Xəlil Rzanın sənət missiyası
2-ci yazı
X.Rza məsuliyyətli
orijinal şair olduğu kimi, həm də məsuliyyətli, yaradıcı
mütərcimdir. Onun bu və ya digər orijinal
mətnin üzərində
işi nəinki saatlarla, həm də günlərlə, aylarla, hətta illərlə davam edir. Bunu «Gözlə məni»
şeirinin ikinci tərcüməsi də yaxşı sübut edib. Yuxarıda qeyd etdik ki, ikinci tərcümə
bir sıra xüsusiyyətləri ilə
səciyyəvidir. Birinci,
orijinalın formal – struktur
tərəfi tərcümədə
fərdi yaradılır,
ikinci, tərcüməyə
orijinal mətndəkinə
uyğun bəzən ifadələrin ekspressiyasını
gücləndirən ifadələr
əlavə olunur, üçüncü, tərcümə
mətni sanki klassik ədəbiyyatımızda
özünə çoxdan
yer almış beytlərin vasitəsi ilə daha dolğun
verilir və şeir daha yaxşı «həzm» edilir.
X.Rza orijinalın
heç də bütün söz və ifadələrini qoruyub saxlamaq məqsədi güdməyib. O, əsgərin
sevgilisi ilə görüşəcəyi günün
gələcəyinə oxucunu
inandırır. Bununla belə
o, orijinalın Azərbaycan
oxucusuna yaxınlaşması
üçün öz
arsenalında olan sərbəstlikdən istifadə
etsə də, volyuntarizmə yuvarlanmır.
Mütərcimin «æåëòûå äîæäè» ifadəsini «zərdab
yağışlar» kimi
verməsi birinci tərcümədə yer
almış «özgələri»
ifadəsinin ikincidə
«başqaları» ilə
əvəzlənməsi, yaxud
orijinaldakı «Âûïüþò ãîðüêîå âèíî/ Íà ïîìèí äóøè…/ Æäè. È ñ íèìè çàîäíî/ Âûïèòü íå ñïåøè» misralarının
«Acı şərab içənlər qoy yad edib məni,/
Yox, tələsmə
qaldırmağa sən
piyaləni» şəklində
tərcümə etməsi
«Gözlə məni»
şeirinin tərcüməsinə
yeni rəng qatır. Şeirin tərcüməsində ekspressiya
daha da güclənir
və «Êòî íå æäàë ìåíÿ, òîò ïóñòü/ Ñêàæåò: «Ïîâåçëî» - tərcümədə
«Dözməyənlər qoy
dözməsin, daş
ömrüm-günüm» kimi
oxucuya çatdırılır.
İkinci tərcümədə orijinal mətnə nisbətən bir neçə söz və ifadə artıq işlədilsə
də (“acığına
dönəcəm, gülüm,
daş ömrüm - günüm, dönmədim
külə, piyaləni,
qolum - qanadım” və s.), qarşımızda
mükəmməl tərcümə
nümunəsinin yaradılması
şübhə doğurmur.
«Gözlə məni»
şeirindəki orijinalda
tez-tez təkrarlanan «Æäè ìåíÿ, è ÿ âåðíóñü», yaxud «Æäè» sözləri
və ifadələri
olduğu kimi tərcümədə də
maraqlı poetik mənzərə yaradır. Orijinal mətndə
olduğu kimi tərcümə mətnində
də «Gözlə məni», «Gözlə» ifadələrində şeirin
başlıca emosional
məna yükü əksini tapır. Söz və ifadələrin belə sintaktik hərəkəti şeirə
maraqlı nəğmə
ritmikliyi gətirir.
Şeirin tərcüməsi K.Simonovun əksər poetik priyomlarını uğurlu saxlamaqla, orijinalın ruhunu onun özəl xüsusiyyətlərinə uyğun
yaradır.
X.Rza bir tərəfdən bütün
mütərcimlik praktikasında
orijinala yaxından bağlılığı nümayiş
etdirirsə, digər tərəfdən, orijinal
mətnlə «sərbəst»
davranmağı sevir. Belə sərbəstlik
ona heç də orijinal mətndən kənarlaşmağı
diktə etmir. Bu, nəinki ona
tərcümə etdiyi
şairin özünəməxsusluğunu
dərk etməyə,
həm də orijinalın koloritini saxlamağa imkan verir. Yeri gəlmişkən qeyd edək ki, K.Simonov lirikası
ona qədərki klassik rus poeziyasından
qaynaq alaraq inkişaf edib, mövzu, məzmun və forma cəhətdən
xüsusilə zənginləşib.
Əlbəttə, X.Rza lirikası
da öz xüsusiyyətlərinə görə
Nizami, Füzuli, Vaqif poeziyasından güc almış və formalaşıb.
Yəni hər iki şairin
yaradıcılığına milli poetik ənənə
kifayət qədər
təsir göstərib.
Elə buna görə də hər iki şairin yaradıcılığında romantik vüsətlə,
realist cizgilər qarşılıqlı
şəkildə yaşamaqdadır.
Bu, hər iki
şairin yaradıcılığının
danılmaz xüsusiyyətləridir.
K.Simonov kimi X.Rza da
tərcümə zamanı
məhz bu iki qütbü saxlamağa çalışıb.
Məlum olduğu kimi, hər hansı tərcümə nə qədər dəqiq və orijinala yaxın olsa da, o əslin yaradıcılıqla yaradılması
nəticəsində zühur
edir. Özgə milli zəminə
düşməklə, orijinal
mütləq transformasiyaya
məruz qalır.
Lakin belə transformasiya iki istiqamətdə gedə bilir. Birinci halda orijinal daha böyük dəqiqliklə digər dildə yaradıcılıqla
ortaya qoyulur və bu orijinala
heç bir xələl gətirmir, başqa bir halda isə o arzuolunmaz dəyişikliklərə
məruz qalmaqla, əsərin məna və mahiyyətinə xələl gətirir.
Birinci yol nə qədər
əsaslı və özünü doğruldursa,
ikinci yol o qədər əsassız
və təhlükəlidir.
X.Rza K.Simonovdan
etdiyi «Gözlə məni» şeirinin tərcüməsinin təhlili
göstərir ki, onun üçün birinci yol xarakterikdir
və məhz burada X.Rza tərcüməçilik
istedadı və bacarığı öz əksini tapır.
K.Simonovun «Gözlə məni» şeiri bir-biri ilə qarşılıqlı
əlaqə və vəhdətdə olan ritm, melodiya, arxitektonika, üslub, məna, obraz, emosional məzmun (bu cəhət özünü şeirdə
daha yüksək şəkildə əks etdirir – N.T.) və onların qarşılıqlı
münasibətlərində daha qabarıq şəkildə büruzə
verir və bu elementlər oxucu təfəkküründə
sintetik effektə hesablanır. X.Rza ikinci tərcümədə
orijinalın məzmununu
daha böyük dolğunluqla yarada biləcək tərcüməyə
üstünlük verib.
Belə olduqda tərcümənin
estetik və idraki əhəmiyyəti də önəmli olur. X.Rza ikinci tərcümədə
orijinalın vərdiş
olunmuş arxitektonikasını
pozsa da, onun səslənməsini,
ritmini, intonasiyasını
yetərincə adekvat
yaratmağa imza atıb.
Nəinki bütün poetik nümunələrdə, həm də K.Simonovun «Gözlə məni» şeirində ritm kifayətqədər dolğun eşidilir. Tanınmış tərcümə nəzəriyyəçisi və praktiki Mixail Lozinski «Şeir tərcüməsi sənəti» məqaləsində ritmin aşağıdakı əhəmiyyətinə diqqət çəkir: «Ritm poeziyanın ən dərin, ən mühüm təşkiledici başlanğıcıdır. Ritmin çoxtərəfliliyi…, müxtəlifliyi bizə müxtəlif cür təsir edir və təsadüfi deyil ki, şairlər özləri üçün lazımi deyimi bu və ya digər ritmik qiyafəyə bürüyürlər… Şair-mütərcim hər şeydən öncə tərcümə etdiyi şeirin ritmini yaratmağı bacarmalıdır». Yəqin elə buna görə də X.Rza belə bir magistraldan çıxış edərək K.Simonov şeirinin ritmini doğru-düzgün verməyə çalışıb. Mütərcim sanki bilirdi ki, şeir tərcüməsində ritmin seçilməsi tərcümənin çıxış nöqtəsidir, lakin ritmin yaradılması da adi, sıradan olan məsələlərdən deyil. Məsələn, orijinaldakı:
Æäè, êîãäà íàâîäÿò ãðóñòü
Æåëòûå äîæäè,
Æäè, êîãäà ñíåãà ìåòóò,
Æäè, êîãäà æàðà,
Æäè, êîãäà äðóãèõ íå æäóò,
Ïîçàáûâ â÷åðà.
- misralarını X.R.Ulutürk birinci tərcümədə:
Gözlə, kədər gətirəndə
Soyuq yağışlar.
Gözlə məni, qar yağanda
İsti düşəndə.
Gözlə, bezib özgələri
Gözləməyəndə.
- kimi veribsə, ikinci tərcümədə həmin sətirlər aşağıdakı kimi təqdim olunub:
Gözlə, kədər gətirəndə zərdab yağışlar
Qızmar gündə, qarlı gündə, dumanda-çəndə
Gözlə, bezib başqaları gözləməyəndə.
Hər iki tərcümənin nümunə gətirdiyimiz misraları yetərincə poetik olması ilə yanaşı, həm də orijinal müəllifinin ritminə X.Rza sayğı ilə yanaşmasını əks etdirir.
Akad. B.Nəbiyev X.Rzanın Musa Cəlilin «Moabit dəftəri»nin tərcüməsi ilə bağlı hələ 80-ci illərdə yazırdı ki, X.Rzanın dörd misraya məxsus dörd sözün qafiyədaşlığından əlavə «səng», «biləng», «tüfəng», «cəng» anlayışlarının yaratdığı qəhrəmanlıq ahənginə, «yağılar yadında», «dişimlə didərəm» ifadələrində yaşanan bədii alliterasiya səliqəsinə nəzər yetirərək, məzmunu qabarıq şəkildə meydana çıxaran poetik biçimin gözəlliyini qeyd edərək, «Moabit dəftəri»nin tərcüməsini tərcümə yox, həqiqi bədii möcüzə adlandırıb. Xəlil Rzanın bu yolla tərcümə etdiyi şairlərə göz işığı, ürək alovu, mənəvi qüvvət bəxş etdiyini söyləyib.
X.Rza Musa Cəlilin «Moabit dəftəri»nin tərcüməsi üzərində işləyərkən orijinalın digər məqamları ilə yanaşı, həm də tatar dilinin qafiyələrini Azərbaycan dilində qoruyub saxlamağa çalışıb. Bunu «Yalnız, yalnız azadlıq», «Son nəğmə», «Ölüm ərəfəsində», «Sevgilimə», «Sən unudarsan», «Xədicə», «Mənim nəğmələrim», «İgidlik haqqında», «Azadlıq marşı», «Dvinaya», «Bağışla, ey Vətən», «Sayıqlamalar», «Qapı ağzında», «Timolu eşq», «Birə», «Tabut», «Ana bayramı» şeirlərinin tərcüməsində yaxşı görürük. «Ana bayramı» şeirinin orijinalından bir parçasını nümunə gətirib onu X.Rza tərcüməsi ilə müqayisə edək:
Ana aldı alsu bayraknı,
Kuzen sürtte, küze açıldı.
Karşısında toraqay rətle,
Kin kükrəklə batır laçını.
X.R.Ulutürk tərcüməsi:
Ana al bayrağın ipək telini,
Sürtdü gözlərinə, gözü açıldı.
Oğlunun çiyninə qoydu əlini,
Bir az da yüksəldi onun laçını.
Parçanın tərcüməsindən göründüyü kimi mütərcim Musa Cəlilin «açıldı-laçını» qafiyələrini eynilə saxlamağa müvəffəq olub.
X.Rzanı rus, belarus, ukrayna, tatar, Şimali Qafqaz türk xalqları, Orta Asiya türk xalqları şairlərindən etdiyi tərcümələrdə orijinaldan birbaşa çevirmə daha çox düşündürüb. Mütərcimin belə tərcüməyə meylini onun «Moabit dəftəri»nin tərcüməsinə dair» məqaləsində də tapırıq. O, yazır: «Ürəyimdə qızğın bir arzu baş qaldırmışdı: Musa Cəlili ruscadan çevirmiş şairlərimizdən fərqli olaraq (Böyükağa Qasımzadə və Ələkbər Ziyatayı nəzərdə tuturdu – N.T.) görəsən bu əsərləri birbaşa orijinaldan tərcümə etmək olmazmı? Fikrimi o çağlar «Məmməd İbrahim» imzası ilə şeirlər yazan Məmməd Araza açanda sevindi və tünd qırmızı rəngli, qalın bir kitabı şəxsi kitabxanasından götürüb mənə bağışladı… İndi mənim əlimin altında bütöv bir xəzinə vardı. Lakin başqa bir canlı xəzinəni yaşadığım evdə tapdım (X.Rza o vaxtlar özünün kirayədə yaşadığı evi nəzərdə tuturdu – N.T.). Ev sahibi Fatma xanım ağbirçək və üzü nurlu bir tatar qadın idi. Evində çoxlu tatar kitabları olduğundan və «Kazan odları» jurnalına illik abunə yazıldığından anlayırdım ki, Musa Cəlili anmaqda və mənimsəməkdə, dilini və milli simasını qoruyub saxlaya bilmiş bu ziyalı qadından yardım və qüvvət almaq olar. Yanılmamışdım. Ancaq çox keçmədən bəlli oldu ki, Fatma xanım «Moabit dəftəri»ndən hər hansı şeiri həyəcansız, göz yaşı axıtmadan dinləyə bilmir… Mən sonralar görkəmli sovet yazıçısı Konstantin Simonovdan tutmuş şairin həyat yoldaşı Əminə Cəlilə və qüdrətli tədqiqatçısı Rafael Mustafinə qədər bir sıra Cəlilşünasların məqalə və xatirələrini, oçerk və monoqrafiyalarını oxuyub öyrənə bildim. Lakin açığını deyim ki, Musa Cəlil tərcüməsində heç bir qaynaq mənə Fatma xanımın göz yaşları qədər güclü təsir və yardım göstərməyib… Türkdilli xalqların ədəbiyyatları sferasında bədii tərcümənin ləyaqət meyarı olaraq bəzən vəznin, qafiyənin saxlanılmasını şərt qoyurlar. Bizcə, bu şərt heç də ləyaqət meyarı ola bilməz. Burada ləyaqət meyarı şairliyin zəruri səsidir, orijinalda əksini tapmış bədii gerçəkliyin yenidən canlandırılmasıdır».
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2017.- 26 iyul.-
S.14.