“Afaq
Məsud milli modernist ədəbiyyatın ən
parlaq simalarından biridir”
İsa Həbibbəyli: “Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
zənginləşməsində onun xüsusi rolu var”
İyunun
1-də Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda
yazıçı, dramaturq,
Əməkdar İncəsənət
Xadimi, Rusiyanın Elm və İncəsənət
Pyotr Akademiyasının
həqiqi üzvü,
Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin direktoru
Afaq Məsudun 60 illik yubileyi qeyd olunub.
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli yubiley münasibətilə
Afaq Məsudu təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı
haqqında fikirlərini
bölüşüb. Afaq Məsud
yaradıcılığının hər zaman oxucuların maraq dairəsində qaldığı,
onun qeyri-adiliyi, müasirliyi əsərlərində
əks etdirən bir yazıçı kimi tanındığı
vurğulanıb. Eyni zamanda,
yaradıcılığı ilə bu günümüzü
dərindən əks
etdirən Afaq Məsudun gənc nəsil tərəfindən
klassik kimi qəbul olunduğu bildirilib.
İ.Həbibbəyli vurğulayıb ki, Afaq Məsudun müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının
zənginləşməsində xüsusi rolu var. Yazıçının nəsrindəki
lirizm, əsərlərindəki
özünəməxsusluq onun ədəbiyyatdakı
obrazını müəyyənləşdirir. O, Afaq Məsudun tərcüməçilik
fəaliyyətindən, eləcə
də Azərbaycan ədəbiyyatı və
elminin inkişafında
müstəsna xidmətlərindən
danışıb. Qeyd olunub
ki, Afaq Məsud milli modernist ədəbiyyatın ən
parlaq simalarından biridir.
Tədbirdə, həmçinin akademik Nizami Cəfərovun “Afaq Məsud dünyası” monoqrafiyası
təqdim edilib. Kitab üç hissədən
ibarətdir: “Afaq Məsudun hekayə dünyası”, “Afaq Məsudun roman dünyası”
və “Afaq Məsudun dramaturgiya dünyası”. Afaq Məsudun müasir
bədii düşüncədə
fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər monoqrafiyada
ustalıqla araşdırılır.
İ.Həbibbəyli universal akademik təfəkkürə
malik olan N.Cəfərovun monoqrafiyasında
qələmini ədəbiyyatın
müxtəlif janrlarında
sınayan yazıçının
həyat və yaradıcılığının önəmli səhifələrinin
əks olunduğunu tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
Sonra
AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu
“Afaq Məsudun milli modernizm ədəbiyyatının gəlişməsində
rolu”, filologiya üzrə fəlsəfə
doktoru Nərgiz Cabbarlı “Afaq Məsud yaradıcılığının
tənqidi dərkində
Nizami Cəfərovun monoqrafiyasının yeri”,
filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Afaq Məsud hekayəsi və ədəbi tənqid “mövzularında məruzələrlə
çıxış edib,
əsərin məziyyətlərindən
danışıblar.
Tədbirdə akademik İ.Həbibbəyli
dünya miqyasında özünü təsdiq etmiş yazıçıya
Nizami adına
Ədəbiyyat İnstitutunun
son nəşrlərini hədiyyə
edib.
Qeyd edək ki,
Azərbaycan prezidenti İlham
Əliyev iyunun 1-də Afaq
Məsudun “Şöhrət” ordeni ilə
təltif edilməsi barədə sərəncam imzalayıb.
A. Məsud Azərbaycanda tərcümə işinin
inkişafında xidmətləri ilə əlaqədar bu ordenə layiq görülüb.
Xalq Cəbhəsi.- 2017.- 3 iyun.-
S.7.