Ermənilərin Qarabağda “erməni
dövləti” yaratmaq istəyi necə iflasa uğradı?
1-ci yazı
Bu gün ermənilər havadarlarının köməyilə
işğal etdikləri Azərbaycan torpaqlarında özlərinin
varlığını daimiləşdirmək
üçün dəridən-qabıqdan
çıxırlar. Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı ictimai
birliyinin sədri Faiq İsmayılovun tədqiqatında
1918-1920-ci illərdə Laçında baş vermiş hadisələr
haqqında danışılır. Faktlardan aydın
görünür ki, erməni məkrində həmişə
çox fəal amansızlıq nümayiş etdirib, məqsədinə
çatmaq üçün bütün vasitələrdən
istifadə edib: “Qarabağda hərbi şərait hələ
Azərbaycanın müstəqilliyi elan olunmamışdan xeyli
əvvəl mürəkkəbləşməyə
başlamışdı. Çar Rusiyası Azərbaycanın
neft sənayesini öz inhisarında saxlamaq üçün nəyin
bahasına olursa-olsun Bakını əsarətdə saxlamaq
istəyirdi. Sonralar bu ənənəni
Sovet Rusiyası da davam etdirdi. Rusiya Azərbaycanın
işğalı zamanı erməni faktorundan yararlanmağa
çalışırdılar, məhz bu məqsədlədə
ruslar ermənilərə Qara dənizdən Xəzər dənizinə
qədər olan bir ərazidə müstəqil bir erməni
dövlətinin yaradılacağına
inandırmışdılar. O dövrə qədər
ermənilər ümumiyyətlə, Cənubi Qafqazda rus siyasətini
həyata keçirilməsində mühüm rol
oynayırdılar. Onlar eyni zamanda bu siyasətdən
öz məqsədləri yəni Cənubi Qafqazda bir erməni
dövlətinin yaradılması üçün istifadə
etməyə çalışırdılar. Artıq XX əsrin
əvvəllərində Türkiyə ərazilərində
erməni dövləti yaratmaq ideyası iflasa uğradıqdan
sonra, 1918-ci ildə ermənilər
planlaşdırırdılar ki, Axalkalakini,
Borçalını, Naxçıvanı və Zəngəzuru
İrəvan şəhəri ətrafında rus çarı
Nikolayın sərəncamı ilə yaradılan “Erməni
vilayəti”nə birləşdirib, Qarabağda ikinci bir erməni
dövləti yaratsınlar və bu ikinci erməni dövlətinin
sərhədlərini Bakı və Gəncə istiqamətində
genişləndirərək Azərbaycanı ümumiyyətlə,
dünya xəritəsindən silsinlər. Ermənilərin bu
təşəbbüsünə əvvəllər çar
Rusiyası, sonralar isə Sovet Rusiyası bütün qüdrəti
ilə dəstək verdi. Ermənilər
Rusiyanın təşəbbüsü ilə Birinci Dünya
müharibəsinin (1914-1918) yaratdığı “əlverişli”
tarixi şəraitdən istifadə edərək Zəngəzur
və Qarabağ bölgələrində güclü hərbi
qüvvələr formalaşdırmışdılar. Bu hərbi kontigentlərin əsasını Rusiyada təlim
keçmiş zabitlər və Türk ordusundan qovulan erməni
əsilli əsgər və zabitlərdən ibarət idi.
Həmin dəstələr birbaşa Rusiya tərəfindən
silahlandırılırdı.
Artıq
Zəngəzurda və Qarabağda kifayət qədər
güclənən erməni millətçiləri
Qarabağda erməni hökuməti yaratmaq üçün 18
sentyabr 1917-ci ildə Şuşa şəhərində
hüquqşunas Levon Vartapetyanın evində gizli şəraitdə
toplaşaraq 14 nəfərdən ibarət Qarabağda “müvəqqəti
erməni hökuməti”nin tərkibini elan etdilər. Bu tərkibə
Ayrapert Musaelyan, Anuşavan Mikaelyan, Eqiş İşxanyan,
Arutyun Tumanyan (Tumyan), Astsatur Avetisyan, Aşot Melik-Avsepyan, Levon
Vartapetyan, Nikolay İsaxanyan, Ripisme Melik-Ovsepyan, Aram Mikaelyan,
Aleksandr Melkumyan, Aleksandr Tsaturyan, Armen Karakozyan, Melikset Eseyan
daxil idilər. Bu təşkilata sədr Ayrapert
Musaelyanı, katib isə Nikolay İsaxanyanı seçdilər.
Eyni zamanda Arutyun Tumyanın rəhbərliyi ilə
hərbi məsləhət şurası yaradıldı.
Hərbi Şuranın tərkibinə polkovnik
Artaşes Mıkırtıçyan, kapitan Ayvazyan Mardi
Ayvazoviç və kapitan Melik-Şaxnazaryan Samson Osipoviç
daxil edildilər. Qarabağ
silahlılarının komandandiri isə Çiknaveryan
soyadlı yüksək titullu bir zabit təyin edildi.
Adları çəkilən bu cinayətkar dəstə 2 il ərzində Qarabağda və Zənğəzurda
çoxlu sayda talanlar və qırğınlar törədir,
Azərbaycanın bütün bölgələrində əhalini
daim səksəkə və qorxu içərisində
yaşadırdılar. Sonralar Melik-Şaxnazaryan xatirələrində
yazırdi ki, “...Biz fəaliyyətimizin ilk ilində
Qarbağda azərbaycanlılara qarşı döyüşmək
üçün 17 min nəfər erməni
döyüşçü səfərbər etməyə
müvəffəq olduq...”
F.İsmayılovun araşdırmasında qeyd olunur ki,
1917-ci ildən etibarən ermənilər Dağlıq
Qarabağa və ətraf bölgələrə xeyli sayda
canlı qüvvə və hərbi sursat toplammağa
başlamışdılar. Bunun da əsl məqsədi
hansısa münbit bir şəraitin yaranacağı təqdirdə
qəfil hücumla Şuşa şəhərini
ələ keçirərək orada yeni bir “erməni dövləti”nin
qurulduğunu elan etmək idi. Öz bəd niyyətlərini
uğurla həyata keçirmək üçün ermənilər
Qarabağda üç alay təşkil
etmişdilər. Alaylardan hər biri müasir silah-sursat və
toplarla təmin edilmişdi: “Bu alaylardan birinə Dro ləqəbli
general (Drastamat Kanayan) rəhbərlik edirdi, onun vəzifəsi
Hadrut ərazisi istiqamətindən Şuşanın Gəncə
qapısına qədər olan ərazilərə nəzarət
etmək idi. İkinci alaya Nejde ləqəbli (Qaregin
Ter-Artunyan) rəhbərlik edirdi bu alay
indiki Laçın rayonu istiqamətindən qalanın İrəvan
qapısına qədər olan ərazilərə nəzarət
edirdi. Üçüncü alayın vəzifəsi
isə Xankəndi və Ağdərə istiqamətindən
Şuşaya köməyə ğələn azərbaycanlıların
qarşısını kəsmək idi. Əgər Şuşa üzərinə ermənilərin
hücumları başlayardısa, Daşkəsən rayonunun
Bayan kəndi ətrafında və Azərbaycanın digər ərazilərində
gizlənən polkovnik Eqor Ter-Avetikyanın çoxminlik ordusu
Daşkəsən istiqamətindən Qarabağ üzərinə
hücuma keçəcəkdi. Ancaq ermənilər
xüsusi bir hiyləgərliklə azərbaycanlıların
yaşayış məntəqələri ətrafında
yaratdıqları mühasirəni getdikcə daraldır, kəndlərin
bir-biri ilə əlaqələrini kəsir və bu əraziləri
işğal etmək üçün Rüsiyanın
xüsusi icazəsini gözləyirdilər.
Qarabağın azərbaycanlı əhalisinin çoxu
evlərindən bayıra çıxa bilmirdilər. Kəndlərdə
aclıq və səfalət hökm sürürdü. Qətllər
və talanlar ara vermirdi. Xarici
aləmlə əlaqəsi kəsilən Qarabağda
yaşayan azərbaycanlı əhali həyatda qalmaq uğrunda
boş əllə olsada ermənilərə qarşı ciddi
müqavimət göstərməyi bacarırdılar. Bu mübarizədə azərbaycanlılarla
müqayisədə ermənilər daha güclü və
müasir silahlara malik idilər.
O
dövrün rəsmi sənədlərində göstərilirdi
ki, 1918-ci ildə Qarabağın kənd və qəsəbələrində
gizlənən və vahid mərkəzdən idarə olunan ermənilər
15 min atıcı döyüş silahına, o cümlədən
revolyerlərə, “Mauzer” tipli alman tapançalarına, 6
Rusiya istehsalı olan “Maksim” tipli pulemyota, 2 artileriya silahına
malik idilər. Bundan başqa Şuşadakı
erməni bazarının yaxınlığındakı erməni
sahibkarlarına məxsus villaların zirzəmilərində
Qriqor Baqdatyanın rəhbərliyi altında atıcı
silahların patronları, əl qumbaraları və uzaqvuran
atıcı silahlar istehsal edən gizli sexlər
yaradılmışdı. Silahların
alqı-satqısı və tələb olunan məntəqələrə
çatdırılması Şuşadakı erməni
bazarında əyləşən xüsusi təyinatlı
agentlər tərəfindən gizli şəraitdə həyata
keçirilirdi.
Rusiyanın daha bir cəhdi isə müstəqilliyini
yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini ermənilərin
əli ilə elə beşikdəcə məhv etmək təşəbbüslərini
həyata keçirmək idi. Məhz buna görə də Rusiya,
Azərbaycanın bütünlüklə Qərb hissəsini,
o cümlədən Azərbaycanın digər bölgələrini
(1828-ci ildə rus çarı 1-ci Nikolayın 1825-55 saylı
sərəncamı ilə İrəvan xanlığı əsasında
yaradılmış) «erməni vilayəti»nə birləşdirmək
istəyirdi. Elə bu səbəbdən də
Naxçıvan, Bakı, Quba, Şamaxı və Gəncə
bölgələrində iğtişaşlar yaradaraq,
Qarabağ bölgəsini Azərbaycandan qoparmaqla yenicə təşəkkül
tapmış Azərbaycan Xalq Cümhuriyyətini daxildən
sarsıdaraq məhv etmək istəyirdi.
O
dövrdə Azərbaycan rəhbərliyi düşmən
qüvvələrin məkirli niyyətlərindən xəbərdar
olsalar da, onlar qonşu dövlətlər olan Rusiyanın və
ya İranın beynəlxalq səviyyədə tanınan
müstəqil Azərbaycan dövlətinin ərazilərinə
açıq şəkildə təcavüz edəcəyinə
o qədər də inanmırdılar. Ancaq
Rusiya və İran dövlətlərinin Azərbaycana təzyiqləri
davam edirdi. Müstəqilliyini yenicə elan edən hələ
öz hərbi qüvvələrin komplektləşdirməyə
macal tapmayan bir dövlətin bu cür təzyiqlər
qarşısında duruş gətirməsi olduqca çətin
idi... Çünki hələ yenicə yaranan gənc
Azərbaycan dövləti öz ordusunu hələ komplektləşdirib
qurtarmağa macal tapmamışdı, üstəlik ölkədaxili
siyasi gərginlik və xarici təzyiqlər ciddi çətinliklər
yaradırdı.
Azərbaycandakı siyasi gərginliyi daha da artırmaq üçün Rusiya İranda hələ birinci dünya müharibəsi ərəfəsində yerləşdirdiyi hərbi kontigentinin bir hissəsini Qarabağa yeritmək üçün məxfi tapşırıq vermişdi. O zaman faktiki olaraq erməni silahlıları mərkəzi Şuşa olmaqla bütün Qarabağ bölgəsinə nəzarəti öz əllərinə almışdılar. Azərbaycanın xeyrinə olmayan belə bir qarışıq və mürəkkəb şəraitdən ruhlanan Qarabağda toplaşmış erməni silahlıları, xüsusi azğınlıq nümayiş etdirərək Əsgəran istiqamətindən Şuşaya gələn bütün yolları və keçidləri bağlamışdılar. Bu hadisə daha çox İrandan Qarabağa ermənilərin köməyinə gələn rus hərbçilərini qarşılamaq üçün hazırlıq məqsədi daşıyırdı. Çünki Qarabağdakı erməni silahlıları məlumat almışdılar ki, 1918-ci ilin mart ayında İrandan Rus ordusuna məxsus beş min nəfərlik bir ordu Araz çayı üzərindəki Xudafərin körpüsündən keçərək Şuşa şəhərinə ermənilərin müdafiəsinə gəlirlər. Ermənilərin səbirsizliklə gözlədikləri bu hərbi qüvvə Rusiyanın Ekspedisya Korpusunun tərkibində 1914-cü ildən 1918-ci ilə qədər olan dövrdə (I Dünya müharibəsi ərəfəsində) İrana yerləşdirilmişdi. Artıq öz missiyasını başa vuran rus hərbi bölmələri İran dövlətinin xahişi ilə artıq oradan çıxarılırdı.
Nəhayət ki, ermənilərin intizarına son qoyan rus qoşunları mart ayının 23-də Cəbrayıl rayonu ərazisindən keçərək Şuşaya gəldilər. Onların gəlişini bayram edən ermənilər çox keçmədi ki, peşman oldular. Belə ki, rus hərbçiləri pasxa bayramından bir neçə gün sonra Rusiyaya gedəcəklərini bəyan etmişdilər. Onlar məqsədlərini belə izah edirdilər ki, Rusiyada bolşevik inqilabından sonra hərbi komandanlıq ləğv olunduğundan çar ordusu əslində özünün bütün səlahiyyətlərini itirib. Bu xəbərdən sarsılan ermənilər rus zabitləri ilə görüşüb, danışıq yolu ilə onların Qarabağda qalıb ermənilər tərəfdən azərbaycanlılara qarşı vuruşmağa razı salmağı qərara aldılar.
Azərbaycan hökuməti bütün qeyri-qanuni hərbi birləşmələri ləğv etmək, eyni zamanda Qarabağda yerli türk-müsəlman əhaliyə qarşı talanlar və qətllər törədən erməni-daşnak silahlılarını tərksilah etmək və bölgədə Azərbaycanın qanuni hakimiyyət strukturlarının işini bərpa etmək məqsədi ilə 1918-ci ilin sentyabr-oktyabr aylarında Qafqaz İslam ordusuna daxil olan Türk və Azərbaycan hərbi hissələrindən təşkil olunmuş Qarabağ hərakatı hərbi qüvvələri yaratdı. Bu hərbi qüvvələrə (hərəkata) rəhbərlik birinci Azərbaycan divizyasının komandiri Cavid Cahid bəyə həvalə edildi”.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 1 iyun.-
S.13.