İncə Dərəsində təsəvvüf
və nəqşbəndilik
Azərbaycanın qərbində yerləşən Qazax
bölgəsinin "İncə Dərəsi" deyilən yerin
Aslanbəyli kəndində Nəqşibəndlik təriqəti
geniş yayılıb. İncə Dərəsindən başqa
Qazağın heç bir kəndində nəqşibəndilik,
eləcə də təsəvvüf əhlinə rast gəlinmir.
Qazaxda nəqşibəndilik təriqəti Veysəl
Qarani soyundan olan Hacı Mahmud Əfəndinin adı ilə bağlıdır.
Qazax mahalının ən qədim kəndlərindən
biri də Gürcüstan və Ermənistanla həmsərhəd
olan və qədim türk tayfalarından sayılan
“İncu”ların məskunlaşdığı İncə Dərəsidir.
Qədimdə burada İncu-Aslanbəyli,
Qamak-Qaymaqlı və Kimer-Kəmərli tayfaları
yaşayıb ki, hazırda indiki üç kəndi əhatə
edir. Bunlardan ən qədimi “İncu”
tayfasıdır, ən böyük kəndi isə Aslanbəylidir.
Bu üç kəndin əhalisi etnoxronim kimi
“incəli”lər adlanır. İncə Dərəsi
özündə zəngin folklor nümunələrini,
aşıq yaradıcılığını, poeziyanı
qoruyub-yaşadan, ulu bölgənin kəndləri arasında ən
unikal bir eldir. Bu elin tanınmış şəxsiyyətləri,
ziyalıları, şair-yazıçıları və
aşıqları ilə yanaşı, həm də tarixi
kökü çox qədimlərə söykənən dini
təriqətli yazarları, eləcə də
övliyaları və nəqşibəndiləri var. Azərbaycanın
müxtəlif rayon və kəndlərində olduğu kimi,
Qazax rayonunun Aslanbəyli kəndində də soyu Yəmən
tayfalarından - “Beni-Murad”dan gələn Türk əsilli,
övliya, filosof Veysəl Qarani soyundan olan nəsillər
yaşayır. Veysəl Qarani soyundan gələnlər,
əsasən, Qazaxda İncə Dərəsində məskunlaşıblar.
594-doğumlu olan Veysəl Qarani Mərib vilayətində
Karen kəndində - indiki Qarani kəndi deyilən yerdə
dünyaya göz açıb. 654-cü
ildə Siffeyn döyüşündə Əlinin ətrafında
döyüşərkən öldürüldüyü
söylənilir. Onun qəbri Suriyada
Ər-Rəqqə adlı yerdədir. 2014-cü
ilin iyun ayının 23-də türbəsi İŞİD tərəfindən
bombalanaraq dağıdılıb. Veysəl
Qarani soyunun davamçısı Hacı Mahmud Əfəndidir.
Hacı Mahmud Əfəndinin soylarından olan Seyidovlar nəsli
var ki, bunlar Qazax mahalında nəqşibənidlər, sufi dünyagörüşlü şairlər
olub. Onların Qazaxda təsəvvüfün və
nəqşibəndiliyin yaranmasında və inkişafında əvəzsiz
xidmətləri olub.
Nəqşibəndilik “naxış vuran” demək olmaqla
yanaşı həm də “Allahın bəzi adları ilə
zikr etmək” deməkdir. Nəqşibəndilik təriqəti əslində
insanların nəfsinin əsirinə çevrilməməsi
üçün tövbə, zikr, təfəkkür, namazlar,
və buna bənzər ibadətlərin edilməsidir. XV əsrdə görünməyə başlayan təriqətin
nümayəndələri tezliklə Naxçıvanda, İrəvanda,
Urmiyada, Təbrizdə təriqəti təbliğ ediblər və
ətraflarına tərəfdaşlar toplamağa
başlayıblar. Lakin XVI əsrdən
sonra Azərbaycanda təsəvvüf cərəyanı
dini-siyasi təzyiqlər nəticəsində zəifləyərək
məşhur nümayəndələri məmur və
mollaların təhdidlərinə məruz qalaraq Hindistana,
Anadoluya, Misir və Türkmənistana köçmək məcburiyyətində
qalıblar.
XIX əsrdə Azərbaycanda nəqşibəndilik
dirçəlməyə başladıqda İsmayıl
Şirvani, Qutqaşınlı Yəhya Əfəndi və Mir
Həmzə Nigari kimi məşhurlar təriqətin
yayılmasında müstəsna xidmətlər göstəriblər. 30-cu illərin
repressiya dövru onlardan da yan ötməyib. Bir çox tanınmışlar repressiya
qurbanları olub və demək olar ki, fəaliyyətləri
dayandırılıb.
Nəqşibəndilər əsasən iri şəhərlərdə
və mənəvi yaxınlıqları olan bölgələrdə
təbliğatlar aparıblar. Azərbaycanda nəqşibəndilik
Bakı şəhərində, Şəki, Zaqatala, Qəbələ,
Ağdaş və Göyçay rayonlarında
yayıldığı kimi qərbdə yerləşən
Qazax bölgəsinin "İncə Dərəsi" deyilən
yerin Aslanbəyli kəndində də yayılıb. Qazaxda nəqşibəndilik təriqəti Veysəl
Qarani soyundan olan Hacı Mahmud Əfəndinin adı ilə
bağlıdır. 1835-ci ildə Asalanbəylidə
anadan olan Veys oğlu Hacı Mahmud Əfəndinin kökü
yəmən türkü Veysəl Qaraniyə
bağlıdır. Veysəl Qaranı
Hacı Mahmud Əfəndinin səcərə
köküdür.
Hacı
Mahmud Əfəndi 150 il öncə
Türkiyədə dini təhsilini başa vurduqdan sonra
doğma yurduna qayıdıb, müəyyən müddət
Şəkidə təhsilini davam etdirib. Aslanbəyli
kəndinə qayıtdıqda elmi biliklərini tədris etmək
məqsədiylə hücrə tikdirir. Tez
bir zamanda onun ətrafına yaxından və uzaqdan çoxlu
tələbələr, yəni müridlər toplaşır.
Nəqşbəndiliyin Azərbaycanda geniş
yayılmasında Hacı Mahmud Əfəndinin də
böyük rolu var. Mir Həmzə Nigari və Ömər Xəlvətidən
bəhrələnən Mahmud Əfəndi onları
özünə müəllim hesab edib. Hacı Mahmud
Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən
olub, sufi təriqətinin nəqşibəndi
qolunda 33-cü şeyxdir.
1863-cü ilin rəsmi rus hərbi sənədində
Tiflis quberniyasının müridləri arasında incəli
Mahmud Əfəndinin adı da yazılır. Amasya-Azərbaycan
mədəniyyətləri arasında Hacı Mahmud Əfəndidən
də qabaq İncə Dərəsindən Amasiyaya getmiş
elm insanları olub. Mahmud Əfəndi Şeyx Şamillə
sıx dost olub, səbəbi isə 1782-1853-cü illərdə
hər ikisinin Mövlana İsmayıl Səracəddin Əfəndinin
müridi olmalarıdır. Hər iki mürid nəqşibəndilik
təriqətinin "Xalidi" qolunun yayıcısı olublar.
Hacı Mahmud Əfəndi
sayılıb-seçilən mürşidlərdən olub,
çox sayda müridlər yetişdirib. Dədə
Ömər Rövşəni, Pir Şükür
Ənsarı, Əlaəddin Rumi və Həbib Qaramanlı
Hacı Mahmud Əfəndidən təsirlənib, müridlər
olublar.
Hacı Mahmud Əfəndi Azərbaycanda olduğu kimi
Amasiyada da sayılıb-seçilən, dini dərindən bilən
övliya kimi qəbul edilib. Hacı Mahmud Əfəndinin Azərbaycandan,
xüsusən qazaxlı ağa və bəylərdən
topladığı pullarla Amasiyada Azərbaycan türklərinə
məxsus “Şirvanlılar Camisi” Həmzə Nigarinin oğlu
Mir Hasan Əfəndinin nəzarətiylə inşa edilib. Bundan əlavə Amasiya şəhərində
ustadı-mürşidi Seyyid Nigarinin qəbri üstündə
böyük bir məscid tikdirib.
Mahmud
Əfəndiyə ölümündən bir az
əvvəl rus məmurları tərəfindən yenidən
Osmanlı dövlətinə köçmək tövsiyə
olunsa da o, Aslanbəylidən köçməyib, orada da dəfn
edilib. Müridlərinin vəsaiti və köməkliyi
ilə qəbri üzərində türbə ucadılıb.
Türbənin içərisində iki qəbir
var. İkinci qəbir kəndə gəlmə olan Seyid Yasin
adlı bir sufiyə məxsusdur. Hacı
Mahmud Əfəndi Seyid Yasinə hörmətlə
yanaşıb. Hacı Mahmud Əfəndinin
nəslindən olan tanınmış soylardan biri Aslanbəyli
kəndinə məxsus Şeyx nəsli olan Seyidovlar nəslinin
özünün də iki qolu var. Molla Seyid törəmələri
Azərbaycanda yaşayırlar və Molla seyidlilər kimi
ziyalıları və müxtəlif sahələrdə
nüfuzlu nümayəndələri ilə tanınırlar.
Hacı Mahmud Əfəndi törəmələri isə əksəriyyəti
Türkiyədə Amasiyada Amasya şəhərində, az qismi isə Azərbaycanda yaşayır.
Qazaxda məşhur
olan sufi şairlərdən Mir Həmzə Nigari ilə
görüşmüş Hacı Rəhim Ağa Dilbazov,
Hacı Sədi Əfəndi, Kazım Ağa Salik, Veysəl
Əfəndi, Şahnigar xanım Rəncur, Seyid Yasin Əfəndi,
Veyis Əfəndi, Məhəmməd Əfəndinin
adını çəkmək olar. Sufi
dünyagörüşlü şairlərdən biri Kazım
Ağa Salikdir. Kazım ağa
Şıxı oğlu 1781-ci ildə Şıxlı kəndində
anadan olub. İbtidai təhsilini molla
yanında alıb, sonra mədrəsədə Şərq dilləri,
ilahiyyat və fəlsəfə elminə yiyələnib.
Firudun Bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən
sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax
mahalında bəlkə tamami Zaqafqaziyada zühür edən
şüəranın müqtədirlərindən birisi hesab
olunur”. Kazım ağa Salikin şeirləri qəlboxşayandır.
Günümüzə
qədər yaradıcılığı öz
aktuallığını qorumaqda olan Şahnigar xanım
Kazımağa qızı sufi
şairdır. Rəncur təxəllüsü
götürsə də Qazaxda “Mollaxanım” ləqəbi ilə
tanınıb. Təhsilini və təlimini
qardaşı Hacı Məhəmməd ağadan alan Mollaxanım klassik üslubda və janrda -
münacat, mərsiyə, qəzəl janrlarında şeirlər
yazıb. Nəqşibəndi təriqətinə
mənsub olub. Şeirlərinin çoxunu
müridi Hacı Mirhəmzə Əfəndiyə, Seyid Nigariyə
xitabən yazıb. Öz yazılarında Ağköynək
kəndində doğulduğunu yazan Şahnigar xanım 45-50 il yaşayıb. Şahnigar
xanım Hacı Mirhəmzə Əfəndinin müridlərindən
olub. O, ismətli, həyalı bir qadın olub və
vaxtının çoxunu ziyarət və ibadətdə
keçirərmiş.
Qazaxda dini təriqətin təsəvvüfün eləcə
də nəqşibəndliyin təbliği aşıq
yaradıcılığında da öz təsirini göstərib. Aşıq
şeirinin qaynaqları müəyyən qədər dinlə
bağlıdır. Ancaq bu əlaqə onun bir zümrə
ədəbiyyatı olmasını deyil, öncə
aşıqların təriqətlərə yaxın olmaları,
sufi ocaqlarından çıxmaları ilə
izah edilməlidir. Xalq sufizminin XVI əsrdən etibarən
bütün türk dünyasında geniş yayılması,
Şah İsmayıl Xətai və Pir Sultan Abdal dairəsində
yazan, yazdıqlarını saz, çoğur, bağlama kimi
musiqi alətlərinin müşayiəti ilə ifa edən və
yavaş-yavaş xalqın içinə qarışan
aşıqlar öz üzərlərinə yeni sosial funksiya
götürərək toylarda, şənliklərdə, məclislərdə
çalıb oxumağa başladılar. Sənət
qəlbi dərinlik və duyğulàrın əşyàyà təsir åtməsi və əyàniləşməsidir. Hànsı sàhədə îlursà-îlsun,
bütün sənətlər təməldə insàn ruhundàkı düşüncə və
duyğulàrın təzàhüründən ibàrətdir. Sənətdə incəlik və zəriflik ruhi dərinliklə
bir pàràlållik təşkil ådir.
Dini
mövzuların, terminlərin, ideyaların, simvolların XX əsr
Qazax aşıq ədəbiyyatında az-çox qorunması
yenə də Aşıq Ələsgər, Növrəs
İman, Aşıq Nəcəf və başqa
aşıqların şeirlərinin təsiri ilə olub. Dini təhsil almış bəzi Qazax
aşıqlarının rəsmi ideologiyanın
aşıqları sovetləşdirməyə məcbur
edildiyi bir dövrdə bu ideyaların tənəzzülə
uğramasının qarşısının alınmasında
xüsusi xidmətləri olduğunu da qeyd etmək
lazımdır. Bunlardan Dərya Məhəmməd,
Aşıq Avdı, Şair Temraz, Aşıq Bəhrəm və
başqalarını göstərmək olar. Ancaq
Qazax aşıqlarının demək olar ki, hamısı bu və
ya digər dərəcədə dini termin və rəmzlərdən
istifadə edib.
Soyu
Qazağın İncə Dərəsindən olan məşhurlar:
Veys Qarani təqribən 1800 və ya 1805-ci il
doğumlu məşhur din xadimi, sufi şeyxidir. Hacı Mahmud Əfəndinin atasıdır. Hacı Mahmud Əfəndi 1835 doğumlu 1896-ci ildə
vəfat edib, şeyx, məşhur din xadimi, şair, təsəvvüf
alimidir. Molla Seyid təqribən 1835 və
ya 1840 doğumlu bir bəydir. İncə Dərəsində
elin ən sayılıb-seçilən məşhur din xadimi,
Aslanbəyli kəndində dükanı olan ilk tacirdir. Hacı Mahmud Əfəndinin əmisi oğludur.
Veys Əfəndi təxminə görə 1865
doğumludur. Türkiyənin savadlı
ilahiyyatçı alimidir. Hacı Mahmud
Əfəndinin böyük oğludur. Məhəmməd
Əfəndi 1871 doğumlu 1961-ci ildə vəfat edib. Türkiyənin tanınmış
ilahiyyatçı alimi Amasiyada təsərrüfat sahibidir.
Hacı Mahmud Əfəndinin ortancıl
oğludur. Əhməd Əfəndi
1875-1982-ci illərdə yaşayıb, İncə Dərəsində
və Amasiyada şəhərində məşhur din xadimi
olub. Hacı Mahmud Əfəndinin
kiçik oğludur. Əhməd Seyidov
1892-1977-ci illərdə yaşayıb, Zaqafqaziyada ilk pedaqoji
elmlər doktoru, professor, əməkdar elm xadimi olub.
İlhamə Qəsəbova
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 1 iyun.-
S.14.