1905-1906-ci illərdə ermənilər tərəfindən
Qarabağda azərbaycanlılara
qarşı törədilmiş kütləvi
qırğınlar
5-ci yazı
Ermənilər “Böyük Ermənistan” adıyla dünyaya cəfəng iddialarını
sırımağa çalışırlar. Azərbaycanın əzəli torpağı
olan Qarabağla bağlı ermənilərin
“özününküləşdirmə”
siyasətinin isə heç bir əsası yoxdur. Q.Hacıyev və Ə.Əbdüləzimovun
araşdırmasında vurğulanır
ki, XX yüzilliyin əvvəllərində Şimali
Azərbaycanın Qarabağ
regionu Yelizavetapol quberniyasının tərkibində
idi. XIX yüzilliyin
sonlarında meydana çıxan erməni təşkilatları yarandığı
andan azərbaycanlı-türk
əhalinin dincliyini kəskin şəkildə
pozurdular: “Gəlmə
ermənilərin Qarabağda
möhkəmləndirilməsi üçün Azərbaycan
xalqına qarşı
həyata keçirilən
etnik təmizləmə
siyasəti XX yüzilliyin
əvvəllərində daha
geniş vüsət almışdı. Bu məqsədlə ermənilərin
Azərbaycanda fəaliyyət
göstərən terror təşkilatları
1905-ci ildə Bakıda,
İrəvanda, Zəngəzurda,
Qarabağda və digər yerlərdə kütləvi qırğınlar
törətdilər. 1905-ci
ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə
qədər davam etdi. Bu qırğınlar
nəticəsində 50 mindən
artıq azərbaycanlı
qətlə yetirildi, yüzlərlə yaşayış
məntəqəsi dağıdıldı.
Təkcə Qarabağ və
Zəngəzurda 200-dən artıq
kənd yandırılıb
məhv edilmişdi.
Bu kəndlərin yarıdan
çoxu sonralar da dağılmış vəziyyətdə qaldı,
az bir
hissəsinə azərbaycanlılar
qayıda bildilər, qalanlarında isə ermənilər məskunlaşdılar.
Ermənilərin Dağlıq Qarabağ
ərazisinə əsassız
iddiaları 1905-1906-cı illərdə
silahlandırılmış ermənilər tərəfindən
azərbaycanlıların qırğını
ilə nəticələndi.
Həmin
dövrdə silahlı
erməni quldur dəstələri Qarabağda
dinc azərbaycanlı
əhaliyə divan tutmuş,
yüzlərlə kəndi,
qəsəbəni və
şəhəri dağıtmış,
yandırmışdılar.
«Böyük Ermənistan»
yaratmaq xülyasından
ruhlanan erməni qəsbkarları 1905-1906-cı illərdə
azərbaycanlılara qarşı
açıq şəkildə
genişmiqyaslı qanlı
aksiyalar həyata keçirdilər. Ermənilər İrəvan və
Gəncə quberniyalarının
200, Şuşa-Pənahabad, Cəbrayıl və Zəngəzurun isə 75 kəndini talan etdilər”.
Rusiyanın geosiyasi maraqlarına
uyğun olan bu proseslər ermənilər üçün
çox məqsədəuyğun
idi: “Qanlı aksiyalarda məqsəd yerli əhalini - azərbaycanlıları Şuşa
- Pənahabadı və
Qarabağın dağlıq
hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Lakin ermənilərin Azərbaycan
torpaqlarına kütləvi
şəkildə köçürülməsi
belə, demoqrafik vəziyyəti dəyişə
bilməmişdi. Beləliklə, ermənilər çar Rusiyasının hərtərəfli
dəstəyi və yaratdığı əlverişli
şərait nəticəsində
Qarabağın siyasi və iqtisadi həyatında ciddi problemə çevrildilər.
Ermənilər sonrakı dövrlərdə
də mühüm məqamlarda Azərbaycan dövlətçiliyinə və
ərazi bütövlüyünə
qarşı yönəlmiş
təxribatlar və açıq separatçılıq
əməllərini davam
etdirdilər”.
Qarabağ regionunun I Dünya
müharibəsi illərində
ictimai-siyasi vəziyyəti
ağır idi: “I Dünya müharibəsinin
davam etdiyi bir zamanda Rusiyada
Fevral burjua inqilabı baş verdi (1917-ci il).
Bu zaman Yelizavetapolda
(Gəncə) və digər qəza şəhərlərində ictimai
təşkilatların icraiyyə
komitələri yaradılmışdı.
Quberniya və onun qəzalarına
müvəqqəti hökumətin
komissarları təyin
olunmuşdu. Bununla bərabər
Yelizavetapolda Fəhlə
və Əsgər Deputatları Soveti də yaranmışdı.
Eyni zamanda, qəza şəhərlərində (Şuşa-Pənahabad,
Nuxa, Karyagin və d.) də sovetlər təşkil edilmişdi. Yelizavetapol quberniyası
Azərbaycan milli azadlıq hərəkatında
mühüm yer tuturdu. 1905-ci ildən başlayaraq milli-siyasi təşkilatlanma
genişlənirdi. Milli
azadlıq hərəkatının
görkəmli xadimləri
Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli, Həsən
bəy Ağayev və başqaları böyük iş aparırdılar. Nəsib bəy
Yusifbəyli 1917-ci ilin
martında “Türk ədəmi-mərkəziyyət” partiyasının əsasını
qoymuşdu. Milli azadlıq
hərəkatına qarşı
mübarizədə erməni-daşnak
və bolşevik siyasi partiya və təşkilatları
birləşərək eyni
mövqedən mübarizə
aparırdılar. Oktyabr
çevrilişindən (1917-ci il) sonra
Sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində
Yelizavetapol quberniyasının
mövqeyini daha da möhkəmləndirdi.
«Qafqaz təqvimi»nin (1917-ci il) məlumatına görə Yelizavetapol quberniyasında 4 şəhər
(Gorus, Şuşa, Yelizavetapol, Nuxa (Şəki)) və 8 qəza (Zəngəzur, Şuşa, Cavanşir, Karyagin (Fizuli), Yelizavetapol, Nuxa, Ərəş, Qazax) var idi. Qarabağ
ərazisi də daxil olmaqla Yelizavetapol
quberniyasının ərazisi
38922,43 kv.verst idi. Quberniyada 1275,131 nəfər əhali yaşayırdı,
onların 1213,626 nəfəri
yerli sakinlər, 61505 nəfər müvəqqəti
yaşayanlar idi.
Əhalinin 676377 nəfəri
kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə,
1119,087 nəfər (87,76%) qəzalarda
yaşayırdı. Əhalinin
783065 nəfəri (61,41%)
azərbaycanlılar, 36957 nəfəri
(2,9%) ruslar və s. idi. Yelizavetapol quberniyasında quberniya
idarə sistemi mövcud idi. Quberniyanı
hərbi qubernator,
1872-ci ilin martından
isə qubernator idarə edirdi. Xanların, bəylərin,
ağaların əlində
440,7 min, kəndlilərin
əlində 124,3 min desyatin
torpaq vardı. Əhali müxtəlif kənd təsərrüfatı sahələri
(taxılçılıq ipəkçilik,
üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sənaye
fəaliyyəti və
ticarətlə məşğul
olurdu. Quberniyada dağ-mədən və əlvan metallurgiya sənayesi müəssisələri (Yelizavetapol
və Zəngəzur qəzaları) yerləşirdi.
İpəkçiliyin əsas mərkəzi
(Nuxa qəzası) da burada idi.
Sözügedən dövrdə Yuxarı (Dağlıq) Qarabağ inzibati vahid deyildi. Ona görə də
o dövrün Rusiya statistikasında Yuxarı
(Dağlıq) Qarabağ
əhalisinin sayı və etnik tərkibi
haqqında konkret məlumat yoxdur. «Qafqaz təqvimi» məcmuəsinə görə,
1917-ci ildə Qarabağda,
yəni Yelizavetapol quberniyasının Şuşa,
Cavanşir və Cəbrayıl qəzalarında
cəmi 339 min nəfər
əhali yaşayıb”.
Qarabağda ermənilərin azərbaycanlılara
qarşı soyqırımı
aparılırdı: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Yeni yaradılmış Ermənistan
Respublikası Azərbaycan
Xalq Cümhuriyyətinə
qarşı Qarabağla
bağlı əsassız
iddia irəli sürdü. Azərbaycan hökuməti
bu iddianı qətiyyətlə rədd
etdi. Xalq Cümhuriyyəti Qarabağın bütün
tarixi ərazisini respublikanın tərkib hissəsi sayır və burada siyasi hakimiyyətin bərqərar edilməsinə
çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə
mühüm yer tutan Gəncə quberniyası, keçmiş
Yelizavetapol quberniyasına
yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının
ərazisi istisna olmaqla, qalan 10 qəza (Şuşa,
Cəbrayıl, Cavanşir,
Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur,
Qazax, Gəncə, Nuxa, Ərəş) və 1 dairə (Göyçə) Gəncə
ətrafında birləşmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti erməni
separatizmi və azərbaycanlılara qarşı
soyqırımı şəraitində
ölkəni daha səmərəli idarə
etmək üçün
müvafiq vasitələrdən
istifadə edirdi.
1918-ci il 5 noyabrda
Yelizavetapolda keçirilən
Qafqaz müsəlmanlarının
hərbi qurultayı azərbaycanlılardan ibarət
hərbi hissələr
yaradılması haqqında
qərar çıxardı.
Müsəlman süvari polku
yaradıldı. Azərbaycanın Qarabağ regionu tarixən Cənubi Qafqazda böyük strateji əhəmiyyət
kəsb edirdi. Rusiya, İran, Türkiyə, Ermənistan, həm də dünyanın aparıcı dövlətləri
bu bölgəyə xüsusi maraq göstərirdilər. Bu vəziyyət Ermənistan-Azərbaycan
müharibəsinə, Qarabağın,
Naxçıvanın və
Zəngəzurun müharibə
meydanına çevrilməsinə
gətirib çıxarmışdı.
Qarabağda erməni separatizmi
özünün tüğyan
həddinə çatmışdı.
Belə şəraitdə Azərbaycan
hökuməti Qarabağda
və Ermənistanda sərhəd bölgələrində
baş qaldıran erməni separatizminin yatırılması üçün
kompleks tədbirlər
gördü.
Azərbaycan hökuməti Qarabağda
olan hərbi qüvvələri möhkəmləndirdi. Azərbaycanın bütün səlahiyyətlərinin
qorunmasına doğru
istiqamətlənmiş daxili
və xarici siyasət həyata keçirməyə başladı.
Bütün bunların nəticəsində
1918-1920-ci illərdə Qarabağda
erməni separatizmi xeyli zəiflədildi və orada Azərbaycanın
suveren hüquqları
bərpa edildi. O
vaxt Azərbaycan milli hökumətinin qətiyyətli fəaliyyəti
nəticəsində Azərbaycanın
torpaq bütövlüyü
qorunub saxlanıldı.
I Dünya müharibəsi
cəbhəsindən qayıdan
rusların öz silahlarını ermənilərə
verməsi ilə əlaqədar olaraq erməni-daşnakların əlinə
böyük miqdarda silahın keçməsi azərbaycanlılara qarşı
soyqırımının həyata
keçirilməsinə səbəb
oldu. Belə ki, Rusiyaının
himayəsindən istifadə
edən ermənilər
I Dünya müharibəsi
bitdikdən sonra bəzi Avropa dövlətlərinin siyasətindən
yararlanaraq Azərbaycana
qarşı ərazi iddiaları ilə çıxış etdilər.
1918-ci ilin əvəllərində türk-müsəlman xalqına məxsus İrəvan torpaqlarında “Ararat” adlı dövlət yaradan ermənilər şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı ərazi iddiaları irəli sürdülər. Zəngəzurdan keçməklə Qarabağa girmək istəyən Andranikin dəstəsinə Sultan bəy ağır zərbə vurdu. Lakin daşnak qüvvələri müxtəlif yollarla Qarabağa soxuldular. 1918-ci ildə ermənilər Qarabağda soyqırımı törətdilər. Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. 1919-cu il yanvarın 13-də X.P.Sultanovun rəhbərliyi ilə Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğu yaradıldı. Yuxarı Qarabağda ermənilərin silahlı dəstələrinin hücumları X.P.Sultanovun gördüyü tədbirlər nəticəsində dəfələrlə dəf edildi”.
Qarabağda erməni separatizminə qarşı mübarizə aparıldı: “Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq
Cümhuriyyəti (AXC) mürəkkəb bir dövrdə meydana gəldi və çox çətin şəraitdə fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər gördü. Erməni millətçiləri AXC yarandıqdan sonra uydurma «Böyük Ermənistan» ideyasını həyata keçirmək üçün yenidən fəaliyyətə başladılar. Onların məqsədi ilk növbədə Zəngəzur və Qarabağı ələ keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarını pozdu. Şuşanın ermənilər tərəfindən işğal edilmiş qala hissəsi çətin bir mübarizədən sonra ələ keçirilərək, bu bölgədəki erməni hücumları təhlükəsinin qarşısı alındı. Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü və Yuxarı Qarabağda erməni separatizmini ləğv etmək üçün qətiyyətli fəaliyyət göstərmiş və buna nail olmuşdu”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 28 fevral.-
S.13.