Xordadbeh, Yaqut əl-Həməvi, Əl- İdrisi, Həmdullah
Qəzvini və Məcdəddin əl-Hüseynin əsərlərində
Qarabağın təbiəti, bitki aləmi, həmçinin
iqtisadi və ticarət həyatına dair məlumat veriblər.
Bunlarla yanaşı Azərbaycan mütəfəkkirləri
Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Seyid Yəhya
Bakuvinin və bir sıra səyyah və
coğrafiyaşünasların əsərlərində də
Qarabağla bağlı məlumatlar öz əksini tapıb.
Azərbaycan ədəbiyyatının möhtəşəm
abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında
bütün Azərbaycan torpaqlarında, həmçinin
Qarabağ ərazisi daxil olmaqla Göyçə gölü
hövzəsinə qədər türk-oğuzlarının
yayılması barədə məlumat verilib”.
Qarabağ
regionu erkən orta əsrlərdə: “Albaniya 4-7-ci
yüzilliklərdə geniş əraziyə malik idi. O,
şimaldan Böyük Qafqaz dağlarına, cənubdan Araz
çayına, şərqdən Xəzər dənizinə,
qərbdən İberiyaya qədər torpaqları əhatə
edirdi. Erkən orta əsrlərdə Albaniya
dövlətində 11 tarixi vilayət yerləşirdi. Qarabağ ərazisi, başqa sözlə Kür və
Araz çaylararası Uti, Arsak, Paytakaran və Sisakan vilayətlərini,
Albaniyanın paytaxtı - Bərdə şəhərini və
hökmdarın yay iqamətgahı - Xalxal şəhərini əhatə
edirdi. Bərdə V əsrin ikinci
yarısından Albaniyanın paytaxtı idi.
Erkən orta əsrlərdə Qarabağda oturaq
maldarlıq, əkinçilik və sənətkarlıq
inkişaf edib.
Qarabağda müxtəlif növ sənət: dulusçuluq,
metalişləmə, toxuculuq, o cümlədən ipəkçilik,
şüşə sənətkarlığı, zərgərlik,
əmək aləti və silah istehsalı, eləcə də
daşyonma, ağac və sümük oyma sənətləri
inkişaf edib. Qarabağda ilk orta əsrlərdə
ticarət də geniş inkişaf etmiş, qonşu ərazilərin
ticarət mərkəzləri ilə əlaqələr
genişlənib.
4-cü yüzillikdə Albaniya Sasani, Bizans imperiyaları
və Xəzər Xaqanlığı arasında müharibə
meydanına çevrilib. Albaniya, o cümlədən onun mərkəzi hissəsi
Qarabağ
ərazisi (Uti, Arsak, Paytakaran, Sisakan) Sasani
imperiyasının şimal canişinliyinin tərkibinə
qatılıb. Bizim eranın ilk yüzilliklərindən
Albaniyada xristianlıq yayılmağa başlamış,
313-cü ildə xristianlıq dövlət dini qismində qəbul
edilib. Ancaq xristianlıq geniş
yayılmayıb. 5-ci yüzilliyin əvvəllərində
Albaniyanın paytaxtında - Bərdədə alban
çarı III Vaçaqanın əmri ilə xüsusi məktəblər
açılmış, uşaqlara yazı və dini ehkamlar
öyrədilib. Bu zaman müxtəlif
cinsli çoxsaylı səslərdən tərtib edilmiş
xüsusi yazı qaydasından istifadə edilib.
Ərəblərin Albaniyaya ilk hücumları zamanı
Albaniya hökmdarı Cavanşir ərəblərə
qarşı mübarizə apardı, lakin müqavimətin
davam etdirilməsinin anlamsız olduğunu başa
düşüb, mübarizəni dayandırdı. On ildən
artıq davam edən müqavimətdən sonra ərəblər
Azərbaycan ərazilərini zəbt etdilər.
Qarabağın tarixində 8-ci əsrdən etibarən mənəvi
dəyişikliklər baş verdi. Azərbaycanın hər yerində olduğu kimi
Qarabağda da İslam bütün dinləri üstələdi.
Albaniya əhalisinin böyük hissəsi
İslamı qəbul etdi, müsəlman oldu, az bir hissəsi
isə əvvəlki dinini (xristianlığı) saxladı”.
Uğur
Xalq cəbhəsi.-
2017.- 22 fevral.- S.13.