Azərbaycanın geyim adları

 

1-ci yazı

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin yadigarlarıdır. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər, maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətlərini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir. Geyimlər etnogenez məsələlərini aydınlaşdırmaq, xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həmcoğrafi şəraitindən asılıdır. Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyimonun bəzəklərində və həm də bədii tikmə, toxumatoxuculuqda özünü biruzə verir.

Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (miladdan öncə III minillik) tuncdan hazırlanmış iynə və biz tapılıb. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (miladdan öncə II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış miladdan öncə V əsrə aid möhür- barmaqcıqlar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.

Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılıb. Miladdan öncə III-IV əsrlərə aid qızıl və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Azərbaycan dilinin lüğət tərkibində geyim adları dilin ən qədim leksik vahidləri kimi məxsusi yer tutur. Ancaq bu adlar bütünlüklə nə izahlı, nə ikidilli lüğətlərdə, nə də etnoqrafiya terminləri lüğətində də əhatə edilməyib, bu tematik qrupa aid sözsöz birləşmələri tamamilə toplanmayıb. Geyimlə əlaqədar əksər söz və terminləri toplayıb, əsasən sinxron baxımdan bəhs etməyə çalışdıq. Bu gün Azərbaycan dilində işlənən, eləcə də tarixən ana dilimizdə, habelə başqa türk dillərində istifadə olunan – bunların çoxusu arxaikləşsə də - bir çox geyim adları türk mənşəlidir: börk, papaq, don, dolaq, çuxa, köynək, kəpənək (yapıncı mənasında), kalağay, kaftan, başmaq, çarıq, kürk, tuman, tuman-köynək, yaylıq, geyim, geyim-kecim, arxalıq, yapıncı, çəpkən, sırğa// tana, çarqat, çadra, çarşab, çust, kütə, qartı, eşmək.

V.İ.Aslanov maddi və mənəvi mədəniyyətimizə aid sözlərin orta əsrlərdə də başqa dillərə poeziya vasitəsilə keçməsi faktını göstərərək yazır: "Biz X-XI əsrlərə qədər türk dillərindən, o cümlədən bizim dilimizdən fars, ərəb, erməni, gürcü dillərinə xeyli söz keçdiyini bilirik. Bu sözlərin çoxu yemək, quş, heyvan, oyun, geyimb. adlar bildirən sözlərdir. Biz hələ Firdovsidə bəkməz, qoç sözlərinin, çovqan, amac, tutmac, qaptan /qaftan/, yasic, yelək, tacir kimi yüzlərlə sözlərin, -taş, -lax, -çı kimi sözdüzəldici şəkilçilərin çox qədimlərdən fars, ərəb, erməni, gürcü dillərinə keçdiyini və işləndiyini bilirik."

Müəllif burada başqa sözlərlə yanaşı qaptan /qaftan/, yelək kimi geyim adlarını da nümunə çəkir.

«Narodı Kavkaza» etnoqrafik oçerkində göstərilir ki, Azərbaycan ərazisindəki təbii-coğrafi şəraitin olduqca müxtəlifliyi və rəngarəngliyindən, sosial-iqtisadi həyatın, mədəniyyətin inkişafından tarixən irəli gələn qeyri-müntəzəmlik geyimlərdə qədim ənənələrin özünəməxsus bənzərsizliyini daha çox qoruyub saxlayıb. Geyimlərdə qədim ənənənin gözlənilməsi ölkənin buya digər bölgəsinin təsərrüfatca, mədəniyyətcə inkişafını aydın dərəcədə əks etdirir, bu həm geyimlərin tiplərində, həm də onların adlarındakı varlıqların zənginliyi ilə səciyyələnir. Ancaq Azərbaycanın feodal xanlıqlara parçalanması nəticəsində yaranmış lokal-məhəlli fərqlərə baxmayaraq bu ölkənin bütün mədəni əyalətlərində geyim adları - ümumi, əsas cəhətlərə malikdir ki, bu da Azərbaycan xalqının tarixən formalaşmış, yaranmış etnik birliyini təsdiq edir. Yuxarıda qeyd etdik ki, XX əsrin əvvəllərinə qədər Azərbaycanda uzun illərdən bəri davam edib gələn ənənəyə uyğun olaraq qadın və kişi geyimləri öz orijinallığını mühafizə edib. Maddi mədəniyyətin bir növü kimi milli geyimlər də xalqı səciyyələndirən, fərqləndirən, milli cəhətdən sonrakı yüzillərə çatdıran vacib etnoqrafik faktlardır. Biz burada bir məsələyə də toxunmağı vacib sayırıq.

Hələ orta əsrlərdə Azərbaycanda istehsal olunan 20-dən artıq parça ana yurdumuzdan başqa ölkələrə də ixrac olunurdu. Bu parçalar sırasında ipək-zər bəft, xara qaymağı, atlas, tafta, kəmxa, tirmə, qanovuz, movs.; yun-şal, mahuds. pambıq-kiseyi, midqal, fays. fata, bez, qumaş, kecib. parçaların adlarını çəkmək olar. Şübhə yoxdur ki, parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxışı və rəngləri həm bir xalqı başqasından ayırmağa, həm də eyni xalqın içərisində müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi.

XIX əsrdə artıq Azərbaycanda geniş yayılmış parça növlərinin başqa-başqa çeşidləri ilə də rastlaşırıq. Məsələn, qırmızı zərxara, tünd qırmızı rəngli atlas, bənövşəyi məxmər, moruq rəngli məxmər, dama-dama, qaz-qaz, gülməxmər (güllü məxmər kimi də işlənir), qara rəngli məxmər, mahud, qara mahud, qırmızı mahud, tünd bənövşəyi qanovuz, qədək, çit, nazik yun, pambıq parças. Bu dövr poeziyasında, xüsusən də "Aşıq Alı şeirlərində" "atlas", "ipək", "şal", "xara" və b. parça adlarına gözəllərin təsvirində gen-bol müraciət olunur.

Tarixdə belə hallar olub ki, bəzən dövlət başçıları əhalinin məişət məslələri ilə bağlı, konkret desək, geyim və qiyafət sahəsində də inqilabi dəyişikliklər aparılmasını zəruri hesab edib. Qaldı məişət, həyat tərzi məsələlərinə gəlincə bu barədə biz o fikirdəyik ki, milli sahədə, etnoqrafik baxımdan Avropaya, Qərbə meyl bu gündavam etməkdədir, bizcə, bunu tamamilə təqdir etmək mümkün deyil. Utkan Qocatürk isə bu məsələyə öz münasibətini belə bildirir: "Çağdaş geyim-kecim mədəni olmağın ən təbii ifadəsidir. Buna görədir ki, Atatürk çağdaşlaşma atılımları içində papaq və qiyafət inkişafına böyük əhəmiyyət verdi. Bu o zamana qədər davam etdi ki, mövcud qiyafətimiz nə milli idi, nə də müasir tələblərə cavab verirdi. Fəs, kalpak, külah, təkkə, sarıq kimi başlıqlarla yanaşı, cübbə, cəkət, şalvar, potu, pantalon / kalpak – dəri papaq, çal papaq, külah- konusvarı papaq; təkkə - araqçın; sarık- çalma, əmmamə; potur- büzməli, balağı dar şalvar; pantalon- don, qaftan, tuman; çəkət- çuxa / kimi hər cür qiyafət cəmiyyətimizə zahiri görünüş baxımından qarmaqarışıq bir mənzərə verirdi. Halbuki fikirlə, varlığı ilə sivilizasiya dünyasına qovuşmağa qərar vermiş türk milləti bunu yaşayışı ilə, zahiri görünüşü ilə də sübut etməli idi".

Geyimparça adlarını mənşəcə aşağıdakı kimi qruplaşdırmaq olar: I Türk mənşəli sözlər. II Alınma sözlər. a) ərəb və fars sözləri; b) rus, Avropab. dillərə məxsus sözlər.

I. Türk mənşəli sözlər: arxalıq, başmaq, börk, papaq, don, dolaq, ayaqqabı, yaylıq, kəpənək (yapıncı), kaftan, geyim-keyim, yapıncı, eşmək, qırtı, kürk, kütə, sırğa (tana), üst-baş, çadra, çarqat, çarşab, çusts.

Geyim sözü ayrı-ayrı türk dillərində təxminən eyni səslənir: qaraç. – kiyim, qum, qiyim; qaz. kiim; tat. kiem; qırğ. kiyim; türk. qeyims.

Müqayisə üçün bəzi ümumtürk geyim adlarının müxtəlif türk dillərində işlənən formalarını verək:

Üst-baş. Az. üşt-baş; qaraç.-b. yüs-baş; noğ. üsti-bas; tat. os-baş; başq. os-baş; özb. usst-boş.

Don. Don termini ilk öncə qədim türk dillərində ümumiyyətlə, paltar anlamını ifadə edib / ton- paltar, geyim "Drevneturkskiy slovar"da ton kedim qoşa sözüverilir- paltar ton opraq, ton tolum, ton, kedim ton, qulaq ton ifadələri də var / Türk, -don, qum. –ton, noğ. –ton, tat. – tun, yağ. – son /kürk/ qırğ. – ton "kürk". Ümumiyyətlə, "Üst paltarı" / əsasən kişi paltarı/, qazton.

Çəpkən. Başqa türk dillərində çepken formasında işlənir. Çəpkən sözünün etimologiyası bir o qədər də aydın deyil. H.Vamberi belə hesab edir ki, çepkeni çapan jabınlak /alt/ dır. İ.Otarova görə isə: çepken çepken çek "çəkmək", "vurmaq", "doğramaq, yarmaq" deməkdir. İ.Otarov Xabiçevin qənaətini qəbul edir. Bizim fikrimizcə, çəpkən sözüçek feili ilə bağlıdır.

V.V.Radlovun lüğətində də çepken sözü çoxmənalı söz kimi təqdim edilir; /çepken / çekmen, çekpen/ "mahud", "plaş", "enli şalvar", "mahuddan kaftan", "astarlı paltar".

Yaylıq. Üçkünc, ya dördkünc parçadan ibarət qədim baş örtüsü - yaylığını başına örtmək. Qadın baş örtüyünün növlərinin ümumişlək adlarından birini bildirən yaylıq sözüümumtürk mənşəlidir və bir sıra türk dillərində də işlənir: türkm. yaylık, uyğ. yaqclık, krım-tat. yaqğlıkğ, qaraç, jaulukğ, qırq. maylık, tat. yaulık, qaz. maylıkğ, noq. əvlık və s.

“Yaylıq” sözünün etimologiyası haqqında iki müxtəlif fikir var. Birincisi, M.Asamutdinova həmin sözün kökünü yap "örtmək, üstünə salmaq" sözü ilə bağlayır. R.Axmetyanovun mülahizəsincə yay sözünün kökü yaq, yağ, "piy" sözüdür. V.AslanovQukasyan da R.Axmetyanovun fikri ilə razılaşırlar: Göstərilən söz "tərlik" sözünə müvafiq olaraq yaranıb. Çox güman ki, qədim azərbaycanlılar yaylıqdan yalnız tər silmək üçün istifadə ediblər. Tər isə yağlı olduğundan onu yağlaq adlandırıblar. Bu söz XVII əsrə qədərki Azərbaycan dili abidələrinə də təsadüf olunub, XVIII əsrdən sonra yaylıq formasında işlənməyə başlayıb.

Bir cəhətə də nəzər salmaq yerinə düşərdi. Çağdaş Azərbaycan ədəbi dilində dəsmal sözü / əl dəsmalı, cib dəsmalı, burun dəsmalı / yaylıq sözünün burun yaylığı mənasını sıxışdırıb. Daha sonra yaylıq təkcə əl, üz, burun, tər silmək üçün işlənməyib, ondan baş örtüyü kimi də istifadə olunub, indiolunur. Həm də onu qadınlar qış fəslindən başqa vaxtlarda, xüsusən də yaz-yay aylarında başlarına örtürlər. Bizim fikrimizcə, həmin sözü yay-lıq yəni, yayda başa örtülən örpək məzmununda açıqlamaq doğru olardı.

XIX əsrin sonlarına XX yüzilin əvvəllərinə qədər Azərbaycanda bir çox müxtəlif rəngli bahalı parçalar / ipək, yun, şals. toxunub. Onu da deyək ki, aşağıda adlarını çəkdiyimiz həmin parçaların böyük bir qismi müasir məişətimiz üçün köhnəlib, az bir hissəsindən isə kənd yerlərində hərdən istifadə olunur. İpək parçaları: zərxara, alxara, zər ələm, zərnədur, qanovuz, linkə qanovuz, sərtpoz qanovuz, çərtov qanovuz/ dorayı, tafta, şalatlaz, məxmər, kəmxa, gülməxmər, güllü məxmər, moruq rəngli məxmər, bənövşəyi məxmər, qara məxmər, mov, xaar, atlaz; pambıq parça adları: qlas, fay, midqal, , fata, qıraq, qədək, bez, hələbi, çadar, cuna, çit; yun parça adları: tirmə, misqalı tirmə, şal, incə yun parça, nazik yun, mahud.

Bu gün xara, atlaz, məxmər, çit, satin, şal, bez, cuna kimi parçalar (müasir dövrdə toxunanidxal olunan parçalarla yanaşı) yenə də xalqımızın məişətində üstün yer tutur.

 

İsmayıl Məmmədli

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2017.- 9 iyun.- S.15.