Ermənilər Zəngəzur və
Qarabağda tarixi yerlərimizin adlarını dəyişdiriblər
1-ci yazı
Ermənistan işğal etdiyi tarixi Azərbaycan
torpaqlarını saxtakarlıq yolu ilə hər vəchlə
“erməniləşdirməyə”, özününküləşdirməyə
çalışır. Bu məqsədlə özünəxas
şəkildə ən primitiv saxtalaşdırma
üsullarına belə əl atır. Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin
sədri Faiq İsmayılovun sözlərinə görə,
Ermənistanın işğalı altında olan Zəngəzur
və Dağlıq Qarabağ torpaqlarının bütün
toponimləri, tarixi yer, yurd adları dəyişdirilərək
erməni dilinə və erməni Qriqoryan dininə uyğun
olan başqa adlarla əvəz edilərək bu ərazilər
tamamilə erməniləşdirilib. Məhz bu səbəbdən
də bu yerlərə səyahət edən hər hansı
bir əcnəbi qonaq burada ermənilər tərəfindən
dəyişdirilmiş bu yer, yurd adlarını bölgənin
“həqiqi” toponimləri kimi qəbul edir. Bu
isə çaşqınlıq yaradır. Məhz bu səbəbdən də Azərbaycanın
işğal olunmuş ərazilərindəki toponimlərin
arxivlərdə qalmış nümunələrindən və
müxtəlif tədqiqatçıların əsərlərindən
faydalanaraq onların xatırlatmaq yerinə düşərdi.
Odur ki, işğal altındakı ərazilərin
toponimləri və tarixi yer adlarının öyrənilməsinə
bir sıra sovet dövrünün alimlərinin əsərlərində
də tez-tez rast gəlinir. Bu baxımdan
rus coğrafiyaşunası Q.İ.Anoxinin “Kiçik Qafqaz” əsərini
misal göstərmək olar. (Q.İ.Anoxinin.
«Malıy Kavkaz». Moskva.1981- ci il. «Fizkultura i sport» nəşriyyatı) Ərazi
etibarı ilə Zəngəzur özünün füsunkar
gözəlliyi, təbii sərvətləri və mürəkkəb
relyefi ilə həmişə özünə diqqət cəlb
edib. Sovetlər dönəmində burada
İttifaq büdcəsindən ayrılan pullar hesabına sənaye
və kənd təsərrüfatı çox yüksək səviyyədə
inkişaf etmişdi. Təsadüfi deyildir
ki, indiki Ermənistanın iqtisadiyyatından gələn gəlirin
60%-dən çoxu Zəngəzurun təbii sərvətləri
və sənayesi hesabına ödənilir. Zəngəzur demək olar ki, bütünlüklə
sərt dağlarla əhatə olunaraq Laçın-Kəlbəcərdən
Naxçıvana qədər böyük bir ərazini əhatə
edir. Zəngəzur yaylası çox kəskin
şəkildə şimaldan cənuba doğru uzanır.
Ərazi başdan-başa biri digərini
tamamlayan meşələrdən, çətin keçilən,
dağlardan və sıldırım qayalardan ibarətdir.
Zəngəzur ərazi etibarı ilə
Kiçik Qafqazın ən uzun və hündür yüksəkliyidir.
Müasir dövrdə şirin su problemi
dünyanı düşündürdüyü bir zamanda Zəngəzur
ərazilərinə Allah öz təbii sərvətlərini
böyük səxavətlə bəxş edib. Belə
ki, müxtəlif gur sulu bulaqlar, göllər
və çayların baş alıb getdiyi Zəngəzur
bögəsi hər tərəfdən yeraltı və
yerüstü şirin su hövzələri və müxtəlif
çeşidli minerallarla əhatə olunub. Belə ki, qərb
tərəfdən Arpaçay, Naxçıvançay,
Əlincəçay və Gilyançay, şərq tərəfdən
isə Tərtərçay, Həkəri, Oxçu və
Mehri çayları mənbələrini Zəngəzurun
müxtəlif yüksəkliklərindən alaraq, öz
axarları istiqamətində insanlara bar bərəkət bol
nemətlər bəxş edirlər. Zəngəzurun
ən yüksək zirvələrindən biri
Qapıcıqdır (işğal etdikləri ərazilərdə
bütün toponimləri dəyişdirən ermənilər
indi bu zirvəni Kaputçux adlandırırlar) bu yüksəklik
yaylanın cənub hissəsində dəniz səviyyəsindən
3094 metr yüksəklikdə yerləşir. Zəngəzur
yaylası üzü şimala tərəf nə az, nə çox 208 km uzanaraq böyük Ginəldağ
yüksəkliyi ilə birləşir. Ginəldağ
zirvəsi dəniz səviyyəsindən 3367 metr yüksəklikdədir.
Bu nöqtədən daha üç yüksəklik,
Şahdağ, Murovdağ və Qafanqala silsilələri
başlanır. Qafanqala silsiləsi
şimal – şərq istiqamətindən 10 km-lik məsafədə
yerləşən Şahdağ yüksəkliyinə birləşir.
Ginəldağdan ayrılan Qafanqala yüksəkliyi
üzü şimala indiki Ermənistanın Basarkeçər
(Vardenis) rayonu istiqamətinə uzanır.
Basarkeçər rayonundan şimal – şərq istiqamətində
ermənilər tərəfindən Azərbaycanın
işğal altındakı ərazilərinə doğru
çəkilən şose yolun 13-cü kilometrliyində azərbaycanlıların
Günəşli adlı gözəl bir yaşayış məntəqəsi
yerləşir. Böyük Ginəldağın baş
zirvəsinin qurtaracağından isə Kəlbəcər
rayonunun məhşur Zod dolayları başlayır. Zod dolayları qızıl yataqları ilə zəngin
bir ərazidir. Bu əraziləri ermənilər
1993-cü ildə işğal edib. İşğaldan
sonrakı Ermənistanla Azərbaycan arasında aparılan
sülh danışıqları zamanı erməni tərəfi
açıq-aşkar inad edərək Zod ərazilərini
Laçın və Kəlbəcər də daxil olmaqla
işgaldan azad etmək istəmir”.
Zod ərazisi dəniz səviyyəsindən 2370 metr
yüksəklikdə yerləşir. Qızıl yataqları əsasən
Kəlbəcər rayonu ərazisindən Basarkeçər
rayonu istiqamətinə uzanır: “Belə ki, bu ərazi Kəlbəcərdən
15, Basarkeçərdən isə 22 km məsafədə yerləşir.
Bu ərazilərin 1993-cü il erməni
işğalından sonra indiki Ermənistan hökuməti Azərbaycanın
Zod qızıl yataqlarını istismar etmək
üçün Basarkeçər rayonundan bu mədənlərə
22 kilometrlik müasir tələblərə cavab verən
şosse yol çəkib. Qızılın gəlirli bir sahə
olduğunu nəzərə alan indiki erməni
rəhbərliyi hazırda Dağlıq Qarabağ probleminin həlli
ilə bağlı aparılan sülh
danışıqları zamanı Kəlbəcər ərazisini
məhz bu qızıl yataqlarının və eləcə də
dünya əhəmiyyətli mineral su mənbələrinin
olduğuna görə Azərbaycana qaytarmaq istəmir.
Zod – Basarkeçər yolunun 2 kilometr qərb tərəfə
isə Orta Zod qızıl mədənlərinin ərazisi
başlanır. Cənub Zod dolayları isə dəniz səviyyəsindən
2650 metr yüksəklikdə yerləşir. Buradan Kəlbəcərin Qılışlı kəndinə
olan məsafə 3 kilomerdir. Hər tərəfi
dağlarla əhatə olunan Qılışlıdan 3 kilometr
Cənub-qərb tərəfə isə dəniz səviyyəsindən
3037 metr yüksəklikdə yerləşən Qumru
dağı görünür. Qumru
dağından 5 kilometr Cənub-qərb istiqamətinə isə
Basarkeçər dolayları başlayır. Bir-birini tamamlayan bu dağların sırasında yəni
Basarkeçər dolaylarından 5 kilometr Cənub-şərq
istiqamətində Keçili dağı öz əzəməti
ilə dayanır. Keçilidağın ətəyində
Kəlbəcər rayonunun bir zamanlar bütün İttifaqda məhşur
olan İstisu istirahət zonasının ermənilər tərəfindən
dağıdılmış xarabalıqları indi də
qalmaqdadır. İstisudan 5 kilomerlik məsafədə
isə dəniz səviyyəsindən 3344 metr yüksəklikdə
Sarımsaqlı yüksəkliyi görünür.
Azərbaycanlıların əsasən yaylaq kimi istifadə
etdikləri Sarımsaqlı yüksəkliyinin ətəyində
Alagöllər adlı iki göl yerləşir, bu göllər
böyük Alagöl və kiçik Alagöl adları ilə
adlanırlar.
Sarımsaqlıdan 6 kilometr Cənub tərəfə
isə dəniz səviyyəsindən 2987 metr yüksəklikdə
Qısırdağın zirvəsinə qalxmaq
mümkündür. Qısırdağdan cənuba
tərəf təqribən 5 kilometr aralaşarsansa, onda
qarşıda Qoçbəy dolayları ilə
qarşılaşacaqsan. Məhz bu ərazidən
Gorus-İrəvan şose yolu keçib gedir. Gorus-İrəvan şose yoldan 8 kilometr məsafədə
dəniz səviyyəsindən 3053 metr yüksəklikdə
yerləşən Kəvirli yüksəkliyi başlayır.
Bu ərazinin 2 km-lik çınqılla
örtülü hissəsi Zəngəzur yaylasını Dərələyəz
yaylası ilə birləşdirir. Bu
nöqtədən Zəngəzurun içərilərinə
tərəf şərq istiqamətinə Ağcabəy və
Biçənək əraziləri başlanır. Biçənəkdən 3 kilometr cənub tərəfə
Qəmyurdu dolaylarıdır. Hansı ki,
buradan Salvartı yaylağını 9 kilometr məsafə
ayırır.
Əgər doğurdan da buradan Salvatıya getməli
olsanız, onda Camal yaylağını və Qayadikdağ
yüksəkliyini keçməli olacaqsan. Bu ərazidən
şimal-şərq tərəfə 7 kilometrlik məsafədə
Taxtakörpü dolayları, Taxtakörpü çayı və
Qarakilisə (Sisian) rayonunun Ərəvis kəndini də
görəcəksiniz.
Zəngəzurun ən böyük və səfalı təbiətə
məxsus rayonlarından biri də ermənilərin son vaxtlar
Sisian adlandırdıqları Qarakilsə rayonudur. Qarakilsənin
etnik tərkibi 1988-ci ilə qədər əsasən azərbaycanlılardan
ibarət olub. Bu rayonun1988-ci ilə kimi 76 kəndi
olub. Onun 61-də azərbaycanlılar, 6-da
albanlar və 9-da isə müsəlman kürdləri
yaşayıblar. Ermənistan hökuməti
əsasən sovet hakimiyyəti illərində azərbaycanlıların
və müsəlman kürdlərin deportasiya edilməsi sayəsində
Qarakilsəyə xarici ölkələrdən gətirilən
erməni ailələrini yerləşdirib.
Qarakilisənin ən məhşur və səfalı kəndlərindən
biri bütün tarixi dövrlərdə yalnız azərbaycanlıların
yaşadıqları Urud kəndidir. Bu kənddə Azərbaycanın
çox qədim tarix və mədəniyyət nümunələri
yaşayır. Bu gün Urud kəndində
dünyada «Urud mədəniyyəti» adı ilə məhşur
olan Urud tarix və mədəniyyət abidələrinin
qalıqları yaşayır”.
1988-ci il işğalından sonra Ermənilər
Urudun adını dəyişdirərək ermənicə
Oront adlandırdılar: “Urud mədəniyyətinin
böyük bir qismini hələ sovetlər dönəmində
Urud qəbristanlığında aşkarlanmışdı. Urud qəbiristanlığında 1961-ci ildə
aşkar edilən XV-XVI əsrə aid bədii formada olan
daº sənduqə, at və qoç heykəlli məzar
daşları üzərindəki kitabələr və qədim
türk tayfalarına məxsus onğonların
(tanrıların) təsvirləri alban tayfalarının
islamı qəbul etməsini və ondan çox-çox əvvəl
türkləşməsini, azərbaycanlaşmasını
sübut edir.
Bu tarixi abidələr əvvəllər mövcud olan
“Qafqazın xilafət qoşunları tərəfindən
istila edildikdən sonra alban tayfalarının erməniləşməsi
və gürcüləşməsi konsepsiyasını” alt-üst
etdi. Bu elmi kəşf azərbaycanlıların Qafqazda
yerli-köklü xalq olduğunu sübut edir. Məhz bu səbəbə görə də ermənilər
orta əsr qəbiristanlığı olan qədim Zəngəzurun
Urud kənd qəbiristanlığını 1988-ci ildə
tamamilə dağıtdılar. İndi burada yalnız
«Urud mədəniyyəti»nin təsadüf
edilən nadir qalıqlarına rast gəlmək olar. Zəngəzura
səyahət etsəniz görərsiniz ki,
Taxtakörpüçaydan cənub-şərqə tərəf
8 kilometrlik məsafədə Damurrudağ və 4 km-lik məsafədə
isə Eşşək meydanı yaylağıdır. Eşşək meydanı yaylağından şimal-şərdə
Əyriçay çayı və bir qədər aralıda
isə Qarakilisə rayonunun Sofulu kəndi öz kədərli
həyatını yaşayır. Eşşək
meydanı yaylağının cənub-şərq istiqamətinin
4 kilometrliyində Aynırıdağ (Ayrıdağ), oradan
şərq tərəfdə isə Bərguşad yüksəkliyi
cənub istiqamətində uzanaraq Zəngəzur yüksəkliyi
ilə birləşir”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 28 iyul.-
S.13.