Xalq Artisti Lütfü Məmmədbəyovun xatirəsi anılıb

 

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr kino xadimi, Xalq Artisti Lütfü Məmmədbəyovun 90 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Tədbir Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə qonaqlar sənətkarın həyat yaradıcılığının əks olunduğu fotosərgi ilə tanış olublar.

Tədbirdə Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət unudulmaz aktyorun Azərbaycan teatrının kinosunun inkişafındakı xidmətlərindən danışıb.

Bildirilib ki, L.Məmmədbəyov 1961-ci ildən başlayaraq Akademik Milli Dram Teatrında çalışıb. Böyük şərəfli sənət yolunu keçən aktyor Milli Dram Teatrının səhnəsində bir neçə tamaşaya quruluş verməklə yanaşı, həm 60-dan çox televiziya tamaşasının rejissoru kimi tanınır. O, 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edərək adı sənət tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib. Unudulmaz sənətkar “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli Məcnun”, “Sehrli xalat başqa filmlərdə yaratdığı bir-birindən parlaq obrazlarla tamaşaçı qəlbində dərin iz buraxıb.

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək aktyorun həyat yaradıcılığından danışıb.

Qeyd olunub ki, L.Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmaqla yanaşı, hər zaman klassik teatr sənəti ideallarına sadiq qalaraq, quruluş verdiyi tamaşalarda əsas diqqəti əsərin ali qayəsini bütün çalarları ilə tamaşaçıya çatdırmağa yönəldib. Onun quruluş verdiyi tamaşa televiziya filmləri obrazların xarakterini açan ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir.

Nazir müavini deyib ki, aktyorun məharətlə yaratdığı öz təbiiliyi ilə seçilən obrazları sənətşünaslar, eləcə minlərlə tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanıb. Lütfi Məmmədbəyovun milli mədəniyyətin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra mükafatlara fəxri adlara layiq görülərək müstəqil Azərbaycanın ali mükafatı olanŞöhrətordeni ilə təltif edilib.

Daha sonra Xalq artistləri Hacı İsmayılov, Əminə Yusifqızı aktyorun digər sənət dostları onunla bağlı xatirələrini bölüşüblər, insani keyfiyyətlərindən söz açıblar.

Tədbir çərçivəsində sənətkarın rol aldığı film tamaşalardan fraqmentlər nümayiş olunub.

 

Xalq cəbhəsi.- 2017.- 24 fevral.- S.16.