Ermənilər Zəngəzur və Qarabağda tarixi yerlərimizin
adlarını dəyişdiriblər
2-ci yazı
Ermənistan işğal etdiyi tarixi Azərbaycan torpaqlarını saxtakarlıq
yolu ilə hər vəchlə “erməniləşdirməyə”, özününküləşdirməyə çalışır. Bu məqsədlə özünəxas
şəkildə ən
primitiv saxtalaşdırma
üsullarına belə
əl atır. Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini
Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə
görə, böyük
şirin su ehtiyatına malik daha bir ərazi,
Qaragöldən şimal-şərqə
tərəf məhşur
Alagöllər yaylağına
birləşən ətrafı
qalın çınqıllarla
əhatə olunan Qızılboğaz su hövzəsi Azərbaycanın
erməni işğalı
altında olan çox əhəmiyyətli
mineral ehtiyatıdır. Qızılboğazdan 5 kilometr cənub-şərq
tərəfdə isə
ermənilər tərəfindən
uçurdulmuş və
dağıdılmış Qızıltəpə məzlum
görkəmi ilə sanki işğalçının
əsarətində inildəyir,
bizim yolumuzu gözləyir. Qızıltəpə ilə üzbəüz 7 kilometr cənub istiqamətində isə Böyük İşıqlı
dağının əzəmətli
görkəmi dayanır.
İşıqlıdan 2 kilometr şimal-şərqə
isə Qaragöl yaylağıdır.
Zəngəzur silsiləsinin bütün
zirvə hissəsi qalın otlaqlı yaylaqlardan və böyük çınqıllıqlardan,
silsilənin ətəkləri
isə enliyarpaqlı meşələrdən və
kolluqlardan ibarətdir. Zəngəzur
dağ silsiləsinin şimal-şərq və
cənub-şərq istiqamətlərində
dağlar arasında xeyli sayda böyük
şirin su ehtiyatına malik göllər var. Təsadüfi
deyil ki, Həkəri, Bərgüşad,
Tərtər və Bazarçay çayları
öz mənbələrini
buradan götürür.
Bir çox nağıl və əfsanələrin
epizoduna çevrilən
Arpaçay çayı
isə öz mənbəyini dəniz səviyyəsindən 3000-4000 metr
yüksəklikdən çox
güman ki, Alagöllərin qrunt sularından alır”.
Öz mənbəyini
Zəngəzurdan götürən
dağların sərt
döngələri ilə
sürətlə axan
Arpaçay Basarkeçər
və Zəngəzur ərazilərini ikiyə bölür. Çayın iki qolunun mənbəyi Keçəltəpə
yaylağına qədər
uzanır. Bu qolların
hər birinin uzunluğu təqribən
12 km-dir. Bu ərazinin cənub-qərb
istiqamətindən 40-45 km aralıdan
Səlim keçidi başlayır. Qədim zamanlarda Anadoludan tutmuş Çinə qədər Araz boyu karvan-ticarət yolu (İpək yolu) məhz buradan - Zəngəzurun Səlim keçidi adlanan yerdən keçərək, Azərbaycanın
qədim Təbriz şəhərinə, oradan
da Asiya ölkələrinə və
Çinə qədər
uzanıb gedirdi. Ona görə də səyyahların istirahətini
təmin etmək üçün Səlim keçidində Elxani dövründə tikilən
Səlim karvansarası
dövrümüzə qədər
gəlib çıxıb.
Maraqlıdır ki, İpək
yolu üzərində
Zəngilanın Məmmədbəyli
kəndində Yəhya
İbn Məhəmməd
türbəsinin qapısı
üzərində qoyulan
kitabə ölçüsü,
bədii forması, həkk olunan texnikasına görə, Səlim karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə
hələlik Azərbaycanın
digər tarixi ərazilərində hələ
rast gəlinməyib.
Qeyd olunan kitabədə XIV əsrdə
bu İpək yolu üzərindəki bütün abidələrin
memarı olmuş, memar Əli Məcdəddinin adı yazılıb. Son dövrlər
bu abidənin də daxili divarları üzərindəki
bir daşı çıxararaq oraya erməni dilində bir yazılı lövhə yerləşdiriblər.
Ermənilərin abidə üzərinə
yerləşdirdikləri bu
divar yazısı abidənin inşa tarixinə aid olan karvansaranın qapısı
üzərindəki hələlik
mövcud olan yazı ilə də heç cürə uzlaşmır,
yəni uyğun gəlmir. Bu lövhə abidənin tarixini saxtalaşdırır.
Zəngəzurun çox əsrarəngiz
yüksəkliklərindən biri də Mehri
yüksəkliyidir: “Mehri
ərazisi qiymətli şirin su hövzəsinə
və böyük mis mədənlərinə
malik bir ərazidir. Buradakı dağların ətəkləri
ilə dolanıb gedən üç çay, cənub-qərbdə
Mehriçay, şimaldan
Oxçu(Boxçi) çayı
və şərq istiqamətində Xaçınçıy
çayı öz gözəlliyi ilə ona baxanlarda heyrət doğurur. Dəniz səviyyəsindən 1200-1800 metr
yüksəklikdə yerləşən
Mehrinin bütün ərazisi demək olar ki, palıd
meşələri ilə
örtülüdür. Meşə örtüyü Qərbi Azərbaycanın çox
gözəl şəhərlərindən
biri olan Qafana qədər uzanır.
Burada onu da qeyd etmək
yerinə düşərdi
ki, Qafan şəhəri və onun digər yaşayış məntəqələrindən
XX əsrin 90-cı illərinə
qədər 70 minə
yaxın azərbaycanlı
deportasiya edilərək
öz doğma ocaqlarından qovuldular. Hazırda Qafan
şəhərində 30 minə
yaxın xaricdən gətirilib məskunlaşdırılan
erməni yaşayır.
Mehri yüksəkliyi
ərazinin şimal istiqaməti tərəfinə
uzanaraq İşıqlı
dağına birləşir. İşıqlı dağının cənub
dolaylarından cənub
– şərq istiqamətinə
tərəf 2 kilometrlik
məsafədən Gorus
çayı axır.
Burada eyni zamanda Gorus
yaşayış məntəqəsi
yerləşir. Gorus şəhəri
Zəngəzurun XX əsrin
əvvəllərində tarixi
mərkəzlərindən biri olub. İşıqlı dağının şərq istiqamətindən
2 kilometr şimal tərəfə isə dəniz səviyyəsindən
3241 metr yüksəklikdə
Keçəldağdır. Keçəldağdan 9 kilometr aşağı
istiqamətdə dəniz
səviyyəsindən 2250 metr
yüksəklikdə isə
Azərbaycanın qədim
yaşayış məntəqələrindən
biri olan Bayundur (Bayandur) yaşayış məntəqəsidir.
Bu kənddən 4 km-lik
məsafədə Xəzinəvar
(Xoznavar) kəndi, Xoznavarın 1,5 kilometrliyində
ermənilərin Xansak
adlandırdıqları Xanəzək
(el içərisində Xənəzək
də adlandırılırdı)
kəndi və ondan bir qədər
aralıda isə Görus şəhəri yerləşir. Gorus şəhərinin cənub-şərq istiqamətindən
isə Gorus-Laçın
şose yolu uzanıb Qarabağa tərəf gedir. Sərt döngələrdən keçən
bu yolun 12 km-liyində Xınzirək (Xanzirək) ermənicə
Xınsak yaşayış
məntəqəsidir.
Xınzirək kəndindən 9 km məsafədə
Qubadlı rayonunun Kümbəz, 20 km məsafədə
yenə də həmən rayonun Qaralar və ondan da bir
qədər aralıda
isə Qubadlı (qəsəbəsi) yaşayış
məntəqəsi yerləşir.
Bu istiqamətdən üzü şimala yüksək strateji əhəmiyyətə malik
Hoçaz yüksəkliyidir.
Bu yüksəklik bölgəyə erməni
hücumları zamanı
ərazinin müdafiəsində
həmişə mühüm
rol oynayıb. Hoçaz yüksəkliyinin qərb
tərəfindən Həkəri
çayının Minkənd
qolu, şərq tərəfindən isə
Həkəri çayının
Hoçaz qolu axır. Hoçaz yüksəkliyi 52 km uzanaraq Qızılboğaz
yüksəkliyinə birləşir.
Hoçaz yüksəkliyinin bir hissəsi otlaqlar və qayalar ilə digər bir hissəsi isə kolluq və enliyarpaq meşələrlə
örtülüdür.
Qızılboğaz yüksəkliyinin
şimal – şərq
istiqamətində dağlar
arasında 10 kilometrlik
çınqıl daşları
ilə əhatələnmiş
2 kiçik göl, buradan isə 8 km-lik məsafədə Laçın rayonunun Qarakeşdi və 6 kilometrliyində isə Minkənd kəndi yerləşir. Minkənd kəndindən Həkəri
çayının axarı
ilə sağ sahili istiqamətində Əhmədli və ondan 4 kilometr aralıda isə Mirik kəndidir. Mirik kəndindən üzü
şimala Göybulaq yaylağı Qaragöl yaylağına birləşənə
qədər uzanır.
Qarakeşdi kəndindən kənd yolu ilə cənub – şərqə tərəfə 2 km-lik məsafədə Çıraqlı və Kamallı kəndləridir. Çıraqlıdan 8 km məsafədə isə dəniz səviyyəsindən 1904 m yüksəklikdə olan Artəpə (Ərtəpə) yüksəkliyi ucalır. Bu yüksəklikdən cənub - şərq istiqamətinə 10 km-lik məsafədə Laçın şəhəri görünür. Artəpədən Hoçaz yüksəkliyinə olan məsafə 6 km-dir. Artəpəni Sus kəndindən 2, Qızılca kəndindən 4, Zabux -Gorus şose yolundan isə 4 km məsafə ayırır. Minkənd-Laçın yolunun 6 km-liyində müalicə əhəmiyyətli İstisu istirahət zonasıdır. Minkənd İstisuyu istirahət zonası bütün Qarabağda məhşur idi. Burada müalicə əhəmiyyətli 2 hovuz fəaliyyət göstərirdi biri kişilər digəri qadınlar üçün. Hovuzların içərisində qaynayıb daşan su günün ikinci yarısında fəvvarə vururdu. Vəffarənin hündürlüyü bəzən 15 – 20 metrə çatırdı. Buradan üzü qərbə baxanda buradan Qabaqtəpə yüksəkliyi açıq aydın görünür.
Qabaqtəpə yüksəkliyindən Həkəri və Hoçaz çayları arasında cənub istiqamətindən sol sahillə şərq tərəfdə Şəlvə kəndidir. Şəlvə ərazisinin bir tərəfi vulkan daşları, digər tərəfi isə palıd meşələri ilə örtülüdür. Şəlvə dəniz səviyyəsindən 3200 metr yüksəklikdə yerləşir. Buradan 4 kilometr cənub şərqə tərəf dəniz səviyyəsindən 2629 metr yüksəklikdə Qarannıx yaylasıdır. Qarannıx yaylasından 10 km məsafədə isə Narışlar dolaylarıdır. Narışlar dəniz səviyyəsindən 2047 metr yüksəklikdədir. Narışlardan 4 km şərq tərəfdə dəniz səviyyəsindən 2132 metr yüksəklikdə Qabaqtəpə yüksəkliyidir. Sovetlər dönəmində Qabaqtəpə yüksəkliyi üzərində Laçın rayonunun ən böyük televiziya ötürücü stansiyalarından olan Qoşasu ötürücü stansiyası yerləşirdi. Buradan 2 km cənub tərəfə Qoşasu kəndidir.
Qoşasu kəndini buradan 6 km-lik kolluq bir ərazi Şəlvə dərəsinə birləşdirir: “Buradan isə onlarla tarixi əsərlərin personajına çevrilmiş Çalbayır yüksəkliyi başlayır. Çalbayır yüksəkliyi Həkəriçayının Şəlvə və Qorçuçay qolları arasında yerləşir. Ərazinin böyük bir hissəsi vulkan daşları ilə örtülüdür. Buralar yerli əhalinin yaylaq əraziləri olmuşdur. Çalbayırın zirvəsindən, Çalbayırın ətəklərinə tərəf 2200 metr bir məsafədən palıd meşələri başlanır. Meşəlik 18 kilometr cənub şərqə doğru uzanaraq Böyükqızılqaya yüksəkliyinə birləşir. Böyükqızılqaya yüksəkliyi dəniz səviyyəsindən 2620 metr məsafədə yerləşir. Bu ərazinin ikinci ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2440 metr yüksəklikdə olan Kiçik Qızılqaya yüksəkliyidir. Buradan 30 kilometr cənub-şərq istiqamətində irəlilədikcə Qabaqtəpə yüksəkliyi, Laçın rayonunun mərkəzi olan Laçın şəhəri və ondan bir az uzaqda isə Qarabağ yüksəkliyi öz əzəməti ilə insanı məftun edir”.
Bu Azərbaycan torpaqlarının əsrarəngiz yerlərini ona görə sadalayırıq ki, yaddaşlardan silinməsin, ermənilər işğalçılıqla və saxta yollarla onlara sahib çıxa bilməsinlər. Biz öz yurd yerlərimizə yenidən sahib çıxacağıq. Düşmən heç arxayınlaşmasın. Ya sülh, ya da müharibə yolu ilə haqqımız olan tarixi torpaqlarımıza qayıdacağıq!
Uğur
Xalq Cəbhəsi.- 2017.- 29 iyul.-
S.13.