Xəlil Rzanın sənət missiyası
1-ci yazı
X.R.Ulutürk
poetik tərcümələrində daim adekvatlıq
axtarışında olub. Bunu biz onun Ukrayna ədəbiyyatının
klassiki T.Q.Şevçenkonun dilimizə müxtəlif mütərcimlərimiz
tərəfindən çevrilmiş əsərləri,
xüsusən «Vəsiyyət» və «Balaca Mariyanaya» şeirlərinin
tərcüməsinin təhlilində də görə
bilirik. Yeri gəlmişkən bildirək ki, T.Şevçenko
yaradıcılığını dilimizə bir sıra
tanınmış söz sahibləri M.Müşfiq, Ə.Cavad,
S.Vurğun, R.Rza, M.Dilbazi, M.Rzaquluzadə, O.Sarıvəlli,
S.Rüstəm, N.Rəfibəyli, M.Seyidzadə, T.Əyyubov, Ə.Ziyatay,
M.Araz, A.Zeynallı, A.Vəfalı və başqaları tərcümə
etmişlər. X.R.Ulutürk yuxarıda adlarını çəkdiyimiz
şeirlərin tərcüməsinə nəzər salarkən
«Vəsiyyət» şeirinə Ə.Cavaddan sonra M.Rzaquluzadə
və S.Rüstəmin müraciət etmələrinə
baxmayaraq, onların tərcüməsinin Ə.Cavad tərcüməsinə
uduzduğunu göstərərək, «Nöqsanlar təkrar
edildiyi halda, məziyyətlər çoxalmayıb», - deyə
qeyd etdiyi halda, bu tərcümələrin adekvatlıqdan kənar
olduğunu vurğulayır. X.Rza yazır: «Adi şairdən fərqli
olaraq Şevçenko kimi dahi şairi tərcümə etdikdə
mütərcimin məsuliyyət duyğusu ikiqat
olmalıdır. Bu halda, o, hər sözün, hər
misranın arxasında əzəmətli bir şair-vətəndaş-mütəfəkkir
şəxsiyyətinin, şərə və eybəcərliyə
qarşı mübarizədə zərrəcə güzəştə
getməyən böyük bir cəngavərin, insan ləyaqəti,
xalq səadəti uğrunda ardıcıl mübarizə aparan
döyüşkən humanistin dayandığını daim
hiss etməli və hiss etdirməlidir».
Adekvatlığı
tərcümədə diqqət mərkəzində
saxladığından X.R.Ulutürkün nəzəri qənaətlərində
tez-tez gürcü müəllifi G.Qaçeçiladzenin
müddəalarına müraciət etməsi təsadüfi
hesab edilməməlidir. Çünki G.Qaçeçiladzenin
fikrincə realist tərcümə hər iki dilin milli
spesifikasını və tərcümə prosesində
qarşılaşan üslubi vasitələri nəzərdə
tutmaqla, iki milli sistemdə (orijinalda və tərcümədə),
iki yaradıcı fərdlərin (müəllifin və tərcüməçinin)
arasında olan ziddiyyətləri həll edir. Bu, tərcümənin
dialektikasıdır».
Tərcümədən
yüksək bədii keyfiyyət tələbi Xəlil Rza
Ulutürkün sənət missiyası idi. O, başqa
xalqların ədəbiyyat nümayəndələrindən
yazanda da, əsərlərindən tərcümələr edəndə
də daim onların milli dildə və kim tərəfindən
səsləndirilməsinə xüsusi diqqət yetirib. Hələ
XX əsrin 70-ci illərində realist bədii tərcümənin
necəliyi ilə bağlı diskussiyalarda müxtəlif
fikirlər səsləndirilərək qeyd olunurdu ki, orijinala sədaqət
orijinalın bədii gerçəkliyini, orijinaldakı tarixi
gerçəklik və mütərcimin özünün
yaşadığı tarixi gerçəkliyi əhatə etməlidir.
Bax, bu xüsusiyyətlərə X.Rza Ulutürk kifayət qədər
diqqət yetirməyi bacarıb.
Məlum
olduğu kimi, Böyük Vətən Müharibəsinin
müxtəlif tərəflərinin əksi rus poeziyasında
bütün təfərrüatları ilə əksini
tapıb. Bu baxımdan müharibənin məşəqqətli
mənzərələrini yaradan V.İnber, M.Aliger, A.Surkov,
O.Berqqolts, M.İsakovski, A.Tvardovski, N.Rılenkovla
yanaşı, K.Simonovun əsərləri də daha
böyük emosional təsirə malik olub. Şairin «Æäè
ìåíÿ, è ÿ âåðíóñü» şeiri öz məzmunu,
mahiyyəti, mahiyyətindəki bədbin və nikbin
notları ilə Azərbaycan mütərcimlərini
özünə daha çox cəlb edib. K.Simonovun şeiri
insanın milli xarakterinin möhkəmliyini əks etdirib, həm
də milli hisslərin tamlığını, monolitliyini
göstərməklə, öz sevgilisinə qovuşacaq əsgərin
intim hisslərinin ifadəçisi kimi təsirlidir. Elə bu
xüsusiyyətlərinə görə də milli hisslərin
kükrəyişini tərənnüm etmək istəyən
X.R.Ulutürk K.Simonovun bu şeirinə müraciət edərək
onun dilimizə tərcümə olunmasını mühüm
hesab edib. Düzdür, X.Rzaya kimi qədər K.Simonovun «Æäè
ìåíÿ, è ÿ âåðíóñü» şeirinə Ə.Kürçaylı
hələ 1961-ci ildə müraciət edərək, onu
«Bahar dostları» rus şairlərinin əsərlərindən
tərcümələr məcmuəsində yerləşdirib.
Ə.Kürçaylıdan sonra bu şeiri X.Rza, daha sonra Ayaz
Vəfalı və İsa İsmayılzadə Azərbaycan
dilinə çeviriblər. Yeri gəlmişkən qeyd edək
ki, K.Simonovun bu şeirinə tərcümə məqsədi
ilə müraciət etmiş X.Rza ilə yanaşı, digər
mütərcimlər də onu adekvat çevirməyə səy
göstəriblər, lakin digərlərindən daha çox
onu orijinalın ruhuna uyğun tərcümə etmək məhz
X.Rza Ulutürkə müyəssər olub:
Gözlə
məni, qayıdacam, Mən ölümün
acığına
Gözlə,
ey nigar. Dönəcəm, gülüm.
Gözlə,
kədər gətirəndə. Dözməyənlər, qoy
dözməsin,
Soyuq
yağışlar. Döz ömrüm – günüm.
Gözləməni,
qar yağanda, onlar bilməz: neçin orda
İsti
düşəndə. Dönmədim külə.
Gözlə,
bezib özgələri Məni xilas eylədin sən
Gözləməyəndə.
Gözləməyinlə.
Gözlə
məktub kəsiləndə Nə cür döndüm. Tək
ikimiz
Səhra
poçtundan. Bilərik bunu.
Gözlə
təngə gətirəndə İnamla yol gözləməyin.
Hamını
hicran Nə olduğunu.
Gözləməni,
qayıdacam Heç kəs, heç kəs sənin kimi,
Baxma
onlara – Qolum-qanadım,
Səbr
etməyib, tab etməyib Gözləməyi bacarmadı,
Unudanlara.
Sənsə bacardın.
70-ci illərin
ortalarında araya-ərsəyə gələn bu tərcümə
X.Rzanı qane etməyib, o, əsərin tərcüməsi
üzərinə yenidən qayıdıb, onu daha dərindən
təhlil edib və tərcümənin sonuncu variantında oxuculara
yeni məzmun, kompozisiya və strukturda bir nümunə təqdim
edilib.
Gözlə
məni, qayıdacam, gözlə, ey nigar,
Gözlə,
kədər gətirəndə zərdab yağışlar.
Qızmar
gündə, qarlı gündə, dumanda-çəndə
Gözlə,
bezib başqaları gözləməyəndə.
Gözlə,
məktub kəsiləndə səhra poçtundan,
Gözlə
təngə gətirəndə hamını hicran.
Gözlə
məni, qayıdacam, baxma onlara –
Səbr
etməyib, tab etməyib unudanlara.
Qoy
inansın anam, balam: sağ deyiləm mən,
Dostlarımda
əl üzsünlər yol gözləməkdən.
Acı
şərab içsinlər qoy, yad edib məni,
Yox, tələsmə
qaldırmağa sən piyaləni.
Mən
ölümün acığına dönəcəm,
gülüm,
Dözməyənlər
qoy dözməsin, daş ömrüm-günüm.
Onlar bilməz:
neçin odda dönmədim külə,
Məni
xilas eylədin sən gözləməyinlə.
Nə
cür döndüm tək ikimiz bilirik bunu –
İnamla
yol gözləməyin nə olduğunu.
Heç
kəs, heç kəs sənin kimi, qolum-qanadım,
Gözləməyi
bacarmadı. Sənsə bacardın.
K.Simonovun
«Gözlə məni» şeiri orijinalda otuz altı sətirdən
ibarət olduğu halda, X.Rzanın 1975-ci il tərcüməsində
o otuz iki sətirdən, sonrakı ikinci tərcüməsində
isə iyirmi beytdən (qırx misradan) ibarətdir. Yəni nə
birinci, nə də ikinci tərcümənin həcmi
orijinalın həcmi ilə üst-üstə
düşmür. Əgər birinci tərcümədə biz
orijinalın bəzi misralarındakı ifadələrin Azərbaycan
dilinə tərcüməsini görmürüksə, ikinci tərcümədə
mütərcimin orijinalın kompozisiya və strukturunu dəyişdiyini
və orijinal ifadələrinin burada tərcümələrini
görürük. Bununla belə bu dəyişikliyin əsərin
milli qəliblərə salınması, onun ideya-məzmun
çalarlarının daha obyektiv əks olunmasına kömək
etdiyini və orijinalın adekvat yaradılmasına mənfi təsir
etmədiyinin şahidi oluruq.
İlk
baxışda belə görünə və dərk edilə
bilər ki, X.Rza həm birinci, həm də ikinci tərcümədə
orijinalda həm bir sıra sözlərin tərcüməsini
verməyib, həm bəzi sözləri özü
seçdiyi sözlərlə əvəzləyib, həm bir
neçə misranı (birinci tərcümədə) tərcümə
etməyib, həm də orijinalda olmayan bir neçə
misranı tərcümənin infrastrukturuna daxil etməklə
birinci mətnin gerçəkliyinə müdaxilə edib. Belə
halları nəzərə alan gürcü tərcümə
məktəbinin görkəmli nümayəndəsi
G.Qaçeçiladze aşağıdakıları qeyd edib:
«Mütərcim yaxşı düşünüb qərara
almalıdır ki, əslin ölçüsünü
saxlamaqla o, eyni səmərəni əldə edə bilərmi?
Əgər yox, belə olduğu halda o, onu bədii vəzifəyə
müvafiq olan daha mühümü ilə əvəz etməlidir.
Elə buna görə də müxtəlif dillərin metrik
sistemlərinin prinsipial müqayisəli cədvəlini tərtib
etmədən, əslin intonasiya və mənasının
uçotunu nəzərə almadan ondan mexaniki olaraq istifadə
etmək olmaz». Doğrudan da müxtəlif
şeirşünaslıq sistemlərinə aid rus və Azərbaycan
şeirinin elə özəl xüsusiyyətləri
mövcuddur ki, bu özəllik nəzərə alınmadan
poetik əsərlərin tərcüməsinin
adekvatlığını təmin etmək mümkün deyil.
Nəzərə
alınmalıdır ki, mütərcim iş prosesi zamanı
ayrı-ayrı söz, ifadə, söz birləşmələri
və misraların olduğu kimi tərcüməsi ilə yox,
mənanın və ruhun tərcümədə adekvat
yaradılması ilə məşğul olmalıdır. Deməli,
tərcümə hər hansı qrammatik dəyişiklik,
yaxud transformasiyasız mümkün deyil. Burada ümumi
şeirin, bəndin, misranın leksik və qrammatik xüsuslu
sözlərin, ifadələrin dəyişilməsi tərcümə
işinin danılmaz atributu kimi diqqət mərkəzinə gəldiyindən
nəyinsə buraxılması, nəyinsə əlavə
edilməsi labüd haldır. Mütərcim hər iki dildəki
qrammatik kateqoriya və formaları bir-biri ilə müqayisə
edib tutuşdurduqda bu dillərin kateqoriyalarındakı
spesifikliyi, yaxınlığı (uyğunluğu), kənarlaşmaları
müşahidə edir. Hər bir dilin spesifikliyi, qrammatik
strukturu tərcümədə transformasiyaların ortaya
çıxmasını zəruri edir. Çünki dillərdəki
söz formaları və konstruksiyaları mütərcimi buna
vadar edir. Tərcümədə ekvivalentliyin, yaxud
adekvatlığın əldə olunması üçün
rus və Azərbaycan dillərindəki formal və semantik,
leksik və üslubi sistemlər arasındakı fərqlərə
baxmayaraq, mütərcim bir sıra dillərarası keyfiyyətli
transformasiyalara getməyi lazım bilir. Bu transformasiyalar ilk
növbədə orijinal mətnlə müqayisədə tərcümə
mətnində yerdəyişmələrə gətirib
çıxarır. Və bu yerdəyişmələr nəinki
ayrı-ayrı sözlərin, söz birləşmələrinin,
hətta misraların yerdəyişməsini qaçılmaz
edir.
X.
Rzanın K.Simonovun «Gözlə məni» şeirinin tərcüməsində
biz nəinki yerdəyişmə, həm də buraxılma - bəzi
söz, söz birləşməsi, misraların
buraxılması ilə rastlaşırıq. Əgər bəzi
hallarda bu buraxılmalar söz və ifadələrin dəyişilməsi
hesabına aparılırsa, bir sıra hallarda tamamilə
buraxılır. X.Rza bu tipli buraxılmalara o zaman gedir ki, tərcümə
zamanı bu buraxılmalar semantik baxımdan artıq
görünür, yaxud da ona uyğun olan söz, ifadə,
söz birləşməsi, konstruksiya hansı formadasa tərcümə
mətnində işlənmişdir. Məsələn, X. Rza
birinci tərcümədə orijinaldakı «òîëüêî», «äîáðà», «íàèçóñòü», «ñÿäóò ó îãíÿ», «ïîçàáûâ â÷åðà» və s. söz və ifadələri tərcümədən
kənarda qoyub buraxsa da, şeirin intonasiya tutumunu,
ritmikasını zəiflətməmiş və ona ana dilimizdə
xüsusi nostalji ruh verib. Birinci tərcümədə X. Rza hətta
orijinal mətnin dörd misrasını mətndən kənarda
qoyub: «Ïóñòü äðóçüÿ óñòàíóò æäàòü, / Ñÿäóò ó
îãíÿ, / Âûïüþò ãîðüêîå âèíî/ Íà ïîìèí äóøè». Lakin
mütərcim orijinalın misraları arasında elə «gəzişmişdir»
ki, şeirin orijinalı tərcümə ilə müqayisəli
planda diqqətlə nəzərdən keçirilməsə,
bu buraxılmanı hiss etmək də mümkün olmayacaq.
Çünki orijinaldan gələn ifadələri X.Rza tərcümə
mətnində elə ustalıqla cilalayıb birləşdirir
ki, onların orijinal mətndə yer aldığı oxucunun
(tədqiqatçının – N.T.) təsəvvürlərində
oturmur.
Nizami
Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2017.- 25 iyul.-
S.14.