Bizi salamlayan qoca(lığı)mıza salam deyək...

 

 

Rzayeva Mətanət Tumarxan qızı doğulduğu qədim yurda bağlılıq əlaməti olaraq özünə Ulu Şirvanlı təxəllüsü götürüb. Ədəbi aləmdə elə bu cür tanınır. Ulu sözündə böyüklük, ucalıq, qocalıq məfhumları daşınır. Bəlkə Ulu sözünü özünə təxəllüs seçməklə bir az da o sözün daşıdığı qoca mənasından özünü uzaq etmək istəyib. Amma edəsən ki, o qocalığı biz özümüzdən qədər uzaqlaşdırmağa çalışsaq da, istər-istəməz o gəlib bir gün yaxamızdan yapışacaq.

2017-ci ildə Mütərcimnəşriyyatında işıq üzü görmüş ədəbi-bədii-fəlsəfi düşüncələr toplusu olan “Salam, Qocaadlı kitabına gözüm sataşanda, özümdən qeyri-ixtiyari Mətanət xanımdan soruşdum ki, o Qoca kimdir? O da cavabında dedi ki, kitabı oxuyanda biləcəksən. Üstündə ixtiyar yaşlı naməlum bir qocanın təsviri əks olunmuş bu kitabı alıb gözdən keçirməyə başladım. Professor İsmayıl Kazımov kitabaKonseptual düşüncə mənbəyiadlı ön söz yazıb.Mətanət Ulu Şirvanlının ədəbi-bədiifəlsəfi düşüncələrini janr etibarilə esse adlandırmaq olar”, - deyən İsmayıl müəllim fikrinə belə davam edir: “Bir həqiqətdir ki, esse janr kimi ədəbiyyata sənətə açıq, aydın münasibətdən daha çox həyata dövrə fəlsəfi-məntiqi yanaşmanın ifadəsi kimi meydana gəlib. Bu tipli əsərlər çağdaş tənqidin yeni janr forma axtarışlarını əks etdirməklə yanaşı, həm ədəbiyyat zaman, sənət həyat, cəmiyyət onun problemləri ətrafında dövrün ədəbi düşüncəsini, müasir yazarın mövqeyini, bir sözlə, müxtəlif konseptləri əks etdirir.

Esse paradoksal janrdır, bu janrda arqumentlərin ( dəlil sübutların) harmoniyası assosiasiyası, müəllifin şəxsi mövqeyi üstünlük təşkil edir. Aydın söyləm, yaxud paradoksal müəyyənlik bu janrı xarakterizə edir.

Mətanət xanımınessebarədə düşüncəsini inikas etdirən parça diqqətimi çəkdi. Həmin mətnin içərisindənhəqiqəti anlada bilən rabitəsiz danışıqkəlməsi çox şey anladır. Bəli, bu anlayış esse janrının mahiyyətini təşkil edir. Əlbəttə, esse mətnləri dilin sintaktik normalarından, qanunlarından kənar, rabitəsiz nitq formalarını xatırladır. Müəllif düzgün müşahidə edə bilib”.

Di gəl baş çıxart ki, onun salamladığı qoca kimdir. Gəl buhəqiqəti anlada bilən rabitəsiz danışıqdanbaş . Məlumdur ki, Azərbaycan dilində cins kateqoriyası bildirən şəkilçi yoxdur. Alınma sözlərlə birlikdə gəlmiş şəkilçiləri demirəm. Məsələn, elə Qoca ifadəsinin kişiyə, ya qadına aid olduğunu bildirən ayrıca şəkilçi olmadığı kimi. Hökməndir ki, qoca sözünün yanına kişi, ya qadın ifadəsini artırasan ki, bu qocanın kişi, ya qadın olduğunu biləsən. Bu səbəbdən mən rus dili vasitəsilə dilimizə keçən familiya bildirən Avropa mənşəliov(a), - yev(a) şəkilçisinin dilimizdə işlədilməsinin əleyhinə deyiləm. Çünki Arzu, Hicran, Sədaqət, Şirin, Vəfa başqa bu kimi şəxs adlarımız həm oğlanlara, həm qızlara verildiyindən, onların soyad sonluqlarındakı cinsiyyət kateqoriyası (anlayışı) ifadə edənov(a),- yev(a) şəkilçisinin işlədilməsi zərurət doğurur.

“Salam, Qocaessesinin daxili mahiyyətində gizlənən bədii düşüncə kodu (bədii həqiqət) mən deyəni deyir. Səni hər gün görürdüm. Görürdüm, amma... Salam belə vermək istəmirdim sənə, Qoca. Baxmayaraq ki, sən mənə hər gün salam verirdin. Verirdin. Amma... Kimsən, nəçisən, buralarda gəzirsən? Nəyimə gərək? Düz on il salam verməkdən yorulmadın, Qoca. Budur, illər keçib, sən yenə salam verirsən. Bu illər səni bir azda qocaldıb.

- , yaman qocalmısan. Eh, Qoca, bu gün yenə salam verdin. nəhayət ki, on ildən sonra sənə Allah salamı verirəm:

- Salam, Qoca!”

Mətndən göründüyü kimi, «səni hər gün görürdüm, amma sənə salam vermək istəmirdim» deyir subyekt. Niyə? Ona görə ki, hər gün ömrümüzün üstünə yaş gəlir, hər gün yaşadıqca bir gün boyu da qocalığa ( içimizdəki yatıb gizlənmiş Qoca obrazına doğru) doğru yaxınlaşırıq. Amma yaxınlaşsaq da, boynumuza götürmək istəmirik bir qocalığı. Ona görə hər il yaş günlərimizi ad günləri adı altında təmtəraqla anmaqla özümüzdə bir şuxluq, könül xoşluğu yaratmağa səy edirik ki, qocalıq bizlərə yaxın düşməsin. Bu səbəbdən hər gün bizə bir qədər yaxın gələn, yaxınlaşıb salam verən qocalığa (Qoca obrazına) daxilimizdə qədər etinasız yanaşsaq da , «nəhayət ki, bir gün biz həmin Qocaya (qocalığa) Allah salamı verməyə» məcburuq. Çünki Allah bizi qocalıq yaşınadək öldürməyib sağ-salamat saxlayıbsa, biz Allahın salamını (Allahın salamatlığınıbizi salamat saxlayıb qocaltdığını) qəbul edib, bu Qocanı (qocalıq yaşını) salamlayası oluruq.

“On il salam verməkdən yorulmayan Qocabizi əslində riyazi hesablamaya görə 40 yaşında haxlayır, on il inadkarlıq göstəririk, boyun əymək istəmirik qocalığa, Qoca obrazında görmək istəmirik özümüzü. Görmürsənmi, el arasındaqırxında öyrənən gorunda çalardeyirlər; yəni qırx yaş artıq başqa bir deyimdə qırx oldun-qırxıldınifadəsilə anılır, gəncliyin libasını dəyişməsi kimi xarakterizə olunur.

İllər keçib, sən yenə salam verirsəndediyi Qoca obrazının şəxsində təkcə özünə yox, hər birimizə demək istəyir ki, o salam verdiyimiz Qoca mənəm, sənsən, biz hamımızıq. Ömrümüzdən-günümüzdən keçən günlər o müqəddəs Qoca obrazına dönüb hər gün bir qədəm bizə doğru yaxınlaşır, bizi salamlayır. Hər birimizin içindən bizi salamlamaq üçün bizə doğru yol gəlir o qocalıq çağı- Qoca obrazı. Xalqımız əbəs yerə yaratmayıb bu deyimi ki:

 

«Cavanlıq bir quşdur, uçurdum, tutammadım,

İxtiyarlıq bir qumaşdır, gəzdirdim, satammadım».

 

Hər birimiz əlimizdən uçuracağımız o cavanlıq quşunun qədrini vaxtında bilək ki, ixtiyarlığıqocalığı bir dəyişilməz, əbədi bir qumaş kimi-libas kimi əynimizə geyinəndə təəssüflənməyək ötən illərimizə onda özümüzə ürəkdən bəxtəvərlik verməyə dilimiz gəlsin. Çünki cavanlığımızı qədər qiymətli keçirə bilsək, qocalığımız da o qədər dərəcədə urvatlı olacaq. Xətirhörmət, izzət-etibar cavanlıqda (ələlxüsus da subaylıqda) qazanılır ki, onun da mənfəətini qoca olanda görəsi oluruq. Necə ki, Mətanət xanım bu gün şəstlə açıq-aşkar şəkildə “Salam, Qoca!” deyə bilirsə, bu salambu çağırış eyni zamanda onun oxucularına bir ismarıcı kimi səslənir. Gəlin elə yaşayaq ki, hər birimiz içimizdə boy atıb böyüməkdə olan qocalığı (Qoca obrazımızı) ürəklə qarşılaya bilək müəllifin bu səsinə biz eyni ötkəm ahənglə, sağlam aura ilə qoşulaq: “ -Yəqin ki, bu, hələ son deyil, həyat davam edəcək! Bax beləcə: - Salam, Qoca!- deməklə”...

 

Şakir Albalıyev

filologiya üzrə fəlsəfə doktoru

 

 

Xalq Cəbhəsi.- 2017.- 29 iyul.- S.14.